Mühazirə №1 : ÇOXİLLİk paxlali yem otlarinin öYRƏNİLMƏSİ Mühazirəçi: aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseynov A. R


Otlaq və biçənəklərin gübrələnmə sistemi



Yüklə 0,94 Mb.
səhifə10/13
tarix20.10.2017
ölçüsü0,94 Mb.
#5734
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13

Otlaq və biçənəklərin gübrələnmə sistemi. Bütün növ otlaq və biçənəklərin gübrələnmə sistemində əsas rol fosfor-kalium gübrələri ilə uyğunlaşdırılmış azot gübrələrinə məxsusdur. Otluq tərkibində paxlalı və taxıl otlarının çox olduğu otlaq və biçənəklərə birinci növbədə fosfor-kalium gübrələri verilir, çünki bu otluqlar azot o qədər də vacib deyil. Azot gübrələri taxıl otlar olan otluqlara daha çox lazımdır.

Tətbiq olunan gübrələrin yüksək iqtisadi effektinə, bu maddələrin torpaqdakı miqdarını, otlaq-biçənək otlarının bioloji tələblərini və otluqdan istifadə xarakterini nəzərə almaqla, azot, fosfor və kaliumun qarşılıqlı optimal nisbətini düzgün seçməklə nail olmaq olar.

Biçənəklərə azot gübrələrini az dozalarda yazda bir dəfəyə verirlər; böyük dozalarla veriləndə yarısını yazda, ikinci yarısını isə birinci biçindən sonra verirlər. Azot gübrələrinin hissə-hissə verilməsi (yazda və hər otarmadan əvvəl) meşə zonasının, meşə-çöl zonasının şimal rayonlarında tətbiq olunur; bu zaman 1 hektara 60-80 kq-dan çox olmayaraq , biçənəklərə isə 120 kq gübrə verilməlidir. Quraq rayonlarda azot gübrələrini payızda, limanlarda – yaz subasmasından əvvəl verirlər.

Fosfor gübrələrini hər il bir dəfə erkən yazda, birinci biçimdən sonra, həmçinin payızda verirlər.

Kalium gübrələri, azot gübrələrindən fərqli olaraq, daha uzun müddət sonradan təsir etmə xassəsinə malik olduqlarına görə onları mövsüm ərzində 1-2 dəfə vermək olar: yazda və payızda.

Çirkab suların tətbiqi. Hal-hazırda çəmən-otlaq təsərrüfatında çirkab sulardan daha geniş istifadə olunur. Bunlar, sənaye, kənd təsərrüfatı və kommunal təsərrüfatı tullantıları, həmçinin heyvandarlıq kompleksləri və fermalarının axar sularıdır.

Suvarma üçün istifadə olunan axar sular aqromeliorasiya və sanitar-gigiyenik tələblərə cavab verməlidirlər. Otlaq və biçənəklərə verilməmişdən əvvəl onlar bioloji təmizlənmə stansiyalarında təmizlənməli və biogen maddələrdən zərərsizləşdirilməlidirlər. Onlardan həm suvarma, həm də gübrələnmə məqsədləri üçün istifadə etmək olar. Bir sıra elmi idarələrin və qabaqcıl təsərrüfatların təcrübəsi göstərir ki, çirkab sulardan ən çox çoxillik bitkilər bəhrələnir, çünki onlar çirkab sulardakı qida maddələrindən başqa bitkilərə nisbətən daha yaxşı istifadə edə bilirlər.

Çirkab sular azotla zəngin olub fosfor və digər elementlərlə kasıb olduğuna görə onlardan istifadə zamanı torpağa əlavə mineral gübrələr vermək lazımdır. Bu, yem sahələrinin məhsuldarlığını 3-5 dəfə artırır.

Mikrogübrələr və bakterial preparatlar. Bitkilərin normal boyatması və inkişafı üçün makroelementlərdən (azot, fosfor, kalium) başqa həm də mikroelementlər vacibdir. Bunlardan ən əhəmiyyətliləri bor, mis, manqan, molibden, sink və kobaltdır. Torpaqda mikroelement çatışmamazlığı nəinki bitkilərdə boyatmanı və inkişafı zəiflədir, həm də yemin keyfiyyətini aşağı salır. Bu da öz növbəsində süd və ət məhsuldarlığını aşağı salır, heyvanlarda nəsilartırma qabiliyyətini zəiflədir.

Bor gübrələrini əsasən karbonat və çimli-küllü torpaqlarda əhənglənmə ilə birlikdə tətbiq etdikdə güclü təsir göstərir. Bu gübrələrdən bor turşusu, boraks, bor superfosfatı, bornodatolit və bor-maqnezium gübrələri istifadə olunur.

Misi taxıl otları ilə zəngin otluqlu, qurudulmuş torf-bataqlıq, çimli və mexaniki cəhətdən yüngül torpaqlara verirlər. Mis gübrə qismində mis kuporosu (göy daş) və pirit yanığı qalıqlarından istifadə olunur. Pirit yanığı qalıqlarının sonradan təsiri hətta verildikdən 7-10 il sonra da davam edir.

Manqan gübrələrini karbonatlı qara torpaqlarda, boz torpaqlarda və çimli-küllü torpaqlarda əhənglənmədən sonra tətbiq etmək yaxşı nəticə verir, çünki kalsium manqanı daha az hərəkətli formalara çevirərək onun mənimsənilməsini ləngidir. Bu gübrələrdən manqanlı superfosfat, manqan şlakı və manqan sulfatından istifadə edilir.

Molibden gübrələrindən molibden turşusunun ammonyak və natrium duzlarından turş, neytral və karbonat torpaqlarda istifadə etməklə yaxşı nəticələr əldə etmək olar.

Sink gübrələrindən sink-sulfatından və tərkibində sink olan sənaye tullantılarından istifadə edirlər. Kobalt gübrələrindən kobalt-sulfatdan, Yeni Zelandiyada isə kobalt xloridindən istifadə edirlər.



Bakterial preparatları torpağa torpaq mikroorqanizmlərinin həyat fəaliyyətini yüksəltmək üçün verirlər. Nəticədə bitkilər üçün asan mənimsənilən qida maddələri toplandığı, torpağın strukturu yaxşılaşdığı, üzvi və mineral gübrələrdən istifadə əmsalı yüksəldiyi üçün bitkinin boy və inkişafı sürətlənir, məhsuldarlıq yüksəlir. Təsərrüfatda nitragin, azotbakterin, fosforbakterin və AMB kimi bakterial preparatlardan istifadə olunur.

Nitraginin tərkibində paxlalı bitkilərlə simbiozda olub atmosfer azotunu fiksasiya edən və bununla bitkinin azotla qidalanmasını təmin edən kök bakteriyaları var. Onu nəzərdə tutulmuş paxlalı bitkinin toxumları ilə birgə verirlər. Quru nitraginin istifadəsi toxumların tozlandırılması prosesini mexanikləşdirməyə imkan verir. Bu məqsədlə toxum tozlandırılması üçün istifadə olunan hər hansı bir maşını tətbiq etmək olar. Tozlandırmanı səpin günü edirlər.

Azotobakterini qeyri-paxlalı bitkilərin toxumlarının tozlandırılması üçün tətbiq edirlər. Onun təsiredici faktoru atmosfer azotunu fiksasiya edən, bioloji aktiv maddələr istehsal edən, həmçinin bitkilərin bəzi göbələk və bakterial infeksiyalarla xəstələnməsinin qarşısını alan azotobakterdir. Sənaye aqar, torpaq və quru azotobakterin istehsal edir. Toxumları səpin günü tozlandırırlar.

Fosforbakterinin tərkibində fosfor-üzvi fosfatları parçalayaraq bitkinin fosforla qidalanmasını yaxşılaşdıran fosfor bakteriyaları var.



AMB – tərkibində müxtəlif mikroorqanizmlər olan kompleks bakterial preparatdır. Onu bilavasitə çimli-küllü torpaqlara verirlər.

Cədvəl 7. Otun keyfiyyətinin xarakteristikası




Göstərici

Ot

əkmə paxlalı otlardan

əkmə taxıl otlardan

əkmə paxlalı otlardan

Təbii biçənəklərdən

Siniflər

I

II

III

I

II

III

I

II

III

I

II

III

Paxlalilarin miqdarı (%-lə), az olmayaraq

90

75

60

-

-

-

50

35

20

-

-

-

Taxıl və paxlalıların miqdarı (%-lə), az olmayaraq

-

-

-

90

75

60

-

-

-

80

60

40

Zəhərli və zərərli bitkilərin miqdarı (%-lə), çox olmayaraq

-

-

-

-

-

-

-

-

-

0,5

1,0

1,0

Suyun miqdarı (%-lə), çox olmayaraq

17

17

17

17

17

17

17

17

17

17

17

17

Xam proteinin miqdarı (%-lə), az olmayaraq

14

10

8

10

8

6

11

9

7

9

7

5

Karotinin miqdarı (mq/kq-la), az olmayaraq

30

20

15

20

15

10

25

20

15

20

15

10

Sellülozun miqdarı (%-lə), çox olmayaraq

27

29

31

28

30

33

27

29

32

28

30

33

Mineral qatışığının miqdarı (%-lə), çox olmayaraq

0,3

0,5

1,0

0,3

0,5

1,0

0,3

0,5

1,0

0,3

0,5

1,0


Mühazirə № 14 : “Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması

Mühazirənin planı

1. Mədəni texniki tədbirlər.

2. Su rejiminin yaxşılaşdırılması.

3. Su rejiminin nizamlanması.



İstifadə olunan ədəbiyyat

  1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.

  2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.

  3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.

  4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.

  5. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 410 s.

  6. Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.

  7. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.

  8. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

  9. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

  10. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

  11. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.

  12. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

  13. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.

  14. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.

  15. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.

  16. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

  17. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

  18. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.



Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması
Respublikamızda təbii yem sahələri geniş əraziləri tutmaqla az yem verirlər. Bu, az məhsuldarlıqla əlaqədardır.

Təbii yem sahələrinin aşağı məhsuldarlığı onların pis meliorasiya vəziyyəti, pis torpaqları, sərt iqlim şəraiti (düzənliklər, səhralar, yarımsəhralar), otluğun qeyri-kafi botanik tərkibi, otluğa lazım olan qulluğun olmaması, həmçinin onun qeyri-rasional istifadəsi ilə əlaqədardır. Bununla yanaşı, elmi tədqiqatlar və qabaqcıl təsərrüfatların təcrübəsi göstərir ki, təbii yem sahələrinə düzgün qulluq etməklə onların məhsuldarlığını 3-5 dəfə yüksəltmək mümkündür.

Təbii yem sahələrinə səthi və əsaslı yaxşılaşdırma tətbiq etməklə yüksək məhsuldar biçənək və örüşlər yaratmaq olar.

Səthi yaxşılaşdırma dedikdə, təbii çimi pozmadan, dağıtmadan, təbii otluğun boy atma və inkişafı üçün daha yaxşı şərtlərin yaradılması, örüş və biçənəklərdə məhsuldarlığı yüksəldən, onları mədəni vəziyyətdə saxlayan tədbirlərin həyata keçirilməsi başa düşülür. Səthi yaxşılaşdırma, otluğunun tərkibində 35-45%-dən az olmayaraq qiymətli yem otları olan, kollaşma dərəcəsi 25%-dən çox olmayan və kəsəkləşmə dərəcəsi 20%-dən az olan yem sahələrində aparılır. Səthi yaxşılaşdırmanı, qeyri-sıx çimli və kifayət dərəcədə struktur, yaxşı aerasiya olunan, tərkibində az da olsa qiymətli kökümsov gövdəli və seyrəkkollu taxıl və paxlalı otlar olan otlaq və biçənəklərdə aparırlar.

Səthi yaxşılaşdırma işlərinə: 1)ən sadə mədəni-texniki işlər (alaq otları ilə mübarizə, kolluqlardan və ağaclardan təmizləmə, kəsəklərin kəsilməsi, zibildən, çör-çöpdən, daşlardan təmizləmə) və bunların nəticəsində faydalı sahənin genişlənməsi; 2) su rejiminin yaxşılaşdırılması və nizamlanması (bataqlaşmış çəmənlikləri qurutmaq, liman suvarma və buzlaqlardan istifadə); 3) qida rejiminin yaxşılaşdırılması (gübrələrin verilməsi); 4) biçənəklərin çimi və otluğuna qulluq işləri (malalama, diskləmə, frezerçəkmə, alaqlarla mübarizə, çəmənliyə ot toxumu səpmək və s.) aiddir.
Təbii yem sahələrində görülən mədəni texniki işlər
Kollara və ağaclara qarşı mübarizə. Təbii çəmən və otlaqları tez-tez kolluqlar basır ki, bunun da nəticəsində mənbəyin yararlı sahəsi azalır, bundan başqa otluğa qulluq və yığımı mexanikləşdirmə işi çətinləşir. Qulluq və düzgün istifadə olmadıqda otlaqlarda sel sularından sonra çökək sahələri daş, ağac və kötük qırıqları örtür, bəzi sahələrdə isə qarışqa yuvaları hesabına xırda komalar əmələ gəlir. Belə sahələri mədəniləşdirmək üçün qarışqa yuvalarını qreyder çəkməklə dağıtmaq, daş və zibili sahədən daşıyıb kənara çıxarmaq lazımdır.

Kollaşmış otlaq və biçənəklərin əsas sahələri meşə və meşə-çöl zonalarında, bəzən düzənlik çaylarının vadilərində yerləşir. Kollarla mübarizə aparan zaman əsas tələbat, təzədən artmağının qarşısını almaq üçün, ağac və kolların təkcə yerüstü deyil, həm də yeraltı hissələrini mümkün qədər tam təmizləməkdir.

Hal-hazırda çəmənlikləri ağac və kollardan təmizləmək üçün mexaniki və kimyəvi-mexaniki (kompleks) üsullardan istifadə edirlər.

Mexaniki üsul kolkəsən və buldozerlərin köməyi ilə təmizləmə və kötüklərin çıxarılmasından ibarətdir. Kolkəsən və buldozerlər vasitəsilə təmizləmə və eyni zamanda dırmıqlamanı qışda, donmuş torpaq üzərində aparırlar. Əgər otlağın 20%-dən çox sahəsi kollarla örtülərsə, kolkəsən D-174A, D-174B, bataqlıq sahələrdə isə KNB-2,7, K-3,2 markalı maşınlardan istifadə edirlər. Kolun diametri 20 sm-dək ola bilər. Daha iri diametrli (25 sm-dək) kolları kəsmək üçün MTP-43X markalı maşından istifadə edirlər. Kolları və xırda ağacları 12-20 sm hündürlükdə kəsirlər. Kolkəsənlər saatda 0,5-1 hektar sahənin kolunu kəsir. Kəsilmiş kolları və ağacları o saat K-3 markalı kol dırmıqları vasitəsi ilə komalayırlar. Kəskin mikrorelyefli və böyük miqdarda kötüklər olan sahələrdə buldozerlər tətbiq olunur.

Kəsilmiş kol və ağacları yaz-yay aylarında, onlar yaxşı quruduqdan sonra yandırırlar. Külü sahəyə bərabər miqdarda buldozerlər, qreyderlər yaxud relsli şaxmala vaitəsi ilə yayırlar.

Kötükləri yayda çıxarırlar. Kötüyün və onun köklərinin çıxarılması üçün asma D-210A, D-210B kötükçıxaran maşınlardan istifadə edilir. Belə maşınla 8 saata yoğunluğu 30-60 sm olan 200 kötük çıxarmaq olar. Bu maşınlar S-80 və ya DT-75 markalı traktorlara bərkidilir. İri kötüklər K-1A və KR-6 markalı maşınlar vasitəsilə çıxarılır. Kollar və kötüklər çömçəsi olan mexaniki yükləyicilərlə traktor lafetlərinə yüklənib daşınırlar. Sahəyə ağır mala (rels) çəkilir. Bu zaman torpaqdakı daşlar çıxarılır və torpaq 15 sm dərinliyində yumşaldılır.

Hündürlüyü 1-2 sm olan kollar kol-bataqlıq kotanları ilə şumlanır. Çıxarılmış kötüklər yandırılır.

Ağac və kolları kimyəvi yollarla da məhv edirlər. Bunun üçün herbisidlərdən (2,4-D-nin amin duzu və butil efiri) istifadə edirlər. Bu işləri erkən yaz, yay və payız aylarında quru havada aerozol generatorlar yaxud kənd təsərrüfatı aviasiyası vasitəsilə həyata keçirirlər. Bitkilərin tam məhv edilməsi üçün çiləməni iki dəfə aparırlar.

2,4- D preparatının natrium duzunun məhlulu ilə çiləmə apardıqda ağac və kol bitkilərinin yerüstü hissələri və kökləri məhv olur. 2,4 D-nin butil efiri (boz yağlı mayedir) çiləndikdə yarpağa keçir və bir neçə saatdan sonra yarpaqlar qırılır, 1-2 həftədən sonra isə quruyub tökülürlər. Sonra 1 il müddətinə gövdə, kökləri quruyub məhv olur.

Kolluqlar quru havada, axşam və ya səhərlər, tam yarpaqlanma dövründə çilənməlidir ki, onun səmərəsi yüksək olsun. Tozağacı və söyüd ağaclarına qarşı 2,4 D-nin natrium duzu daha yaxşı səmərə verir. Lakin dərmanlamadan sonra yağış yağsa, dərmanı yuyub dərmanlamanın səmərəsini azaldır. 2,4 D-nin butil efiri yağışla yuyulmur. 200 litr suya 3,5 kq 2,4 D-nin natrium duzu qarışdırılıb 1 hektara çilənməsi yaxşı nəticə verir. Butil efirinin 3,5 kq-ı 100 litr suya qarışdırılıb çilənməlidir. Çiləmə təyyarə, yaxud traktor çiləmələri ilə aparılır.

Lakin herbisidlər paxlalı otlara ziyandır, odur ki, herbisidlərlə paxlalı bitkilərlə kasıb otluqları işləmək lazımdır.

Kolluq yem sahələrini, herbisidlərlə təsir etdikdən sonra, qurumuş ağac və kolları 2-3 il sonra buldozerlərin, kötükçıxaran-yığıcı maşınların, yolbasan maşınların, ağır kötükçıxaran zəncirlərin, enli traktor dırmıqlarının köməyi ilə yığırlar.

Çay vadilərində, qobuların yamaclarında və qumlu torpaqlarda yerləşən yem sahələrinin kolluqlardan və ağaclıqlardan təmizlənməsinə bir qədər ehtiyatla yanaşmaq lazımdır. Su və külək eroziyası qorxusu olan kolların bir qismini qırmayıb 2,4 m enində meşə zolağı kimi saxlamaq, həmçinin söyüd, qarağac, ardıc, saksaul, itburnu, yovşan, şoran bitkilər, yulğun və s. bitkiləri lent üsulu ilə əkmək məsləhət görülür.

Ağac-kol zolaqları qarın qorunması və daha yaxşı paylanmasına, mikroiqlimin yaxşılaşmasına kömək edir, bu səbəbdən təbii yem sahələrinin məhsuldarlığı 3-5 dəfə artır. Cənubi Qazaxıstan və Orta Asiya səhralarında otlaqları defolyasyadan qorumaq üçün saksaul əkilmiş meşə zolaqlarından geniş istifadə edirlər. Dağ otlaqlarını su eroziyasından qorumaq üçün ardıc, fıstıq və badam meşələri əkir və bərpa edirlər.

Kalmıkda qumları möhkəmlətmək üçün qum yulafı əkinlərindən istifadə edirlər; bu bitki nəinki qumları bərkidir, həm də onun himayəsi altında yem sahələri yerli növ otlarla örtülür. Artıq üçüncü-dördüncü ildə belə yem sahələrini həm biçənək, həm otlaq kimi istifadə etmək olar.

Torpaq komalarının ləğv edilməsi. Təbii yem sahələrində olan komalar mənşəyinə görə qumotu, mamır, kötük, qaya, buz, torpaqqazan, qarışqa, heyvan mənşəli olur. Onların hündürlüyü 25-40 sm və daha çox, diametri 50-60 sm olur.

Otun mexanikləşdirilmiş yığımına mane olan qumotu (cil) komaları, otlağın sıxkollu inkişaf mərhələsində və sahə bataqlaşanda əmələ gəlir. Onları mexaniki və kimyəvi üsullarla ləğv edirlər. Kiçik komaları ağır disk malaları (BDNT-2,2 və s.) ilə, orta və böyük komaları isə frezlə (FBN-2,0) becərmə yaxud MPQ-1,7 maşını ilə ləğv edirlər.

Komalaşmış subasar çəmənliklərdə komaları 1 hektar sahəyə 20-30 kq təsir maddəsi dozasında dalaponla təsir etməklə kimyəvi yolla da ləğv edirlər. Kimyəvi işləmə ilində komalar 2 dəfə yumşalır, bir ildən sonra isə komalar bütünlüklə ləğv olur. Dalapon təkcə komaları deyil, həm də otluğun tərkibindəki cilotunu məhv edərək biçənəklərin məhsuldarlığını artırır.

Torpaqda yuva qazan siçanlar, mişovullar, köstəbəklər, tülkülər, qarışqaların fəaliyyəti nəticəsində əmələ gələn komalar, mal-qaranı nəmli torpaqda həddindən artıq çox otardıqda əmələ gələn çökəkliklər çəmənliyin 25-35%-ni örtürsə, əsaslı yaxşılaşdırma işləri aparılmalıdır. Komaları BPŞ-3,1 və BLŞ-2,3 markalı şleyf və şarnir çəmən malaları ilə, relsli şaxmalalar ilə hamarlayıb ağır yolbasan maşınlarla düzləyirlər. Çox bərk komaları iki dəfə frezlə becərirlər. Çökəklikləri əvvəlcə diskləyirlər, sonra isə malalayıb yolbasanlarla düzləyirlər.

Zibildən, ağac budaqlarından və daşlardan təmizləmə. Sel suları basmış sahələrə gətirilən daş, xəzəl, ağac budaqları və kötüklər su çəkildikdən sonra maşınlara və ya traktor lafetlərinə yüklənib çəmənlikdən çıxarılmalıdır. Əks təqdirdə zibilli sahələrdə otlar normal inkişaf edə bilmir və təbii yem sahələrinin səmərəli istifadə sahəsi azalır.

Bunun üçün adi və relsli malalardan, kol dırmıqlarından istifadə edirlər. Zibil və budaqları yerində yandırırlar, yaxud sahədən çıxarıb sonra yandırırlar.

Çəmənlikdə yarğanlar, çökəkliklər əmələ gəlibsə torpağın səthində planlaşdırma işləri aparmaq lazımdır. Buna görə D-159 markalı buldozerlərlə, D-183 markalı skreperlərlə (traktorun qabağındakı kəsən qreyderlə) hündür yerlərin torpağını qazıb çökəklikləri doldurmaq və düzən sahə əldə etmək lazımdır. Sonra səthi kəsilmiş və torpaqla doldurulmuş sahələrə ot toxumları səpmək lazımdır (15-34 kq/hek ot toxumu qarışığı).


Su rejiminin yaxşılaşdırılması və nizamlanması
Çəmən otları inkişaf və böyümələri üçün suya böyük tələbat göstərirlər. 1 ton quru yem məhsulunun hasil olması üçün torpağın səthindən buxarlanma və transpirasiya nəticəsində (cəmi su istifadəsi) 400-dən 1200 m3-ə qədər və daha çox su məsrəf olur.

Suyun həm çatışmazlığı, həm artıqlığı, həmçinin yeraltı suların səviyyəsinin torpağın səthinə yaxınlığı otlaqların məhsuldarlığına mənfi təsir göstərir. Otlaq bitkiləri, qumlu torpaqlarda 2,5-3% nəmlik olanda, gillə qarışıq torpaqlarda 10-12%, gilli torpaqlarda isə 14-18% nəmlik olanda quruyurlar. Nəmlik dərəcəsinin artıq olması su və hava rejimlərinin pisləşməsinə, bu da öz növbəsində otluğun tərkibindən qiymətli kökümsovgövdəli və seyrəkkollu otların itməsi və onların cilotu, çox hallarda isə zərərli və zəhərli bitkilərlə əvəz olunmasına gətirib çıxarır. İldə 500-700 mm yağmur düşən zonalarda suyun azaldılmasına yönəldilən tədbirlər görülməlidir.

Bütün bitkilər suya eyni dərəcədə tələbkar deyildir. Üçyarpaq, çöl noxudu, çəmən taxıl bitkiləri, pişikquyruğu, tülküquyruğu, daraqotu, qılçıqsız tonqalotu, rayqras (mezofitlər) su ilə təchiz olunmağa orta tələbkarlıq göstərir. Yovşan, kökümsovgövdəsiz ayrıq, dəvətikanı, saksaul, səhra və yarımsəhranın başqa bitkiləri (kserofitlər), həmçinin yonca, daraqotunun müxtəlif növləri, çöl topalı, sudan otu, xaşa, kalış su çatışmazlığına uyğunlaşmışdır və quraq rayonlarda inkişaf edir. Bu qrup bitkilər, adətən, yaxşı inkişaf etmiş və torpağın dərinliyinə işləyən kök sisteminə və ensiz yarpaqlı xarakterik yerüstü hissəyə malikdir; yerüstü hissə bəzən mum təbəqəsi və ya sıx tük örtüyü ilə örtülmüş olur. Cil, qamış, şəkər qamışı (hiqrofitlər) kimi bitkilər artıq nəmlikli çəmənliklərdə inkişaf edir; onlar yem kimi az əhəmiyyətlidir.

Normal su rejiminin yaradılması həmişə çəmənlik və otlaqların bitki örtüyünün növ tərkibinin yaxşılaşdırılmasına, təbii yem mənbələrinin məhsuldarlığının yüksəldilməsinə səbəb olur.

Su rejiminin yaxşılaşdırılması və nizamlanması bataqlaşmış çəmənliklərdə toplanmış səthi suları qırağa çəkmə, quraq rayonlarda isə liman suvarma və qarı sahədə saxlayan tədbirləri həyata keçirmək yolu ilə aparılır.

Meşə zonalarının normal və müvəqqəti artıq nəmli olan quru dərələrinin ağır mexaniki tərkibli torpaqlarında qar sularının və atmosfer yağıntılarının durğunluğu olur. Belə suların qırağa çıxarılması üçün erkən yaz yaxud payız vaxtı, artıq nəmlənmiş yerlər yaxşı nəzərə çarpanda, dayaz (18-22 sm) şırımlar (qanovlar) açırlar. Bu qanovları kənd təsərrüfatı işləri üçün yararsız olan, aşağı yerlərə açırlar ki, ot biçimini mexanikləşdirməyə mane olmasın. Bataqlaşmış yem mənbələrində örtülü drenajdan istifadə daha münasibdir, çünki o, ot biçimini mexanikləşdirməyə mane olmur.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə