MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə147/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   141   142   143   144   145   146   147   148   149
2018-1050-5

 
 


203 
 
N
əticə 
 
Peşəkarlıq və səriştəlilikmüəllim üçün xas olan və müəlli-
mi mü
əllim kimi xarakterizə edən keyfiyyətlər içərisində xüsusi 
yer tutur. Bu keyfiyy
ətlərin yüksək olması onu peşəkar, öz işinin 
ustası  kimi  tanıtdırır  və  belə  müəllimlərdə  yaradıcı  pedaqoji 
t
əfəkkür, novatorluq, öyrətmək qabiliyyəti və həvəsi güclü olur. 

əllimlik elə  bir sənət, elə  bir vəzifədir  ki,  onun  adını 
sad
əcə diplom alıb bu sahədə fəaliyyət göstərməklə yüksəltmək 
olmaz. 
Yalnız  bu  sənəti,  peşəni sevməklə,  ona  bağlanmaqla, 
peşəsi və  ixtisası  üzrə  bilik,bacarıq,  vərdişlərini  artırmaq  və 
d
ərinləşdirməklə, öz üzərində daimi çalışmaqla yüksəltmək olar. 
Bu yüks
əlişlə  eyni vaxtda müəllim özü də  yüksəlir, sevilir və 
peşəkar müəllim kimi tanınır. 

əllimin  peşəkarlığı  və  səriştəliliyi onun üçün zəruri 
olan bir çox keyfiyy
ətlərin sintezindən yaranaraq formalaşır. Bu 
keyfiyy
ətlərə  yiyələnməyin yol xəritəsi isə  pedaqoji  peşənin 
düzgün seçimind
ən, ona yiyələnmə prosesinin səmərəli təşkilin-
d
ən başlayır. 
Peşəkarlıq və səriştəliliyin əsas göstəricisi müəllimin peşə 
f
əaliyyəti və onun əsas komponentləri- dərs prosesi, onun səmə-
r
əlilik göstəriciləri, müəllim-şagird  münasibətlərinin səviyyəsi, 
şagirdlərin dərsə  münasibəti, müəllimin  öyrətmə  bacarıqları, 

əllimin pedaqoji qabiliyyətləri, pedaqoji texnika və texnolo-
gi
yanın rəngarəngliyi, müəllimin işə yaradıcı münasibəti, peda-
qoji proses
ə  innovativ  yanaşma,  şagirdlərlə  münasi-bətdə  yük-
s
ək ünsiyyət mədəniyyətinə  malik  olmasıvə  s.  –  dən ibarətdir. 
Bunlar  pedaqoji  peşəkarlığın  və  səriştəliliyin  əsas  meyarları 
kimi mü
əllim fəaliyyətində mühüm yer tutur. 

əllim öz üzərində  daim  işləməklə  öz  bacarıq  və 
qabiliyy
ətlərini inkişaf etdirə bilər.  

əllimin zəruri pedaqoji bacarıq və qabiliyyətlərə yiyə-
l
ənməsi nə qədər vacib məsələdirsə, onu daim inkişaf etdirməsi, 


204 
artırması və zənginləşdirməsi də bir o qədər vacibdir.  
Özünüt
əhsil və özünüinkişafetdirmə müəllim fəaliyyətinin 
ayrılmaz hissəsidir. Müəllim demək olarki, hər gün öz bilik və 
ba
carıqlarını artırmaq, təkmilləşdirmək qayğısına qalmalı, yeni-
l
əşən cəmiyyətin tələbləri ilə  nəinki  ayaqlaşmalı,  hətta bir çox 
m
əsələləri qabaqlamalıdır.  
Qloballaşma, cəmiyyətdə baş verən sürətli inkişaf şagird-
l
ərin  dünyagörüşünə, həyata  baxışlarına,  insana və  cəmiyyətə 
olan münasib
ətlərinə  yeni çalarlar gətirmiş  və  yeniliklər yarat-
mışdır.  Bunlar  şagirdlərin məktəbə, təhsilə, müəllimə  münasi-
b
ətlərini də dəyişdirmiş və onlar hadisə və proseslərə daha praq-
matik yanaşmağa başlamışlar. Artıq elə bir dövr gəlib çatmışdır 
ki,  bir  sıra  müəllimlər (bunlar heç də  az deyildirlər),  onların 
apardıqları  tədris  prosesi  şagirdlərin artan tələblərini, istək və 
arzu
larını  təmin edəcək səviyyədə  deyildir.Onların  məktəbə, 
d
ərsə, müəllimə  münasibətlərində  neqativ təsirlər yaradan bu 
halların  qarşısının  alınması  yalnız  müəllimlərin  peşəkarlıq  və 
s
əriştəliliyininyüksəldilməsi ilə  mümkündür. Məktəb özünün 
yüks
ək səviyyəli, səriştəli,  peşəkar,  öz  işinin  ustası  olan  müəl-
liml
ərlə  məktəbdir,  elm  ocağıdır,  bilik  məbədidir. Buyoxdursa 
v
ə  ya zəifdirsə  başqa  hər  şey  olsa  da  yüksək nəticə  gözləmək 
əbəsdir. “Tərbiyəçinin  şəxsiyyətinin cavan ruha olan təsiri elə 
bir t
ərbiyə  qüvvəsidir ki, onu nə  dərs  kitabları  ilə, nə  əxlaqi 
n
əsihətlərlə və nə də cəza, mükafat sistemi ilə əvəz etmək olar” 
(K.D.Uşinski). 
 
 
 


205 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə