Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə11/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   7   8   9   10   11   12   13   14   ...   230

 

 

22



haqqında lazımi məlumatın yayılması üzrə peşəkar fəaliyyətdir. (Mülki Məcəllə 

992-1.14.) 

Qiymətli kağızların ikinci bazarında əsas yerlərdən birini fond birjası tu-

tur. Fond birjası, müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zə-

ruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, kağız-

lara olan tələb və təklif arasında tarazlığı əks etdirən, həmçinin onlar haqqında 

lazımi  informasiyanın  yayılması,  qiymətli  kağızlar  bazarı  iştirakçılarının  yük-

sək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradılması olan təş-

kilatdır.  Fond  birjası  qapalı  səhmdar  cəmiyyət  formasında  olur.  Fond  birjası 

yalnız birja üzvləri arasında ticarəti təşkil edir. 

Fond  birjası  fəaliyyətini  müvafiq  icra  hakimiyyəti  orqanının  verdiyi 

xüsusi  razılıq  əsasında  həyata  keçirir.  Fond  birjası  depozitari  və  klirinq 

fəaliyyəti istisna olmaqla, digər  fəaliyyət növləri ilə məşğul  ola bilməz.  Fond 

birjasının  nizamnaməsinin,  onun  ticarət  qaydalarının  pozulması  və  fond  bir-

jasının  digər  daxili  sənədlərinin  pozulması  zamanı  cərimələr  müəyyən  edilir. 

Fond birjasının üzvlərinə aid olan daxili normativ aktlar fond birjası tərəfindən 

onun üzvlərinin təklifləri nəzərə alınmaqla müstəqil müəyyənləşdirilir. 

Fond birjasının beş əsas funksiyası vardır: 

1) likvidlik ehtiyaclarını qarşılamaq; 

2) alıcı və satıcıları qiymətli kağızların alqı-satqısını etmək üçün bir mə-

kanda qarşılaşdırmaq; 

3) qiymətli kağızların real kursunu müəyyən etmək; 

4) kapitalın bir sahədən digər sahəyə axmasını təmin etmək; 

5) real bazarın yaradılmasına xidmət etmək. 

Dünya praktikasında fond birjalarının 3 tipi mövcuddur: ictimai hüquqi; 

xüsusi birjalar; qarışıq birjalar. 

ctimai-hüquqi  birjalar  hər  zaman  dövlətin  nəzarəti  altında  saxlanılır. 

Dövlət birja ticarət qanunlarının tərtib edilməsində iştirak edir və onların həyata 

keçirilməsinə  nəzarət  edir,  ticarət  zamanı  birjada  qayda-qanunların  olmasını 

təmin edir. Bu cür tip birjalara Almaniyada, Fransada rast gəlmək olar. 

Xüsusi birjalar səhmdar cəmiyyət formasında yaradılır. Tam sərbəst birja 

ticarətini təşkil edirlər. Bu, o demək deyil ki, dövlət bir kənarda qalır. Dövlət 

birja ticarətinin tənzim edilməsində öz üzərinə heç bir təminat götürmür. Bura-

dakı  bütün  sazişlər  qanun  çərçivəsində  olur,  heç  bir  qanun  pozuntusuna  yol 

verilmir, əgər qanun pozuntusuna yol verilərsə, onu pozanlar cinayət məsuliy-

yətinə cəlb edilir. Bu tip birjalar Böyük Britaniya və ABŞ dövlətləri üçün xa-

rakterikdir. 

Ə

gər fond birjası səhmdar cəmiyyət formasında yaradılırsa və onun kapi-



talının 50 %-indən az olmayaraq dövlətə məxsusdursa, onda bu cür birjaları qa-

rışıq birjalar adlandırırlar. Bu cür birjaların başında seçilmiş birja orqanı durur. 

Birjanın fəaliyyətinə birja komissar nəzarət edir və rəsmi şəkildə birja kurslarını 



 

 

23



qeydiyyatdan keçirir. Bu cür birjalar Avstriya,  sveç və  sveçrə dövlətləri üçün 

xarakterikdir. 

Fond  birjası,  həmçinin  birja  sazişlərində  iştirak  edəcək  iştirakçıların 

hamısına eyni səviyyədə məlumat verməlidir. Fond birjasının bir vasitəçi kimi 

iştirak etməsinə baxmayaraq, o müştəriyə alacağı qiymətli kağızın gəlir verib-

verməyəcəyi  barədə  təminat  verə  bilməz.  Birja  müştəriyə  yalnız  alacağı 

qiymətli  kağız  haqqında  dolğun  məlumat  verə  bilər.  Beləliklə,  qeyd  etmək 

lazımdır  ki,  birjada  yalnız  o,  şirkətlərin  aksiyaları  kotirovka  edilir  ki,  onlar 

listinqdən  keçmiş  olurlar.  Birja  ekspertiza  qiymətini  müəyyən  etmək  və 

qiymətli  kağızı  qiymətləndirmək  üçün  qiymətli  kağızı  ixrac  edən  şirkətdən 

auditor  tərəfindən  yoxlanılmış  mühasibat  balansını,  mənfəət  və  zərər  hesabat 

sənədlərini tələb edə bilər. Birja bu sənədləri aldıqdan sonra bir ay müddətində 

bu sənədlərlə tanış olur və öz rəyini bildirir. Listinqin bir üstünlüyü də ondan 

ibarətdir  ki,  listinqdən  keçmiş  şirkətlər  kredit  idarələrinin  etibarına  sahib 

olurlar. Listinqdən keçmiş şirkətlər müəyyən şöhrətə sahib olurlar. Buna misal 

olaraq  Nyu-York  fond  birjasında  listinqdən  keçmək  üçün  aşağıdakı  tələblərə 

cavab vermək lazımdır: 

1. aksiyaların bazar qiyməti 18 mln. dollar olmalıdır; 

2.  tədavüldə  olan  aksiyaların  ümumi  sayı  1100  ədəddən  az  olmayaraq, 

onların bazar dəyəri 18 mln. dollar olmalıdır; 

3.  şirkətin  100  və  daha  artıq  aksiyasını  əlində  tutan  2000  səhmdar 

olmalıdır; 

4.  son  maliyyə  ili  üçün  vergini  ödədikdən  sonra  gəliri  2,5  mln  dollar 

olmalı və son iki il üçün isə 2.0 mln dollar olmalıdır; 

5. şirkətin əmlakı 18 mln dollardan aşağı olmamalıdır. 

Bir şeyi də qeyd etmək lazımdır ki, hər bir birjanın özünəməxsus müx-

təlif şərtləri vardır. Bir birjadan listinqdən keçməyən şirkət digər bir birjada lis-

tinqdən  keçə  bilər.  Birjada  listinqdən  keçmiş  qiymətli  kağızların  investorlar 

üçün  faydaları  aşağıdakılardır:  birjada  listinqdən  keçmiş  şirkət  qanun  çər-

çivəsində aksiya və istiqraz ixrac edir. Bu səbəbdən də investorların bu möv-

zuda aldanılması imkansızdır. 

Qiymətli kağızlar listinqdən keçmiş şirkətlər birjaya fəaliyyətləri ilə əla-

qədar,  o  cümlədən  maliyyə  durumlarına  yönəlik  ən  son  məlumatları  birjaya 

vermək məcburiyyətindədirlər. Buna görə də investor qiymətli kağız alarkən və 

ya satarkən əlaqəli şirkət haqqında doğru, yetərli və yeni məlumatları birjadan 

hər an saxlaya bilir. 

Birjada  listinqdən  keçmiş  qiymətli  kağızlar  üçün  sabit  bazar  vardır.  n-

vestorlar  portfellərindəki  bu  cür  aksiyaları  və  ya  istiqrazları  çox  qısa  vaxtda 

nağda çevirə bilərlər. Birjada qiymətlər günlük yayımlandığına görə, investorlar 

qiymət indeksini izləyə və özlərini riskə qarşı qoruma imkanı əldə edə bilərlər. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə