«Mikroiqtisadiyyat» fənnindən kollokvium sualları və cavabları



Yüklə 273,25 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix20.10.2017
ölçüsü273,25 Kb.
#5868
1   2   3   4   5   6   7   8   9   10   11

25 

 

burada – buraxılış həjminin qiyməti, – işə salınan istehsal amillərilə buraxılış həjmi arasında funksional asılılıq 



formasıdır,  Xa,  Xb,  Xj,  …,  Xn  –  istehsalda  tətbiq  edilən  amillərin  qiymətləridir.  İstehsal  funksiyasının 

formasına  gəldikdə  isə  o,  müxtəlif  tipli  tənliklərlə  təsvir  oluna  bilər.  Məsələn,  bir  işə  salınan  X  amili  zamanı 

istehsal funksiyası xətti tipli tənliklərlə: Q=a+bX; kvadrat tipli: Q=a+bX+ jX

və ya Q =a+bX–jX2; kub 

tipli: Q = a+bX+jX



2

+dX

3

; dərəjə tipli: Q = aX



tənliklərlə təsvir oluna bilər. 

İstehsalın  işə  salınan  amillərinin  miqdarı  ilə  məhsul  buraxılışının  həjmi  arasında  asılılığı  əks  etdirərək  istehsal 

funksiyası  bu  amillərin  istifadə  nətijəliliyini  xarakterizə  edir  və  deməli,  istehsalın  nisbi  səmərəlilik  göstərijisidir. 

Madam  ki,  resursların  məhdudluğu  şəraitində  istehsalın  səmərəlilik  problemi  istehsal  nəzəriyyəsində  mühüm 

yerlərdən birini tutur, onda istehsal funksiyalarının təhlili məhz bu  nöqteyi-nəzər altında aparılmalıdır. Lakin 

diqqəti  aşağıdakı  vəziyətə  yönəldək.  Səmərəliliyin  səjiyyəsi  istehlak  olunan  amillərin  miqdarının 

müqayisəsi  vasitəsilə,  yaxud  texnologiyadakı  fərqləri  nəzərə  almaqla  ifadə  oluna  bilər.  Amma  o, 

istehsal üzrə məsrəflərin müqayisəsi vasitəsilə, yaxud istifadə olunmuş resursların qiymətlərinin nəzərə alınması 

ilə ifadə oluna bilər. Buna görə də texnoloci və iqtisadi səmərəliliyi fərqləndirirlər. 

Texnoloci səmərəlilik – istehsalın elə bir səjiyyəsidir ki,  o, natural  ifadədə buraxılışın verilmiş həjmi üçün tətbiq 

olunan istehsal amillərinin bütün  mümkün uzlaşmalarından yaxşısını (optimalını) müəyyən edir. Buna 

görə də  texnoloci jəhətdən səmərəli o istehsal üsulu olajaq ki, bu zaman amillərin mövjud  miqdarında 

buraxılışın ən böyük həjmi təmin olunur və ya buraxılışın mövjud həjmi heç olmasa tətbiq olunan amillərdən 

birinin daha az miqdarı ilə  əldə olunur. İqtisadi     səmərəlilik 

–  istehsalın  elə  səjiyyəsidir  ki,  bu  zaman  o,  istehsal  amillərinin  belə  uzlaşmasını müəyyən  edir:  

buraxılışın  verilmiş  həjmi  daha  az  dəyər  məsrəflərilə  təmin  edilir. Deməli, texnoloci jəhətdən o səmərəli 

istehsal üsulu iqtisadi jəhətdən  səmərəli olajaq ki,   bu   zaman   buraxılışın   həmin   həjmi   üçün   tətbiq  

olunan   istehsal   amillərinin alternativ dəyəri (məsrəfləri) daha az olajaq. 

 

22.



 

İstehsalın qısamüddətli funksiyası 

İstehsal  amillərinin  dəyişməsi  imkanlarının  öz  məhdudiyyətləri  var.  Xammal  və əmək  resurslarının  

miqdarını    dəyişmək    çətin    deyildir.    Lakin    kapital    amillərinin  (istehsal   güjləri)   eyni   vaxt   intervalı  

çərçivəsində  dəyişməsi  çətindir  və  ya  mümkün deyildir.   Buna   görə   də   amillərin   buraxılış   həjminə   

təsirini   tədqiq   etmək   üçün qısamüddətli  və  uzunmüddətli  dövrlər  anlayışları  istifadə  olunur,  bütün  

istehsal  amilləri  isə  dəyişən  və  sabit  hissələrə  bölünür.  Qısamüddətli  dövr  –  elə  bir  dövrdür  ki,  bu  dövr 

ərzində hətta  bir istehsal amilini dəyişmək  mümkün deyildir.  Uzunmüddətli dövr  –  elə  bir  dövrdür  ki,  

bu  dövrün  ərzində  istehsalın  bütün  amilləri  dəyişə  bilər. Dəyişən  amillər  –  miqdarı  qısamüddətli  dövr  

çərçivəsində   dəyişə   bilən   resurslardır.  Sabit  amillər  –  miqdarı  qısamüddətli  dövr  çərçivəsində  dəyişə 

bilməyən  resurslardır. 




26 

 

Ondan  başqa,  çox  uzun  dövr   anlayışından  istifadə  olunur  ki,  bu  anlayış  altında texnologiyanın  



dəyişməsi  üçün  kifayət  edən  vaxt  intervalı  başa  düşülür.  Aşağıdakı vəziyyətə  diqqət  yetirmək  zəruridir:   

baxmayaraq  ki,  qısamüddətli  və  uzunmüddətli dövrlərin  təyini  vaxtla  əlaqədardır,  onların  iqtisadi  

məzmunu    vaxt    parametrlərilə  deyil,    istehsalın    strukturundakı    real    dəyişikliklərlə    şərtlənmişdir.  

Buna   görə   də müxtəlif    istehsalların    texnoloci    xüsusiyyətləri    sayəsində    qısamüddətli    və    ya 

uzunmüddətli dövrlərin vaxt çərçivələri  onlardan hər biri üçün hədsiz fərqlənə bilər. 

Qısamüddətli  dövrün  istehsal  funksiyası  sabit  amillərin  verilmiş  miqdarı  daxilində  dəyişən  amilin  miqdarını 

dəyişmək yolu ilə firmanın həyata keçirə bildiyi  buraxılışı göstərir. Qısamüddətli dövrdə istehsal seçiminin təhlilinin 



başlıja vəzifəsi – hər bir ayrıja dəyişən amilin dəyişikliklərinin məhsul buraxılışının həjminə təsirini müəyyən etmək, 

yaxud  onun  səmərəliliyini  aşkara  çıxartmaqdır.  Bunun  üçün  yerdə  qalanlarının  təsirini  təsbit  olunmuş 

hesab  edərək  dəyişən  amildən  məjmu,  orta  və  son  hədd  məhsullarının  göstərijiləri  istifadə  olunur.  X  – 

dəyişən  amilindən  Ümumi  məhsul  (TPx  )  –  sabit  və  dəyişən  amillərin  mövjud  miqdarı  daxilində  istehsal 

olunan buraxılışın ümumi həjmidir.  dəyişən  amilindən  Orta  məhsul  (APx) – dəyişən  amil  vahidinə düşən 

buraxılış  həjmini  göstərir:  APx  =  TPx  /  X.  Son  hədd  fiziki  məhsul  (MPx)  –  sabit  amilin  təsbit  olunmuş 

kəmiyyətini  nəzərə  almaqla  dəyişən  amilin  əlavə  vahidilə  istehsal  olunan  məhsulun  əlavə  miqdarıdır. 

Başqa jür desək, o,  dəyişən amilin fərdi artımı hesabına ümumi məhsulun çoxalmasını səjiyyələndirir: MP

=  ΔTPx  /  ΔX.  Funksiyadan  artım  kəmiyyəti  olmaqla  son  hədd  məhsulu  birinji  törəmə  istehsal 

funksiyası kimi müəyyən edilə bilər: MP x = dTP dX

 

23.

 

İstehsal 

veriminin azalması  qanunu 

İstənilən  istehsal  prosesinə elə  bir  səjiyyəvi  xüsusiyyət  məxsusdur ki,  sabit amilin  təsbit  edilmiş  miqdarı 

zamanı  dəyişən  amilin  tətbiqini  artırsaq,  onda  istehsal  buraxılışı  hökmən  maksimuma  çatajaq  və  aşağı 

düşməyə başlayajaq. 

Bu  dəyişən  amildən  verimdə  (məhsuldarlıqda)  dəyişikliklərlə  şərtlənmişdir.   Dəyişən  amildən        verim    

dəyişən        amilin        miqdarının        dəyişməsi        nətijəsində        buraxılış  kəmiyyətinin     nisbi     dəyişməsini   

səjiyyələndirir.   O,   buraxılış   amilinin   artmasına nisbətən daha böyük nisbətdə artan zaman yüksələn 

ola bilər. Verim, əgər buraxılışın həjminin  dəyişməsi  amilin  artması  nisbətində  baş  verirsə,  sabitdir.  Əgər  

buraxılış amilin artmasına nisbətən az nisbətdə artırsa, onda dəyişən amildən azalmaqda olan verimdən 

danışırlar. Nəhayət, dəyişən amilin artması buraxılışın mütləq kəmiyyətinin ixtisarı   ilə   müşayiət   olunursa   

onda   mənfi   verimdən    söhbət   edirlər.   Bu   zaman  istehsalın  səjiyyəvi  xüsusiyyəti  odur  ki,  dəyişən 

amilin tətbiqinin artması ilə müəyyən mərhələdə   məjmu   məhsulun   artımı   yavaşıyır,   sonra   isə   aşağı  

düşməyə    başlayır.  Göstərilən  asılılıq  azalmaqda  olan  son  hədd  verimi  və  ya  azalmaqda  olan  son 

hədd məhsuldarlığı qanunu adını almışdır. 



Azalmaqda  olan  son  hədd  verimi  qanunu  bildirir  ki,  yerdə  qalanların  təsbit  edilməsi  zamanı  dəyişən 

amilin  məsrəflərinin  artması  ilə  o  nöqtəyə  nail  olunur  ki,  bu  zaman  bu  nöqtədən  dəyişən  amilin  əlavə 

miqdarından istifadə məhsulun artımının 



27 

 

enməsinə, sonra isə onun mütləq ixtisarına səbəb olur. Dəyişən amildən  verimin göstərijiləri istehsal amilinin 



son  hədd  və  orta  məhsuldarlığının  səviyyəsini  səjiyyələndirən  son  hədd  və  orta  məhsullardır.  Azalmaqda 

olan verim qanununun ümumi məhsulun artması dəyişikliklərini əks etdirməsini  nəzərə alsaq  qanunun 

fəaliyyətinin  özü  dəyişən  amildən  son  hədd  məhsulunun  dəyişikliklərində  təzahür  edir.  Məhz  son  hədd 

məhsulunun artımının yavaşıması, sonra isə aşağı düşməsi orta məhsulun azalmasının, müəyyən anda 

isə  ümumi  məhsulun  da  aşağı  düşməsinin  səbəbləridir.  Azalmaqda  olan  verim  qanununun 

fəaliyyət  səbəbi  sabit  və  dəyişən  amillər  arasında  balanslılığın  pozulmasına  əsaslanır  ki,  bunun  da 

sayəsində  dəyişən  amilin  hər  bir  əlavə  vahidi  səviyyəjə  müxtəlif  effekt  verə  bilər.  Azalmaqda  olan  verim 

qanununun fəaliyyəti bir sıra mühüm nətijələr çıxartmağa imkan  verir: 

 

birinjisi, həmişə çərçivəsi daxilində onların artımı məjmu məhsulun ixtisarına səbəb  olmayan  «iqtisadi  



sahə»  adlanan  məsrəflər  sahəsi  mövjud  olur  (bütün  ilkin xüsusi törəmələr müsbətdir); 

 



ikinjisi, heç olmasa istehsal amillərindən birinin təsbit edilmiş olaraq  qalması zamanı qısamüddətli dövr 

şəraitində  həmişə  elə  bir  nöqtə  mövjud  olur  ki,  ondan  başlayaraq  dəyişən  amilin  artması  onun  son  hədd 

məhsulunun ixtisarına səbəb olur; 

 



üçünjüsü,  iqtisadi  sahə  çərçivəsində  elə  bir  nöqtə  mövjuddur  ki,  bundan başlayaraq dəyişən 

amilin tətbiqinin getdikjə artması buraxılış həjminin  aşağı düşməsinə səbəb olur. 

Azalmaqda olan amil məhsuldarlığı qanununun gətirib çıxardığı ümumi  nətijə ondan ibarətdir ki, heç 

olmasa  istehsal  amilindən  birinin  təsbit  edilməsi  zamanı  məhsul  buraxılışının  artırılması  üçün  imkanlar 

məhduddur.  Bununla  yanaşı  nəzərə  almaq  lazımdır:  a)  qanun  yalnız  qısamüddətli  dövr  şəraitinə  tətbiq 

olunandır;  b)  qanunun  fəaliyyət  intensivliyi  texnologiyanın  xüsusiyyətlərilə  şərtlənmişdir  və  hər  bir  ayrıja 

istehsalda onun təzahür intensivliyi müxtəlif   olajaq. 

24.

 

İstehsalın uzunmüddətli funksiyasinin təhlili. İzokvant 

Qısamüddətli  dövrdə  istehsalın  təhlilinin  göstərdiyi  kimi,  dəyişən  amildən  verimin  aşağı  düşməsi  təsbit 

olunmuş  amillərdən  verimin  müəyyən  qədər  artması  ilə  müşayiət  olunur.  Bu,  istehsal  amilləri  arasında 

optimal  nisbətin  axtarışı  problemini  qarşıya  qoyur  ki,  bu  da  onların  mövjud  miqdarında  maksimum 

buraxılış həjmini təmin edir. Bu problemin həlli uzunmüddətli dövrdə həyata keçirilə biləndir ki, burada həm 

bir  amili  digərilə  əvəz  etmək,  həm  də  bütün  amillərin  miqdarlarını  dəyişmək  imkanı  vardır.  Bununla 

əlaqədar  istehlakçı  qarşısında  iki  vəzifə  durur.  Onlardan  biri  amillərin  əvəz  edilməsi  vasitəsilə  onların  elə  bir 

kombinasiyasının  axtarışından  ibarətdir  ki,  bu  zaman  onların  qısamüddətli  dövrdə  optimal  tətbiqinə  nail 

olunur.  Digəri  isə  istehsalın  elə  bir  həjminin  (amillərin  miqdarları)  seçilməsindən  ibarətdir  ki,  o,  istehsal 

amillərinin  istifadəsinin  ən  yüksək  səmərəliliyi  zamanı  maksimum  buraxılışı  təmin  edir.  Deməli, 



uzunmüddətli dövrün istehsal funksiyası  amillərin mövjud miqdarı daxilində maksimum buraxılış həjmini təmin 

edən amillərin optimal kombinasiyasının və istehsal həjminin müəyyən edilməsindən ibarətdir. 


28 

 

Uzunmüddətli dövrdə bütün istehsal amilləri dəyişən  olduğuna görə amillərin müxtəlif kombinasiyaları 



zamanı eyni buraxılış həjmini həyata keçirmək  imkanı meydana çıxır. Amillərin işə salınan kombinasiyaları ilə 

buraxılış həjmi arasındakı asılılıq qrafik şəkildə də təsvir edilə bilər. Bunun üçün istehsal amillərinin göstərijilərini 

koordinat oxları üzrə çəkib göstərək, qrafik sahədə isə onların bütün mümkün kombinasiyalarını nöqtələrlə 

qeyd edək (şəkil.1). Eyni buraxılış səviyyəsini verən amillər kombinasiyasını əks etdirən nöqtələri birləşdirib  sabit  

məhsulun əyriləri, yaxud izokvantlar adlanan əyriləri alarıq. 

İzokvant  –  sabit  (eyni)  buraxılış  həjmini  verən  istehsal  amillərinin  bütün  mümkün kombinasiyalarını  

göstərən  əyridir.  İstehsalın  ikiamilli  modelində  (kapital  –  K  və əmək  -  L) hər  bir  izokvant  və 

amillərinin  hər  bir  ayrıja  kombinasiyası  üçün  (Q)  -  buraxılış  həjmini  göstərir  (şəkil   2).  Bu  zaman 

koordinat  sistemində  daha  yüksəkdə  yerləşmiş    uzokvant    böyük    buraxılış    həjmini    əks    etdirir.  

Mümkün    izokvantların  Dəstini    təjəssüm    etdirən    izokvant    xəritəsi    istehsalın    həyata    keçirilməsinin  

bütün mümkün variantları haqqında təsəvvür verir. 

Nəzərə    almaq     lazımdır    ki,    özünün     fərqsizlik    əyrilərilə    oxşarlığı    şəraitində  izokvantlar   

yalnızbelə   bir   prinsipial   fərqə   malikdirlər   ki,   onlar   qiymətləndiriji səviyyələri  deyil,  məhz  buraxılışın  

real  həjmlərini  əks  etdirirlər.  İzokvant  istehsal funksiyasının  qrafik  forması  olmaqla  istehsal  funksiyasına 

məxsus bütün səjiyyələrə də   malikdir.   Birinjisi,   izokvant   amillərin   hər   bir   ayrıja   kombinasiyası   

üçün  maksimum  buraxılış  həjmini  göstərir.  İkinjisi,  o,  mənfi  mailliyə  malikdir  ki,  bu  da  amillərin  

müxtəlif  istiqamətli  dəyişikliklərinə  dəlalət  edir:  bir  amilin  miqdarının artması  dəyişməz  buraxılış  həjmi  

üçün   digər   amilin   miqdarının   azalmasını  nəzərdə  tutur.      Üçünjüsü,      izokvant      içəri      əyilmiş      əyri   

olmaqla   azalmaqda   olan   verim qanununun  fəaliyyətini  əks  etdirir:  bir  amilin  tətbiqinin  artması  

və   digərinin   nisbi  azalması  ilə  birinjinin  son  hədd  məhsuldarlığı  aşağı  düşür,  ikinjininki  isə  –  yüksəlir. 

Dördünjü, izokvantlar yalnız iqtisadi sahəni əks etdirir. 

 

 

 



Şəkil.1. Səmərəli  kombinasiyalar sahəsi 

Şəkil. 2.  Izokvant xəritəsi 

 

 

25.

 

Miqyas effekti 

Uzunmüddətli      dövrdə      firma      nəinki      amilləri      kombinasiya      etmək,      həmçinin  onların  

miqdarını  da     dəyişə  bilmək   imkanına  malikdir.  İstehsalçı  bütün  tətbiq olunan  amillərin  miqdarını  

dəyişəndə  istehsalın  həjmi  və  ya  miqyasının  dəyişməsi 




29 

 

haqqında  danışılır.  Deməli,  istehsalın  miqyasının  dəyişməsi  –  bu  istehsalın  bütün amillərinin müəyyən 



nisbətdə dəyişikliyidir. 

İstehsalın  əsas  prinsipi  istehsalın   amillərinin  yalnız  səmərəli  kombinasiyasının  istifadəsini   nəzərdə   

tutur.   Bu   mövqedən   istehsalın   miqyasının   artması   istehsal amillərinin   optimal   kombinasiyasının   

surətinin   çıxarılmasından   başqa   bir   şey deyildir.  Lakin  məlum  olur  ki,  hətta  amillər  arasında  nisbətin  

dəyişməzliyi  zamanı istehsal  miqyasının  artması  müxtəlif  nətijələrə  səbəb  ola  bilər:  istehsalın  həjminin 

eynilə  böyük  və  ya  kiçik  nisbətdə  artımı  ilə  müşaiyyət  oluna  bilər.   Miqyas  effekti  –  istehsal  prosesinin, 

istehsal amilləri məsrəflərinin artması ilə buraxılış 

həjminin  çoxalması  arasındakı  nisbətin  dəyişməsini  əks  etdirən  xüsusiyyətidir.  Bu nisbətin  dəyişməsinin  

xarakterindən  asılı  olaraq  müsbət,  sabit  və  mənfi  miqyas effektlərini fərqləndirirlər (şəkil 1). 

Sabit  (dəyişməz)  miqyas  effekti  onda  ifadə  olunur  ki,  buraxılış  həjmi  amillərin  məsrəflərinin  nisbətilə  eyni 

nisbətdə dəyişir: f(aX) af(X) (şəkil 1, a). Amillərin  iki dəfə K=2; L=2 -dən K=4; L=4 -ə qədər artması 

zamanı buraxılış həjmi də Q1= 50  - dən Q2 = 100 -ə dək iki dəfə artmışdır. Amillərin miqdarının növbəti 

iki dəfə  artması (K = 8; L = 8) zamanı buraxılış da həmçinin iki dəfə artdı, Q2 = 100 -dən Q3 = 200   

ə qədər. 

Miqyasın  müsbət  (artan)  effekti  onda  ifadə  olunur  ki,  buraxılış  həjmi  amillərin məsrəflərinə  nisbətən  

böyük  nisbətdə  artır:  f(aX)(şəkil  1,  b).  Amillərin  iki dəfə: K= 2; L = 2 –dən K = 4; L = 4-ə 

qədər artan zaman buraxılış həjmi üç dəfə Q1 

= 50 -dən Q3 = 150 -dək artmışdır. Buraxılışın (Q = 100) iki dəfə artımına  amillərin ən azı iki dəfə artması 

(K = 3; L = 3) zamanı nail olunur. Onlar arasında  əvvəlki nisbətin saxlanması zamanı amillərin iki dəfə 

növbəti  artması  (K  =  6;  L  =  6)  habelə  məhsulun iki dəfədən çox (Q2  = 100 -dən Q5= 280 -dək) 

yüksəlməsini verir. 

 

 



Şəkil.1 Miqyas effekti. 

 

a)sabit  b) artan  v) azalmaqada olan 

 

 

 

Mənfi  (aşağı  düşməkdə  olan)  miqyas  effekti  onda  ifadə  olunur  ki,  buraxılış  həjmi  amillərin  məsrəflərinə 

nisbətən az nisbətdə artır: f(aX) > af(X) (şəkil .1c). Amillərin 2 dəfə K = 2; L = 2-dən K = 4; L = 4 -ə 

qədər artması zamanı buraxılış həjmi  iki dəfədən az olaraq göründüyü kimi, buraxılışın  həjminin (Q1 = 

50 -dən Q2 = 75   -ə 



30 

 

qədər  artmışdır.  Şəkildən 



göründüyü  kim,  buraxılışın  həcminin(Q  3=100)  iki  dəfə 

artması üçün amillərin   miqdarını iki dəfə yarım (K = 5; L = 5) artırmaq zəruridir. 



Miqyasdan verimin artmasına səbəb olan amillər: həjm amilinin fəaliyyəti – boru kəmərinin kəsişməsinin iki dəfə 

artması  vaxt vahidində  vurulan mayenin həjminin iki dəfədən çox artmasını verəjək; daha dərin 

ixtisaslaşma nətijəsində məhsuldarlığın artması; yeni texnologiya və texnikanın tətbiqi üçün böyük imkanlar; 

güjlərin daha tam yüklənməsi; idarəetmədə ixtisaslaşma. Miqyasdan  verimin artmasını əks etdirən amillər

qəza halının artması və dar yerlərin meydana  gəlməsi; idarəetmə və koordinasiya çətinliklərinin artması; satış 

üzrə nəqliyyat xərjləri və məsrəflərinin artması; inzibati xərjlərin artması. 



 

 

Yüklə 273,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə