Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə18/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   14   15   16   17   18   19   20   21   ...   230

 

 

36



Ümumiyyətlə, Avrodollar bazarlarında dövlət müdaxiləsi çox azdır və ya 

yoxdur, rəqabət yayğındır. Bu səbəblə bu bazarlardan daha aşağı faiz ilə fond 

cəlb etmək mümkündür. Bu bazarda pul yatıranlar isə daha yüksək nisbətlərdə 

faiz gəliri əldə edirlər. Faiz dərəcələri interbank əməliyyatlarının tətbiq edildiyi 

London bazarına görə (LIBOR) təsbit edilir. 

Ümumiyyətlə, Avrodollar bazarlarından fond tələb edirlər. Bunu, adətən 

hüquqi  şəxslər,  transnasional  böyük  şirkətlər  və  hökumətlər  yaradırlar.  Av-

rodollar bazarlarındakı əməliyyatlar, əsasən qısamüddətli olur. 

Qərbi Avropada və xüsusilə də Londondakı bəzi böyük banklar 1950-ci 

illərin  ortalarında  ABŞ  dolları  ilə  əmanət  qəbul  etməyə  və  bu  əmanətlərdən 

dollar  ilə  borc  verməyə  başlamışlar.  Londondakı  banklar  (ABŞ  banklarının 

London şöbələri) ABŞ-da yığıma sahib olan  ngiltərə vətəndaşlarının  ngiltərə-

dəki  yüksək  faizlərdən  yararlanmaq  istəyən  ABŞ  vətəndaşlarının  vəsaitlərini 

cəlb  etmək  məqsədlərini  qarşılarına  qoymuşlar.  Bu,  ilk  başlanğıcdan  normal 

bankçılıq  qaydalarına  uyğunlaşmır.  Çünki  bir  ölkənin  vətəndaşları  digər  bir 

ölkənin  pulunu  əldə  etmək  istəyəndə,  bu  pulu  ya  valyuta  bazarlarında  əldə 

etməli,  ya  da  pul  ixrac  edən  ölkədəki  bir  bankdan  borc  almalı  idilər.  Lakin 

1958-ci ildən sonra beynəlxalq valyuta bazarlarında avrodolların ortaya çıxması 

ilə  bir  ingilis  vətəndaşı  ehtiyac  duyduğu  dollarları  öz  ölkəsindəki  bir  bankda 

saxlamağa başlamışdır. Şübhəsiz ki, bu tendensiyanın inkişafında sabiq Sovet 

ttifaqının  əlində  toplanan  dolları,  ABŞ-ın  xaricində  dəyərləndirmək  istəyinin 

də  böyük  təsiri  olmuşdur.  Avrobazarlarla  qaynaq  saxlayan  qurumlar  aşa-

ğ

ıdakılardır:  nkişaf  etmiş  ölkələrin  Mərkəzi  bankları,  kommersiya  bankları, 



transnasional  şikərtlər  və  sığorta  qurumları.  Avrobazarlara  fond  saxlayan 

ölkələr üç  yerə ayrılır: Qərbi Avropa ölkələri, ABŞ və digər ölkələr. Avroba-

zarlardan kredit maliyyə mənbəyinə qaynağa ehtiyacı olanlar isə adətən rəsmi 

qurumlar  və  kommersiya  banklarıdır.  Ümumiyyətlə,  avrobazarlardan  ən  çox 

kredit tələb edən iki qrup vardır: ödəmə güclükləri olan inkişaf etmiş ölkələr və 

inkişaf etməkdə olan ölkələr. Avrobazardan maliyyə qaynağı təminetmənin tək 

yolu avrodollar bazarından qısamüddətli kredit almaq deyildir. Avrobank milli 

pulun aid olduğu ölkə xaricində satışa qoyulmaq üzrə ixrac edilən qiymətli ka-

ğ

ızlardır.  Məsələn,  bir  ingilis  şirkətinin  sterlinq  üzərindən  çıxardığı  Bonoları 



Nyu-York,  Surix,  Frankfurt  və  digər  birjalarda  satması  vəziyyətində  Av-

roistiqraz  ixrac  edilmiş  olur.  Avrobono  bazarları  orta  və  uzunmüddətli  inves-

tisiya fond qaynağıdır. Bu baxımdan Avrobono avrodollar bazarından ayrılır. 

Avrobononu satın  alanlar vergi və milli pul vahidindən qaçmaq istəyən 

özəl və dövlət yatırımçılarının ölkə mənşələri Mərkəzi, Şərqi, Cənubi Amerika 

və  Avropa  ölkələri  olduqda  qurum  yatırımçıları  arasında  NATO,  Birləşmiş 

Millətlər kimi beynəlxalq təşkilatlarda yer alır. 

1963-cü ilə qədər Nyu-York maliyyə mərkəzi Bononu ixrac edərək fond 

saxlamaq ehtiyacında olanlar üçün ən önəmli bazar idi. Lakin 1960-cı ilin əv-

vəllərində ABŞ-ın tədiyyə balansının kəsrləri böyümüş, qızıl ehtiyatları azalmış 




 

 

37



və ölkədən önəmli ölçülərdə kapital çıxmağa başlamışdı. Avrobazarlardan kre-

dit  şəklində  fond  tələb  edən  rəsmi  qurumlar  kommersiya  bankları  və  şir-

kətlərdir. Avrobazarlardan borclanmanın ən geniş forması kreditdən istifadədir. 

Avrobazarın istiqraz ixrac edərək və ya «əmanət sertifikatı» kimi qiymətli kağız 

satışı yolu ilə borclanma həyata keçirir. 

 Avro  bazarlarda  borclanma  imkanlarına  iki  faktor  təsir  edər:  Kredit 

dəyərliliyi  və  kreditin  maya  dəyəri.  Bir  şirkətin  kredit  dəyərliliyini,  o  şirkətin 

maliyyə vəziyyətinin təhlili sonucunda müəyyən etmək olar.  

Ancaq  bir  ölkənin  kredit  dəyərliliyinə  müsbət  yöndə  təsir  edən  amillər 

aşağıdakılardır: 

1. Ölkənin inkişaf  və  ya borc ödəmə  qabiliyyəti  yüksək  (neft ixrac edən 

ölkələr kimi) inkişaf yolunda olan bir ölkə olması; 

2. Tədiyyə  balansının  kəsir  verməməsi  və  kəsirlərin  mütləq  və  ya  nisbi 

dəyərinin zaman içində azalması; 

3. Ölkənin  təməl  iqtisadi  göstəricilərinin  müsbət  inkişafı  (inflyasiyanın 

düşməsi,  pul  təklifinin  nəzarətsiz  şəkildə  artmaması,  real  milli  gəlir  və 

sektorların böyümə tempi); 

4. Ölkənin xaricə açıqlığı (qanunvericilik, iqtisadi və maliyyə münasibət-

ləri baxımından ölkənin dünya ölkələri ilə inteqrasiya dərəcəsi); 

5. Ölkənin öz vəsaiti ilə borc qarşılama nisbətinin artması; 

6. Daha  öncə  avrobazarlar  və  digər  beynəlxalq  maliyyə  qaynaqlarından 

alınan borcların əsas pul və faiz ödəmələrinin zamanında və fasiləsiz yerinə ye-

tirilməsi. 

Yuxarıda sayılan faktorların çeşidli metodlarla toplu olaraq dəyərləndiril-

məsi nəticəsində ölkələrin kredit dəyərliliyi müəyyən ballarla təsbit edilir. Balı 

yüksək  olan  ölkələr  daha  uyğun  şərtlərlə  və  böyük  miqdarlarda  kreditalma 

imkanına  sahib  olurlar.  Beynəlxalq  maliyyə  qurumlarının  kredit  açarkən  bu 

qədər  fərqli  çalışmalar  aparmasının  səbəbləri  kredit  riskini  minimuma  endir-

mək,  dolayısıyla  verilən  kreditlərin  geri  qaytarılmaması  problemləri  ilə 

qarşılaşmamaqdır. 

Kreditin  maya  dəyərinə  təsir  edən  başlıca  amillər:  kreditin  banklararası 

və  əlavə  (spread)  faiz  dərəcəsi,  komisyon,  pul  vahidi  və  kreditin  təşkili  mə-

sələləridir.  Londonda  banklararası  kreditlərə  ödənən  faiz  dərəcəsinə  LIBOR 

deyilir( kreditlər 1gündən 12 ayadək müddətinə qədər təklif  olunur).  LIBOR( 

London  Interbank  Offered  Rate,  LIBOR),  stavkası  aşağıdakı  valyutalar  üçün 

hesablanır:  Avstraliya  dolları,  Danimarka  kronu,  ABŞ  dolları,  avro,  Kanada 

dolları, Yeni Zelandiya dolları, funt-sterlinq,  sveç kronu,  sveçrə frankı, Yapon 

iyenası. 

Avrobazardan kredit almaq üçün başvuran bir firma üçün kreditin maya 

dəyəri  aşağıdakı  kimi  hesablanır:  LIBOR=  SPREAD+  idarə  komisyonu+borc 

komisyonu + qatılım komisyonu. 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə