Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə13/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   9   10   11   12   13   14   15   16   ...   230

 

 

26



Üçüncü mərhələdə isə məhsulun istehsalına başlanılır və onun bazar qiy-

mətləndirilməsi  baş  verir.  Bu  mərhələdə  vençur  şirkətlər  iri  korporasiyalarda, 

banklarda müxtəlif institusional investorlarda maraq oyadır. 

Vençur şirkətin inkişafının sonuncu mərhələsində onun fəaliyyətinin ma-

liyyələşməsi həmin şirkətin satılması yolu ilə həyata keçirilir.  

Vençur  kapital  üçün  riskin  investorlar  və  layihənin  təşəbbüskarları  ara-

sında bölüşdürülməsi xarakterikdir. Riskin minimuma endirilməsi məqsədi ilə 

investorlar öz vəsaitlərini bir neçə layihə arasında paylaşdırır. Vençur investor-

ları birbaşa şirkətin idarə olunmasına can atırlar. 

Son zamanlar vençur maliyyələşmənin həcmi sənaye ölkələrində dinamik 

şə

kildə artmağa başlamışdır. Vençur kapital iqtisadiyyatın inkişafında mühüm 



rol oynayır. 

Lizinq. Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəm-

ləşdirən münasibətlər kompleksidir. Lizinq, lizinq verənlə lizinq alan arasında 

ə

ksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqa-



viləsinə  görə  lizinq  verən  lizinq  alana  lazım  olan  əmlakı  satıcıdan  mülkiyyət 

hüququ  ilə  əldə  etməli  və  lizinq  alanın  müvəqqəti  sahibliyinə  və  istifadəsinə 

verməlidir. Lizinq - sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, 

istehsal  təyinatlı  bina  və  tikililərin  istifadəsinin  xüsusi  sahibkarlıq  fəaliyyəti 

formasıdır.  Hal-hazırda  lizinq  ixtiyari  istehsalın  inkişafı  üçün  kapital  qoyu-

luşlarının  edilməsində  əsas  maliyyə  mənbəyidir.  Lizinq  müvəqqəti  olaraq  və 

yaxud cəlb olunan maliyyə vəsaitlərinin investisiyalaşdırılmasına istiqamətlən-

miş sahibkarlıq fəaliyyətidir. Bu zaman icarəçi maliyyə icarəsi üzrə müqaviləyə 

ə

sasən  alıcının  əmlakını,  öz  mülkiyyətinə  çevirməli  və  onu  götürən  şəxsə 



sahibkarlıq məqsədilə müvəqqəti istifadə üçün təqdim etməlidir. 

Lizinq iqtisadi mahiyyətcə istehsal investisiyasına aid edilir. Realizasiya 

prosesi zamanı icarəyə götürən şəxs lizinq xidməti həyata keçirən şəxsin inves-

tisiya xərclərini qarşılamalı və mükafat verməlidir. 

Lizinq xidməti iqtisadiyyatın istehsal sahəsinin güclənməsində böyük ro-

la malikdir. Bundan başqa, alternativ forma kimi lizinq kreditləşmə bank və li-

zinq təşkilatları arasında rəqabəti gücləndirir ki, bu da faiz dərəcələrinin aşağı 

düşməsinə və kapitalın istehsal sektoruna axmasına səbəb olur. 

Lizinq  əməliyyatlarının  obyekti  isə  hər  cür  maddi  sərvətlər:  daşınan  və 

daşınmaz əmlakdır. 

Lizinqin subyekti isə lizinqin növündən asılı olaraq iki və ya daha çox tərəf 

ola bilər. Lizinq subyektlərini birbaşa və ya vasitəçi iştirakçılara bölmək olar: 

•   lizinq verən rolunda çıxış edən lizinq firma və təşkilatları, banklar; 

•   istehsal, ticarət və nəqliyyat təşkilatları və əhali (lizinq alanlar); 

•   əməliyyat  obyektlərinin  təchizatı,  istehsal  (sənaye)  və  ticarət  şir-

kətləri; 

•   kommersiya və investisiya bankları; 

•   sığorta şirkətləri; 

 



 

 

27



•   broker və digər yardımçı firmalar. 

carə obyektindən asılı olaraq lizinqi daşınan və daşınmaz əmlak lizinqlə-

rinə bölmək olar. Ən geniş yayılan daşınan əmlak lizinqidir. 

Lizinq əməliyyatlarının həyata keçirildiyi yerdən asılı olaraq daxili lizinq 

zamanı  sövdələşmənin  bütün  subyektləri  bir  ölkəni  əhatə  edir,  xarici  lizinq 

zamanı tərəflərdən biri və yaxud tərəflərin hamısı müxtəlif ölkələrdən olur. 



Faktorinq (factoring ingilis dilindən tərcümədə agent, vasitəçi mənasını 

daşıyır)  kommersiya  banklarının,  onların  törəmə  faktor  firmalarının  kiçik  və 

orta  firmalara,  müştərilərə  göstərdikləri  maliyyə  xidmətinin  bir  formasıdır. 

Onun mahiyyəti ondan ibarətdir ki, faktor  firma  öz müştərisindən borcları al-

maq hüququnu alır, öz müştərilərinin borclarını hissə-hissə ödəyir. Daha doğ-

rusu, borcların 70-90%-ə qədərini ödəmə müddəti çatana kimi ödəyir. Borcun 

qalan hissəsini isə müştəriyə onun borclusu bütün məbləği qaytardıqdan sonra 

müəyyən  edilmiş  faizlər  çıxılmaq  şərtilə  qaytarılır.  Nəticədə  faktor-firmanın 

müştərisi  borcları  tez  qaytarmaq  imkanı  əldə  edir  və  buna    görə  də  faktor 

firmaya  faizlər  ödəyir.  Faktorinq  əməliyyatlarının  icra  olunduğu  şəraitdə 

müştəri öz borclusundan borcunu almaq hüququnu faktor firmaya verir. 

Françayzinq. Françayzinq bazarda tanınmış olan firmanın ötürülməsi və 

satışını  özündə  əks  etdirən  öz  ticarət  nişanı  altında  digər  firmanın  fəaliyyəti 

üçün lisenziya verilməsi qaydasıdır. 

Kapitalın  səfərbər  edilməsinin  bir  vasitəsi  olan  françayzinq  pul  və-

saitlərinin  tez  bir  zamanda  daxil  olması  ilə  xarakterizə  edilir.  Françayzinq 

vasitəsilə  cəlb  olunan  investisiyanın  məbləği  başqa  ənənəvi  vasitələrdən  daha 

çox  olur.  nvestorlar  üçün  françayzinqin  üstünlüyü  onlara  sərbəst  sahibkar 

olmaq imkanının verilməsidir. O,  qəbul olunmuş ticarət nişanı altında biznesi 

təşkil  etmək,  təsdiq  edilmiş  sahibkarlıq  formasından  istifadə  etmək  imkanı 

verir.  Adətən  françayzinqdə  investorlar  investisiyanı  öz  resusrları  hesabına, 

həmçinin bank kreditləri və vəsaitləri hesabına həyata keçirirlər. 

Texnologiya və ticarət nişanı üçün lisenziya françayzinq, öz ticarət nişanı 

altında fəaliyyət göstərmək hüququnu verən firma françayzer, bu hüququ almış 

firma isə françayz saxlayıcısı (françayziant) adlandırılır. 



 

1.2. Maliyyə bazarı 

 

Maliyyə  münasibətləri  sferasında  alqı-satqı  münasibətlərinin  məcmusu. 

Fond təklif və tələbi arasındakı axınları nizamlayan hüquqi və idari qaydaların 

mövcud  olduğu  və  fond  transfer  əməliyyatlarının  gerçəkləşdiyi  bazarlara 

"Maliyyə  bazarları"  adı verilmiş və maliyyə  bazarları tərkibinə pul və  kapital 

bazarları daxildir.  

Maliyyə bazarlarını çeşidliyinə görə qruplaşdırmaq mümkündür: 

1) bu bazardan faydalananlar baxımından: iqtisadi cəhətdən inkişaf etmiş 

ölkələrdə fond tələb etmək üzrə şəxslər, şirkətlər, mərkəzi hökumət, bələdiyyə 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə