Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə20/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   16   17   18   19   20   21   22   23   ...   230

 

 

40



Ölkə riskinə girəən önəmli göstəricilər aşağıdakılardır: 

-böyük bir devalvasiya; 

-böyük bir resesion; 

-iqtisadi siyasətdə böyük dəyişikliklər 

-dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin artımı 

-pul miqdarında yüksək nisbətdə bir genişləmə 

-dəyişkən ticarət hədləri 

-aşağı bir verimlə geri dönən dövlət xərcləri;  



qtisadi risk: 

-iqtisadi struktur və artım 

-dövlət və ya bazar iqtisadiyyatı 

-iqtisadi çeşidləndirmə 

-investisiya və yığımların həcmi 

-iqtisadi artımın sürəti. 



Maliyyə siyasəti və dövlət borclanması 

-dövlət borclanmasının strukturu 

-borc xidməti 

Pul siyasəti və inflyasiya: 

-pul və kredit həcmindəki artım nisbəti 

-valyuta siyasəti 

-Mərkəzi Bankın müstəqillik səviyyəsi  



qtisadi idarəetmə: 

-iqtisadi tarazlığı təminetmə istəyi və qabiliyyəti 

-struktural iqtisadi islahatlar  

Siyasi risk: 

-siyasi sistem 

-hökumət forması 

-xalqın hakimiyyətdə iştirak dərəcəsi 

-liderlik sırasının intizamı  

Sosial mühit: 

-həyat standartları və gəlirin bölüşdürülməsi 

-əhalinin mədəniyyət səviyyəsi  

Beynəlxalq münasibətlər: 

-beynəlxalq iqtisadi sistemə və maliyyə qurumlarına inteqrasiya dərəcəsi; 

-etibarlılıq riski, qonşu ölkələrlə münasibət. 

 

Beynəlxalq səhm ixracı və satışı – kapital qarşılığında səhmi ixrac edən 

ş

irkətin hər il bir dividend ödənməsi əsasına dayanır.  nvestorlar səhmlərin də-



yər  qazanmasından  dolayı  əlavə  qazanc  əldə  edirlər.Beynəlxalq  bazarlarda 

satmaq məqsədilə səhmlərin çıxarılması iki  yolla olur.  «Təkdilimli ixrac» du-

rumunda avrosəhmlər avrobazarlarda satılmaq üçün ixrac edilir. Satış eyni anda 

bütün  Avropa  ölkələrində  aparılır.  Lakin  Avropa  ölkələri  xaricindəki  ölkələrə 

də (ABŞ, Yaponiya) səhmləri satmaq mümkündür. 



 

 

41



« kidilimli ixrac» yolunda isə səhmlərin ixracı yerli və beynəlxalq trans 

olaraq  ikiyə  ayrılır.  Beynəlxalq  trans  xarici  investorlara  satılır.  Əsasən, 

Beynəlxalq  tranş  səhmləri  ilə  Nyu-York,  Tokio,  London  kimi  maliyyə 

mərkəzlərində əməliyyat aparılır.  



Cədvəl 1 

stiqrazın etibarlılıq qiymətləndirmə şkalası 

 

Moody`s 

Standard 

poor`s 

Xarakteristika 

Aaa 


AAA 

yüksək  etibarlılıq  dərəcəsi,  minimal  risk. 

Emitensin  maliyyə  vəziyyəti  sabitdir  və  etimada 

sahibdir 

Aa 

AA 


etibarlılığı yüksək, uzun müddətdə riski yüksək 



etibarlılıq  oradan  yuxarı,  emitetin  güclü  tərəfləri 

vardır,  ancaq  bazar  konyunkturunda  dəyişiklik 

göstərir 

Baa 


BBB 

etibarlılıq orta səviyyədə 

Ba 

BB 


spekulyativ  elementlər  iştirak  edir,  etibarlılıq 

mötədillik (mülayimlik) 



hal-hazırda  emitent  ödəmə  qabiliyyətinə  çatıb. 



Ancaq gələcəkdə ödəməmə risk var 

Caa 


CCC 

defolt təhlükəsi var 

Ca 

CC 


yüksək spekulyativ 



ə

n aşağı etibarlılıq 



Defolt 



 

1.3. Maliyyə alətləri 

  

Maliyyə bazarı çoxsaylı alətlərin alqı-satqısını və müxtəlif maliyyə vasi-

təçilərinin fəaliyyətini əhatə edir. Biz maliyyə bazarının işləyişinə diqqət yetir-

mək üçün orada əməliyyat görən maliyyə alətlərinin və maliyyə vasitəçilərinin 

növləri üzərində dayanaq. Qeyd etdiyimiz kimi, maliyyə alətləri çoxsaylıdır.  n-

kişaf  etmiş  maliyyə  bazarı  olan  ölkələrdə  maliyyə  alətlərinin  bir-birindən  ol-

duqca fərqli və eyni zamanda oxşar cəhətləri olan növlərinə rast gəlinir. Fond 

təklif edənlər fond tələbində olanlardan dövr etdirdikləri fondların qarşılığında 

və bu alış-veriş nəticəsində doğan alacaq və  ya ortaqlıq haqlarını göstərən bir 

sənəd  alırlar.  şdə  bu  sənədə  "Maliyyə  instrumenti  aləti  və  ya  maliyyə  inves-

tisiya  aləti  adı  verilmişdir.  Maliyyə  alətləri  müəyyən  bir  satın  alma  gücünü 

təmsil  edirlər  və  fond  tələbində  olanlar  tərəfindən  yaradılmaqla,  fond  sa-

hiblərinə fondlarının əvəzində verilir. 

Maliyyə alətləri onu əlində tutanlar üçün maliyyə aktivləri, bazara çıxa-

ranlar üçün isə maliyyə bazarları təşkil edirlər. Maliyyə  alətləri fond alış-verişi-



 

 

42



nə  fond  təklif  edənlər  və  ya  fond  istifadəçilərinin  öz  aralarında  imzaladıqları 

sözləşmənin  özəlliyinə,  etimad  və  haqlara,  gəlir  səviyyəsinə,  müddətinə  və 

likvidliyinə  görə  fərqlənirlər.  qtisadi  vahidlərin  fond  tapmaq  məqsədi  ilə  hə-

qiqətən  çıxardıqları  maliyyə  alətləri  vasitəsiz  maliyyə  alətləridir.  Vasitəli 

maliyyə  alətləri  isə  maliyyə  qurumları  tərəfindən  çıxarılan  və  yığım  sahib-

lərinin həqiqətən bu qurumlar üzərindəki haqlarını və alacaqlarının, bilavasitə 

vasitəçi  qurumlardan  fond  saxlayan  iqtisadi  vahidlər  üzərindəki  haqlarını  və 

alacaqlarını göstərən sənədlərdir. Başqa bir tərəfdən, saxladıqları haqlara görə 

maliyyə  alətləri  ortaqlıq  haqqı  saxlayan  və  alacaq  haqqı  doğuran  maliyyə 

alətləri olaraq qruplaşdırıla bilər. 

Son illərdə maliyyə innovasiyalarının güclənməsi təcrübədə maliyyə alət-

lərinin daha yeni formalarını ortaya gətirmişdir. Dünya ölkələrində maliyyə alə-

tlərinin  yeni  növlərinin  meydana  gəlməsi  həm  də  dezintermediasiya  və  sek-

yuritizasiya prosesi ilə bağlıdır. Maliyyə vasitəçiliyinin bahalığı və istifadəçilər 

üçün  ağırlığı,  onlan  birbaşa  olaraq  yığım  sahibləri  ilə  əlaqə  yaratmağa  sövq 

etmiş  və  bankların  borc  kapitalı  bazarındakı  vasitəçiliyindən  imtina  edərək, 

birbaşa  maliyyə  alətlərini  buraxmağa  üstünlük  vermişdir.  Bununla  da  sek-

yuritizasiya,  yəni maliyyə bazarında borclanmanın əsas forması kimi qiymətli 

kağızların rolu güclənmişdir. Hazırda subyektlər mənfəət artırmaq və maliyyə 

vasitəçiliyinin maya dəyərini aşağı salmaq, bununla da vasitəçilik xidmətlərinin 

ucuzlaşdırılması  məqsədilə  maliyyə  innovasiyalarından  geniş  istifadə  edirlər. 

Maliyyə  innovasiyaları  daha  yeni,  tərəflərin  maraqlarını  qarşılıqlı  təmin 

olunması baxımından daha təkmil və dəyişən makroiqtisadi situasiyaya uyğun-

laşmaq  qabiliyyətinə  malik  olan  maliyyə  alətlərini  ortaya  gətirir.  Maliyyə 

innovasiyaları  sürətləndikcə  maliyyə  alətlərinin  də  sayı  artmaqdadır.  Təbii  ki, 

maliyyə  vasitəçilərinin  təklif  etdiyi  maliyyə  məhsullarının  bazarda  daha  çox 

reallaşması  üçün  onların  məzmununa  daim  yeniliklər  edilməsi  tələb  olunur. 

Maliyyə innovasiyaları həm də bir sıra səbəblərlə  bağlı olaraq daha da təşviq 

olunmaqdadır.  Bu  səbəblər  sırasında  ilk  növbədə  faiz  dərəcələrinin  və  infl-

yasiya tempinin sabit olmamasını göstərmək olar. Dünya ölkələrində son dövr-

lərdə faiz dərəcələri və inflyasiya tempi həm nominal, həm də  real baxımdan 

kəskin  tərəddüdlərə  məruz  qalır.  Bu  tərəddüdlərdən  irəli  gələn  riski  azaltmaq 

məqsədilə  yeni  növ  maliyyə  xidmətlərinə  tələb  ortaya  çıxır.  Maliyyə  inno-

vasiyalarının  güclənməsinə  səbəb  olan  mühüm  amillərdən  biri  də  requlyativ 

xarakterli  dəyişikliklərdir.  nkişaf  etmiş  ölkələrdə  70-ci  illərdə  maliyyə 

bazarının derequlyasiyası müxtəlif maliyyə vasitəçilərinin fəaliyyətini məhdud-

laşdıran hədləri ortadan götürdü və bununla da rəqabət arenası xeyli dəyişikliyə 

məruz qaldı. Öz fəaliyyət arenasını xeyli genişləndirən maliyyə vasitəçiləri yeni 

daxil  olduqları  seqmentdə  yeni  maliyyə  xidmətləri  təklif  etməyə  başladılar. 

Maliyyə innovasiyalarını gücləndirən digər səbəb texnologiyanın təkmilləşməsi 

ilə bağlıdır. Kompyuterlərin maliyyə əməliyyatlarına tətbiqi maliyyə xidmətləri 

sferasını  xeyli  genişləndirir  və  sazişlər  üzrə  xərclərin  dəyərini  azaldır.  Pul 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə