Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə16/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   12   13   14   15   16   17   18   19   ...   230

 

 

32



Yerli və regional bazarlar. Bazarları ölkə içindəki yayğınlığına görə yerli 

və regional olaraq iki qrupa ayıra bilərik. Maliyyə alətlərinin ölkə daxilindəki 

alqı-satqı  işləmlərinin  gerçəkləşdirildiyi  bazarlara  "yerli  bazarlar"  (national 

markets) adı verilir. Yerli bazarlar, sərmayənin tabana yayılmasına, əmanətlərin 

aktiv  hala  gətirilməsinə  vasitəçi  olmaqla,  eyni  zamanda  alternativ  maliyyə 

yönəltmələri arasında ən ucuz qaynaq nitəliyində olan fondlar ilə şirkətlərə yeni 

investisiyalaragirmə,  qısamüddətli  fondları uzunmüddətli  fondlar halına  gətirə 

bilmək  imkanı  ölkə  içində,  yaxud  xarici  şirkətlərin  tanınmasına  imkan  yarat-

maqdadır.  Ayrıca,  bu  bazarlar  şirkətlərə  aid  aksiyaların  təşkilatlanmış  bir 

bazarda,  arzu  edilən  zamanda,  təklif  və  tələbə  görə  təşkil  edilən  qiymətlərlə 

alınıb-satılma imkanı verir. 

Bir bölgənin sərhədləri içində alqı-satqı işləmlərinə davam edən bazarlara 

isə "regional bazarlar" (lokal markets) deyilir.  

Maliyyə  alətlərinin istifadəsinə  görə maliyyə  bazarları: Maliyyə  alətlərə 

görə bazarları aksiya bazarları və istiqraz-bono və ya istiqraz törəmələri olaraq 

iki qrupa ayıra bilərik. Sadəcə aksiyalar və törəmələrinin alqı-satqı işləmlərinin 

gerçəkləşdiyi  bazarlara  "aksiya  bazarları"  adı  verilmişdir.  Birja  üzv  üçün 

vasitəçi  qurumlar  arasında  qiymətli  kağız  hərəkətini  stimullaşdırıcı  və  in-

vestisiyaların  aksiya  sənədi  xaricindəki  istiqraz,  bono  və  törəmələri  alqı-satqı 

işləmlərinin gerçəkləşdiyi bazarlara "istiqraz-bono bazarları" adı verilir. 

Pul bazarında qaynaqlar müddətli və müddətsiz əmanət, kapital bazarla-

rında isə davamlılıq təklif edilən yığımlardır. Pul bazarının başlıca xüsusiyyəti 

bu bazarların qısamüddətli fondlardan təşkil olunmasıdır. Pul bazarının alətləri 

ticari  sənədlərdən,  qaynaqları  isə  çeşidli  əmanətlərdən  təşkil  edilir.  Pul  ba-

zarında  saxlanan  fondlar  kreditlərdir  və  bu  kreditlər  daha  çox  şirkətlərin 

dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün istifadə edilir. 

Pul bazarı ilə kapital bazarı arasındakı fərqli yönlərə baxmayaraq, bu iki 

bazar bir-biri ilə yaxın əlaqəlidir. Aralarındakı əlaqələri aşağıdakı kimi sıralaya 

bilərik: Fond təklif edənlər bunlardan birinə və ya digərinə gedə bilərlər. Fond 

təklif  edənlərin  hansı  bazara  gedəcəyi,  bunların  investisiya  və  mövcud  gəlir 

ə

ldəetmə  imkanları  ilə  bağlıdır.  Eyni  şəkildə  fondları  istifadə  edənlər,  bunları 



iki bazarın hər hansı birində saxlaya bilərlər. 

Fondlar, iki bazar arasında gedib gələ bilir. Məsələn, Dövlət, müddəti ba-

ş

a çatan qısamüddətli borclarını uzunmüddətli borclarla (istiqrazlarla) dəyişdirə 



bilir.  Və  ya hər hansı bir bank müddəti başa  çatan istiqraz  gəlirini  bir şirkətə 

qısamüddətli borc vermək surəti ilə istifadə edə bilir. 

 Bəzi qurumlar hər iki bazara xidmət götürə bilərlər. Məsələn, qısamüd-

dətli dövlət borclarını alıb-satan agentlər, uzunmüddətli istiqrazları də ala bilir. 

Kommersiya bankları həm ortamüddətli, həm də qısamüddətli kredit verə bilir. 

Qısa və uzunmüddətli bazarların  gəlirləri  bir-biriylə əlaqəlidir. Örnəyin kredit 

sıxıntısı dolayısı ilə qısamüddətli fondların gəliri artınca uzunmüddətlilərinki də 

artar.  Hər  nə  qədər  qısa  və  uzunmüddətli  bazarlar  arasında  arbitraj  qurmaq 




 

 

33



sürəti ilə bir əlaqə qurulsa da, pul bazarı uzunmüddətli bazarlara nisbətən daha 

həssasdır. Ayrıca pul bazarlarındakı kağızlar pula çox yaxındır, riskləri azdır. 

Dünya iqtisadiyyatında beynəlxalq mal və xidmət axınları ilə yanaşı ka-

pital  axınları  da  vardır.  Beynəlxalq  kapital  hərəkətlərini  üç  ana  başlıq  altında 

toplamaq olar:  

1.  ölkələrin  iqtisadi  inkişafını  maliyyələşdirməyə  yönəlmiş  qarşılıqsız 

kredit və ya kredit şəklindəki rəsmi kapital hərəkətləri (hökumətdən-hökumətə 

və ya Dünya Bankı tərəfindən verilən iki və ya çoxtərəfli xarici yardımlar);  

2. birbaşa xarici kapital investiyaları;  

3. portfel xarakterli beynəlxalq kapital axınları. 

Beynəlxalq maliyyə bazarlarından beynəlxalq kapital kommersiya şərtlə-

rilə  əldə  edilir.  Bir  ölkənin  rezidentləri  digər  bir  ölkə  rezidentlərinə  maliyyə 

qaynağı  təmin  edirsə,  buna  beynəlxalq  maliyyə  işləmi  deyilir.  Beynəlxalq 

maliyyə  işləminin  təməl  məqsədi  –  fond  sahiblərinin  xarici  bazarlarda  fond-

larını  istifadəyə  verərək  daxili  bazarlara  görə  daha  yüksək  bir  gəlir  əldə 

etməkdir.  Beynəlxalq  kapital  ixracı  bir  ölkənin  əlindəki  fondlarının  digər  bir 

ölkənin pul və kapital bazarlarına  yatırılması deməkdir. Əslində kapital ixracı 

bir  ölkənin  pul  yığımlarının  digər  bir  ölkənin  iqtisadiyyatı  üçün  istifadəsidir. 

Bunun  nəticəsində,  iqtisadiyyatda  iqtisadi  yüksəliş,  iş  yerləri  artır  və  valyuta 

məzənnəsində yüksəliş təmin olunur.  

Bir ölkə sakinlərinin digər ölkə sakinlərini maliyyə qaynağı ilə təmin et-

mələri  beynəlxalq  kapital  işləmidir  və  əməliyyat  beynəlxalq  kapital  bazarla-

rında gerçəkləşir. Beynəlxalq kapital hərəkətlərinin ola bilməsi üçün hər şeydən 

öncə bir maliyyə qaynağı və ya kapitalın (investisiya fondu) olması labüddür. 

Maliyyə  mənbəyi  və  ya  investisiya  fondu  müəyyən  bir  gəlir  qarşılığında 

başqalarının  yararlanmasına  verilən  və  hər  zaman  istifadəyə  hazır  olan  və 

likvidliyi  yüksək olan fondlardır. Maliyyə işləmləri maliyyə bazarlarında apa-

rılır.  Bu  bazarlar  –  pul  bazarları  və  kapital  bazarları  olmaqla  iki  yerə  ayrılır. 

Ə

gər maliyyə mənbələri müəyyən bir faiz gəliri əldə etmək məqsədilə hərəkət 



edirsə,  bu  əməliyyata  kredit  adı  verilir.  Beynəlxalq  maliyyə  axınları  qısa  (1 

ildən az), orta (1-5 il) və uzun (5 ildən çox) müddətlidir.  

Adətən, pul bazarlarında əməliyyatlar əsasən kommersiya bankları vasi-

təsilə aparılır və buradakı əməliyyatlar qısamüddətlidir. Kapital bazarında əmə-

liyyatlar isə istiqraz və səhm kimi qiymətli kağızlarla gerçəkləşdirilir.  stiqraz 

müəyyən bir sabit faiz gəliri gətirən borc sənədidir.  stiqrazın müddəti qısadır-

sa,  o  zaman  onun  adı  maliyyə  bonosu  olur.  Səhm  isə  şirkətin  mülkiyyətinə 

ortaqlıq haqqına dayanır və mənfəət və ya zərərə qatılmaq imkanı əldə edir.  

Beynəlxalq  maliyyə  bazarlarının  strukturu  beynəlxalq  pul  bazarı  və  ka-

pital hərəkətləri sisteminin birgə təsiri altında formalaşır. Beynəlxalq fond axın-

ları  bir  ölkədən  ayrı-ayrı  ölkələrə  hərəkət  edən  pul  və  kapital  fondlarıdır. 

Ümumiyyətlə,  maliyyə  bazarlarında  satılan  fondlar  istehlak  edilməyib  inves-

tisiyaya  yönələn  gəlirlərdir.  Bu  fondlar  bir  gəlir  qarşılığında  borc  verilir.  Bu 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə