Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə80/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   76   77   78   79   80   81   82   83   ...   230

 

 

164



- Ümumi faylda və paket ödənişlərində Mərkəzi Bankın XÖHKS-ə dair 

informasiya təhlükəsizliyi tələblərinə uyğun imzaların düzgünlüyünü; 

- Ümumi faylın və paket ödənişlərinin məcburi sahələrinin doldurulması-

nın düzgünlüyünü; 

-  Paket  ödənişlərini  təşkil  edən  hər  bir  ödənış  tapşırığının  məbləğinin 

XÖHKS-də  qəbul  edilən  bir  ödəniş  tapşırığının  maksimal  məbləğini  aşma-

masını.  

Kənarlaşma olduqda, yəni: 

-  Ümumi  faylın  imzalanmasında  və  məcburi  sahələrin  doldurulmasında 

kənarlaşma  olduqda  ümumi  fayl  XÖHKS  tərəfindən  geri  qaytarılır  və 

iştirakçıya səbəbi qöstərilməklə MT158 göndərilir;  

- Paket ödənişlərinin imzalanmasında və məcburi sahələrin doldurulma-

sında kənarlaşma olduqda paket ödənişləri XÖHKS tərəfindən geri qaytarılır və 

iştirakçıya səbəbi göstərilməklə səhv Paket ödənişlərının siyahısını əks etdirən 

MT158 göndərilir; 

- Paket ödənişlərini təşkil edən bir ödəniş tapşırığının məbləği XÖHKS-

də qəbul edilən bir ödəniş tapşırığının maksimal məbləğini aşdıqda həmin ödə-

niş  tapşırığı  XÖHKS  tərəfindən  geri  qaytarılır  və  iştirakçıya  səbəbi  göstə-

rilməklə MT158 göndərilir. 

Kənarlaşma olmadıqda: 

-  XÖHKS  tərəfindən  iştirakçıya  ümumi  faylın  icraya  qəbul  edilməsi 

haqqında MT196 göndərilir; 

- Paket ödənişlərini təşkil edən ödəniş tapşırıqları göndərilmə ardıcıllığı 

ilə icra edilir. 

Emitent iştirakçı tərəfindən göndərilən və həmin günə valyutalaşma tarixi 

olan paket ödənişləri aşağıdakı hallarda icra olunmadan “Gözləmə rejimində” 

saxlanılır: 

- Emitent iştirakçının hesabında kifayət qədər vəsait olmadıqda; 

- Emitent və  ya Benefisiar iştirakçının hesabı üzrə əməliyyatlar müvəq-

qəti dayandırıldıqda; 

  - XÖHKS müvəqqəti dayandırıldıqda; 

  -  Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş  digər 

hallarda. 

 

Bu halda XÖHKS tərəfindən iştirakçıya MT196 göndərilir. 



Emitent iştirakçı  gözləmə rejimində olan paket ödənişlərini və  ya paket 

ödənişlərini təşkil edən ödəniş tapşırığını ləğv edə bilər. Bu halda Emitent işti-

rakçı tərəfindən XÖHKS-ə MT192 göndərilir. Paket ödənişləri və ya paket ödə-

nişlərini  təşkil  edən  ödəniş  tapşırığı  ləğv  olunduqda  XÖHKS  tərəfindən 

iştirakçıya MT196 göndərilir. 

Emitent iştirakçı gözləmə rejimində olan paket ödənişlərini və paket ödə-

nişlərini təşkil edən ödəniş tapşırığını ləğv edə bilər. Bu halda Emitent iştirakçı 

tərəfindən  XÖHKS-ə  MT198/192  göndərilir.  Paket  ödənişləri  və  paket 




 

 

165



ödənişlərini  təşkil  edən  ödəniş  tapşırığı  ləğv  olunduqda  XÖHKS  tərəfindən 

iştirakçıya MT198 göndərilir. 

Paket ödənişlərini və ya paket ödənişlərini təşkil edən ödəniş tapşırığının 

hər  hansı  səbəbdən  ləğv  edilməsi  mümkün  deyilsə,  XÖHKS  tərəfindən 

iştirakçıya səbəbi göstərilməklə MT196 göndərilir. 

XÖHKS-də klirinq sessiyaları aşağıdakı dövrlərə bölünür: 

- Sənədlərlə mübadilə; 

- Klirinqqabağı; 

- Klirinq. 

Klirinq  sessiyası  açıldıqda  XÖHKS  tərəfindən  iştirakçılara  MTn99 

göndərilir. Bu andan etibarən sənədlərlə mübadilə dövrü başlanılır və bu dövrdə 

iştirakçı Ümumi faylları XÖHKS-ə göndərə bilər.  

Sənədlərlə  mübadilə  dövrü  qurtardıqda  XÖHKS  tərəfindən  iştirakcılara 

cari  klirinq  sessiyasına  ümumi  faylların  qəbulunun  dayandırılması  haqqında 

MTn99 göndərilir. Bu andan etibarən klirinqqabağı dövr başlanılır və  ştirakçı 

tərəfindən bu dövrdə XÖHKS-ə göndərilən ümumi fayllar günün növbəti kli-

rinq sessiyasına saxlanılır. 

Klirinqqabağı  dövrdə  XÖHKS  tərəfindən  hər  bir  iştirakçının  klirinq 

hesabı  üzrə  ilkin  xalis  mövqeyi  hesablanılır  və  iştirakcıya  icra  olunan  və  icra 

olunmayan  ödəniş  tapşırıqlarını,  habelə  ödəniş  tapşırıqlarının  icra  edilməsi 

üçün  çatışmayan  məbləği  əks  etdirən  MT986/INBP  göndərilir.  ştirakçının 

klirinq hesabında kifayət qədər vəsaiti olmadıqda həmin günə valyutalaşma ta-

rixi  olan  icra  olunmayan  ödəniş  tapşırıqlarının  icrası  məqsədi  ilə  klirinq 

hesabının debet limitinin artırılması imkanı verilir.  

Klirinqqabağı  dövr  qurtardıqda XÖHKS  tərəfindən  iştirakçılara  MTn99 

göndərilir. Bu andan etibarən klirinq dövrü başlanılır və bu dövrdə iştirakçıların 

cari klirinq sessiyasında klirinq hesabları üzrə xalis mövqeləri müəyyən edilir 

və iştirakçıya: 

- Klirinq hesabının debet və ya kredıt edilməsini təsdiq edən MT900 və 

ya MT910; 

-  cari  klirinq  sessiyasında  icra  olunan  və  icra  olunmayan  ödəniş 

tapşırıqlarını əks etdirən MT970; 

- cari klirinq sessiyasında klirinq hesabı üzrə xalis mövqeyini əks etdirən 

MT971 göndərilır. 

XÖHKS-də cari klirinq sessiyasında həmin günə valyutalaşma tarixi olan 

icra olunmayan paket ödənişləri həmin günün növbəti klirinq sessiyasına keçiri-

lir.  Növbəti  klirinq  sessiyası  nəzərdə  tutulmadıqda  icra  olunmayan  pa-

ket ödənişləri ləğv edilir. Bu halda XÖHKS tərəfindən iştirakçıya MT158 gön-

dərilir. 

Klirinq  sessiyası  qurtardıqda  XÖHKS  tərəfindən  iştirakçılara  MTn99 

göndərilir. 



 

 

166



Klirinq sessiyasının sonunda iştirakçının klirinq hesabı üzrə əməliyyatları 

iştirakçıların  müxbir  subhesabında  əks  olunur.  Günün  sonunda  iştirakçının 

müxbir subhesabının qalığı AZ PS vasitəsi ilə müxbir hesabına köçürülür. 

ş

tirakçı  klirinq  hesabı  haqqında  ümumi  məlumat  (hesab  üzrə  debet  və 



kredit  əməliyyatlarının  ümumi  məbləği  və  hesabın  qalığı)  almaq  üçün 

XÖHKS-ə MT920 göndərə bilər. Bu sorğuya cavab olaraq XÖHKS tərəfindən 

iştirakçıya MT941 göndərilir. 

ş

tirakçı klirinq hesabı üzrə aralıq çıxarış almaq üçün XÖHKS-ə MT920 



göndərə bilər. Bu sorğuya cavab olaraq XÖHKS tərəfindən iştirakçıya MT942 

göndərilir. 

ş

tirakçı  göndərdiyi  ümumi  faylın,  ümumi  faylı  təşkil  edən  bir  paket 



ödənişlərinin və  ya paket ödənişlərini təşkil edən bir ödəniş tapşırığının icrası 

haqqında  məlumat  almaq  ücün  XÖHKS-ə  MT195/STAT  göndərə  bilər.  Bu 

sorğuya cavab olaraq XÖHKS tərəfindən  ştirakçıya MT196 /STAT göndərilir. 

ş

tirakçı  göndərdiyi  ümumi  faylın,  ümumi  faylı  təşkil  edən  paket  ödə-



nişlərinin  və  Paket  ödənişlərini  təşkil  edən  bir  ödəniş  tapşırığının  icrası 

haqqında məlumat almaq ücün XÖHKS-ə MT198/195/STAT göndərə bilər. Bu 

sorğuya cavab olaraq XÖHKS tərəfindən iştirakçıya MT198 göndərilir. 

ş

tirakçı göndərdiyi ümumi faylı təşkil edən bir neçə Paket ödənişlərinin 



icrası  haqqında  məlumat  almaq  üçün  XÖHKS-ə  MT195/L ST  göndərə  bilər. 

Bu sorğuya cavab olaraq XÖHKS tərəfindən iştirakçıya MT158 göndərilir. 

ş

tirakçı göndərdiyi paket ödənişlərini təşkil edən bir neçə ödəniş tapşırı-



ğ

ının  icrası  haqqında  məlumat  almaq  üçün  XÖHKS-ə  MT195/LIST  göndərə 

bilər.  Bu  sorğuya  cavab  olaraq  XÖHKS  tərəfindən  iştirakçıya  MT198  gön-

dərilir. 

ş

tirakçı  ümumi  faylın  surətini  almaq  üçün  XÖHKS-ə  MT195/COPY 



göndərə bilər. Bu sorğuya cavab olaraq XÖHKS tərəfindən MT156 göndərilir. 

ş

tirakçı  paket  ödənişlərinin  və  ya  paket  ödənişlərini  təşkil  edən  ödəniş 



tapşırığının  surətini  almaq  üçün  XÖHKS-ə  MT195/COPY  göndərə  bilər.  Bu 

sorğuya cavab olaraq XÖHKS tərəfindən iştirakçıya MT196 göndərilir. 

ş

tirakçı  paket  ödənişlərinin  və  paket  ödənişlərini  təşkil  edən ödəniş 



tapşırığının surətini  almaq  üçün  XÖHKS-ə  MT198/195/COPY  göndərə  bilər. 

Bu sorğuya cavab olaraq XÖHKS tərəfindən iştirakçıya MT198 göndərilir. 

Mərkəzi Bank və diqər iştirakçılar XÖHKS-də hesablaşmaların aparılma-

sına  dair  məlumatları  xırda  ödənişlər  üzrə  hesablaşma  klirinq  sistemində 

(XÖHKS) bütün nağdsız ödənişlərin böyük əksəriyyəti say baxımından 96,4%, 

həcm  baxımından  7,6%  (6,4  mlrd  manat  həcmində  9,8  mln  ədəd  sənəd) 

kiçikhəcmli nağdsız hesablaşma şəklində emal olunmuşdur ki, bu da sistemin 

ə

sasən  pərakəndə  xırda  ödənişlərin  həyata  keçirilməsində  təyinatını  göstərir. 



2009-cu illə müqayisədə 2010-cu il ərzində ödənişlərin həcmi 17,5%, sayı isə 

55,3%  çoxdur.  Sistemdə  hər  bir  ödəniş  sənədinin  məbləği  orta  hesabla  655 

manat təşkil etmişdir.  



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə