Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə19/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   15   16   17   18   19   20   21   22   ...   230

 

 

38



Aşağıdakı cədvəldə bir örnək üzərində kredit dəyərliliyi yüksək olan bir 

borclu (A) ilə kredit dəyərliliyi aşağı olan bir borclunun (B) kreditlərinin maya 

dəyərləri göstərilir (Hər iki borclunun aldığı kredit miqdarı 50 milyon dollar və 

8 il müddətindədir). 

Cədvəldən  göründüyü  kimi  kredit  dəyərliliyi  yüksək  olan  A  ölkəsinə 

tətbiq edilən kreditin maya dəyəri B ölkəsinə nisbətən daha aşağıdır. 

Beynəlxalq  maliyyə  bazarlarının  özəlliklərindən  biri  də  kapital  hərəkət-

lərinin sürəti və həcminin böyüklüyünün beynəlxalq ticarət hərəkətlərindən və 

xarici özəl yatırımlardan çox daha böyük olmasıdır. Bunun isə ən önəmli səbəbi 

ölkələr arasındakı faiz hədləri və valyuta məzənnələri arasındakı fərqliliklərinin 

olması. 

Beynəlxalq  maliyyə  bazarlarının  alt  bölümlərindən  biri  kapital  ba-

zarlarıdır.  Beynəlxalq  kapital  bazarlarının  da  alt  bölümləri  kredit,  istiqraz  və 

səhm  bazarlarıdır.  Kredit  bazarlarında  pul,  digər  iki  bazarda  isə  qiymətli  ka-

ğ

ızlarla əməliyyatlar həyata keçirilir. 



Beynəlxalq kredit bazarları. Beynəlxalq kredit bazarlarında beynəlxalq 

ticarətin kreditləşməsinə yönələn kredit əməliyyatları yer alır. Beynəlxalq tica-

rətin  kreditləşdirilməsində  çoxçeşidli  alətlərdən  istifadə  olunur.  Bu  alətlər 

ə

sasən  –  veksel  və  bank  qəbulu,  faktorinq,  forfatinq,  sənət  diskontu,  qısa-



müddətli bank kreditləri, beynəlxalq lizinq, iqtisadi və siyasi risk sığortasıdır. 

Veksel və bank qəbulu. Beynəlxalq ticarət mövzusu olan mallar başqa 

ölkələrə veriləcəyi üçün malı verənin doğrudan ödənişi alması imkanı yoxdur. 

dxalatçı malını  təhvil  aldıqdan sonra malın pulunu göndərməyi öhdəlik  edən 

ixracatçı isə ixrac etdiyi mal üçün ödəniş tapşırığını saxlamaq üzrə idxalatçıya 

bir veksel verir. Veksel ixracatçı tərəfindən düzənlənən və idxalatçının həmən 

və ya gələcəkdəki bəlli bir tarixdə məlum bir miqdarda ödəmə olmasını şərtsiz 

olaraq əmr edən yazılı bir ödəmə əmridir. 

Adətən  veksel  üzrə  əməliyyatlar  banklar  vasitəsilə  aparılır.  Müddətli 

veksel  bir  bank  üzərinə  çəkildikdə  və  bank  tərəfindən  qəbul  edildikdə  «Bank 

qəbulu» (bank accertance) formasını alır.  



Faktorinq  –  ixracatçının  ölkə  xaricindəki  alacaqlarını  bəlli  bir  diskont 

qarşılığında  faktorinq  adı  verilən  yatırımçılara  satılması  əməliyyatıdır.  Belə-

liklə, bütün alacaq riskləri və ya alacaqları alma məsuliyyətini faktorinq şirkət 

öz üzərinə götürür. 



Forfatinq – ixracatdan doğan ortamüddətli bir alacaq üçün tərtib edilmiş 

borc  sənədinin  idxalatçıdan  alma  anlamına  gəlir.  Artıq  alacaqlı  ixracatçı 

dövriyyədən çıxır. Bu əməliyyat, özəlliklə uzunmüddətli kapital mallarının alış-

verişində  olur.  Bu  əməliyyatlar  idxalatçının  bankının  zəmanətinə  söykənir. 

Bəzən əməliyyatlar birdən çox ölkənin pul vahidinə bağlanır və bu əməliyyatlar 

sendikasyon kredit yoluyla aparılır. 



Qısamüddətli  bank  kreditləri  –  ixracatçının  gələcəkdə  ixrac  edəcək 

malın istehsalı və satışına qədər keçəcək müddətdə kreditə olan ehtiyacı qarşıla-




 

 

39



maq üçün açılan kreditlərdir.  xracatçıya açılan kreditə «ixracat öncəsi kredit» 

adı  verilir.  Dövlətlər  bu  cür  kreditlərə  aşağı  faiz  ödənməsi  məqsədilə  sub-

vensiya siyasəti yürüdürlər. 

Beynəlxalq  istiqraz  bazarı.  Dövlətlərin,  xəzinə,  banklar  və  şirkətlərin 

kreditə alternativ olaraq öz aralarında buraxdıqları bonoları istifadə etdikləri bir 

ə

məliyyatdır. Bono bəlli bir müddət içində hər dövr üçün məlum bir nisbətdə 



faiz  ödəmə  zəmanəti  verən  bir  maliyyə  alətidir.  Bonolar  orta  və  ya  uzun-

müddətli olaraq çıxarılan qiymətli kağızlardır. Yeni çıxarılan bonolar, ilk öncə, 

birinci  kapital  bazarında  satılır.  Yeni  çıxarılan  qiymətli  kağızların  alınıb-

satıldığı bazara «birinci bazar» deyilir. Daha sonra bonolar ikinci bazarlarda əl 

dəyişdirilməsinə  başlar.  Mövcud  qiymətli  kağızların  alınıb-satıldığı  bazarlara 

«ikinci bazarlar» adı verilir. Bonolar çıxarıldıqdan sonra birinci bazarlarda iki 

yolla satılır. Birinci yol heç bir vasitəçidən istifadə etmədən doğrudan-doğruya 

«xalqa  təklif  edilən»,  ikinci  yol  isə  bonoların  banklar  və  ya  digər  maliyyə 

qurumları vasitəsilə satılmasıdır. 

Beynəlxalq bonolar növləri və bu növlərin alış-satışının aparıldığı istiqraz 

bazarları üç yerə ayrılırlar: 1) xarici istiqraz bazarları, 2) avro istiqraz bazarları, 

3)  özəl  investisiya  bazarları.  Özəl  investisiya  istiqrazlarında  borclanma  iri 

institusional yatırımçılar vasitəsilə və özəl investisiya formasında aparılır. 

Xarici  istiqrazlar  bir  şirkətin  və  ya  dövlətin,  xarici  bir  ölkədə  satılmaq 

üçün xarici ölkənin pul vahidi cinsindən ixrac etdiyi borc alətidir. Şirkətlər və 

ya hökumətlərin istiqrazları hansı ölkədə satılırsa o ölkənin istiqrazçıxarma və 

satma  ilə  bağlı  yerli  tənzimləmə  qaydalarına  uyğun  olaraq  çıxarılır.  Xarici 

istiqrazlar vasitəçi qurumların vasitəsilə satılır.  

Avroistiqraz bazarları – Avromərkəzlərdə çıxarılan və Avropul cinsindən 

olan məlum borc  alətidir. Avroistiqrazlar tək xarici pula  və  ya  iki xarici pula 

bağlı olaraq çıxarıla bilər. Son illərdə yayılan bir düşüncəyə görə valyuta kurs 

dəyişmələrinin  riskini  azaltmaq  məqsədilə  borclanmalar  bir  cins  valyuta 

üzərində maraq, ödənişlər isə bir başqa cins valyuta üzərində aparılır. 

stiqrazların dəyərləndirilməsində reytinq şirkətinin əsas olaraq göstərdiyi 

göstərici  bu  istiqrazları  ixrac  edənlərin,  vəd  etdikləri  ödəmələri  yerinə  yetirib 

yetirməməsidir. Reytinq qurumları, əsas etibarilə, kredit ölkə riskinin təhlilində 

maliyyə  mütəxəssislərindən  ibarət  bir  təşkilatdır.  Ölkə  riski  makroiqtisadi  və 

siyasi  səbəblərlə  alıcıların  və  investisiya  qoyanların  rastlaşa  biləcəkləri  ağır 

maliyyə  zərərlərini  müəyyən  etməyə  yönəlmiş  bir  təhlil  növüdür.  Ölkə  riski 

təhlilləri iki cür halda yol göstəricisi rolu oynayır. Bunlardan birincisi beynəl-

xalq maliyyə bazarlarında hökumətə bilavasitə borc vermək istəyən rəsmi qu-

rum, dövlət, kommersiya bankları və özəl kreditorlar, ikincisi o ölkəyə bilava-

sitə investisiya qoymaq istəyənlərə tövsiyə xarakterli yol göstəricisidir. 

 

 



 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə