Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə89/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   85   86   87   88   89   90   91   92   ...   230

 

 

183



dünya  banklararası  maliyyə  telekommunikasiya  cəmiyyəti  olan  SWIFT– 

maliyyə telekommunikasiya sahəsində aparıcı beynəlxalq təşkilat sayılır.  

SWIFT-in  əsas  məqsədi  -  maliyyə  informasiyalarının  rəsmi  mübadilə 

üsullarının  və  standartlaşdırılmış  məlumatların  istifadəsi  ilə  beynəlxalq 

şə

bəkəyə məlumatların ötürülməsini təmin edən sistemdir. Bu sistem vasitəsilə 



gün  ərzində  500  000-dən  artıq  məlumatın  mübadiləsi  baş  verir.  Hal-hazırda 

SWIFT  sistemindən  204  ölkənin  8000-dən  artıq  maliyyə  və  kredit  təşkilatı 

istifadə  etməkdədir.  Bu  sistemə  qoşulmuş  hər  bir  təşkilat  ilin  365  gününün 

istənilən  vaxtı  və  coğrafi  mövqeyindən  asılı  olmayaraq  bir-biri  ilə  qarşılıqlı 

ə

laqəyə girmək imkanına malikdirlər. Hal-hazırda gün ərzində SWIFT şəbəkəsi 



vasitəsilə  cəmi  məbləği  8  trl  ABŞ  dolları  təşkil  edən  10  milyon  maliyyə 

məlumatı  ötürülməkdədir.  SWIFT-in  təməlində  50-dən  artıq  milli  ödəmə 

sistemi  yaradılmışdır. Bundan əlavə SWIFT Avropa Banklar Assosiasiyasının 

hesablaşma  sisteminin  və  Avropa  sistemi  olan  TARGET-in  əsası  sayılır. 

SWIFT  tərəfindən  təklif  edilmiş  və  həyata  keçirilmiş  konsepsiyalar,  maliyyə 

informasiyasının  formaları  və  ötürülmə  qaydaları  bu  günümüzdə  beynəlxalq 

standart statusunu daşıyır. Milli ödəniş sistemində vahid SWIFT standartlarının 

tətbiqi  hesablaşma  və  maliyyə  risklərinin  minimuma  enməsi,  hesablaşmaların 

effektivliyinin  və  təhlükəsizliyinin,  məlumatların  ötürülməsinə  çəkilən  xərc-

lərin  azaldılmasına  təminat  verir.  Bundan  başqa,  SWIFT-in  təməlində  tərtib 

edilmiş milli ödəniş sistemləri ən böyük ödəniş sistemlərinə inteqrasiya olunur. 

SWIFT  klirinq  funksiyalarını  yerinə  yetirmir.  SWIFT  –  gəlirsiz  təşkilatdır. 

Bütün  əldə  olunmuş  gəlir  xərclərin  ödənilməsinə  və  sistemin  modernləşdiril-

məsinə  xərclənir.  Ödəmənin  xərclənməmiş  məbləği  dövri  olaraq  istifadəçiyə 

qaytarılır.  SWIFT  ilə  iş  istifadəçilərə  bir  sıra  üstünlüklər  verir:  məlumatların 

ötürülməsinin  təhlükəsizliyi;  bu  sistem  ötürülmüş  məlumatların  qorunması  və 

məxfiliyini təmin edir; əməliyyatlara sərf edilən xərclərin azaldılması. Bundan 

ə

lavə,  əməliyyatların  həcmi  artdıqca,  xərclər  azalır;  Dünyanın  istənilən 



nöqtəsinə  məlumatın  tez  bir  zamanda  çatdırılması.  Məlumatın  lazımi  ünvana 

çatdırılması  adətən  15-20  dəqiqəyə  baş  verir,  lakin  əlavə  ödəniş  olunarsa,  o 

zaman  çatdırılma  vaxtını  1-5  dəqiqəyə  kimi  azaltmaq  mümkündür;  Bütün 

ödəniş  sənədləri  sistemə  standartlaşdırılmış  formada  daxil  olduğu  üçün  bu 

sistem daxil olan məlumatların təkmilləşdirilməsinin avtomatlaşdırılmasına ke-

çidə, məlumatı göndərən və qəbul edən arasında fərqli düşünmənin qarşısını al-

mağa  imkan  verir  ki,  bu  da  son  nəticədə  bankın  effektivliyini  yüksəltməyə 

şə

rait  yaratmış  olur;  SWIFT  istifadəçilərinə  tam  maliyyə  təminatı  verir.  Yəni 



ə

gər  bu  sistemin  nasazlığı  səbəbindən  hansısa  məlumat  göndərilən  ünvana 

sutka  ərzində  çatmamışsa,  o  zaman  SWIFT  bu  gecikmə  üzündən  sifarişçiyə 

dəymiş birbaşa və dolayı zərəri tam olaraq öz üzərinə götürür. 

SWIFT-in ən başlıca çatışmayan cəhəti isə istifadəçilərin zənnincə bu sis-

temə daxilolmanın bahalılığıdır. Bankın SWIFT-ə daxil olmasına çəkilən xərc 




 

 

184



160-200 min dollar təşkil edir ki, bu da orta və kiçik banklar üçün problemlər 

yaratmış olur.  

Milli  qanunvericiliyə  müvafiq  olaraq  beynəlxalq  bank  əməliyyatları 

etmək  hüququna  malik  istənilən  bank  SWIFT-in  üzvü  olmaq  imkanına 

malikdir.  Bank  üzvlərindən  əlavə  SWIFT  şəbəkəsinin  digər  iki  kateqoriyalı 

üzvləri mövcuddur. Bunlar assosiasiyalaşmış üzvlər və iştirakçılardır. Birincilər 

siyahısına  bank  üzvlərin  ayırmaları  və  filialları  aid  edilir.  Assosiasiyalaşmış 

üzvlər səhmdarlar sayılmırlar və cəmiyyətin işlərinin idarə edilməsi hüququna 

malik deyillər. SWIFT-in belə adlanan iştirakçıları isə müxtəlif maliyyə insti-

tutlarıdır  (broker  və  diller  kontoraları,  klirinq  və  sığorta  şirkətləri,  investisiya 

təşkilatları  və  s.).  SWIFT-ə  daxilolma  iki  mərhələdən  ibarətdir:  Bankın  bu 

cəmiyyətə üzv olmağa hazırlıq mərhələsi və bankın cəmiyyətdə işlək üzv kimi 

şə

bəkəyə daxil olmasına hazırlıq. 



SWIFT-ə qoşulma ildə 4 dəfə baş verir: Mart, iyun, sentyabr və dekabr-

da. SWIFT-ə tam olaraq qoşulma prosesi 4 aydan gec olmayaraq baş verir və 

iki  mərhələdən  ibarətdir:  Maliyyə  təşkilatının  SWIFT  ittifaqı  üzvlüyünə 

daxilolma  (sənədlər  paketinin  rəsmiləşdirilməsi  və  onların  SWIFT-ə  göndə-

rilməsi).  SWIFT  Direktorlar  şurası  sənədləri  nəzərdən  keçirir  və  bankın 

cəmiyyətə qəbul edilməsi haqqında qərar qəbul edir. Namizəd bank birdəfəlik 

ödəniş  və  cəmiyyətin  bir  səhminin  əldə  edilməsi  hüququnu  alır.  Maliyyə 

təşkilatında SWIFT aparat-proqram kompleksinin yaradılması və onun birbaşa 

sistemə  qoşulması.  Məhz  bu  mərhələdə  bütün  texniki  məsələlər  həll  edilir, 

kommunikasiya  avadanlığı  əldə  edilir  (onun  dəyəri  yüzlərlə  min  ABŞ  dolları 

təşkil  edə  bilər),  heyətin  təlimi  keçirilir.  Təcrübə  göstərdiyi  kimi  SWIFT 

sistemində  iştiraka  dair  bankların  xərcləri  adətən  5  il  ərzində  özünü  ödəyir 

(əsasən müasir elektron avadanlığın quraşdırılması). 

Cəmiyyət  fəaliyyətinin  istiqamətlərindən  biri  də  maliyyə  informasiyası 

mübadiləsinin  unifikasiya  vasitələrinin  işlənib  hazırlanmasından  ibarətdir.  Bu 

məqsədlə  maliyyə  məlumatlarının  strukturlu  sistemi  yaradılmış  və  təkmil-

ləşdirilməsi  davam  edilir.  Onun  yardımı  ilə  praktiki  olaraq  valyuta  və  fond 

birjalarında  icra  edilən  əməliyyatlar  daxil  olmaqla  bank  və  digər  maliyyə 

ə

məliyyatlarının bütün spektrini həyata keçirmək olar.  



Bank məlumatları müddətli və adi məlumatlara bölünür. Müddətli məlu-

matların göndərilməsinə görə xüsusi rüsum tutulur.  

Hazırda SWIFT sisteminə əsaslanan ödəniş sistemi banklararası nağdsız 

hesablaşmaların dünya həcminin 60 faizindən çoxunu təmin edir. Qeyd etmək 

lazımdır ki, «böyük yeddiliyə» daxil olan beş ölkə öz Milli ödəniş sisemlərini 

məhz  SWIFT  bazası  üzərində  qurublar.  Habelə  SWIFT  şəbəkəsi  dövlətdaxili 

hesablaşmalar  zamanı  da  istifadə  edilir.  Məsələn,  ABŞ-da  bu  aparılan  sə-

nədlərin dörddə bir hissəsini təşkil edir.  



 

 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə