Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə3/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   2   3   4   5   6   7   8   9   ...   109

Monqolların gizli tarixi 
 
 
8
 
üzündən işə yaramır. Almanca və türkcə tərcümələrdə bu problemə 
toxunulmuş  və onun həlli gələcək tədqiqatlara həvalə edilmişdir. 
Məsələn, Çağaday  şəxs adının imlası ciddi mübahisə doğurmadığı 
halda (bizdə onun Çağatay forması  işlədilir), Oqoday imlası  əsla 
düzgün sayıla bilməz, bu, incə sait axımı ilə Ögedey şəklində olma-
lıdır. Eyni şəkildə Çuçi/Çoçi variantı doğru deyil, bu, Çüçi / Çöçi ol-
malıdır. Bəs əsil variant hansıdır?  Məsələ burasındadır ki, monqol-
lar uzun müddət uyğur, Tibet və Çin yazı sistemlərindən istifadə et-
mişlər. Bu sistemlərdə o/ö, ı/i, u/ü saitləri bir-birindən fərqləndiril-
mir, üstəlik, h, x, g samitlərinin yazılışı və tələffüzü də mübahisəli-
dir. Bu məsələdə Avropa dillərinə müraciət etməyin də mənası yox-
dur, çünki bu dillərdə monqol adları orijinala uyğun  şəkildə deyil, 
tarixi-filoloji ənənə əsasında yazılır, çağdaş monqol dili isə imla ba-
xımından klassik dildən xeyli uzaqdır. 
Bu problem məni uzun müddət məşğul etdi. Bu ilin yayında 
ABŞ-da təhsil alan oğlumun yanında olarkən kitabın tərcüməsini ba-
şa çatdırdıqdan sonra həmin problemlə əlaqədar Monqolustanın Va-
şinqton səfirliyinə müraciət etdim. Monqolca, rusca və ingiliscə mü-
kəmməl bilən səfir və onun əməkdaşları  sırf tarixi-filoloji məsələ 
olan bu problemin həllində mənə heç bir köməklik göstərə bilmədi-
lər. ABŞ-da elmi ezamiyyətdə olan bir monqol dilçisi isə bununla 
bağlı Ulan-Batora getməyi məsləhət gördü. Mən edərək dərhal viza 
aldım və ən yaxın zamanda Monqolustana getməyi planlaşdırdım. 
Ulan-Batorda Monqolustan Elmlər Akademiyasının monqol dili 
institutunun əməkdaşlarının köməyi ilə bu problemi həll etmək fik-
rində idim. Bu məqsədlə Monqolustan prezidenti Elbegdorj Tsaxia 
cənablarına məktub göndərdim, ondan Monqolların gizli tarixinin 
azərbaycanca nəşrinə kiçik bir müqəddimə yazmağı da xahiş etdim.  
Mən fürsətdən istifadə edərək Monqolustanda yerləşən Orxon 
abidələrini ziyarət etmək, türk tarixinin nadir şəxsiyyətləri olan Bil-
gə xaqanın, Köl Tiginin və Tonyukukun mənəvi hüzuruna baş  əy-
mək, abidələrin indiki vəziyyətini təsbit etmək istəyirdim. Lakin 
maddi sıxıntı üzündən bu fikirləri gerçəkləşdirmək mümkün görün-
mür, vizanın müddəti ötür, Monqolustandan isə bir xəbər çıxmırdı. 


Мonqolların gizli tarixи 
 
9
 
 Nəhayət, kömək üçün Bakı Dövlət Universitetinin rektoru, mil-
lətvəkili, akademik Abel Məhərrəmova müraciət etməyi qərara al-
dım. Türk dünyasının gerçək patriotu və əsil ziyalı olan Abel müəl-
lim indiyə qədər o müqəddəs məkana Bakı Dövlət Universitetindən 
heç bir türkoloqun, elm adamının, mütəxəssisin getmədiyi barədə 
məlumatı heytərlə qarşıladı və mənim səfərimin maliyyələşdirilməsi 
barədə əmr verdi. Mənim bütün fəaliyyətimi diqqətlə izləyən, hər ki-
çik uğurumu da ona xas olan ürək genişliyi ilə yüksək dərəcədə qiy-
mətləndirən hörmətli Abel müəllimə bu nəcib hərəkəti üçün sonsuz 
minnətdarlığımı izhar edirəm. 
  Monqolustanda qaldığım yeddi gündən üçünü qədim türk abidə-
lərini görməyə, onların fotoşəkillərini çəkməyə  həsr etdim. Bunun 
üçün Monqolustan paytaxtından təqribən 450 km məsafədə yerləşən 
Xöşöö-Saydama gedərək Bilgə xaqan və Köl Tigin abidələrini ziya-
rət etdim, Ulan-Batordan dolanbac torpaq yolla 90 km məsafədə, 
Bayn-Çokto təpəsi yaxınlığında yerləşən Tonyukuk külliyyəsinə də 
sayğı ilə baş  əyib diz çökdüm. Bu zaman keçirdiyim duyğuları  və 
həyəcanları  təsvir və  təsəvvür etmək mümkün deyil, onları yalnız 
yaşamaq lazımdır.     
Monqolların gizli tarixində keçən ad, termin və sözlərin imlasını 
dəqiqləşdirmək, eləcə də abidələri ziyarət etmək işində məşhur ədə-
biyyatşünas-mətnşünas, Monqol Milli Universitetinin kafedra müdi-
ri, Monqolların gizli tarixi, Çingiz xanın dövrü və şəxsiyyəti haqqın-
da parlaq monoqrafiyalar, kitablar və  məqalələr müəllifi hörmətli 
Prof. Dr. Şaravın Çoymaa əlindən gələn köməyi göstərdi, mənə bir 
sıra dəyərli məsləhətlər və qiymətli tövsiyələr verdi. Buna görə o 
böyük alimə və nəcib insana, qayğıkeş həmkara öz dərin təşəkkürü-
mü bildirirəm. 
Son təşəkkürüm isə kitabın redaktoru, AMEA-nın müxbir üzvü, 
Türk Dil Qurumunun fəxri üzvü, Əməkdar elm xadimi, Bakı Dövlət 
Universiteti türkologiya kafedrasının müdiri, Azərbaycanda türkolo-
giyanın və türkçülüyün bayraqdarı, əbədi elmi rəhbərim,  əziz usta-
dım və dostum Prof. Dr. Tofiq Hacıyevədir. Hər işimdə olduğu ki-


Monqolların gizli tarixi 
 
 
10
 
mi, bu kitabın tərcüməsində də bütün qüsurlar mənə, uğurlar isə ona 
aiddir. 
Təəssüflə qeyd etməliyəm ki, bütün cidd-cəhdlərimə baxmayaraq 
Monqolustan prezidenti ilə görüşmək bir yana, kitab üçün onun mü-
qəddiməsini almaq da mümkün olmadı. Bu, Monqolların gizli tari-
xinin başqa bir dilə çevrilməsinin ədəbi, tarixi, mədəni və bədii əhə-
miyyətini anlamayan məhdud görüşlü, əski təfəkkürlü bəzi monqol 
çinovniklərinin qərarsız, tutarsız və  çəkingən hərəkəti ilə bağlı idi. 
Onların düşüncəsinə görə, belə əhəmiyyətsiz işlər üçün prezidentin 
vaxtını almaq olmaz. Lakin mən ürəkdən inanıram ki, ixtisasca jur-
nalist olan, Monqolustanda demokratik inqilabı gerçəkləşdirən, öl-
kəni ideoloji buxovlardan xilas edən Elbegdorj Tsaxia ona məlumat 
veriləcəyi təqdirdə mənim xahişimi məmnuniyyətlə yerinə yetirərdi. 
Monqolların gizli tarixi ümumtürk ədəbiyyatına birbaşa aid ol-
masa da, türkologiya ilə bağlılığını nəzərə alaraq onu da TürkSOY 
kitabxanası seriyasından nəşr edirik. Ümidvarıq ki, Monqolların giz-
li tarixi ölkəmizin akademik çevrələri, elmi ictimaiyyəti və geniş 
oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaq, türkologiya ilə mon-
qolistikanın qarşılıqlı inkişafı üçün geniş perspektivlər açacaq, bir 
sıra dəyərli əsərlərin meydana çıxmasına vəsilə olacaq.          
 
Vasinqton-Bakı-Ulan-Bator, iyun-oktyabr 2011,  
(əsərin yazılışından yeddi yüz yetmiş bir il sonra). 
 
Prof. Dr. Ramiz ƏSKƏR 
   
 
 
 
 
 
 
 
 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə