Microsoft Word ?Z. V. T. kitab doc



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix07.07.2018
ölçüsü1,02 Mb.
#53686
1   2   3   4   5   6   7   8   9   ...   16

 

9

Bu tədbirin keçirilməsində bizə  mənəvi dəstək 



göstərən AMEA-nın  Şərqşünaslıq  İnstitutuna və  həmin 

təşkilatın rəhbəri, millət vəkili Gövhər xanım Baxşəliyevaya 

təşəkkür edirəm.  

Əhməd Zəki Validi Toğan və onun kimi fədakar 

türkoloqlar yaşayıb-yaratdıqları dövrdə türkçü, turançı 

olduqlarına görə  həmişə  təqib olunmuş, məhrumiyyətlərə 

düçar olmuşlar.  Şükürlər olsun ki, bu gün xalqlarımız 

azadlıq  əldə etmişlər və heç bir qorxu-ürkü olmadan bir 

vaxtlar adlarını  çəkməyə belə qorxduğumuz aydınlarımız 

barədə bolluca danışa bilir, onları yad edə bilirik.  

Bugünkü beynəlxalq konfransı açıq elan etməkdən 

böyük  şərəf duyduğumu bildirərək bir arzumu ifadə etmək 

istəyirəm ki, Tanrı bu imkanı bizlərə, sizlərə və bütün türk 

xalqlarına çox görməsin! 

İndi isə sizlərin icazəsilə Azərbaycan Respublikasının 

Mədəniyyət və Turizm Nazirliyi adından konfransımızı 

salamlamaq üçün sözü Mədəniyyət və Turizm nazirinin 

müavini, AMEA-nın müxbir üzvü, prof. Sevda xanım 

Məmmədəliyevaya verirəm. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

10

Sevda Məmmədəliyeva, 

Azərbaycan Respublikası Mədəniyyət  

və Turizm nazirinin müavini,  

AMEA-nın müxbir üzvü, professor  

 

Hörmətli tədbir iştirakçıları, hörmətli qonaqlar! Azər-

baycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi adın-

dan və  şəxsən cənab nazirimiz Əbülfəs Qarayevin adından 

TÜRKSOY təşkilatının rəhbərliyini, bizim dəvətimizi qəbul 

edərək du tədbirə qatılan türkdilli ölkələrin milli kitabxana-

larının direktorlarını, digər qonaqları və bütün tədbir iştirak-

çılarını səmimi salamlayıram. TÜRKSOY təşkilatı yarandığı 

ilk gündən həmişə türkdilli xalqların mədəniyyətlərinin in-

teqrasiyası, mədəni dəyərlərinin tədqiqi və təbliği istiqamə-

tində  dəyərli addımlar atır. Bu yöndə atılan dəyərli addım-

lardan biri də son illərdə ortaq dəyərlərimizin tədqiqi, təbliği 

və tanıdılmasında  əhəmiyyətli rol oynayan türk dünyasının 

işıqlı ziyalılarının yubileylərinin bütün türkdilli ölkələrdə 

təntənəli şəkildə qeyd olunmasından ibarətdir.  

TÜRKSOY təşkilatı 2010-cu ili “Əhməd Zəki Validi 

ili” elan etmişdir və bu gün biz sizinlə türk dünyasının işıqlı 

şəxsiyyətlərdən biri olan, başqırd xalqının böyük oğlu, gör-

kəmli türkoloq-alim professor Əhməd Zəki Validi Toğanın 

anadan olmasının120 illiyinə həsr olunmuş beynəlxalq kon-

fransda iştirak edirik. 

Mən, fürsətdən istifadə edərək gərgin iş qrafikinin ol-

masına və səhhətindəki problemlərə baxmayaraq zəhmət çə-

kib Bakıya gələrək bu beynəlxalq konfransda iştirak edən və 

öz iştirakilə  tədbirimizi daha da zinətləndirən  Əhməd Zəki 

Validinin qızı prof. İsenbikə Toğana xüsusi təşəkkürümü 

bildirirəm.  

  Əhməd Zəki Validi Toğan böyük ürəkli türkoloq-

alim idi, onun üçün türkçülük, türk xalqlarının mədəni də-

yərlərinin tədqiqi və öyrənilməsi həyat amalı idi, qeyrət mə-




 

11

sələsi idi və ona görə də böyük alim bütün mənalı ömrünü 



bu işə  həsr etmişdir. Belə  işıqlı insanlar heç vaxt unudul-

murlar və yaddan çıxmırlar. Validi Toğanın  əsərləri, onun 

dəyərli araşdırmaları bu gün də öz təsirini itirməyib və aktu-

aldır. Onun Azərbaycan haqqında yazdıqları xüsusilə maraq 

doğurur və azərbaycanlı türkoloqlar tərəfindən maraqla öy-

rənilir və  təhlil olunur. İnanıram ki, bu gün burada çıxış 

edən hər bir azərbaycanlı alim dönə-dönə Validinin irsinə 

müraciət edəcək və ondan bəhrələnəcəklər. 

 Biz, Azərbaycan Respublikası  Mədəniyyət və Tu-

rizm Nazirliyi olaraq TÜRKSOY təşkilatının bu təşəbbüsü-

nü alqışlayırıq və fəxr edirik ki, həmin təşəbbüsə ilk qoşulan 

müəssisələrdən biri də Azərbaycan Milli Kitabxanasıdır. 

Məlumat üçün bildirirəm ki, son üç il ərzində bizim milli 

kitabxanamız çoxlu sayda beynəlxalq tədbirlərin keçirildiyi 

məkana çevrilmişdir. Konfransın işində Tofiq Hacıyev, 

Gövhər xanım Baxşəliyeva, Abuzər Xələfov kimi  görkəmli 

alimlərin iştirakı bu tədbirin möhtəşəmliyindən xəbər verir.  

  Bir daha Sizləri ürəkdən təbrik edirəm və konfransın 

işinə uğurlar diləyirəm! 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

12

Düsen Kaseinov,  

Uluslararası Türk Kültürü Teşkilatı  

(TÜRKSOY) Genel Sekreteri 

 

 

Uluslararası Türk Kültürü Teşkilatı (TÜRKSOY) 



Genel Sekreteri Mirza Fatali Ahundov Azerbaycan Milli 

Kütüphanesinde yapılan Uluslararası Zeki Velidi Togan 

Konferansı Katılımcılarına Mesajı 

 

Değerli Katılımcılar!  

  

Başkurdistan Cumhuriyeti’nin kurucularından ve 



Yirminci asrın en tanınmış tarihçilerinden Prof. Dr. Ahmet 

Zeki Velidi Togan adına gerçekleştirilen uluslararası konfe-

rans vesilesiyle sizleri saygıyla selamlarım. 

 Bildiğiniz gibi 1993 yılında kurulan Uluslar Arası 

Türk Kültürü Teşkilatı (TÜRKSOY) Türk kökenli halklar 

arasında UNESCO işlevini yürüten uluslararası bir kuruluş-

tur. TÜRKSOY’un amacı; türk kültürünü, tarihini, dilini, 

sanatını, gelenek ve göreneklerini araştırmak ortaya çıkar-

mak, geliştirmek korumak ve gelecek kuşaklara aktararak 

kalıcı  kılmaktır. Bu amaçtan hareketle TÜRKSOY bugüne 

kadar pek çok bilimsel toplantı düzenlemiş, eserler yayın-

lamış, opera günleri, şairler, heykeltıraşlar, ressamlar ve 

fotoğrafçılar buluşmaları gibi sanatsal etkinlikler gerçekleş-

tirmiş, üye ülkelerde ve dünyanın önemli merkezlerinde or-

tak Türk kültürünün tanıtılması için çalışmalar yapmıştır.  

 Son dönemde Türksoy olarak biz Türk kültürünün 

dünyadaki konumunu ve rolünü belirlemek amacıyla, Türk 

halklarının zengin kültürünü sadece Türk dünyasında değil, 

aynı zamanda tüm dünyaya tanıtılması için yeni girişimler 

başlatılmıştır.  




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə