Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə52/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   48   49   50   51   52   53   54   55   ...   230

 

 

105



2008-ci  ilin  qlobal  maliyyə  böhranı  Avropa  Birliyi  ölkələri  arasında 

Ə

manət sığorta sistemi haqqında qəbul etdikləri qərarların deklerativ olduğunu 



ortaya  qoydu.  Məsələn,  rlandiya  və  Yunanıstan  hökumətləri  təktərəfli  olaraq 

bank əmanətlərinə (həcmindən asılı olmayaraq) 100 % zəmanət verdi. Böyuk 

Britaniya hökuməti  rlandiya hökumətinin bu qərarına təpki olaraq əmanətlərin 

tam  kompensasiya  olunan  həcmini  35  min  funt  sterlinqdən  50  min  funt 

sterlinqədək artırdı. Bütün bu kimi addımlar AB üzv ölkələrində “iqtisadi mil-

lətçilik” siyasətinin bank sektorunda “moral hazard” təhlükəsinə yol verecəyini 

ortaya qoydu. 

2008-ci ilin sentyabrında  Rusiya  əmanətlərin  tam kompensasiya  olunan 

həcmini  100  min  rubldan  200  min  rubla,  ödənişlərin  maksimal  məbləğini  isə 

400  min  rubldan  700  min  rubla  qaldırmaqla  əmanətlərə  tətbiq  olunan  dövlət 

təminatının artırılmasını elan etdi. Lakin bu tədbir hələ ki, əhəmiyyətli kapital 

axınına səbəb olmadı.  

Azərbaycanda  «Əmanətlərin  sığortalanması  haqqında»  Azərbaycan 

Respublikasının  Qanunu  11  fevral  2007-ci  ildə  dərc  edilməklə  qüvvəyə  min-

mişdir. Bu qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fi-

ziki  şəxslərin  əmanətlərinin  kollektiv  icbari  sığortalanması  sisteminin  yaradıl-

ması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qay-

dalarını  müəyyən  edir.  Fond  tərəfindən  sığortalanan  əmanətlər  üzrə 

kompensasiya məbləği 4000 manatdan 6000 manata qaldırılmışdır. 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  8  may  2009-cu  il  tarixdə 

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun-

da  əlavə  və  dəyişikliklərin  edilməsi  ilə  Azərbaycan  Respublikası  Qanununu 

qəbul etmişdir.  

Qanuna edilmiş dəyişikliklə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin 

yuxarı həddinin müəyyən edilməsinin Azərbaycan Respublikası Mərkəzi Ban-

kının uçot faiz dərəcəsindən asılılığı aradan qaldırıldı. Qəbul olunmuş Qanuna 

ə

sasən illik faiz dərəcəsinin  yuxarı həddini Azərbaycan Respublikası Mərkəzi 



Bankı  ilə  razılaşdırmaqla  Əmanətlərin  Sığortalanması  Fondunun  Himayəçilik 

Ş

urası  müəyyən  edir.  10  iyun  2009-cu  il  tarixdə  keçirilmiş  növbədənkənar 



iclasda  Fondun  qorunan  əmanətlər  üzrə  illik  faiz  dərəcəsinin  yuxarı  həddini 

Azərbaycan Respublikası Mərkəzi  Bankı ilə  razılaşdırmaqla  15  faiz müəyyən 

etdi. 

Qeyd  edək  ki,  2009-cu  il  1  yanvar  tarixdən  etibarən  Fonda  üzv  olan 



banklarda 15 faiz dərəcəsi ilə və bu faiz dərəcəsi həddində əmanətlər qorunan 

ə

manətlər hesab olunur və Fond tərəfindən sığortalanır. 



Xatırladaq  ki,  qanuna  edilmiş  dəyişikliyə  əsasən  kompensasiya  məb-

ləğinin  maksimum  həddi  30  min  manatdır.  Əmanətlərin  sığortalanması  üçün 

heç  bir  ödəniş  edilmir.  Sığorta  haqları  yalnız  banklar  tərəfindən  ödənilir. 

Bundan  başqa  Qanuna  dəyişikliyə  uyğun  olaraq  hər  hansı  iştirakçı  bankda 

sığorta hadisəsi baş verərsə, əmanətçilər sığortalanmış əmanətlər üzrə əmanətin 



 

 

106



100 % həcmində və maksimum 30  min manat məbləğində kompensasiya ala 

biləcəklər.  Kompensasiya  məbləğinin  30  min  manata  çatdırılması  MDB 

məkanında ən yüksək kompensasiya məbləğidir. Müqayisə üçün Qazaxıstanda 

kompensasiya məbləği 33 min, Rusiyada isə 25 min ABŞ dolları təşkil edir. 

Ə

manətlərin  sığortalanması  sisteminin  yaradılmasının  məqsədi  banklar 



və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən 

ə

manətə  qəbul  olunmuş  pul  vəsaitinin  itirilməsi  riskinin  qarşısını  almaq, 



maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. 

Ə

manətlərin  sığortalanması  haqqında  Azərbaycan  Respublikasının  Qa-



nunu (8 may 2009-cu il və 30 iyun 2009-cu il tarixli qanunla qəbul edilmiş də-

yişikliklər  və  əlavələrlə)  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən 

banklarda  fiziki  şəxslərin  əmanətlərinin  kollektiv  icbari  sığortalanması  sis-

teminin  yaradılması  və  fəaliyyəti,  o  cümlədən  əmanətlər  üzrə  kompensasiya 

ödənilməsi qaydalarını müəyyən edir. 

Fondun əsas məqsədi mənfəət götürmək deyil və onun fəaliyyəti nəticə-

sində əldə etdiyi bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. 

Dövlət və Mərkəzi  Bank  Fondun öhdəlikləri üzrə, Fond isə dövlətin və 

Mərkəzi Bankın öhdəlikləri üzrə məsuliyyət daşımır. 

Fiziki  şəxslərin  əmanətlərinin  cəlb  edilməsi  üçün  bank  lisenziyasına 

malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi işti-

rakçılarıdır.  ştirakçı  bankların  Azərbaycan  Respublikası  ərazisindən  kənarda 

yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə 

kompensasiya ödənilmir. 

Xarici  bankın  öz  ölkəsindəki  əmanətlərin  (depozitlərin)  sığorta  sistemi 

onun Azərbaycan Respublikasında fəaliyyət göstərən filialını (filiallarını) əhatə 

etdikdə,  xarici  bankın  yerli  filialındakı  əmanətlər  Fond  tərəfindən  sığorta 

olunmur,  bu  şərtlə  ki,  həmin  ölkədə  əmanətlərin  sığortalanması  sisteminin 

qaydaları  bu  qanunla  müəyyən  olunmuş  şərtlərdən  az  əlverişli  olmasın.  Əks 

təqdirdə xarici bankın yerli filialındakı əmanətlər bu qanunla müəyyən edilmiş 

qaydada əlavə sığortalanmalıdır. 

Fond  öz  gəlirləri,  iştirakçı  banklar  isə  Fonda  ödədikləri  sığorta  haqları 

üzrə  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsində  müəyyən  edilmiş  gü-

zəştlərdən istifadə edir. 



Fondun funksiyaları 

Fond aşağıdakı funksiyaları həyata keçirir:  

1. iştirakçı bankların reyestrini tərtib edir və onlara şəhadətnamələr verir;  

2. sığorta haqlarını yığır və onların uçotunu aparır;  

3. öz əmlakını idarə edir və ona dair sərəncam verir;  

4. sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır 

və kompensasiya ödəyir;  



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə