Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə91/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   87   88   89   90   91   92   93   94   ...   230

 

 

187



sərəncam  əsasında  vəsait  alan  tərəfindən  təqdim  olunan  ödəniş  tələbnamə-

tapşırığı üzrə ödənişi vəsait alanın xeyrinə həyata keçirir. 

Emitent  bank  ödəyicinin  bank  hesabından  pul  vəsaitinin  silinməsi 

haqqında sərəncamı bu tələbi irəli sürməyə hüququ olan vəsait alanı eyniləşdir-

məyə  imkan  verən  lazımi  məlumatlar  həmin  sərəncamda  göstərildikdə  qəbul 

edir.  


Ödəyicinin sərəncamı bank hesabına sərəncam vermək hüququ olan şəxs 

(şəxslər)  tərəfindən  imzalanmalı  və  müvafiq  hallarda  möhürlə  təsdiq 

olunmalıdır. 

Ödəyici  emitent  banka  əvvəlcədən  verdiyi  sərəncamda  vəsait  alan 

tərəfindən  təqdim  olunan  ödəniş  tələbnamə-tapşırığı  əsasında  ödənişlərin 

birdəfəlik  və  ya  dövri  olaraq  həyata  keçirilməsini,  habelə  ödənişin  məbləğini 

qeyd edir. 

Ödəyici ödəniş tələbnamə-tapşırığının icrası üzrə sərəncamı vəsait alanla 

bağladığı müqavilədə nəzərdə tutulmuş ödəniş tarixindən ən azı 2 (iki) iş günü 

ə

vvəl emitent banka təqdim edir. 



Ödəyici  ödəniş  tələbnamə-tapşırığı  ilə  ödənişlərin  icrası  üzrə  verdiyi 

sərəncamı  ən  geci  bank  hesabından  vəsaitin  silinməsi  üçün  müəyyən  etdiyi 

gündən əvvəlki iş gününün sonunadək geri götürə bilər. 

Vəsait  alan  ödəniş  tələbnamə-tapşırığını  emitent  banka  benefisiar  bank 

vasitəsilə və ya birbaşa təqdim edir.  

Ödəniş  tələbnamə-tapşırığı  vəsait  alan  tərəfindən  doldurulur.  Ödəniş 

tələbnamə-tapşırığı  benefisiar  bank  vasitəsilə  emitent  banka  təqdim  edildikdə 

hesablaşmalar aşağıdakı qaydada aparılır: 

1.  ödəniş  tələbnamə-tapşırığı  vəsait  alan  tərəfindən  3  (üç)  nüsxədən 

(kağız daşıyıcısında olduqda) az olmamaqla benefisiar banka təqdim edilir; 

2.  benefisiar  bankın  məsul  şəxsi  təqdim  edilən  ödəniş  tələbnamə-

tapşırığının qüsurlu olub-olmamasını yoxlayır; 

3. ödəniş tələbnamə-tapşırığı qüsurlu olmadıqda benefisiar bankın məsul 

şə

xsi ödəniş tələbnamə-tapşırığının " cra haqqında bank qeydi" hissəsində icra 



üçün qəbul olunmasını “icraya qəbul edilmişdir” ştampı və öz imzası ilə təsdiq 

edərək  bir  nüsxəsini  vəsait  alana  qaytarır.  Ödəniş  tələbnamə-tapşırığının  bir 

nüsxəsi emitent banka göndərilir, bir nüsxəsi isə benefisiar bankda qalır; 

4.  ödəniş  tələbnamə-tapşırığı  qüsurlu  olduqda  benefisiar  bank  səbəbini 

qeyd etməklə onu vəsait alana geri qaytarır; 

5.  emitent  bank  benefisiar  bankdan  aldığı  ödəniş  tələbnamə-tapşırığının 

icrası  üzrə  ödəyicinin  sərəncamının  olmaması,  geri  alınması  və  ya  ödəniş 

tələbnamə-tapşırığının  qüsurlu  olması  səbəbindən  növbəti  əməliyyat  günü  ər-

zində  səbəbi  göstərilməklə  ödəniş  tələbnamə-tapşırığını  benefisiar  banka  geri 

qaytarır;  

6.  emitent  bank  icraya  qəbul  edilmiş  ödəniş  tələbnamə-tapşırığı  üzrə 

ödəyicinin bank hesabında vəsait olduqda ödənişi həyata keçirir; 




 

 

188



7. benefisiar bank emitent bankdan daxil olan vəsaiti vəsait alanın bank 

hesabına mədaxil edir; 

8.  emitent  bank  ödəyicinin  bank  hesabında  vəsait  olmadıqda  ödəyicini 

ödəniş  tələbnamə-tapşırığının  icraya  qəbul  olunduğu  günün  növbəti  iş 

günündən gec olmayaraq bu haqda məlumatlandırır. Tələb olunan vəsait növ-

bəti əməliyyat günü ərzində bank hesabına mədaxil edilmədikdə emitent bank 

ödəniş tələbnamə-tapşırığını benefisiar banka səbəbi bildirilməklə geri qaytarır; 

9.  benefisiar  bank  bu  Təlimatın  6.9.5-ci  yarımbəndinə  əsasən  geri 

qaytarılan ödəniş tələbnamə-tapşırığı haqqında vəsait alanı növbəti iş günündən 

gec  olmayaraq  məlumatlandırır  və  ödəniş  tələbnamə-tapşırığının  özündə  olan 

nüsxəsi üzərində müvafiq qeyd aparır. 

Ödəyicinin  tələbi  ilə  emitent  bankın  məsul  şəxsi  ödəniş  tələbnamə-

tapşırığının  öz  imzası  və  ştampı  ilə  təsdiq  edilmiş  surətini  ödəyiciyə  təqdim 

edir. 


  nkasso  sərəncamları  ilə  hesablaşmalar.  nkasso  sərəncamları  ilə 

hesablaşmalar  zamanı  borclunun  (ödəyicinin)  bank  hesabına  xidmət  göstərən 

bank  (icraçı  bank)  məcburi  icra  orqanları  tərəfindən  inkasso  sərəncamlarına 

ə

lavə  edilən  icra  sənədlərinə  əsasən  ödənişi  ödəyicinin  bank  hesabından 



mübahisəsiz qaydada (ödəyicinin sərəncamı olmadan) həyata keçirir. Məhkəmə 

və  digər  orqanların  qərarlarının  məcburi  icrası  ilə  bağlı  inkasso  sərəncamları 

banka icra məmurları tərəfindən təqdim olunur. 

cra  məmurlarının  tələbi  ilə  ödəyicinin  bank  hesabından  vəsaitin 

mübahisəsiz  qaydada  silinməsi  üçün  əsas  olan  icra  sənədləri  “ cra  haqqında” 

Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə müəyyən edilir. 

nkasso  sərəncamı  3  (üç)  nüsxədə  (kağız  daşıyıcısında  olduqda)  tərtib 

edilir,  hər  bir  nüsxə  imza  və  möhürlə  təsdiqlənir.  nkasso  sərəncamının 

"Ödənişin təyinatı" hissəsində vəsaitin mübahisəsiz qaydada silinməsi haqqında 

qərar  çıxarmış  orqanın  adı,  əlavə  edilən  icra  sənədinin  adı,  tarixi  və  nömrəsi 

göstərilir.  cra  məmuru  inkasso  sərəncamına  icra  sənədinin  icra  qurumunun 

rəhbəri tərəfindən təsdiq olunmuş surətini əlavə edir.  nkasso sərəncamı qüsurlu 

olmadıqda  bankın  məsul  şəxsi  onu  dərhal  icraya  qəbul  edir,  qüsurlu  olduqda 

və/və  ya  icra  sənədinin  surəti  əlavə  olunmadıqda  isə  “ craçı  bankın  qeydləri” 

hissəsində  səbəbini  göstərməklə  sərəncamı  icra  məmuruna  geri  qaytarır. 

Nüsxələrdən biri vəsaiti ödəyicinin bank hesabından silmək üçün əsas olur və 

icraçı  bankda  qalır.  kinci  nüsxə  inkasso  sərəncamının  icraya  qəbul  olunması 

barədə  iltizam  kimi  icraçı  bankın  məsul  şəxsinin  imzası  və  ştampı  ilə  təs-

diqlənir,  icra  məmuruna  qaytarılır.  Üçüncü  nüsxə  sərəncam  icra  olunandan 

sonra ödəyiciyə təqdim olunur. 

Ödəyicinin bank hesabında vəsait olmadıqda və ya çatışmadıqda inkasso 

sərəncamı bank tərəfindən icraya qəbul olunduğu gündən 2 (iki) ay müddətində 

icraçı bankda saxlanılır. Bu barədə icraçı bank növbəti 2 (iki) iş günündən gec 

olmayaraq icra məmuruna yazılı bildiriş verir. Bu müddətdə inkasso sərəncamı 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə