Microsoft Word ?Z. V. T. kitab doc



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə2/16
tarix07.07.2018
ölçüsü1,02 Mb.
#53686
1   2   3   4   5   6   7   8   9   ...   16

 

6

edilmiş belə silsilə  tədbirlərin birincisi artıq Qazaxıstanda 



keçirilib və inanıram ki, hələ bir çox türkdilli ölkələrdə bu 

görkəmli alim yad ediləcəkdir.  

Keçdiyi çətin və mürəkkəb həyat yoluna nəzər 

saldıqda, bu böyük insanın nə dərəcədə çoxşaxəli yara-dıcı-

lığa malik olduğunun şahidi oluruq. 

Öz ilk təhsilini doğma aulu Quzyanda, ata və dayısının 

mədrəsəsində alan Zəki Validi Toğan müsəlman məktəbində 

müəllimlik etməkdən başlamış  və dünya şöhrətli türkoloq, 

islamşünas-alim kimi yetişə bilmişdir.  İyirmi altı yaşında 

olanda artıq onu, dünya şöhrətli şərqşünas alim Bartold yük-

sək qiymətləndirmiş və öz həmkarı kimi qəbul etmişdir. 

Ömrünün bir dövrünü başqırd xalqının azadlığı 

uğrunda mübarizəyə  həsr etmiş bu insan, Rusiyada, Orta 

Asiyanın ucsuz-bucaqsız çöllərində,  İranda, Hindistanda 

daha sonralar Avropada olmuş, ən yüksək vəzifələrdə çalış-

mış, ancaq tezliklə o yüksək pillələri tərk etmişdir. Çünki, 

təbiətcə çox yüksək istedada və qabiliyyətə malik bu insan 

elm adamı olduğunu dərk edir, öz həyat yolunu elmdə görür. 

Elmi axtarışlara olan maraq və həvəs, demək olar ki, ehtiras 

Zəki Validini heç vaxt, hətta siyasi fəaliyyətinin  ən gərgin 

vaxtlarında belə rahat buraxmır, bir dəqiqə boş vaxtı olanda 

səyahətləri zaman əldə etdiyi əlyazmaların tədqiqi ilə  məş-

ğul olurdu. Bir çox Şərq dillərini, türk dilinin dialekt və şi-

vələrini dərindən bilməsi bu işdə onun işini çox asan-

laşdırırdı. 

1914-cü ildə Türküstanda  türk xalqının tarixi ilə bağlı 

aşkar etdiyi əlyazmalar dünya oriyentalistika tarixində mü-

hüm hadisə oldu. Bu tapıntısı ilə o, artıq rus və dünya alim-

lərinin diqqətini özünə cəlb edə bildi. Apardığı araşdırmala-

ra, tədqiqatlara, sanballı faktlara əsaslanaraq yazdığı tarix, 

etnoqrafiya və  ədəbiyyat haqqında elmi məqalələrinin  əsas 

məqsədi həm öz həmvətənlərini, həm də Qərb türkoloqlarını 

türk xalqının  əsl tarixi ilə tanış etmək idi. Və  əminliklə 



 

7

demək olar ki, həyatının müxtəlif dövrlərində ağır təzyiqlə-



rə, sıxıntılara məruz qalan bu fədakar insan elmi fəaliyyətini 

daim davam etdirərək dünya oriyentalistika tarixinə bəxş et-

diyi sanballı monoqrafiya, məqalə  və araşdırmaları ilə bu 

məqsədinə nail olmuşdur. 

“Türk və tatar tarixi”nin ilk cildini 1912-ci ildə nəşr et-

dirən alim bu əsərinə görə Kazan Universiteti Tarix və Ar-

xeologiya Cəmiyyətinin üzvlüyünə qəbul edilir. Daha sonra-

lar onun “Tarix metodologiyası”, “Bu günkü Türküstan və 

yaxın keçmişi”, “Xatirələr”, “Tarixdə üsul”, “Ümumtürk 

tarixinə giriş”, “Türkün müqəddəratı” kimi sanballı  əsərlər 

nəşr etdirir. 

Bu istedadlı alimin Azərbaycan xalqına xüsusi məhəb-

bəti olmuş, bu xalqın tarixinə, etnoqrafiyasına, mədəni həya-

tına aid elmi məqalələr həsr etmişdir. O, 1927-ci ildə “Azər-

baycan etnoqrafiyasına dair” elmi araşdırmalarını nəşr etdir-

mişdir. Bu əsərin miladdan sonra Azərbaycan xalqının tari-

xini və toponimikasını öyrənməkdə rolu böyükdür. Zəki Va-

lidi Toğanın “İslam Ensiklopediyası”nda nəşr etdirdiyi 

“Azərbaycan” məqaləsini xüsusi qeyd etmək lazımdır. Bu 

əsər Azərbaycan tarixini özündə    mükəmməl  əks etdirir və 

milli tariximizlə maraqlanan tədqiqatçılar üçün maraqlı bir 

vəsaitdir. 

Zəki Validi Toğanı bir şəxsiyyət kimi formalaşdıran bir 

cəhətdə  də vardır ki, o da onun türk olmasıdır. Bu onun elmi 

fəaliyyətinə xüsusi məna verir. Ona qədər də türk tarixi üzrə türk 

alimləri olmuşdur. Ancaq aparıcı yeri əsasən türk olmayan 

alimlər tuturdu. Toğanın türk tarixi elmində səhnəyə çıxması ilə 

bu elmin öyrənilməsində mühüm məqamlar ortaya çıxdı. 

Türk milləti çox xöşbəxtdir ki, belə bir alimi var. Ona 

ğörə ki, ucsuz-bucaqsız türk tarixini öyrənmək və dünya 

miqyasında işıqlandırmaq üçün tarix elmimizin əsli türk 

olan, tədqiqatların yeni metodikasını bilən Əhməd Zəki Va-

lidi Toğan kimi alimlərə böyük ehtiyacı var. 



 

8

Azərbaycan həmişə türkçülüyün, türkçülük, turançılıq 



ideologiyasının önündə getmişdir. Bu mənada ilk türkoloji 

qurultayın da 1936-cı ildə Bakıda keçirilməsi, məhz 

repressiyaların, terrorun tüğyan etdiyi bir vaxtda keçirilməsi 

də  təsadüfi deyildi. Keçmiş sovetlər birliyində Azərbaycan 

həmişə türkçülük əhvali-ruhiyyəsinin közərdiyi bir məkan 

olmuşdur. 

Belə hesab edirəm ki, görkəmli türkoloq-alim  Əhməd 

Zəki Validi Toğanın 120 illik yubiley tədbirlərinin Bakıda 

keçirilməsi  əlamətdar hadisədir. Bu tədbirə Azərbaycan 

Milli Elmlər Akademiyasının müxbir üzvü, BDU-nun 

Türkologiya kafedrasının müdiri, görkəmli türkoloq alim, 

prof. Tofiq Hacıyev, AMEA-nın  Şərqşünaslıq  İnstitutunun 

direktoru prof. Gövhər xanım Baxşəliyevanın və digər 

türkoloq alimlərin iştirakı bu tədbirin möhtəşəmliyindən 

xəbər verir. 

Tədbirin Azərbaycan Milli Kitabxanasında keçirilməsi 

də təsadüfi deyildir. Əhməd Zəki Validi Toğan kitabları çox 

sevirdi, kitab onun üçün hər şey idi, kitabla baş-başa qaldığı 

günlərini ömrünün ən xoş anları hesab edirdi. Bu mənada 

onun yubiley tədbirlərinə  məhz milli kitabxananın ev 

sahibliyi etməsi xüsusilə əlamətdardır. 

 Biz də bu tədbirin təşkilatçısı olduğumuz üçün böyük 

fəxarət hissi keçiririk. Mən ilk növbədə görkəmli türkoloq 

alimin qızını - professoru salamlayıram, onun qarşısında baş 

əyirəm və Validi ocağının  ənənələrini davam etdirdiyinə 

görə ona təşəkkürümüzü bildirirəm. Belə bir tədbirin bizim 

kitabxanada keçirilməsinə  şərait yaratdıqlarına görə    Azər-

baycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab 

Əbülfəs Qarayevə, TÜRKSOY təşkilatına və onun rəhbəri 

Dusen bəy Kaseinova və türkdilli ölkələrin təmsilçilərinə 

minnətdarlığımı bildirirəm. Türkiyədən, Qazaxstandan, Baş-

qırdstandan, bizə qonaq gələn türkoloq-alimlərə “xoş gəlmi-

siniz” deyirəm. 



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə