Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə5/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   2   3   4   5   6   7   8   9   ...   109

Monqolların gizli tarixi 
 
 
14
 
lara qədər ancaq yarlıq, kitabə və məktublardan ibarət olduğu zənn 
edilirdi. «İndi məlum olmuşdur ki, monqollar öz tarixlərinin qaran-
lıq dövrəsində, yəni yüan sülaləsinin yıxılmasından XVI əsrin son 
yarısında başlayan «yeniləşmə» dövrəsinə qədər keçən zamanda be-
lə kültür nümunələrinin  əksəriyyətini qoruyub saxlaya bilmişlər. 
Məlum olmuşdur ki, monqollarda ədəbiyyat və yazı fasiləyə  uğra-
mamış, yüan sülaləsinin ədəbi ənənələri davam etmişdir»
1
. Avropa-
lıların monqol yazı dilinin orta dövründən «boşluq» deyə bəhs etmə-
ləri hər halda bu dövrdə  əsər meydana gəlmədiyi üçün deyil, bu 
əsərlərin Avropada tanınmamış olmasından irəli gəlmişdir. Aşağıda 
monqolca tarixi qaynaqlardan bəhs edərkən bu məsələyə yenə to-
xunacağıq
2

Monqollardakı tarixi ədəbiyyatı Pozdneyev
3
 1) Epik vəsfləri olan 
orijinal  əsərlər, 2) Çin tarixçilərinin təsiri altında meydana gələn 
əsərlər, 3) Mancur təsiri göstərən  əsərlər deyə üç qrupa ayırır, 
                                                           
1
  Bu dövr üçün tövsiyə olunacaq araşdırmaların bəziləri (Vlad. İçt., § 5): 
B.V1adimirtsov. Bodhiçaryavataranın monqolca tərcüməsi, I. Mətn, Biblio-
theca Buddhica, XXVIII, s.III-V; Monqolskiy Dancur, Dokladı Akad. Nauk 
SSSR, 1926,  s.31-34; Nadpisi na skalax Xalxasskago Tsoktu-Tayci, I-II, İz-
vestiya Akad. Nauk SSSR, 1926-27 və  s.  XV  və XVI əsrlərdə monqolların 
minq sarayına monqolca fərmanlar, min hökmdarlarının da monqol rəislərinə 
monqolca məktub yazdıqlarına dair Çin qaynaqlarında məlumat vardır, bax: 
Pokotilov. İstoriya vostoçnıx monqolov v period dinastii min 1368-7134, po 
kitayskim istoçnikam, SPB, 1893, s. 117, 139, 168; M. de Mailla. Histoire ge-
nerale da la Chine..., X, s. 218; Sanañ-setsen tarixi, s. 200. 
2
  Daha sonrakı zamanlarda meydana gəlmiş olan ədəbi əsərlər haqqında burada 
təfsilata girişməyib, bilgi almaq istəyənlər üçün bu əsərləri tövsiyə edirik: 
B.Laufer. Skizze der mongolischen Literatur, Keleti Szemle, VIII, 1907, s. 
165-261; bunun rusca tərcüməsi: Oçerk monqolskoy literaturı, perevod 
V.A.Kazakeviça, Leninqrad, 1927. (Lauferin almanca əsəri biblioqrafiya baxı-
mından artıq köhnəlmiş olub ruscası  əlavələrlə  nəşr edilmişdir). B. Vladi-
mirtsov. Sravnitelnaya qrammatika monqolskago pismennaqo yazıka i xalxas-
skaqo nareçiya, Leninqrad, 1929, s. 34-35 və s. 
3
  A.Pozdneyev. Monqolskaya xrestomatiya, SPB, 1900, s. IX. 


Мonqolların gizli tarixи 
 
15
 
B.Laufer isə buraya dördüncü qrup olaraq Tibet dilindən monqolca-
ya çevrilən kitabları əlavə edir
1

Epik üsluba malik əski dövr əsərlərindən ən mühümü açıqlama-
sına girişdiyimiz  Monqolların gizli tarixi olub, bunun haqqında 
aşağıda təfsilat verəcəyik. Bəzi əsərlərdəki qeydlərdən anlaşıldığına 
görə, Çiñgis-xan zamanında monqollarda casax (yasaq, yasa) adı ve-
rilən qanun və nizamnamələr də meydana gətirilmişdir. Məsələn, 
Monqolların gizli tarixində belə deyilir: «Bundan sonra Çiñgis-ka-
ğan «Bütün ulusun içərisində oğruları cəzalandır, yalanı ortadan qal-
dır, ölüm cəzasına layiq olanları öldürt, cəriməyə  məhkum olan-
lardan (pul) cəzası al!» deyərək Şigixutuxunu yüksək məhkəmə rəis-
liyinə təyin etdi və sözünə davam edərək dedi: «Xalqın bölgüsü mə-
sələsi və  məhkəmə  qərarları Koko dəbtərə (Mavi dəftərə) yazılıb 
rəbt edilsin. Şigixutuxunun mənimlə  məsləhəti sonunda ağ kağız 
üzərinə mavi yazı ilə yazaraq dəftər halında təsbit etdiyi (əsaslar) 
nəsildən-nəslə ötürülsün və onu kimsə dəyişdirməsin, dəyişdirməyə 
qalxışanlar cəzalandırılsın!» (§ 203). Bu xüsusda Məkrizinin əsərin-
də də məlumat verilir. Fəqət təəssüf ki, bu yasaq bizə gəlib çatma-
mış və ya tam mətn halında hələ tapılmamışdır
2
. Bundan başqa, Çiñ-
gis-xanın biligləri (vəcizə, hikmət) də öz dövründə yazılmışdır. Bu 
vəcizələr müxtəlif müəlliflərin  əsərlərində  və  bəzi monqolca əsər-
lərdə də bizə gəlib çatmışdır
3
. Bunlara əlavə olaraq tarixi əsər kimi 
XIII və ondan sonrakı əsrlərdə meydana gəlmiş olan müxtəlif abidə, 
yarlıq və  əmrnamələri də zikr edə bilərik. Son illərdə çap olunan 
əsərlərdən öncə Qazan Universitetində ikən sonra Leninqrad Uni-
versiteti kitabxanasına götürülən və hazırda Leninqrad Asiya muze-
                                                           
1
  B.Laufer, op. cit., s. 40. 
2
  Müq. et: W.Barthold. Turkestan v epoxu...,SPB, 1900, s. 41,42, 54, 391, 461; 
B.Vladimirtsov. Çingis-xan, Petroqrad-Moskva-Berlin, 1922, s. 81. 
3
  Vlad. İçt., § 10-da bu xüsus üçün bunlar zikr edilir: W.Bartoild, op. cit. s. 42, 
43; V.Kotviç. İz pouçenii Çingis-xana (monqolcadan tərcümə), Vostok, 3-cü 
kitab, 1923, s.94-96; W.Barthold. K voprosu ob uyqurskoy literature i yeqo 
vliyanii na monqolov, Jivaya starina, 70-71, 1909, s. 42-46; «Mitteilungen d. 
Seminars f. Or. Sprachen», IV, Berlin, 1901, s. 254-255; d'Ohsson, I, 1852, s. 
386-419 və s. 


Monqolların gizli tarixi 
 
 
16
 
yində saxlanan əsərlər arasında da monqol ədəbiyyatına aid zəngin 
materialın mövcud olduğu anlaşılmışdır. Lakin bunlar ancaq qismən 
işləndiyindən avropalı bilginlər tərəfindən uzun müddət məchul qal-
mışdır
1

Daha sonrakı zamanlara aid tarixi əsərlər arasında anonim bir 
əsər olan Altan Tobçi ilə Ordos şahzadəsi Sanañ-setsenin aşağıda 
bəhs edəcəyimiz kitabı birinci dərəcəli yer tutur. Yuxarıda göstərdi-
yimiz kimi, Cami üt-təvarixin məşhur müvərrixi də öz kitabını ya-
zarkən Altan Dəbtər adlı monqolca bir əsərdən faydalandığını deyir. 
Əldə  qəti dəlillər olmadığı üçün Altan Tobçi ilə  Altan Dəbtər 
müəmması hələ sürüb gedir. Rəşidəddinin bəhs etdiyi Altan Dəbtə-
rin indi əlimizdə olan Altan Tobçi ilə eyni olub-olmadığını kəsdir-
mək müşküldür. E.Haenisch Monqolların gizli tarixinin uyğur hərf-
lərilə yazılı  əslinın Rəşidəddin tərəfindən istifadə olunduğunu söy-
ləməklə
2
 Rəşidəddinin zikr etdiyi Altan Dəbtər ilə Monqolların gizli 
tarixini birləşdirmiş olur. Lakin Kozin monqollarda əskidən bəri sü-
lalənin mənşəyinə  və  şəcərələrinə dair rəvayətlərin nəsildən-nəslə 
ötürüldüyünü, bunların əvvəlcə dəbtər, sonra isə teüke sözü ilə ad-
landırıldığını, əskidən altan (al, altın) və köke (mavi), sonra isə şira 
(sarı) və çağan (ağ) sözlərilə  vəsfləndirildiyini yazır
3
. Kozinin fik-
rincə, Monqolların gizli tarixi eynən bunun kimi rəsmi dəbtərin bir 
xülasəsi, yəni geniş xalq kütləsi üçün tərtib edilən bir şəkli olmalı-
dır. Bu fikirlərə dayanaraq Altan Dəbtərin  Monqolların gizli tarixi 
ilə eyni olmadığını qəbul etsək belə, bunların heç olmasa bir-birin-
dən ilham alınaraq meydana gətirildiyini heç tərəddüd etmədən söy-
ləyə bilərik. Kozinin müqayisəli nəşri nəticəsində  Altan Tobçinin 
yüzdə 83-ünün Monqolların gizli tarixi ilə eyni olduğu anlaşılmış-
dır. Onun fikrincə, Altan Tobçi ya Monqolların gizli tarixinin uyğur 
                                                           
1
  B.Laufer. Oçerk monqolskoy literaturı, Leninqrad, 1927; B.Vladimirtsovun 
ön sözü, s. I-III; Vlad., Gr. s.34-36. B.Laufer Rusiyadakı əsərlərin xaricdə az 
tanınmasına toxunaraq rus elm dünyasının xətti-hərəkətindən haqlı olaraq şi-
kayət edir: Op. cit., s. 47, qeyd.  
2
  Haenisch. NT, s. IV. 
3
  Kozin, s.30. 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə