«Mikroiqtisadiyyat» fənnindən kollokvium sualları və cavabları



Yüklə 273,25 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix20.10.2017
ölçüsü273,25 Kb.
#5868
1   2   3   4   5   6   7   8   9   10   11

17 

 

13.



 

Tələbin gəlirə görə  elastikliyi 

Gəlir  üzrə  tələb  elastikliyi  (ED(I))-tələbin  istehlakçının  gəlirinin  dəyişməsinə 

həssaslığı  dərəcəsinin  göstəricisidir  ki,  о  da  tələbin  kəmiyyətinin  istehlakçının  gəlirinin 

dəyişməsindən (∆I/I)asılı olaraq dəyişməsi ölçüsünü (∆Q/Q) əks etdirir. 

 

 



 

Əgər  gəlirin  faiz  dəyişimi  tələbin  kəmiyyətinin  faiz  dəyişməsindən  azdırsa  tələb  gəlir 

üzrə  elastikdir.  Gəlirin  faiz  dəyişimi  tələbin  kəmiyyətinin  faiz  dəyişimindən  böyükdürsə  gəlir 

üzrə tələb qeyri-elastikdir. Buradan irəli gəlir ki, gəlir üzrə elastik  tələb zamanı əmsalın mütləq 

qiyməti vahiddən böyük (ED(I)>1),  qeyri-elastik tələb  zamanı isə - vahiddən kiçik (ED(I)<1) 

olacaq. 


Nəzərə  alsaq  ki,  gəlirin  kəmiyyətinin  dəyişməsilə  tələbin  kəmiyyəti  arasında  müsbət 

asılılıq  mövcud  olur,  onda  gəlir  üzrə  tələbin  elastiklik  göstəriciləri  müsbət  olacaq.  Normal 

nemətlər həmişə gəlir üzrə tələb elastikliyinin müsbət əmsalı ilə səciyyələnir.  Bu zaman  tələbin 

gəlirin  dəyişməsinə  zəif  reaksiya  verməsi  bu  nemətə  tələbatların  təchiz  edilməsinin  yüksək 

dərəcəsindən  xəbər  verir.  Buna  görə  də  0  <  ED  (I)  <  1  ən  zəruri  nemətlərə  tələbi 

səciyyələndirir  (şəkil.1  b),  eyni  zamanda  isə  ED  (I)  >  1  zinət  əşyaları  üçün  səciyyəvidir 

(şəkil 1.a) 

Ayrı-ayrı  nemətlər  üçün  gəlir  üzrə  tələb  elastikliyinin  əmsalı  mənfı  göstəriciyə  də malik 

ola bilər,  yaxud  ED(I) < 0 (şəkil 1, c). Bu о deməkdir ki, gəlir  artan zaman istehlakçı həmin 

nemətin  omm  tələbatlarmı  ödəmək  nöqteyi-nəzə-rindən  daha  qiymətli  hesab  olunan 

əvəzedicilərinə keçərək onun istehlakmı ixti-sar edir. Nəzərə  almaq lazımdır ki, mövcud büdcə 

məhdudiyyətləri  zamanı  bütün  alman  nemətlər  üzrə  gəlirin  tələb  elastikliyi  əmsallarının  orta 

riyazi cəmi vahidə bərabərdir. Bu о deməkdir  ki, bazarda  gəlir  üzrə  tələb  elastikliyi  vahiddən 

az  olan  nemətlərin  olması  gəlir  üzrə  tələb elastikliyi vahiddən böyük olan nemətlərin olmasını 

tələb edir. 

 

 



 

 

Şəkil 1.Gəlir üzrə tələb elastikliyi 



a)vahiddən böyükdür   b) vahiddən kiçikdir   c) mənfidir 


18 

 

14.



 

Tələbin çarpaz elastikliyi 

Tələbin  çarpaz  elastikliyi  (Eyx(Px),  X  nemətinin  qiymətinin       dəyişməsindən 

X(∆Px/Px)asılı olaraq Y nemətinə tələbin dəyişməsi Y(Qy/Qy)dərəcəsini göstərir: 

 

 



Tələbin  çarpaz  elastiklik  əmsalı  müsbət  və  mənfi  ola  bilər.  Çarpaz  elastiklik 

formulundan belə bir nəticəyə gəlmək asandır: əmsal о zaman müsbət  (Eyx (Px)>0)olacaqdır 

ki,  müqayisə olunan dəyişikliklər eynitipli  - ∆Qy və ∆Px, ya mənfi,  ya da müsbət olsun. Bu о 

deməkdir  ki,  X  nemətinin  qiymətinin  dəyişməsi  zamanı  Y  nemətinə  tələb  eyni  istiqamətdə 

dəyişir:  X  nemətinin  qiymətinin  aşağı  düşməsi  zamanı  Y  nemətinə  tələb  azalır,  X  nemətinin 

qiymətinin artması  zamanı  Y  nemətinə  tələb yüksəlir.  Bu  cür  əlaqə  о  halda  mümkündür  ki, 

nemətlər  istehlakda  bir-birini  əvəz  edə  bilərlər  (şəkil  1,  a).  Dəmir  yolu  biletlərinin 

qiymətlərinin artması (aşağı  düşməsi) aviabiletlərinə tələbin artmasına (azalmasına) səbəb olur. 

Çarpaz  elastikliyin  mənfi  qiyməti  (Eyx(Px)<0)  müqayisə  olunan  kəmiyyətlərin  müxtəlif 

istiqamətdə dəyişməsinə dəlalət edir: X nemətinin qiymətinin azalması zamanı Y nemətinə tələb  

artır,    X  nemətinin  qiymətinin  çoxalması  zamanı  Y  nemətinə  tələb  aşağı  düşür.  Bu  cür  asılılıq 

qarşılıqlı  bir-birini  tamamlayan  nemətlər  üçün  səciyyəvidir  -  üzmə  hovuzlarına  getməyin 

qiymətlərinin aşağı düşməsi üzmə üçün geyimə tələbin artmasına səbəb olur (şəkil 1,  b). Əgər 

çarpaz elastiklik əmsalının işarəsi həmin nemətlərin qarşılıqlı asılılığının  tipini göstərirsə,  onun 

mütləq  qiyməti  isə  onların  qarşılıqlı  asılılığının  dərəcəsini  əks  etdirir.  Çarpaz  elastiklik 

əmsalının  sıfra  bərabər  (EYX  (Px)=0)  olması  onu  bildirir  ki,  istehlakda  nemətlər  arasında 

əlaqə  olmur,  onlar  isə  bir-birinə  münasibətdə  müstəqildir.  EYX  (PX)>1  kəmiyyəti  isə  onu 

göstərir  ki,  nemətlər  oxşar  əvəzedicilərdir,  EYX  (PX)<1  göstəricisi  isə  nemətlər  arasındakı 

qarşılıqlı əlaqəninəhəmiyyətsiz olduğunu göstərir. 

 

 



Şəkil 1. Tələbin çarpaz elastikliyi: a) müsbət; b) mənfi 

 

İqtisadi  təhlildə  tələbin  çarpaz  elastikliyi  о  mühüm  əhəmiyyətə  malikdir    ki,  bazarm 

hədlərini müəyyən etməyə kömək edir: о bu halda nemətlərin, məsələn, mexaniki 



19 

 

və elektrik saatlarının ümumi texniki səciyyələrə malik olub-olmamasından asılı olmayaraq 



qarşılıqlı əvəz olunan nemətlər qrapu kimi şərh edilir. 

Məlumdur ki, qiymət üzrə, gəlir üzrə və həmin nemət üçün tələbin  çarpaz elastiklərinrn 

cəmi sıfra bərabər olacaq, yaxud ED(P) + ED(I) + EYX  (PX)=0. 

 

15.

 

Təklifin qiymətə görə elastikliyi 

Qiymət  üzrə  təklif  elastikliyi  ES(P)  nemətin  təklifinin  bu  nemətin  qiymətinin 

dəyişməsinə (∆Р/Р) həssaslığını (Q/Q)göstərir. 

 

 

 



 

Elastik  təklif  о  halda  olur  ki,  nemətin  qiymətinin  dəyişməsi  bu  nemətin  kəmiy-

yətinin mütənasib dəyişməsinə nəzərən daha çox dərəcədə dəyişməsinə  səbəb olur (şəkil 1, 

a).  Qeyri-elastik  təklif  о  halda  olur  ki,  nemətin  qiymətinin  dəyişməsi  bu  nemətin  təklif 

kəmiyyətinin mütənasib dəyişikliyinə nəzərən daha az  dərəcədə dəyişməsinə gətirib çıxarır 

(şəkil 1,b). 

 

 

Şəkil 1.Qiymət üzrə təklif elastikliyi: 



a)

 

elastik; b) qeyri-elastik 

 

Qiymət  üzrə  təklifin  elastiklik  əmsalı  adətən  müsbət  olur,  belə  ki,  daha  yüksək 

qiymət  nemətin  istehsalının  artmasını  stimullaşdırır.  Verilmiş  şəkillərdən  göründüyü  kimi, 

təklifin  qiymətlərin  dəyişməsinə  həssaslığı  təklif  əyrisilə  əks  olunan  istehsal 

məsrəflərinin  dəyişməsinin  xarakterilə  şərtlənmişdir.  Məsrəflərin  səviyyəsi  istehsal 

resurslarma  qiymətlərlə  müəyyən  edilir.  Buna  görə  də  resurslar  üzrə    təklifin  elastikliyi 

mənfi  olacaq,  belə  ki,  onlarla  məsrəflər  arasında  mövcud  olan  əlaqə  istehsal  amillərinin 

qiymətlərinin dəyişməsilə təklifin kəmiyyətinin  dəyişməsi arasındakı  əks  asılılıqda  təzahür 

edəcək. Əgər xammala qiymətlər  artarsa,  onda digər bərabər şərtlər daxilində təklif ixtisar 

olunacaq. Elastiklik əmsalının   qiymətinə 




Yüklə 273,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə