Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə49/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   45   46   47   48   49   50   51   52   ...   230

 

 

99



muşdur.  Verilmiş  bu  əlaqədə  milli  tənzim  xüsusiyyətlərini  də  nəzərə  almaq 

lazımdır,  belə ki, müxtəlif ölkələrdə bank  tənzimləyici  funksiyalar  ya ölkənin 

Mərkəzi  Bankının  üzərinə,  ya  da  nazirliyin  və  ya  xüsusi  olaraq  yaradılan 

komissiyanın digər orqanının üzərinə qoyulub. Bu orqanlar üzərinə qoyulan bu 

vəzifəni ya müstəqil surətdə icra edirlər, ya da mərkəzi bankın və ya Maliyyə 

Nazirliyinin iştirakı ilə icra edirlər. 

Xüsusi ilə, bank sahəsinin tənzimlənməsi üzrə olan vəzifələri, Avstrali-

yada  Maliyyə  Nəzarəti  üzrə  Xidmət,  Belçikada–Banklar,  Maliyyə  və  Sığorta 

üzrə Komissiya, Böyük Britaniyada–Maliyyə Xidmətləri  darəsi, Almaniyada–

Maliyyə  Nəzarəti  üzrə  Federal  Xidmət,  Kanadada–Maliyyə  Nazirliyi, 

Lüksemburqda–Büdcə  və  Xəzinə  Nazirliyi,  Fransada–Kredit  Təşkilatları  və 

nvestisiya  Fondları  üzrə  Komitə,  sveçrədə-Federal  Bank  Komissiyası,  Ya-

poniyada–Maliyyə Xidməti və Yaponiya Bankı və s. icra edir. 

 

Mərkəzi  Bank  pul-kredit  siyasətini  formalaşdırmaq  və  həyata  keçirt-



məklə  yanaşı  Bolqarıstanda,  Yunanıstanda,  taliyada,  Litvada,  Niderlandda, 

Yeni  Zelandiyada,  Portuqaliyada,  Slovakiyada,  MDB  ölkələrində  həmçinin 

bank idarələrini də tənzim edir.  

Vahid  maliyyə  bazarında  nəzarətin  müxtəlif  milli  nəzarət  orqanları 

tərəfindən  paralel  şəkildə  həyata  keçirilməsi  nəzarət  orqanlarının  banklar 

arasındakı  rəqabətə  göstərdikləri  təsirə  nisbətən  onların  birtərəflik  tələblərinin 

mövcudluğuna  təhlükə  yaradır.  Bizim  fikrimizcə  hazırkı  problem  xüsusilə 

Avropa  üçün  daha  aktualdır,  çünki  burada  yalnız  bank  nəzarətinin  beynəlmi-

ləlləşdirilməsi  prosesi  inkişaf  etmir,  həm  də  vahid  Avropa  supermilli  bank 

nəzarəti  orqanının  yaradılması  istiqamətinə  yönələn  hərəkət  tendensiyası  da 

müşahidə olunur. 

Bizim  fikrimizcə,  cümlədən  bank  tənziminin  harmonizasiyası  hal-

hazırda  maliyyə  inteqrasiyasının  ən  vacib  şərti  və  elementi  hesab  edilir.  Tən-

zimləyici  (nizamlayıcı)  orqanların  harmonizasiyası  prosesi  dedikdə  vahid 

normaların,  lisenziyalaşdırma  üsullarının  və  maliyyə  idarələri  üzərindəki 

nəzarətin uyğunlaşdırılması prosesi başa düşülməlidir.  

Çox  tez-tez  alimlər  maliyyə  tənzimi  sistemlərinin  dövlətlərarası  kon-

vergensiyasına  zəruri  şərt  kimi  baxırlar,  amma  digər  başqa  hallarda  isə  onu 

bazar inteqrasiyasının nəticəsi kimi də qiymətləndirirlər, lakin, demək olar ki, 

alimlər həmişə maliyyə  tənzimi sistemlərinin dövlətlərarası  konvergensiyasını 

mütləq surətdə maliyyə inteqrasiyasının ən vacib elementi hesab ediblər. 

 

AB-dəki maliyyə inteqrasiyası təcrübəsi üzərində tərəfimizdən aparılan 



tədqiqatların  göstərdiyi  kimi  dövlətlərarası  konvergensiya  prosesi  maliyyə 

inteqrasiyasının  zəruri  şərti  hesab  edilir  və  o,  olmadan  praktiki  olaraq  inteq-

rallaşdırılmış maliyyə bazarını yaratmaq mümkün deyil.  

 



 

 

100



 Maliyyə  bazarının  fəaliyyətinə  yeni  nəzarət  modeli  –  Meqare-

qulyator

1

  

 

Dünya Bankının verilmiş tədqiqatlarına görə qismən və ya tam şəkildə 



inteqrallaşmış maliyyə nəzarəti orqanları (bank sahəsi, sığorta xidmətləri sahəsi 

və  meqatənzimləyici  adını  almış  qiymətli  kağızlar  bazarı  da  daxil  olmaqla 

maliyyə  bazarının  əsas  seqmentləri  üzərində  nəzarəti  həyata  keçirir)  bu 

beynəlxalq  maliyyə  təşkilatının  üzvləri  hesab  edilən  30  %  ölkələrdə  faəliyyət 

göstərmişdirlər. Maliyyə bazarının bütün sahələri üzərində nəzarət və tənzimin 

birləşdirilməsi nadir hadisə deyil. Maliyyə Tənzimi və Nəzarəti üzrə Britaniya 

darəsi, Böyük Britaniyanın maliyyə xidmətləri bazarına nəzarət edən mərkəzi 

orqandır. FSA-Böyük Britaniya ərazisində fəaliyyət göstərən bütün investisiya, 

maliyyə  və  bank  şirkətlərinin  fəaliyyətinin  tənzimlənməsi  və  nəzarətinə  görə 

məsuliyyət daşıyan  sərbəst qeyri-hökumət orqanıdır. 2010-cu ilin iyun ayında 

Krallıq  hökuməti,  maliyyə  bazarlarının  tənzimlənməsi  sisteminin  yeni 

arxitekturaya  keçməsi  üzrə  qurulan  planlar  haqqında  məlumatlar  bəyan 

etmişdir.  Yeni  arxitektura  mövcud  sistemin  transformasiyasının  Maliyyə  Hə-

rəkətləri Agentliyinə (Financial Conduct Authority - FCA) Maliyyə Xidmətləri 

üzrə  darə  qismində  yaranmasına,  həmçinin  2012-ci  ilin  sonunda  üçtərəfli 

tənzim  sisteminin–FSA,  ngiltərə  Bankının  və  Krallıq  Xəzinəsinin–Maliyyə 

Siyasəti üzrə Komitə (Financial Policy Committee – FPC), Prudensial Tənzim 

darəsi  (Prudential  Regulation  Authority-  PRA)  və  ngiltərə  Bankının  törəmə 

ş

irkətinə malik  stehlakçıların və Bazarın Hüquqlarının Müdafiəsi  darəsindən 



(Consumer  Protection  and  Markets  Authority–CPMA)  ibarət  olan  yeni 

quruluşla əvəz olunmasına səbəb olacaq.  

 Yenidən  yaradılan  orqanların  öhdəlikləri  çox  geniş  olacaq.  Belə  ki, 

planlaşdırılır ki, FCA–nın mövqeli məqsədləri ilə Böyük Britaniyanın maliyyə 

sisteminin  müdafiəsi  olacaq  və  ona  qarşı  etibarın  artması  müşahidə  ediləcək. 

Daha  üç  operativ  məqsədlər  bunlardır:  istehlakçıların  müdafiəsinin  lazımi 

dərəcədə təmin edilməsi,  maliyyə xidmətləri  bazarının  effektivliyinin  artması, 

həmçinin milli maliyyə sisteminin bütövlüyünün qorunub saxlanılması.  

 

Almaniyanın  Federal  Maliyyə  Nəzarəti  darəsi  (BaFin)–Almaniyanın 



maliyyə  xidmətləri  üzrə  mərkəzi  nəzarət  orqanı  hesab  edilir.  BaFin  AFR-nin 

Federal Hökumətinin bir hissəsi sayılır. BaFin-in hüquqi statusu və funksiyaları 

“Maliyyə  Nəzarətinin  Federal  darəsi  haqqındakı  Qanunda”,  “AFR–nin  bank 

Fəaliyyəti  haqqındakı  Qanununda”  və  digər  xüsusi  qanunlarda  öz  əksini 

tapmışdır. Banklara və investisiya şirkətlərinə nəzarət sahəsindəki öhdəliklərin 

yerinə yetirilməsində BaFin Alman Federal Bankı ilə sıx əməkdaşlıq edir.  

 

Beynəlxalq valyuta fondunun dəstəyi və bilavasitə iştirakı ilə Türkiyədə 



yeni  bank  nəzarəti  orqanı–Banking  Regulatory  and  Supervisory  Agency  of 

Turkey  (BDDK)  yaradılması  böhrandan  sonra  Türkiyədə  ən  əhəmiyyətli 

                                                            

1

 Bu barədə geniş bax: Abbasbəyli M.A. Bank sistemində nəzarət modelləri. Bakı, 2015.  




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə