Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə22/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   18   19   20   21   22   23   24   25   ...   230

 

 

45



hüquqi  baxımdan fərqlər  vardır.  Banknot dövlətin  rəsmi  puludur və  onu rədd 

etmək  qadağandır  və  onu  qəbul  etmək  bütün  ticarət  təşkilatları  tərəfindən 

məcburidir. Lakin birisinə pul yerinə çek verilirsə, o, bunu rədd edə bilər. Çeklə 

aparılan  əməliyyatların  uçotu  dəqiq  olduğundan  iş  həcmini  və  qazanclarını 

vergi dairəsindən gizlədənlər, rüşvət alanlar və s. bu kimi bənzəri şəxslər çeki 

qəbul  etməzlər.  Çeklə  ödəmə  aparan  və  aparılan  şəxslərin  qazandığı  praktik 

fayda  onları  pultutma,  daşıma  və  sayma  çətinliyindən  qurtarır.  Çek  verənin 

banka çek alıcısının alacağı pul məbləğinin bankdan alması barədə yazılı tap-

ş

ırığıdır. Çek qiymətli kağızın bir növü olub ödəmə hesabat kitabçasıdır. Çekin 



də  veksel  kimi  öz  vacib  rekvizitləri  vardır.  Bunlar  aşağıdakılardır:  adi  "çek"; 

çek verənin çekdə göstərdiyi pul məbləğinin ödənilməsi barədə banka tapşırığı; 

çek  tədiyyəçisinin  adı  və  hesab  nömrəsi;  çek  verənin  imzası;  çekin  tərtib 

edildiyi gün və yer. 

Çekin bir neçə növü vardır ki, bunların da ən əsasları aşağıdakılardır: 

1. Adlı çek - konkret şəxsin adına yazılır və gələcəkdə onun başqa şəxsə 

ötürülməsi mümkün ola bilməz; 

2. Order çeki - bu da konkret şəxsin adına yazılır, amma bu çeklərin gələ-

cəkdə ötürücü imzalarla indosament ötürülməsi mümkündür; 

3. Təqdim edilənin adına olan çek - təqdim edilənin adına yazılır və o bir 

şə

xsdən digər şəxsə adi təqdim edilmə ilə ötürülə bilər; 



4. Hesab çekləri - onunla nağd pul ödənişlərinin aparılmasına icazə veril-

mir. Pul çeki bankdan nağd pul alınması üçün təyin edilir. 

Konosament yüklərin daşınmasında dünya praktikasında hamı tərəfindən 

qəbul edilən standart formalı sənəddir. Konosament yükləmə, daşınma və alın-

ma hüququnu təsdiq  edən sənəddir  və beynəlxalq  nəqliyyatda  yüklərin daşın-

masında  istifadə  edilir.  Konosamentin  aşağıdakı  formaları  vardır:  təqdim  edi-

lənin adına konosamentdə təqdim edilən yükün sahibi hesab edilir; adlı konosa-

ment  yükün  konosamentdə  adı  çəkilən  şəxs  hesab  edilir;  Adlı  konosament 

başqa bir şəxsə aid ola bilməz. Konosamentin də öz rekvizitləri vardır. Bunlar 

aşağıdakılardır:  gəminin  adı;  firmanın  adı;  yükün  qəbulolunına  yeri;  yükü 

göndərənin adı; yükü alanın adı; yükün adı və onun əsas xarakteristikası; kono-

samentin verildiyi vaxt və yer; gəmi kapitanının imzası. 

Pul bazarında əməliyyat görən  alətlərin başında  əmanət dayanır.  "Əma-

nət" dedikdə, istənilən zaman və  ya  məlum bir müddət sonunda  geri  alınmaq 

üçün banklar qoyulan pul anlaşılır. Əmanət sahibləri verdikləri pul qədər bank-

lardan  alacaqlı  olurlar.  Başqa  bir  sözlə,  pulunu  banka  qoyan  bir  kimsə  banka 

kredit  vermiş  olur.  Bir  sıra  ölkələrdə  ödəmələrin  böyük  bir  hissəsi  (təxminən 

90%)  banklar  vasitəsilə  olur.  Pulun  banknot  yerinə  əmanət  şəklində  bankda 

tutulması əmanətçiyə gəlir gətirir. Müddətləri baxımından əmanətləri aşağıdakı 

şə

kildə sıralamaq mümkündür: müddətsiz və müddətli əmanət.  



Banklardan istənilən  an  çıxarılmaq üzrə  qoyulan  əmanətlərə müddətsiz, 

müəyyən  bir  müddət  sonunda  götürülmə  ilə  qoyulan  əmanətlərə  isə  müddətli 




 

 

46



ə

manət deyilir. Tələb olunanadək depozitlər müxtəlif bank hesablarındakı və-

saitlərin sahibinin pul və hesablaşma sənədlərini yazmaqla birinci tələbdən əldə 

edə  bilməsidir.  Bunlara  hüquqi  şəxslərin  cari  və  hesablaşma  hesabında 

saxlanılan  vəsaitlər,  müxtəlif  təyinatlı  fondların  vəsaitləri,  hesablaşmalardakı 

vəsaitlər,  digər  kreditorların  vəsaitləri,  digər  bankların  müxbir  hesablarındakı 

vəsaitlərin qalığı, fiziki şəxslərin tələb edilənədək əmanətlərdəki vəsaitləri və s. 

aiddir.  Depozit  sahiblərinin  kateqoriyalarından  asılı  olaraq  depozitləri  hüquqi 

və  fiziki  şəxslərin  depozitlərinə  bölmək  olar.  Depozit  əməliyyatının  subyekti 

banklar  və  pulun  sahibləri  olan  kreditorlar,  obyekti  isə  banka  verilən  pullar 

sayılır. Bu hesabın sahibi üçün üstünlüyü onun yüksək likvidli olmasıdır. An-

caq onlar üzrə faizlər ya ödənilmir, ya da aşağı faiz müəyyən edilir. 

Nəzərə alsaq ki, dünya bank təcrübəsində bankların cəlb etdiyi vəsaitlərin 

ə

sas  hissəsini  (təqribən  60-70  %ni)  müddətli  depozitlər  təşkil  edir.  Müxtəlif 



növlü depozit və əmanətlər üzrə ödənilən faiz siyasəti stimullaşdırıcı rola malik 

olmalı və müştəriləri öz vəsaitlərini, nəinki qısa müddətə, hətta uzun müddətə 

banklarda saxlamağa təhrik etməlidir. 

Bankların əsas xərcləri depozit və ya əmanət xidməti ilə bağlıdır.  

Azərbaycan Respublikasında mövcud bank qanunvericiliyinə uyğun ola-

raq  əhalinin  əmanətləri  banklar  tərəfindən  yalnız  Azərbaycan  Respublikası 

Mərkəzi Bankının verdiyi lisenziya əsasında qəbul edilə bilər. 

Ə

manətçi  ilə  bağlanmış  müqaviləyə  əsasən  bank  əmanətçinin  qoyduğu 



pul vəsaitini saxlamağı, əmanət üzrə faiz şəklində və bankların təklif etdiyi baş-

qa  formada  gəlir ödəməyi, əmanətlə  hesablaşmalar üzrə  əmanətçinin tapşırıq-

larını yerinə yetirməyi tutulmuş şərtlərlə və qaydada geri qaytarmağı öhdəsinə 

götürür. 

Banklar ilk növbədə müştərilərin vəsaitlərini cəlb etmək və ya onların və-

saitlərini  özündə  saxlamaq  üçün  onlara  kifayət  qədər  yüksək  faiz  gəliri  əldə 

etməyi təmin etməlidir. Digər tərəfdən isə banklar kifayət qədər yüksək faiz də-

rəcəsindən qaçmalıdır. 

Depozit hesabları onun sahibləri üçün puldur. Eyni zamanda depozit faiz 

gətirən  bank  puludur.  Dolayısı  ilə  depozit  onun  sahibləri  üçün  bir  tərəfdən 

tədiyyə vasitəsi, digər tərəfdən kapital rolunu oynayır. Lakin depozitin gətirdiyi 

faiz həmişə kapitalın adi faizindən az olur. Depozitin özünəməxsus xüsusiyyəti 

onun  faiz  gətirən  likvid  vəsait  olmasıdır.  Banklar  tərəfindən  açılan  tələb 

edilənədək  hesablar  onun  sahibləri  üçün  ən  yüksək  likvidliyə  malikdir.  Onlar 

bu  hesablardakı  vəsaiti  istənilən  vaxt  geri  götürə  və  onu  digər  subyektin  he-

sabına köçürə bilərlər. Belə hesabı, adətən firmalar, hökumətlər, fiziki şəxslər 

cari xərclərini bank köçürmələri vasitəsilə həyata keçirmək üçün açırlar. Tələb 

edilənədək hesablardan vəsait istənilən vaxt çağrıla bilsə də, təcrübə prosesində 

bankların  daim  bu  hesablarında  qalıqlar  mövcud  olur  (transaksion  qalıqlar). 

Banklar  həmin  vəsaiti  fond  olaraq  pula  ehtiyacı  olan  subyektlərə  təqdim  edə 

bilir. Maliyyə sistemi əsas etibarilə banklara söykənən ölkələrdə bu transaksion 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə