Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə209/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   205   206   207   208   209   210   211   212   ...   230

 

 

448



borcların  yenidən  təşkilatlandırılmasına  yönələn  düzəlişlər  çərçivəsində  Tür-

kiyə  Banklar  Birliyi  tərəfindən  hazırlanan  və  25  bank,  17  bank  xaricində 

maliyyə təşkilatı, təsfiyə  vəziyyətində olan Əmlak Bankı və EƏSF tərəfindən 

imzalanan  maliyyə  baxımından  yenidən  təşkilatlandırma  müqaviləsi 

04.06.2002-ci  ildə  Bankqurma  və  nəzarət  şurası  tərəfindən  təsdiqlənmişdir. 

2001-ci  ilin  iyun  ayında  Banklar  qanununda  edilən  dəyişikliklər  2009-cu  ilə 

qədər  keçid  müddəti  təyin  edilərək  bankların  maliyyə  orqanları  xaricində 

ortaqlıqda  iştirakları,  xüsusi  vəsaitlərin  ən  çox  15%-i,  bu  iştirakların  toplam 

həcmi isə bankın xüsusi vəsaitlərinin 60%-i ilə məhdudlaşdırılmışdır. 

Maliyyə  sektorunda  dünya  standartlarına  uyğun  hüquqi,  idarə  və  audit 

bazisinin yaradılması və yaxşılaşdırılması istiqamətində 2000-ci ilin dekabrında 

Dünya  Bankı  ilə  777,8  milyon  dollarlıq  Maliyyə  sektoruna  uyğunluq  krediti 

müqaviləsi  imzalanmışdır.  Bu  kredit  daxilində  393  milyon  dollar  həcmindəki 

hissə istifadə  edilmiş, 385 milyon  dollar  həcmindəki 2-ci hissə isə Proqramın 

məqsədinə uyğun olaraq Maliyyə və dövlət sektoruna uyğunluq kreditinə daxil 

edilmişdir. 2001-ci ilin iyulunda Dünya Bankı ilə Maliyyə və dövlət sektorunda 

həyata  keçiriləcək  ortamüddətli  reforma  proqramlarının  dəstəklənməsi  məq-

sədilə cəmi 1,1 milyard dollarlıq PFPSAL I kredit müqaviləsi imzalanmışdır.  

2000-ci il noyabr və 2001-ci il fevral böhranları və bank sektorunun zəif 

yönləri. 

Türkiyə  iqtisadiyyatında  ilk  böyük  böhran  1994-cü  ildə  baş  vermişdir. 

1994-cü il böhranında 3 bank təsfiyə müddətinə alınmışdır. 1994-cü il böhra-

nının mənfi nəticələri qısa müddətdə aradan qaldırılmış, sektorda 1995-ci ildən 

sonra  dollar  baxımından  ortalama  18%  artma  müşahidə  edilmişdir.  Bu  müd-

dətdə Uzaq Şərq və Rusiya böhranları ilə 1999-cu ildə baş verən zəlzələ səbə-

bilə,  Türkiyə  iqtisadiyyatındakı  ciddi  daralma  bank  sisteminə  də  mənfi  təsir 

göstərmişdir. 

2000-ci  ilin  əvvəlində  qüvvəyə  minən  inkişaf  proqramı  daxilində  güclü 

maliyyə  siyasəti  tətbiq  edilməyə  başlanmış  və  struktur  reformaları  həyata 

keçirilmişdir.  nflyasiya  ehtimalını  azaltmaq  üçün  valyuta  kursları  hədəflənən 

inflyasiyaya  görə  müəyyən  edilərək  əvvəlcədən  açıqlanması,  xarici  valyutanı 

TL-ə nəzərən daha cəlbedici etmişdir. Bu çərçivədə bankların bir hissəsi mən-

bələrini  qısamüddətli  valyuta  ilə,  məsrəflərini  uzunmüddətli  TL  cinsindən  in-

kişaf etdirməyə başlamışdır. 2000-ci ildə bank sektorunun aktivində də müəy-

yən  bir  dəyişiklik  müşahidə  edilmişdir.  Kreditlərin  aktivlərə  nisbətində  əsaslı 

bir  artım  olmuş,  likvidliyi  yüksək  olan  qiymətli  kağızlar  portfelinin  cəmi  ak-

tivlər içində nisbəti azalmışdır. Xüsusilə istehlak kreditlərində əvvəlki ilə görə 4 

dəfə  artım  olmuşdur.  Kreditlərdə  nəzərə  çarpan  dəyişiklik  xarici  valyuta  cin-

sindən kreditlərdəki artımın məhdud olması, TL cinsindən kreditlərin isə əsaslı 

surətdə artmasıdır. Aktiv və passivin quruluşundakı dəyişikliklərin nəticəsində 

2000-ci ildə bank sektoru, likvidlik və faiz risklərinə qarşı daha təsirli bir və-

ziyyətə gəlmişdir. Bank sektornun bazar risklərinə qarşı reaksiyasının daha da 




 

 

449



artdığı şəraitdə noyabr 2000-ci ildə baş verən böhran nəticəsində faiz nisbətinin 

çox artması xüsususilə  yüksək borclanma  ehtiyacında olan dövlət bankları ilə 

EƏSF nəzdindəki bankların strukturlarını tamamilə pozmuşdur. Noyabr böhra-

nından  sonra  görülən  tədbirlər  və  BVF-dən  alınan  7,5  milyard  dollar  həc-

mindəki əlavə rezerv, bazardakı dalğalanmaları qismən aradan qaldırmışdır.  

Mərkəzi  Bankın  valyuta  rezervləri  artmış  və  faiz  nisbətləri  azalmışdır. 

Ancaq  2001-ci  ilin  fevralında  xəzinə  tenderindən  əvvəlki  prezident  və  baş 

nazirin müavini arasındakı münaqişə, tətbiq edilən proqrama və kurs siyasətinə 

olan inamın tamamilə itməsinə  səbəb olmuş və valyuta tələbi  artmışdır. Mər-

kəzi  Bank  yüksək  səviyyədəki  bu  valyuta  tələbinə  qarşı  likvidliyə  nəzarət  et-

məyə  çalışmış,  ancaq  ortaya  çıxan  likvidlik  problemi  xüsusilə  dövlət  bankla-

rının yüksək ölçüdə günlük likvidlik ehtiyacları səbəbi ilə ödəmələr sisteminin 

bağlanmasına  səbəb  olmuşdur.  Bu  şəraitdə  tətbiq  edilən  sabit  valyuta  kurs 

sistemi 21.02.2001-ci ildə buraxılaraq TL dalğalanmaları sabit buraxılmışdır. 

Bu  dəyişmələr  nəticəsində  bank  sektorunda  mövcud  olan  problemlər 

daha  da  artmışdır.  Noyabr  böhranında  kurs  riskindən  mənbəyini  götürən  itki-

lərlə üzləşən bank sisteminin balans sisteminə bu dəyişmə mənfi təsir göstərir. 

Böhran müddətində nisbətlərindəki sürətli artım fond məsrəflərini  yüksəltmək 

və  qiymətli  kağızlar  portfelinin  bazar  dəyərini  azaltmaq  sürəti  ilə  bankın 

balansını pozmuşdur. Faizlərdəki hədsiz artım, qısamüddətli fond tələbi vacib 

statusda olan  dövlət  və  fond banklarının  ciddi zərərlərlə qarşılaşmasına səbəb 

olmuşdur.  Likvid  olan  özəl  və xarici bankların  faizlərinin  yüksəlməsi  ilə qar-

ş

ılaşdığı  fond  məsrəfləri  isə  məhdud  qalmışdır.  Böhran  vəziyyətində  dövlət 



bankları  TL-nin  dəyər  itkisindən  təsirlənməmiş,  özəl  banklar  isə  kurs  riskinə 

görə  problemlərlə  üzləşmişdilər.  Baş  verən  böhranlar  real  sektorda  ciddi  bir 

daralmaya səbəb olmuşdur. Böhran vəziyyətində qısamüddətli faizlərlə yanaşı 

dövlət daxili borclanma sənədlərinin 2-ci bazar faiz nisbətlərinin də artması ilə 

bankların  qiymətli  kağızlar  portfelinin  bazar  dəyəri  azalmışdır.  Sektordakı 

zəiflik və EƏSF-nin dövr etdikləri dövlət maliyyəsinin üzərinə götürəcəyi zə-

rərlərin  artmasına  səbəb  olmuşdur.  Artan  fond  ehtiyacı,  dövlət  banklarını  və 

EƏSF  nəzdindəki  bankları  daha  çox  fond  cəlb  etməyə  vadar  etmişdir.  Bu 

vəziyyət bankları likvidlik və faiz risklərinə qarşı müdafiəsiz etmişdir.  

Dövlətdaxili  borclanma  sənədlərinin  əmanət  banklarının  cəmi  aktivlər 

içindəki payındakı artım, özəl sektora verilən kreditlərin cəmi aktivlər içindəki 

payındakı  azalma,  bankların  real  iqtisadiyyatı  yetərli  ölçüdə  dəstəklənməməsi 

ilə  yaratmışdır.  Yüksək  inflyasiya  və  qeri-müəyyənliklər,  ehtiyat  sahiblərini 

qısa müddətə yönəltmiş, bankların vəsait və öhdəlikləri arasındakı müddət uy-

ğ

unsuzluğunu  artırmışdır. Yüksək inflyasiya  və sürətlə artan borc ehtiyatı nə-



ticəsində  TL-ə  olan  etibarın  zəifləməsi,  pul  dövriyyəsi  də  sürətləndirilmişdir. 

Valyuta tavdiat hesablarının (reno daxil) cəmi əmanətlər içindəki payı, 1990-cı 

ildə  27%-dən  1999-cu  ildə  44%-ə  yüksəlmişdir.  Bankların  xarici  valyuta 

cinsindən borclanaraq, ya da valyuta ehtiyatı toplayaraq Dövlət daxili borclama 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə