«Mikroiqtisadiyyat» fənnindən kollokvium sualları və cavabları



Yüklə 273,25 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix20.10.2017
ölçüsü273,25 Kb.
#5868
1   2   3   4   5   6   7   8   9   10   11

 

müəyyən etməyə, üçüncüsü, modelə daxil edilmiş hər bir dəyişənin təsirini müəyyən etməyə 



imkan verir. 

Tarazlı  yanaşma  prinsipi  o  deməkdir  ki,  iqtisadi  hadisələr  tarazlı  olduğu  şəraitdə, 

onlarda  yaranmış vəziyyətin  dəyişməsi üçün daxili motivlər    olmadığı  vaxtda  təhlil  edilir. 

Tarazlıqlar,  onların  dəyişməsinin  xarakterindən  asılı  olaraq  sabit və  qeyri-sabit  ola  bilər 

—  sabit  tarazlıq  halında  hadisənin  daxili  qüvvələri  xarici  qüvvələrin  təsirini 

kompensasiya  edir,  qeyri-sabit  tarazlıq  halında  isə  xarici  qüvvələrin  təsiri  altında  hadisə 

transformasiyaya  məruz  qalır.  Bu  halda  nəzərdə tutulur  ki,  hətta  hadisədə  əhəmiyyətli 

dəyişikliklər  də  hadisənin  bir  tarazlıq  vəziyyətindən  digər  tarazlıq  vəziyyətinə 

keçməsindən  başqa  bir  şey  deyil.  Lakin  bu fakt heç də o demək deyil ki, mikroiqtisadiyyat 

dəyişikliklərin mümkünlüyünü  inkar edir. Söhbət yalnız o haqda gedir ki, mikroiqtisadiyyat 

xarici amillərin təsiri nəticəsində hadisədə baş verən dəyişikliklərin təhlili ilə kifayətlənir və 

hadisədə  baş verə biləcək keyfiyyət dəyişikliklərini nəzərə almır. Bu mənada mikroiqtisadi 

təhlili - statik  metoddur. 

 

 

3.



 

Mikroiqtisadi təhlil metodları 

 

Təhlil  metodları  —  həqiqətin,  bizim  araşdırdığımız  halda  iqtisadi  davranışın nəzəri 

baxımdan  mənimsənilməsi  metodlarının  məcmusudur.  Hər  nəzəriyyə  onda əks olunmuş 

bilik  sisteminin  qurulması  və  əsaslandırılması  üçün  öz    metodlarını  tətbiq  edir. 

Mikroiqtisadiyyat  dörd  mühüm  təhlil  metoduna  əsaslanır:  son  hədd metodu,  funksional 

metod, modelləşdirmə və müqayisəli statika  metodu. 

Son  hədd  (marjinal)  təhlili  —  iqtisadi  hadisələrin  təhlilinin  bu  metodu  həmin 

hadisəyə  təsir  edən  hər  hansı  iqtisadi  dəyişənin  qiyməti  bir  vahid  dəyişdikdə  yaranan 

kəmiyyət  dəyişikliklərinin  tədqiqinə  əsaslanır.  Məsələnin  mahiyyəti  müstəqil  dəyişənin 

qiyməti  bir  vahid  dəyişdikdə  (bir  vahid  artdıqda  və  ya  azaldıqda)  ümumi kəmiyyətin 

(funksiyanın  qiymətinin)  necə  dəyişəcəyini  müəyyən  etməkdən  ibarətdir.  Belə 

dəyişikliklərin tədqiqinə əsaslanaraq, hadisənin özündə dəyişiklik  meylləri  müəyyən edilir 

ki, bu da son hədd təhlilinin mahiyyətini təşkil edir. 

Funksional  təhlil  iqtisadi  kəmiyyətlər  arasında  qarşılıqlı  asılılıqların  aşkar  edilməsi  aspektində  iqtisadi 

hadisələrin tədqiqat metodudur. Onun  məzmunu bundan ibarətdir ki,  bir iqtisadi kəmiyyətin dəyişilmə 

qanunauyğunluqlarını  digərinin  dəyişilməsindən  asılı  olaraq  tədqiq  etmək  mümkün  olsun.  Əgər  bu 

zaman dəyişənlər arasında hər hansı bir kəmiyyət asılılığı tədqiq olunursa, belə qarşılıqlı əlaqə funksional təhlilin 

obyektinə çevrilir. 

Müqayisəli  statika  metodu  —  müəyyən  hadisəni  təşkil  edən  elementlərin  variativ 

dəyişiklikləri  nəticəsində  həmin  hadisənin  müxtəlif  tarazlıq  vəziyyətlərinin  müqayisəli 

tədqiqatı  üsuludur.  Onun  məqsədi  tarazlıq  parametrlərinə  hadisənin  hər  bir  tərkib 

hissəsinin  təsirini,  yeni  tarazlıq  vəziyyətinə  keçidin  səbəbini  aşkar  etməkdən,    həmçinin  

yeni  tarazlıq  parametrlərini  proqnozlaşdırmaqdan     ibarətdir. 



 

Metodun  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o,  hadisənin  elementlərinin  və  onların arasında 



qarşılıqlı  əlaqələrin  keyfiyyətcə  dəyişməzliyi  haqqında  fərziyyəyə  əsaslanır,  yəni  zaman 

keçdikcə  hadisənin  dəyişikliklərə  məruz  qalmasını  nəzərə  almır.  Bu  o  deməkdir  ki, 

hadisələrin  zaman  keçdikcə  dəyişməyən,  amma  müxtəlif  dövrləri  üzrə  paylanmış  tarazlıq 

vəziyyətlərinin tutuşdurulması haqqında söhbət  gedir. 



Nəzəriyyənin  verifikasiya  edilə  bilməsi  (yoxlanıla  bilməsi)  metoduna  görə, 

nəzəriyyə təcrübədə qismən və ya  dolayı  yolla öz təsdiqini tapmalıdır.  Nəzəriyyə  faktlarla 

uyğun  gəlmədiyi  halda  ya  həmin  nəzəriyyəni  yaxşılaşdırırlar,  ya  təkzib  edirlər,  ya  da 

yenisini  yaradırlar. Pozitivistlər  hesab edirlər ki,  iqtisadiyyatda  nə baş verdiyini və necə baş 

verdiyini izah etmək lazımdır, ancaq subyektiv qiymət  vermək lazım deyil. 

Modelləşdirmə  real  hadisələrin  və  proseslərin  süni  yaradılmış  və  həqiqəti 

sadələşdirilmiş  şəkildə  təsvir  edən  nəzəri  qurmanın  təhlili  vasitəsilə  tədqiqat  metodudur. 

Modelləşdirmənin  məqsədi  amillərin  və  iqtisadi  şəraitin  (ilkin  şərtlərin)  məruz  qaldığı 

dəyişikliklərin hadisəyə təsirini tədqiq etməkdən, bu  dəyişikliklərin nəticələrini qabaqcadan 

söyləməkdən və müşahidə edilən asılılıqları nəzəri  cəhətdən əsaslandırmaqdan  ibarətdir. 

 

 



Mövzu 2. Qiymət nəzəriyyəsi: Tələb, təklif və bazar tarazlıqı.

 

 



4.Bazar tələbi və tələb qanunu 

Ən ümumi şəkildə bazar tələbini istehlakçıların əmtəə və xidmətləri  almağa hazırlığı kimi müəyyən 

etmək olar. Bununla yanaşı bu jür hazırlıq  dedikdə, nemətlərə tələbat və onlara malikolma istəyinin özü 

deyil,  məhz,  hər  şeydən  əvvəl,  bu  nemətlərə  görə  ödənişə  razılıqdır.  Buna  görə  də  iqtisadi  mənada  tələb 

istehlakçıların davranış formasıdır ki, bu da onların aldıqları nemətlərə görə  ödənişə hazırlığı və qabiliyyətini əks 

etdirir.  Bujür  tərif  hadisənin  məzmun  tərəfini  əks  etdirsə  də vajib iqtisadi əlamətlərdən – kəmiyyət və 

zaman səjiyyəsindən məhrumdur. Buna  görə  də  iqtisadçılar  bazar  tələbinin  kəmiyyəti  və  ya  həjmi  kimi 

daha  dəqiq anlayışdan istifadə edirlər. Bazar tələbinin kəmiyyəti (həjmi) – vaxt vahidi ərzində istehlakçıların jari 

qiymətlərlə almağa hazır olduqları müəyyən nemətin  maksimum miqdarıdır. 

Tələbin   kəmiyyəti   tələbin   determinantları   (parametrləri)   adlandırılan   müxtəlif şərtlərin  təsiri  altında 

formalaşır.  Tələbin  determinantları  –  bazar  tələbinin  kəmiyyət parametrlərinə  təsir  göstərən  amillərdir.  Ən 

vajibləri  kimi  bunları  ayırmaq  lazımdır:  əhalinin       sayı       və       strukturu       (N),       nemətin       özünün    

qiyməti    (PX),    bu    nemətin əvəzedijilərinin qiymətləri (P), istehlakçıların üstünlükləri (T) və gəlirləri 

(I), habelə istehlak   gözləmələri   (E).   Onların   göstərdiyi   təsir   tələb   funksiyası   adlandırılan müəyyən 

funksional asılılıq forması alır. 



Yüklə 273,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə