«Mikroiqtisadiyyat» fənnindən kollokvium sualları və cavabları



Yüklə 273,25 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix20.10.2017
ölçüsü273,25 Kb.
#5868
1   2   3   4   5   6   7   8   9   10   11

10 

 

Təklif qanunu – bazar iqtisadiyyatının elə bir prinsipidir ki, o təsdiq edir: digər bərabər şərtlər daxilində 

nemətin təklifinin kəmiyyəti bu nemət vahidinin qiyməti  nə qədər yüksək olarsa bir o qədər böyük olar və  

əksinə,  nemət  təklifinin kəmiyyəti onun qiymətinin aşağı düşməsilə  azalajaq. 

 

 

8.Təklifin kəmiyyətinin dəyişməsi və təklifin dəyişməsi 



Təklifin  kəmiyyətinin  dəyişməsi  təklifin  qeyri-qiymət  amillərinin  dəyişməzliyi  şəraitində  nemətin  özünün 

qiymətinin dəyişməsindən asılı olaraq nemətin təklifinin kəmiyyətinin dəyişməsini əks etdirir ( şəkil 1.) 

Təklif  qanunu təklifin kəmiyyətilə  qiymət  arasında  müsbət əlaqəni bildirdiyinə görə qiymətin, məsələn, 

P0-dan  P1-dək  yüksəlməsi  təklifin  həjminin  Q0  -  dan  Q1-dək  artmasına,  qiymətin  P0-dan  P2-dək 

düşməsi isə onun həjminin Q0 - dan  Q2-dək enməsinə səbəb olur. Qrafikdə bu onda ifadə olunur ki, 

hər  iki  dəyişiklik  eyni  əyridə  yerləşəjək,  lakin  birinji  halda  yeni  nöqtə  (P1;  Q1)  ilkin  nöqtədən  (P0;Q0) 

yüksəkdə,  ikinjidə  isə  (P2;  Q2)  aşağıda  olur.  Deməli,  təklifin    kəmiyyətinin    dəyişməsi    həmişə  təklif  əyrisi 



boyunja hərəkət şəklində ifadə    olunur. 

Təklifin   dəyişməsi    –   eyni   qiymət   zamanı   istehsalçıların    az    və    ya    çox   miqdarda  neməti  

verməyə   hazırlığının   dəyişməsini   əks   etdirən   prosesdir(şəkil   2).   Təklifin dəyişməsi haqqında o halda 

danışırlar  ki,  nemətin  eyni  qiyməti  məsələn,  P0,  zamanı təklifin  həjmi  tutaq  ki,  Q1-dək  arta  bilər  və 

ya  fərz  edək  ki,  Q2  -dək  azala  bilər.  Bu proses   nemətin   qiymətinin   artması   zamanı   müşahidə   

oluna   bilən   hala   identik deyildir, belə ki, təklif əyrisinin yerdəyişməsilə əlaqədardır. 

Nemətin  qiymətinin  P0-dan  P1-ə  qədər  yüksəlməsi  zamanı  təklifin  kəmiyyəti  Q0- dan  Q1-

dək  arta  bilərdi.  Amma  bizim  misalda  şəkildən  göründüyü  kimi,  təklif  əyrisi S1  üçün  P1  qiyməti Q1  

təklif həjmini deyil,  məhz  Q3    həjmini verir. Eyni  zamanda S1 təklifi  zamanı  Q0   həjmi  S0   təklifi  

halındakına   nisbətən   daha   aşağı   qiymət   zamanı 

təmin      edilir.      Başqa      sözlərlə      desək,      təklifin   



dəyişməsi    həmişə    təklif    əyrisinin yerdəyişməsində  ifadə  olunur.  Bu  zaman  təklif  əyrisinin  sağa  öz  

yerini    dəyişməsi  (müsbət  yerdəyişmə)  bazar  təklifinin  genişlənməsini  bildirəjək.    Təklif  əyrisinin  sola 

yerdəyişməsi (mənfi yerdəyişmə) bazar təklifinin ixtisarını bildirəjək. 

Təklif kəmiyyətinin dəyişməsilə təklifin dəyişməsi arasındakı fərqlərin  mahiyyəti ona münjər olunur ki, birinji 

halda dəyişikliklər, nemətin qiymətilə, ikinji halda isə qeyri qiymət determinantlarının fəaliyyətilə şərtlənmişdir. 



11 

 

 



 

 

 



Şəkil 1.Təklifin kəmiyyətinin 

Şəkil 2. Təklifin 

dəyişməsi dəyişməsi 

 

 

9. Təklifin qeyri-qiymət amilləri 

Təklifin  dəyişməsinə  təsir  edən  amillər  müxtəlifdir,  amma  müəyyənedijilər  kimi bunları:  

istehsal  amillərinin  qiymətləri,  əvəzedijilərin  qiymətləri,  satıjıların  sayı, texnologiyalar, istehsalçıların 

gözləmələri, vergilər və subsidiyaları ayırmaq lazımdır. İstehsal amillərinin qiymətləri təklifin 

dəyişməsinə daha jiddi təsir göstərir, belə ki, nemət istehsalının məsrəflər səviyyəsini müəyyən edir. 

İstehsal amillərinə qiymətlərin artması  istehsal  məsrəflərinin  çoxalmasına  səbəb  olur  və  təklif  

qiymətlərin  bütün diapazonu  üzrə  ixtisar  olunur.  Təklif  əyrisi  sola  yerini  dəyişdirir.  İstehsal  amilləri 

qiymətlərinin düşməsi zamanı istehsal məsrəflərinin azalması müşahidə olunajaq ki, bu   da   təklifin  

genişlənməsinə   gətirib   çıxarajaq,   təklif   əyrisi   isə   sağa   öz   yerini 

dəyişdirəjək. 

Texnologiyalar  istehsal  resurslarının  istifadə  edilməsi  səmərəliliyini  şərtləndirir, deməli,  məsrəflərin  

səviyyəsinə  bilavasitə  təsir  göstərir.  Yeni  texnologiyalara  keçid nemət istehsalına  resursların xüsusi 

çəki məsrəflərinin  azalmasında ifadə oluna bilər, həm  də  istehsala  daha  azqiymətli  və  deməli,  

daha  ujuz  istehsal  resusrlarının  jəlb edilməsilə müşayiət oluna bilər. 



Nemət əvəzedijilərinin qiymətləri verilmiş nemətin təklifinin  dəyişməsinə  bu mənada təsir göstərir  ki, 

onlar istehsalın gəlirlilik səviyyəsinə təsir etməklə  istehsalçı  üçün bazara  məhz bu  nemətin göndərilməsi 

jəlbedijiliyini  dəyişdirir.  Əgər  mineral  suya  qiymətlər  yüksələrsə,  onda  sərinləşdiriji  içkilərin  istehsalçıları 

onlardakı  mövjud  istehsal  güjləri  şəraitində  mineral  suyun  təklifini  genişləndirər  və  meyvə  suyunun 

təklifini ixtisar edərlər. 

Bazarda    fəaliyyət    göstərən    istehsalçıların    sayı    nemətin    hər    bir    verilmiş    qiymət  səviyyəsi  

zamanı    nemət    təklifinin    məjmu    həjmində    özünü    göstərir.    Bazara    neməti  göndərən 

istehsalçıların  sayı  nə  qədər  çox  olarsa  bazar  təklifi  bir  o  qədər  böyük  olar  və əksinə.  Bu,  bazar 

təklifi əyrisinin müvafiq yerdəyişməsində ifadə  olunar. 

Vergilər  və  subsidiyalar  istehsal  məsrəflərinə,  onların  vasitəsilə  isə  bazar  təklifinə  də   bilavasitə  

təsir  göstərir.  Verginin  artırılması  və  ya  əlavə  verginin  tətbiqi  nemət 




Yüklə 273,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə