«Mikroiqtisadiyyat» fənnindən kollokvium sualları və cavabları


İstehlakçı  və istehsalçı artıqlığı



Yüklə 273,25 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix20.10.2017
ölçüsü273,25 Kb.
#5868
1   2   3   4   5   6   7   8   9   10   11

14 

 

11.İstehlakçı  və istehsalçı artıqlığı 



İstehlakçı artıqlığı – istehlakçıların bazar mübadiləsi prosesində əldə etdikləri əlavə faydalılıqdır  ki,  bu  da 

faktiki  olaraq  nemətə  ödədikləri  qiymətin  həmin  nemətə  görə ödəməyə  hazır  olduqları  qiymətdən  az 

olduğuna görə əldə edilir.  Bazar tələbini ayrı- ayrı  istehlakçıların  tələbi  şəklində  təsəvvür  edək  (şəkil1).  

Müxtəlif    istehlakçılarda  nemətin  dəyərinin  subyektiv  qiymətləndirilməsi  müxtəlif  olajaq  və  deməli, 

ödəməyə hazırlıq da müxtəlif olajaq. 

Birinji istehlakçı nemət vahidinə görə 95 man.,ikinjisi – 85, üçünjüsü –  70, dördünjüsü – 60, beşinjisi isə – 

50 man. ödəməyə hazırdır. Yalnız beşinji alıjının pul qiymətləndirməsi nemətin tarazlı qiymətilə üst-üstə düşür. 

Həqiqətən də bütün istehlakçılar  50 manatla bərabər eyni bazar qiymətilə neməti alajaqlar. Bir halda  ki, 

ödənişə  hazırlıq  istehlakçının  nemət  vahidini  əldə  etmək  xətrinə  çəkməyə  razılaşdığı  alternativ  xərjlərin 

kəmiyyətini əks etdirir, onda daha aşağı qiymətə nemətin alışı istehlakçıya faydalılıq artıqlığını, ona pulsuz çatan 

faydalılıq  gətirir.  Bu  artıqlığın  kəmiyyəti  istehlakçının  ödəməyə  hazır  olduğu  qiymətlə  faktiki  olaraq 

ödədiyi qiymət – qara rənglənmiş düzbujaqlılar – arasındakı fərqi təjəssüm etdirir. Hər  bir istehlakçıda bu jür 

artıqlığın kəmiyyəti müxtəlif olajaq, beşinji istehlakçı isə  onu, ümumiyyətlə almır. 

Bütün  istehlakçıların  aldığı  əlavə  faydanı  jəmləsək,  istehlakçının  ümumi  artıqlığını  alarıq  ki,  o  da 

istehlakçıların bazar mübadiləsinə görə götürdükləri əlavə faydalılığı təjəssüm etdirir. Faktiki olaraq bu – həmin 

həjmdə  faydalılığı  əldə  edərkən  alıjıların  qənaət  etdiyi  pul  vəsaitləri  məbləğidir.  Bizim  misalda  o,  (95- 

50)+(85-50)+(70-50)+(60-50)+(50-50)=110  man.  təşkil  edir.  Aydındır  ki,  bazar  tələbinin  fasiləsiz  xətti 

üçün istehlakçının məjmu artıqlığının  kəmiyyəti   tarazlı qiymət xəttinin üstündə yerləşən və ordinat oxu 

ilə bazar tələbi xəttinin məhdudlaşdırdığı üçbujaqlının sahəsi kimi müəyyən  edilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 1. İstehlakçı və  istehsalçının artıqlığı 


15 

 

İstehsalçı  artıqlığı  –  o  istehsalçıların  əldə  etdikləri  əlavə  gəlirdir  ki,  onlar  nemət  istehsalını  tarazlı  bazar 

qiymətindən aşağı olan son hədd xərjlərilə təmin  edirlər. İstehlakçı artıqlığı halında olduğu kimi, istehsalçı artıqlığı 

tarazlı qiymətlə onların neməti satmağa hazır olduğu qiymət arasındakı məjmu fərq şəklində – açıq  rəngli 

düzbujaqlılar – formalaşır. Lakin o, belə bir mühüm fərqlə də səjiyyələnir ki, əgər istehlakçı artıqlığı nemət 

faydalılığının subyektiv qiymətləndirilməsindəki  fərqlərlə əlaqədar meydana gəlirsə, istehsalçı artıqlığı istehsal 

resurslarının  istifadə  olunmasının  səmərəliliyindəki  fərqlərin  nətijəsidir.  Bazar  təklifinin  fasiləsiz  xətti  üçün 

məjmu  istehsalçı  artıqlığının  kəmiyyəti  tarazlı  qiymət  xəttinin  altında  yerləşən,  ordinat  oxu  və  bazar  təklifi 

xəttilə  məhdudlaşdırılan  üçbujaqlının  sahəsi  kimi  müəyyən  edilir.  Məjmu  istehlakçı  və  istehsalçı  artıqlıqlarının 

jəmi elə bir  ijtimai fayda haqqında təsəvvür yaradır ki, bunu jəmiyyət bazar mübadiləsi  mexanizmindən 

istifadə etmək hesabına əldə edir. 

 

 



12.

 

Elastiklik anlayışı.Tələbin qiymətə görə elastikliyi 

Sərbəst  dəyişəndən  asılı  olaraq  dəyişən  funksiyadan  söhbət  gedən  zaman  dəyişilmənin  tempinin 

qiymətləndirilmə  mühüt  əhəmiyyət  kəsb  edir.  Qiyməti  aşağı  salmaqla  istehsalçılar  haqlı  olaraq  tələbin 

artmasını gözləyirlər. Onlar qiyməti  10% aşağı salırsa tələbin kəmiyyəti nəqəbər dəyişəçək? Çox , az və ya 

eyni nisbətdə?  Bu xalis iqtisadi iqtisadi problemdir, çünki bu qərarın qəbul edilməsinə bilavasitə  təsir göstərir. 

Buna  arqumentin  dəyişməsinə  funksiyanın  həsaslığını  göstərən  elastiklik  (E)  javab  verə  bilər.  Elastiklik 

həmişə  nisbi  kəmiyyətlərlə,  funksiyanın  faizlə  göstərilən  dəyişməsinin,  sərbəst  dəyişmənin  faizlə  göstərilən 

dəyişməsinə nisbəti  kimi müəyyənləşdirilir. 

 

E(x)= 

 

Faizi   faizə      bölməklə   elastikliyi   hesablayan   zaman   o,   dəyişən   vahidləri hesablayanda  

istifadə    olunan    şkaladan    asılı    olmadan    və    müxtəlif    funksiyaların  həssaslığını    müqayisə  etməyə 

imkan verən rəqəmli əmsala çevrilir. 

 

Tələb  elastikliyi  (ED)  -  tələbin  onun  determinantlarından  birinin  dəyişməsinə 

həssaslığıdır ki, bu damüstəqil dəyişənin faiz dəyişməsinə nəzərən tələbin kəmiyyətinin  faiz 

dəyişməsi kimi müəyyən edilir. Qiymət üzrə tələb elastikliyi və ya tələbin qiymət elastikliyi 

ED(P) nemətə tələbin bu nemətin qiymətinin dəyişməsinə  həssaslığını bildirir  və  qiymətin  

bir  faiz  dəyişməsi  ( P/P)  zamanı  tələbin  kəmiyyətinin   faiz dəyişməsində ( Q/Q) ifadə 

olunur. 

 

 



 


16 

 

Vahid  elastiklik  о  deməkdir  ki,  qiymətin  dəyişməsi  zamanı  tələbin  kəmiyyəti  eyni 



nisbətdə dəyişir. - qiymətin 1% dəyişməsi tələbin kəmiyyətinin 1% dəyişməsinə səbəb olur.  

A  nöqtəsindən  yuxarıdakı  sahədə  qiymət  elastikliyinin  göstəricisi  vahiddən 

böyükdür və 

??????-1??????< ED  (P)  -  

hədlərində dəyişir. Bu sahədə  tələb elastikdir, belə 

ki,   nemətin  qiymətinin 

dəyişməsi 

bu   nemətə   tələb   kəmiyyətinin  mütənasib 

dəyişməsinə nisbətən daha çox dəyişməsinə səbəb olur, yaxud qiymətin 1% dəyişməsi zamanı 

tələbin kəmiyyəti 1%-dən çox dəyişir. 

A nöqtəsindən aşağıdakı sahədə qiymət elastikliyinin göstəricisi  vahiddən azdır və |-

1| > ED (P)  0 hədlərində dəyişir. Bu sahədə tələb qeyri-elastikdir, belə ki, nemətin 

qiymətinin  dəyişməsi  tələb  kəmiyyətinin  mütənasib  dəyişməsinə  nisbətən daha az baş 

verir. Qiymətin 1% dəyişməsi zamanı tələbin kəmiyyəti 1%-dən az dəyişir. Beləliklə, 

qiymətüzrə tələb elastikliyinin əmsalı 0-dan -1-dək olan həddə dəyişir,  yaxud  0 ED   (P)  



|-1|.  Şəkil  1-də  göstərilmiş  məlumatlar  üçün  tələbin 

qiymət elastikliyi formulunu tətbiq 

etməklə buna asanlıqla əmin olmaq  mümkündür. 

Bir halda ki, elastikliyin  ( Q/  P)  tərkib elementi tələb xəttinin mailliyinə əks olan 



P  /   Q)    kəmiyyətdir,  onda  bu  kəmiyyət  nə  qədər  az  olarsa  (tələb  xətti  nə  qədər 

dikdirsə) elastiklik bir о qədər az olar və əksinə. 

Tələb  xəttinin  mailliyi  0-a  bərabər  olanda  o,  şaquli  vəziyyət  (şəkil  2)  alır, onda 

tələbin  qiymət  elastikliyi  sıfra  bərabər  olacaq  (ED(P)=0).  Bu  halda  deyilir  ki,  tələb 

tamamilə  (mütləq)  qeyri-elastikdir.  Tələbin  tam  qeyri-elastikliyi  onu  göstərir  ki,  tələb 

qiymətin  dəyişməsinə  reaksiya  vermir  və  onun  istənilən  dəyişikliyi  zamanı  sabit  qalır. 

Əksinə,  tələb  üffiqi  xətt  şəklində  verilmiş-dirsə  (şəkil  2),  onda  bu  tələbin  tam  (mütləq) 

elastikliyindən (ED (P)=  - ) xəbər verir. Tələbin tam elastikliyi о  deməkdir ki, qiymətin 

ən cüzi dəyişikliyi tələbin kəmiyyətinin sonsuz olaraq böyük dəyişikliyi ilə müşayiət olunur. 

Qiymətin cüzi yüksəlişi zamanı istehlakçılar alqıdan  imtina edirlər, onun ən cüzi azalması 

zamanı isə tələbin hədsiz artımı baş verir. 

 

 



 

 

Şəkil 1. Tələb xəttinin mailliyi və 



Şəkil 2.Qiymət üzrə 

sabit tələbin elastikliyi 

  elastiklikli tələb 

əyriləri 


Yüklə 273,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə