Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə51/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   47   48   49   50   51   52   53   54   ...   230

 

 

103



haqqında  əsaslandırılmış  mülahizələr”,  “fərdi  kuratorluq  idarəsi  –  institutu” 

kimi yeni səciyyəvi xüsusiyyətlərə malik olan meyarlar daxil edilməkdədir. 

Hal–hazırda  Azərbaycanda  müxtəlif  səviyyələrdə  maliyyə  bazarının 

müxtəlif  seqmentlərinin  tənzimlənməsi  üzrə  baş  idarə  və  ya  “meqatən-

zimləyici”  adlanan  və  səlahiyyətlərinə  maliyyə  bazarı  üzərindəki  nəzarət  və 

tənzimin  bütün  aspektləri  daxil  edilən  vahid  dövlət  orqanının  yaradılması 

haqqında məsələlər fəal şəkildə müzakirə edilir.  

2007-ci ildən etbarən Mərkəzi Bank tərəfindən banklara tövsiyə olunan 

biznes strategiyası qlobal böhran dövrünün  “yumşaq” keçməsində  və  böhran-

sonrası nəticələrinin minimallaşdırılmasında böyük rol oynamışdır. Post-böhran 

dövründə də bank sektoru təmkinli biznes strategiyasını davam etdirmişdir. 

Ötən illərdə olduğu kimi, 2010-cu ildə də Mərkəzi Bank banklarla birgə 

“maliyyə  immunizasiyası”  tədbirlərini  davam  etdirmiş,  o  cümlədən  maliyyə 

dayanıqlığı göstəricilərinin gücləndirilməsinə dəstək vermişdir. Ötən dövrlərdə 

toplanmış kredit riskləri ehtiyatlanma və kapitalizasiya səviyyəsinin artırılması 

ilə neytrallaşdırılmışdır. 

Bank  nəzarəti  çərçivəsində  tənzimləmə  və  nəzarət  tədbirləri  artım  və 

dayanıqlıq  arasında  optimal  nisbətin  təminatına  yönəldilmiş,  sistem  risklərin 

minimallaşdırılması,  sektorun  sabit  fəaliyyətinin  təmin  edilməsi,  əhalinin  və 

investorların etimadının qorunmasını hədəfləmişdir. 

Banklar üzərində intensiv nəzarət rejimi optimallaşdırılmışdır ki, bunun 

da əsas məqsədi risklərin adekvat qiymətləndirilməsi və bu əsasda maliyyə da-

yanıqlığının, o cümlədən kapital adekvatlığının düzgün diaqnostikası olmuşdur. 

Diaqnostika işləri arasında müntəzəm stress-testlər xüsusi rol oynamışdır. 

lk dəfə banklara nəzarət risk profillərinə uyğun olaraq “matris modeli” 

ə

sasında  həyata  keçirilmişdir.  Hər  bir  bank  üzrə  fərdi  fəaliyyət  proqramı  və 



nəzarət  rejimi  müəyyən  olunmuşdur.  Zəif  və  həyat  qabiliyyəti  olmayan  2 

bankın  lisenziyası  ləğv  edilmişdir.  Bu  bankların  aktivləri  və  depozit  bazası 

kiçik olduğu üçün onların ləğvi bank sisteminə təsirsiz ötüşmüşdür. 

Bank  nəzarəti  çərçivəsinin  qlobal  çağırışlara  adoptasiyası  davam 

etdirilmiş,  requlyativ  çərçivə  kontrtsiklik  tənzimləmə  prinsipləri  əsasında 

yenilənmiş və erkən xəbərdarlıq potensialı gücləndirilmişdir. Kapital, likvidlik 

və makroprudensial nəzarət  alətləri üzrə “Bazel-III” konsepsiyasına  əsaslanan 

yeni dayanıqlıq normativləri araşdırılmışdır. Nəticədə, bank kapitalının keyfiy-

yətinin  artırılması,  bank  aktivlərinin  artımının  dayanıqlılığının  təmin  edilməsi 

məqsədilə kapital  yetərliliyinin  yeni  əmsalı  – leverec əmsalının tətbiqinə baş-

lanılmışdır. 

Eyni  zamanda  bank  sisteminin  sabit  və  təhlükəsiz  fəaliyyətinin  təmin 

olunmasında xüsusi əhəmiyyət kəsb edən likvidlik  riskinin  idarə  olunması ilə 

bağlı bankların daxili siyasət, qayda və prosedurlarına dair yeni tələblər müəy-

yən edilmişdir. Təsdiq edilmiş əlavələr bank sisteminin dayanıqlığını artırmaqla 



 

 

104



yanaşı,  bank  sisteminə  qarşı  olan  etimadın  yüksəldilməsini  təmin  etmişdir. 

Banklarda risk menecment potensialı gücləndirilmişdir. 

Mərkəzi  Bank  tərəfindən  banklarda  risklərin  idarə  edilməsi  sisteminin 

səviyyəsi,  işləkliyi  və  adekvatlığının  yeni  qiymətləndirmə  sistemi  müəyyən 

edilmiş və onun ilkin olaraq sistem əsaslı banklarda tətbiqinə başlanılmışdır. 

Banklarda stress-testlərin keçirilməsi üzrə yeni qaydalar hazırlanmışdır. 

Stress-testlərin  aparılması  haqqında  qaydaları  layihəsində  stress-test  üzrə 

bankdaxili  siyasət,  qayda  və  prosedur,  hesabatlıq  sistemləri,  habelə  stress-test 

işinin təşkilinə dair minimum tələblər müəyyən edilmişdir. Risk menecerlərinin 

beynəlxalq  səviyyəli  sertifikasiyası  daha  qabaqcıl  səviyyədə  davam  etdiril-

mişdir. 

stehlakçıların  hüquqlarının  müdafiəsi  və  bank  xidmətləri  haqqında 

maarifləndirilməsi  cəmiyyətin  banklara  etimadının  artırılmasında  mühüm  rol 

oynayır.  l  ərzində  Mərkəzi  Banka  daxil  olmuş  müraciətlərin  əksəriyyəti 

kreditlərin verilməsi, kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrası ilə 

bağlı yaranmış mübahisələr, plastik kartlarla və bankomatların işi ilə bağlı ya-

ranmış  problemlərlə  əlaqədar  olmuşdur.  Müraciətlər  mövcud  qanunvericiliyin 

tələblərinə  uyğun  olaraq  müvafiq  qaydada  baxılmış,  cavablandırılmış  və  qal-

dırılmış problemlərin həlli istiqamətində lazımi tədbirlər həyata keçirilmişdir. 

 

2.4. Bank sistemində əmanətlərin siğortalanması sistemi 

 

Bankların  iflası  zamanı  dövlət  tərəfindən  lazımi  tədbirlər  və  proqramlar 

hazırlanır.  Məhz  bankların  iflası  zamanı  dövlət  tərəfindən  lazımi  tədbirlər  və 

proqramlar kontekstində Əmanət sığorta sistemi (ƏSC) fəaliyyət göstərir. Bu da 

1930-cu  illərdə  ABŞ–da  banklardan  əmanətin  çəkilməsini  önləmək  üçün  mü-

kəmməl bir dərman olaraq ortaya çıxmış və illərdən bəri özəl sektoru əmanət ris-

kindən qorumaqdadır. Bankın əmanət sahibləri, bank seçimində öz təhlillərindən 

çox hökumətin sığorta sahəsində təcrübəsinə əsaslanaraq güvən alır.  

Ə

manət sığorta sisteminin tətbiqi 1930-cu illərdə ABŞ-da bank iflaslarına 



cavab olaraq qanuni çərçivəyə minmişdir. Əmanət sığorta sisteminin təməlləri 

1933-cü ildə FD C (Federal Deposit  nsuranse Commite) qurulması ilə başlan-

mışdır. ABŞ-da bank əmanətlərinə təminatı FD C adlı qurum həyata keçirir.  

Avropa birliyinə üzv olan ölkələrdə “əmanət – sistemlərinə aid təlimatlar 

30 may 1994- cü il 94/19 EC saylı Avropa parlamentində qəbul edilmişdir. Tə-

limata  görə birliyə daxil  olan dövlətlərdə fəal üzvü olan bütün bankların cəlb 

etdikləri  əmanətlər  qarşılığında  Əmanət  sığorta  sistemində  iştirakına  məc-

buriyyət  gətirmişdir.  Təlimatın  3-cü  maddəsinin  1  bəndinə  görə  kredit  qu-

rumları  Əmanət  sığorta  sisteminə  qatılmadıqca,  banklara  əmanət  toplamaq 

lisenziyası verilmir. Təlimatın 7-ci maddəsinə görə birliyə üzv olan dövlətlərin 

ə

manətçilərə 20.000 avroya qədər olan məbləği ödəməklə məsuldur. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə