«Mikroiqtisadiyyat» fənnindən kollokvium sualları və cavabları



Yüklə 273,25 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix20.10.2017
ölçüsü273,25 Kb.
#5868
1   2   3   4   5   6   7   8   9   10   11

20 

 

gəldikdə  isə  o,  daha  çox  istehsalçının  istifadə  etdiyi  texnologiyadan  asılıdır  ki,  о  da  bu 



amil üzrə məsrəflərin məcmu məsrəflərdəki payını müəyyən edir. 

Mövzu 3. İstehlakçı seçimi nəzəriyyəsi 

Mövzu 3. İstehlakçı seçimi nəzəriyyəsi 

16.İstehlak seçimi. Faydalılıq funksiyası 

İqtisadi       nəzəriyyə  ona  istinad  edir  ki,  istehlakçı  davranışının  motivasiyası istehlakın   utilitarist   

konsepsiyasına     əsaslanır:      buna      uyğun      olaraq    nemətlərin  istehlakı  istehlakçıya  müəyyən  fayda 

gətirir.  Faydalılıq  –  müəyyən  vaxt  müddətində nemətin      məlum      miqdarının      istehlakından      

istehlakçının      aldığı      ümumi məmnunluqdur.   İstehlakçıların   iqtisadi   davranışının   təhlili   üçün   tətbiq   

olunan faydalılıq konsepsiyası bir sıra fundamental müddəalara əsaslanır: 

 

birinjisi,     istehlakçı     tam     müstəqilliyə     malikdir,     o     da     bundan     ibarətdir     ki,  istehlakçının  



üstünlükləri  kənardan  təsir  olmadan  formalaşır,  istehlakçının  qəbul etdiyi  isə digər istehlakçıların qəbul 

etdikləri qərarlardan asılı deyildir; 

 

ikinjisi,  faydalılıq  –  istehlakçının  onun  üçün  konkret  nemətin  nə  fizioloci    fayda meyarları,  nə  də  



mənəvi  rəylərlə  əlaqəsi  olmayan  faydasına  subyektiv  qiymətidir. Şübhəsiz,   sağlamlığa   zərər   vuran  

və    jəmiyyət    tərəfindən    mənfi    qiymətləndirilən  siqaret  çəkmə  və  spirtli  içki  qəbulu  bir  çox  istehlakçı 

üçün faydalılıq forması alır; 

 



üçünjüsü,    istehlakçı    faydalılığı    maksimumlaşdırmağa    çalışır    ki,    bu    da    onun  davranışının 

rəhbərediji psixoloci prinsipidir; 

 

dördünjüsü,  müxtəlif  nemətlərin  faydalılıqları  müqayisə  olunandır,  istehlakçılar isə bu müqayisəni 



aparmağa qadirdirlər. 

Hər bir istehlakçı tələbatların hədsiz geniş dairəsinə malikdir. Eyni  zamanda onun bunları ödəmək 

üçün  vəsaitləri  (büdjəsi)  həmişə  məhduddur.  Başqa  sözlə  desək,  istehlakçıda  mövjud  üstünlüklərin 

reallaşması  həmişə  istehlakçının  pul  gəlirinin  kəmiyyəti  və  nemətlərin  qiymətlərilə  müəyyən  olunan  hansısa 

büdjə  məhdudiyyətləri  çərçivəsində  onun  tərəfindən  həyata  keçirilir.  Bununla  əlaqədar  problemin 

mahiyyəti  istehlak  olunan  nemətlərin  strukturu  və  həjminə  nəzərən  büdjənin  bölgüsü  haqqında 

qərar  qəbul  edilməsinə  münjər  olunur,  onun iqtisadi  məzmunu  isə  bundan  ibarətdir  ki,  gəlirin  bölgüsü 

maksimum faydalılığı təmin etsin. 

Faydalılığın  kəmiyyət  (kardinalist)  təhlili  nemətin  istehlakı  zamanı  istehlakçının  götürdüyü  faydalılığın 

miqdarja ölçülməsi imkanını nəzərdə tutur.  Faydalılığın nəzəri ölçüsü kimi şərti vahid – yutil (ingilis dilindən utility 

-  faydalılıq)  götürülmüşdür.  İstehlak  edilən  nemətlərin  faydalılığını  kəmiyyətjə  ifadə  etmək  imkanına  malik 

olmaqla  istehlak  olunmuş  nemətlərin  həjmilə  bundan  əldə olunan  ümumi  faydalılığın  kəmiyyəti  arasında 

faydalılıq funksiyası şəklində  asılılığıtəyin etmək  olar. 

Faydalılıq  funksiyası  –  istehlakçının  aldığı  ümumi  faydalılıq  kəmiyyətinin      həmin  dövrdə    istehlak  

olunan  nemətlərin  miqdarından  funksional  asılılığıdır.  Faydalılıq funksiyası analitik olaraq aşağıdakı kimi 

ifadə oluna bilərdi: 

U = f (X, Y, …, Z), 



21 

 

burada  U  –  məjmu  faydalılıq;  f  –  funksional  asılılığın  forması,  X,  Y,  Z  –  istehlak  edilən  nemətlərin 



həjmləridir.  Bu  jür  yanaşma  çərçivəsində  nemətin  istehlakının müxtəlif həjmləri daxilində nəinki ümumi 

faydalılığın səviyyəsini ölçmək,  həmçinin, ümumi faydalılığın kəmiyyətində dəyişikliklərin xarakterini öyrənmək 

olar. 

17.Son hədd faydalılığının azalması qanunu. Qossenin birinji qanunu 

Neməti istehlak etdikjə istehlakçının bu nemətlə dolğun təmin edilməsi baş verir və ehtimal etmək olar 

ki,  nemətin  hər  bir  əlavə  vahidi  istehlakçıya  daha  az  məmnunluq  gətirəjəkdir.  Deməli,  istehlakçı  alqı 

haqqında  qərar  qəbul  edərək  nemətin  faydalılığını  deyil,  məhz  faydalılığın  o  əlavə  kəmiyyətini  rəhbər 

tutajaqdır  ki,  o,  istehlakçıya  əlavə  nemət  vahidi  gətirəjək,  bu  da  son  hədd  təhlilində  əsaslandırılmış 

maksimumlaşdırmaq  prinsipinə  tamamilə  javab  verir.  Buna  görə  də  mövjud  dövrdə  nemətin  əlavə 

vahidinin istehlakı axınında istehlakçının əldə etdiyi əlavə (son hədd) faydalılığın artmasını təjəssüm etdirən son 

hədd faydalılığı  istehlak seçimi konsepsiyasının özülünü təşkil etmişdir. Hansısa nemətinin MU(X) son 



hədd  faydalılığı  ümumi  faydalılıq  funksiyasının  artımını  ΔU(X)  göstərir  ki,  bu  da  həmin  nemətin  istehlak 

həjminin  fərdi  artımından  (ΔX)  irəli  gəlir  və  faydalılığın  ümumi  funksiyasının  birinji      xüsusi  törəməsi  kimi 

müəyyən edilə bilər: 

MU(X)=∆U/ 

(X) 


Son  hədd  faydalılığının  şərhində  ən  mühümü  odur  ki,  nemətlər  dəstindən  birinin  istehlakının  artması 

bu  nemətin  növbəti  hər  bir  vahidinin  faydalılığının  azalması  ilə  müşayiət  olunur.  Qanunauyğunluq 

formasında bu asılılıq son  hədd faydalılığının azalması qanunu və ya Qossenin birinji qanunu adını almışdır. Son 

hədd faydalılığının azalması qanunu onu bildirir ki,  təsbit olunmuş istehlak  dəstinin olması zamanı belə dəstə 

daxil olan nemətlərdən birinin istehlakının artması ilə bu nemətin istehlak olunan hər bir növbəti vahidinin son 

hədd faydalılığı aşağı düşür, ümumi faydalılıq azalan templərlə artır. 



18. Faydalılığın  maksimallaşdırılması  prinsiri. Qossenin ikinci qanunu 

İstehlakçı  öz  pul  gəlirini  elə  xərjləmək  istəyir  ki,  maksimum  məjmu  fayda   əldə edə  bilsin.  O  

istədiyi   hər   şeyi  ala   bilməz,  çünki  pul  gəliri   məhduddur,  onun   almaq  istədiyi     əmtəələrin     isə  

müəyyən   qiyməti   var.   Buna   görə   də   istehlakçı   müxtəlif əmtəələr  arasında  seçim  etməlidir  ki,  

pul  gəlirinin  məhdudluğunda  onun  özünün nöqteyi-nəzərindən daha üstün bildiyi əmtəə və xidmətlər 

dəstinə yiyələnə bilsin. 

Beləliklə,  istehlakçının  öz  pul  gəlirinə  əldə  edə  biləjəyi  hansı  əmtəə  və  xidmətlər dəsti  ona  daha  çox  

fayda  verir?  İstehlakçı  davranışı  qaydası  bundan  ibarətdir  ki, əmtəə   alınmasına   hər   bir   sonunju  

pul   vahidi  xərji   eyni   son   hədd,   yəni   əlavə faydalılıq gətirməlidir. 

İstehlakçı öz vəsaitlərini əmtəə alışı üzrə aşağıdaki kimi bölüşdürsə maksimum məmnunluq ala bilər. 




Yüklə 273,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə