Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə3/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   2   3   4   5   6   7   8   9   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

9

 

– P.Xəlilovun “Qədim türk sözlüyü”ndəki “güclü həyəcanla 



vuruşmaq” anlamlı “quma ur” ifadəsinin məna yükünə söykənərək 

həmin misranı “Necə  qəzəblənməyim, necə  həyəcanlanmayım, 

yurdum; Necə  bərk həyəcanlanmayım, yurdum” şəklində yoz-

masını diqqəti çəkən mülahizələrdən hesab edir; 

– mübahisə obyektinə çevrilmiş birinci misradakı sözlərin 

F.Zeynalov və S.Əlizadə  tərəfindən “Qohum qəbiləli komam – 

yurdum!” variantında müasirləşdirilməsini xüsusi olaraq qeyd 

edir... 


Yuxarıdakı fikirlərin əksəriyyətinin daha çox güman üzərin-

də qurulduğunu  əsas götürən qorqudşünas A.Hacıyev məsələyə 

tam başqa kontekstdə yanaşır ki, bu da, əsasən, aşağıdakıları əhatə 

edir:  


– abidənin dilində “yurd” sözü bir neçə mənada, o cümlədən 

geniş  mənada vətən, dar mənada isə yaşayış yeri, dayanacaq, ev 

mənalarında işlənmişdir...: “Bir  gün Qamğan oğlı xan Bayındır 

yerindən durmışdı.  Şami günlügi yer yüzinə tikdirmişdi. Ala 

sayvanı gög yüzinə aşanmışdı...”; 

– canlı xalq dilində “qom-qom” ifadəsi indi də  işlənmək-

dədir. “Topa-topa”, “dəstə-dəstə” mənasını verən bu kəlmə əksər 

hallarda qarışqa yuvalarını xarakterizə etmək üçün söylənilir. Ma-

raqlıdır ki, qarışqaya qədim türk yazılı abidələrinin birində “ko-

mursğa” da deyilir. Əgər qarışqa adı “qarışmaq” feli ilə bağlıdırsa, 

“komursğa” adı “qom” (topa) yaşamaqla əlaqədardır; 

–...oğuzlar yurdlarını torpaq üzərinə asanlıqla “dikib”, yəni 

sancıb qura bilirlər. Bu isə onun “qoyma yurd, qurma yurd” adlan-

masına səbəb olmuşdur... “qoma” sözünün Osmanlı türkcəsində 

“qoyulma, qurulma, basdırılma” mənalarını ifadə etdiyi bildirilir;  

– bəzi dialektizmdə “tayfa, nəsil” mənasında işlənən “com” 

sözü də məhz arxaik “qom” sözünün çoxmənalılıq qazanması yolu 

ilə yaranmışdır. İlkin mənada “çadır”, “alaçıq” mənasında işlənən 

bu söz sonradan həmin yurd yerlərində yaşayan nəsli, tayfanı 

adlandırmağa xidmət edib... Bizim com kəndin bir tərəfindəki 

(İmişli)... q – c//ç səs əvəzlənməsi “Kitab”ın dili üçün də xarakte-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

10

 

rik sayılan dil hadisələrindəndir (qağırdı – çağırdı. Beyrəgin baba-



sı Baybörə bəg dəxi bazırganları qağırdı)... Burada bir cəhəti xatır-

latmaq lazım gəlir: “qoma” sözünün alaçıq  mənasında işlənmə-

sindən ilk dəfə O.Ş.Gökyay bəhs edib: “Kəlime kuma deye okun-

duğuna göre isə başka bir anlama gelir. Alaçık veyahut kuma. Bu, 

yontulmuş uzun “Palıt” çubuklarıyla kurulurmuş. Bunlara “alaçık 

çubuğu” namı verilir” (Dedem Korkudun kitabı.  İstanbul, 2000, 

s.232). 

– “qom arxaizmi müasir  türk dilləri və dialektlərində “kom”, 

“com”, “cum” şəklində yaşayan sözün arxetip formasıdır. Veril-

miş nümunədə “qom” sözünün təkrarlanaraq işlənməsi çoxluq, 

topluluq anlamını ifadə etməyə xidmət edir...; 

– “Kitab”ın Drezden nüsxəsində aydınca yazılmış bu 

arxaizmi  ərəb  mənşəli sözlərlə qarışdırmağa  lüzum yoxdur, -la 

morfemi isə “ilə” qoşmasının ahəng qanununa tabe edilərək bitişik 

yazılmış formasıdır; 

Qorqudşünas A.Hacıyev bu cür şərhlərdən sonra yazır: 

“Beləliklə, Qazan xanın çadır-çadır salınmış alaçıq yurdunu xa-

rakterizə edən bir soylama parçası  qədim oğuz məişətinin mü-

qayisəli təhlili fonunda aydın dərk olunur və uydurma yozumlara 

ehtiyac duyulmur”

1

. Bu fikirlərlə, eyni zamanda yuxarıdakı qeyd-



lərlə müəyyən mənada razılaşmaq da olar. Amma “Qom-qomla 

mənim qoma yurdum” (bu cür transkripsiya daha məqbul hesab 

olunur) misrasına qədərki sintaktik bütövlərin semantik yükü, eyni 

zamanda M.Kaşğarinin “Divanı”ndakı  həsrət duymaq anlamlı 

“komı” sözü həmin  misranı tam yeni müstəvidə  izah etməyə 

imkan verir. Bu mənada aşağıdakılara diqqət yetirək: 

“Kitab”da “Tatlu mənim canımı alur oldu” tipli nümu-nələr-

də ikinci tərəfə aid olan təyinlərin söz birləşməsinin əvvəlində iş-

lənməsi və bu zaman fikrin düzgün ifadəsinin intonasiya ilə ni-

zamlanması qorqudşünaslıqda xüsusi olaraq qeyd olunur. Bu ba-

xımdan “Qom-qomla mənim qoma yurdum” misrasını  məhz 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud Kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, s.96. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

11

 

“Mənim qom-qomla qoma yurdum” şəklində  təhlilə  cəlb etmək 



lazım gəlir.  

Maraqlıdır ki, bərpa etdiyimiz “qom-qomla qoma” modeli 

formasına görə “Kitab”dakı digər vahidlərlə birbaşa bağlanır: quş 

quşlamaq, quv quvlamaq, diŋ diŋləmək, siŋ-siŋ siŋləmək... Bu sis-

temə müasir  dilimizdə mühafizə olunan oxşar modelləri də əlavə 

etmək olar: ağlam-ağlam ağlar, göynəm-göynəm göynər, oynam-

oynam oynar... 

Qeyd etdiyimiz kimi, qorqudşünaslıqda “qoma” sözü çadır, 

alaçıq mənasında da izah olunur. “Kitab”ın poetik strukturu

xüsusən də ümumi semantik yükü isə belə bir fikri reallaşdırır: 

“Dastan”da otaq, çadır, ev tipli sözlərin intensivliyi, hətta ev sözü-

nün həmin boyun adında (Salur Qazanıŋ evi yağmalandığı boyı 

bəyan edər) işlənməsi “qoma” sözünün çadır, alaçıq anlamında 

olmadığını deməyə əsas verir. 

“Qom-qomla mənim qoma yurdum” misrasındakı “qoma” 

sözünün, həm də bütövlükdə  həmin misranın semantik yükü 

Qazanın yuxuda qarma-qarışıq  əhvalatlar görməsi kontekstində 

izah olunmalıdır: “Bilürmisin, qarındaşım Qaragünə düşimdə  nə 

göründi? Qara qayğılu vaqeə gördüm. Yumruğımda talbınan şahin 

bənim quşımı alur gördüm. Gögdən ildırım ağban evim üzərinə 

şaqır gördüm. Düm qara pusarıq ordımıŋ üzərinə  tökülü gördüm. 

Quduz  qurtlar evimi dəlir gördüm. Qara dəvə  əŋsəmdən qarvar 

gördüm...” (“Kitab”da bu parçanın “Qom-qomla mənim qoma 

yurdum” misrası ilə başlanan sintaktik bütövdən əvvəl verilməsini 

nəzərdən qaçırmaq olmaz). Heç şübhəsiz ki, yuxuda qarma-qarışıq 

əhvalatlar görmə birbaşa insanın psixikası ilə bağlıdır. Yəni insan 

nədənsə narahat olduqda, darıxdıqda, nəyinsə  həsrətini çəkdikdə 

onun yuxusu da Dədə Qorqudun dili ilə desək, “qara qayğılı” olur. 

Bu mənada Qazanın yuxusunun assosiativliyi istər-istəməz “qo-

ma” sözünün məhz darıxmaq, həsrətini çəkmək mənasında işlən-

diyini yada salır. Qarşılaşdırmalar Qazanın yurdu ilə soraqlaşması 

səhnəsinin birbaşa yuxuda gördüklərinin məntiqi nəticəsi kimi 

çıxış etdiyini açıq-aydın göstərir. Amma bu müstəvidə ən əsas ar-



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə