Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə63/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   59   60   61   62   63   64   65   66   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

193

 

teqoriyalar daxilində  təzahürünə isə ümumiyyətlə, münasibət bil-



dirilməyib. Düzdür, R.Qafarlı “Kitab”da, ümumən epik ənənədə 

çoxsaylı zaman hədlərinin iki bölmədə sistemləşdirilməsinin məq-

sədəuyğun sayıldığını göstərir: “Sadə və qısa zaman həddi. Hadi-

sənin başvermə müddəti, davamlılığı uzun çəkmir. Qəhrəman üç, 

yaxud beş gün möhlət alır. Bu qrupda ən  böyük hədd bir ilin ta-

mamıdır; mürəkkəb və uzunmüddətli hədd.  İnsan ömrünün əsas 

mərhələləri ilə (doğulub-evlənməsi; böyüyüb taxt-taca sahib ol-

ması, uşaqlığını, yaxud gəncliyini, cavanlığını başa çatdırması) öl-

çülür və hadisələr illər ərzində davam edir. Eposlarda bu vaxt böl-

güsü bəzən 25-30 il davam edir” (“Azərbaycan türklərinin mifolo-

giyası”. DDA, Bakı, 2010, səh.19-20). Deməli, müəllif “Kitab”da-

kı zaman məsələlərini linqvistik deyil, daha çox “bədii zaman” 

kontekstində araşdırıb. Bu mənada temporallıq  sahələrinin “Ki-

tab”ın dili üzrə tarixi-linqvistik baxımdan öyrənilməsi təkcə qor-

qudşünaslıq yox, ümumən türkologiya üçün əhəmiyyətlidir. “Ki-

tab”da temporallığın ifadə vasitələri müşahidə olunan bəzi nümu-

nələrə diqqət yetirək:  

“Kitab”ın  temporallıq baxımından zənginliyi “müqəddi-

mə”dəki birinci cümlədən görünür: “Rəsul əleyhissəlam zəmanına 

yaqın Bayat boyından, Qorqut ata diyərlər, bir ər qopdı”. Burada 

temporallığın leksik (zəman, yaqın), morfoloji (şühudi keçmiş 

zaman şəkilçisi -dı: qopdı) və sintaktik (Rəsul əleyhissəlam zəma-

nı; formaca II növ, funksiyaca III növ təyini söz birləşməsi mode-

lindədir) ifadə vasitələrinin sintezi aydın şəkildə müşahidə olunur 

ki, bu da  iki mühüm nəticəni çıxarmağa imkan verir: Bayat tayfa-

sından olan Dədə Qorqud Məhəmməd peyğəmbərin  zamanına 

yaxın (570-632) yaşamışdır; “Dastan” ən azı VII yüzillikdə  ya-

ranmışdır. Bu cür  nəticələri isə təsadüfi hesab etmək olmaz. Çün-

ki “hadisələr fantastik yozumda deyil, həqiqətən baş vermiş kimi 

qəbul edilir. Dinləyənlər onlara müəyyən tarixi dövrün ciddi qay-

naqları tək yanaşırlar. Bu, eposlarda “emprik zaman”ın əksi hesab 

edilir” (R.Qafarlı); 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

194

 

Oğuz düşüncəsinə görə, insanın yaranması da, bu dünyadan 



köç etməsi də təbiətin qanunudur, realdır: “Əvvəl-axır uzun yaşıη 

ucı ölüm! Ölüm vəqti gəldügində arı imandan ayırmasun!” (D-

271). Bu cümlədə prosesin zaman hüdudları  və müddətini ifadə 

edən leksik (əvvəl-axır, uzun), morfoloji (felin əmr  şəklinin 

morfoloji göstəricisi kimi çıxış edən -sun şəkilçisi: ayırmasun) və  

sintaktik temporallıq vasitələrinin (ölüm vəqti – II növ təyini söz 

birləşməsi;  yaşıη ucı – III növ təyini söz birləşməsi) birlikdə 

təzahürü də yuxarıda dediklərimizi təsdiqləyir;  

– dağ kultunun canlandırılmasında  temporal leksik va-

hidlərdən (qış, yaz) istifadə qabarıqlığı ilə seçilir: “Qışda-yazda 

qarı-buzı ərinməyən Qazılıq tağına gəldi çıqdı” (D-26); 

– günün hissələrini ifadə edən sabah, öylən (günorta), axşam 

kimi temporal sözlərin eyni mətn daxilində işlənməsinə rast gəli-

nir: “Oğul, sabah varub öylən gəlmək olmaz” (D-172). Buradakı 

sabah → öylən → axşam sözləri  birlikdə “gün” (bütün gün) mə-

nasını reallaşdıran vasitə kimi çıxış edir;  

– “qız, sən maηa bir yil baqğıl!  Bir yildə gəlməzsəm, iki yil 

baqğıl!  İki yildə  gəlməzsəm, üç yil baqğıl. Gəlməzsəm, ol vəqt 

mənim öldügimi biləsən... Gözün kimi tutarsa, köηlüη kimi sevər-

sə, aηa varğıl!” (D-261). Bu parçada ölümə gedən Oğuz igidi Səy-

rəyin sevgilisi ilə bağlı narahatlığı morfoloji (felin əmr  şəklinin 

morfoloji göstəricisi kimi çıxış edən -ğıl (baqğıl), qeyri-qəti gələ-

cək zamanın təsdiq və inkar forması: -ər, -məz...) və sintaktik tem-

porallıq (bir yildə, iki yildə...) vasitələri kontekstində ifadə olunub. 

Maraqlıdır ki, bu cür temporallıq Səyrəyin xatununun dili üçün də 

səciyyəvidir: “Yigidim, mən saηa bir yil baqam. Bir yildə gəlməz-

sən, iki yil baqam... Şər xəbər gətürəniη başın kəsəm //Ərkəg 

sinəgi üzərimə qondırmıyam...” (D-261). Bu misraların semantik 

yükü  Səyrəyin xatununu son dərəcə namuslu və  sədaqətli bir 

qadın obrazı kimi səciyyələndirməyə imkan verir; 

– temporal güz (payız) ismi atalar sözləri (Yapağlu gökçə 

çəmən güzə qalmaz) və təşbehlər (Güz almasına bəηzər al yaηaq-

lım!) daxilində həlledici vasitələrdən biri kimi çıxış edir ki, bu da 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

195

 

“Kitab”ın bədii-estetik dəyərini  şərtləndirən detallardan biri kimi 



götürülə bilər;  

Göytürk dilində keçmiş zamanın ifadə imkanlarının zənginli-

yindən bəhs edən Ə.Rəcəbli yazır: “...keçmiş zamanın elə bir mə-

na çalarlığı yoxdur ki, türk dilləri onu ifadə etmək vasitəsinə  ma-

lik olmasın. Cəsarətlə demək olar ki, keçmiş zamanın ən incə mə-

na çalarlıqlarını ifadə edə bilmək baxımından türk  dilləri dünya-

nın ən zəngin dillərindən biri, bəlkə də? birincisidir... Göytürk di-

lində keçmiş zamanın məna çalarlıqlarının ifadə vasitələrinin zən-

ginliyinə yalnız təəccüb etmək olar”

1

. Müəllifin dərin məzmunlu 



bu fikirləri sanki həm də “Kitab”ın dili üçün  deyilib. Çünki “Ki-

tab”ın dilində keçmiş zamanın ifadə formalarının intensivliyi və 

zənginliyi kontekstində ahəngdarlığın, melodiyalılığın yaradılması 

da müşahidə olunur: “Bir gün Qam Ğan oğlı xan Bayındır yerin-

dən turmışdı.  Şami günligi yer yüzinə dikdirmişdi. Ala sayvanı 

gög yüzinə  aşanmışdı. Biη yerdə ipək xalicəsi döşənmişdi” (D-

10). Bu cümlələrdəki feli xəbərlərdə    (turmışdı, dikdirmişdi,   

aşanmışdı, döşənmişdi) -mış, -miş nəqli keçmiş zaman şəkilçisi və 

-dı, -di  morfeminin (idi hissəciyinin ixtisar forması) təkrarlanması 

ilə obrazlılıq gücləndirilmişdir ki, bu da dastan poetikası baxımın-

dan səciyyəvidir. 

Bütün bunlar bir daha təsdiq edir ki, “Kitab”dakı zaman an-

layışı temporallıq sahələri üzrə, daha dəqiqi, aşağıdakı istiqamət-

lərdə araşdırılmalıdır: 

– temporallığın leksik vahidlərlə ifadəsi; 

  –  temporallığın qrammatik şəkilçilərlə  ifadəsi; 

  –  temporallığın sintaktik vahidlərlə ifadəsi. 

Heç şübhəsiz ki, “Kitab”ın bu müstəvidə öyrənilməsi bir sıra 

qaranlıq məsələlərə  işıq sala bilər, eyni zamanda dilimizdə tem-

porallıq sahələrinin dinamikası ilə bağlı müəyyən təəssürat yarada 

bilər. 

 

                                                            



1

 Ə.Rəcəbli. Göytürk dilinin morfologiyası. Bakı, 2002, səh.107. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə