Mühazirə №1 : ÇOXİLLİk paxlali yem otlarinin öYRƏNİLMƏSİ Mühazirəçi: aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseynov A. R



Yüklə 0,94 Mb.
səhifə13/13
tarix20.10.2017
ölçüsü0,94 Mb.
#5734
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13

Taxıl otları. Qırtıckimilər fəsiləsinə (Poaceae) aid olan otların 3500-dən çox növləri vardır. Azərbaycanda 317 növü yayılmışdır. Taxıl otları bəzi ərazilərdə, xüsusilə də səhralarda daha çox yayılaraq yemçilikdə mühüm rol oynayır. Azərbaycan Respublikasının müxtəlif torpaq-iqlim şəraitində də taxıl otları geniş yayılmışdır.

Azərbaycanın təbii yem sahələrinin zonaları üzrə təbii örüş və biçənək məhsulunun 25%-i taxıl otlarının payına düşür.

Dağ çəmənliklərində və meşəliklərdə səhra zonalarına nisbətən taxıl otları bir qədər az yayılsa da burada da onların yem əhəmiyyəti böyükdür. Çay vadilərində və düzən sahələrdə ot örtüyünün 50%-dən çoxu taxıl otlarının payına düşür. Əksər taxıl otları heyvanlar tərəfindən yaxşı yeyilir. Taxıl otlarının çox az növləri (10%-ə qədəri) heyvanlar tərəfindən yeyilmir və ya pis yeyilir. Taxıl otlarının 5%-ə qədəri zərərli və ya zəhərli sayılır.

Tərkiblərində olan Sulu karbonların miqdarına görə onlar başqa növ ot bitkilərindən üstündür.

Çiçəkləmə fazasında yığılmış quru otunda (mütləq quru maddənin miqdarına görə) orta hesabla 7,2% protein, 2,6% həzm olunan zülal, 2,9% yağ, 52,9% azotsuz ekstraktiv maddələr, 100 kq-da (nəmliyi 15% olmaqla) 45-50 yem vahidi vardır.

Taxıl otları bioloji cəhətcə birillik və ya çoxillikdirlər. Onlar yemlik keyfiyyətlərinə görə paxlalı bitkilərdən geri qalsalar da bir sıra qiymətli xüsusiyyətlərə malikdirlər.



Mühazirə № 20: “Zərərli və zəhərli bitkilər”

Mühazirə planı

1. Zərərli bitkilər:

a) heyvanlara mexaniki zədə vuran bitkilər;

b) südün və ətin keyfiyyətini aşağı salan bitkilər;

c) yunun keyfiyyətini aşağı salan bitkilər.



2. Zəhərli bitkilər:

a) zəhərli bitkilərin mənsub olduğu sistematik qruplar;

b) bu bitkilərin tərkibindəki zəhərli maddələr;

c) zəhərli bitkilərin, ən çox zədələdiyi orqan və sistemlərdən asılı olaraq, bölündüyü qruplar.



İstifadə olunan ədəbiyyat

  1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.

  2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.

  3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.

  4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.

  5. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 410 s.

  6. Hümbətov H. S., Şabanov M. C., Verdiyeva R. C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.

  7. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.

  8. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

  9. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

  10. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

  11. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.

  12. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

  13. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.

  14. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.

  15. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.

  16. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

  17. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

  18. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.

 

Zərərli və zəhərli bitkilər

Zərərli bitkilər

Təbii otlaq və biçənəklərdə, tərkibində zəhərli maddələr olmayan, lakin heyvanlara müxtəlif zədə, travma vuran, onların həyati vacib orqanlarında hər hansı bir xəstəlik yaradan, heyvan mənşəli məhsulların keyfiyyətini və məhsuldarlığını aşağı salan zərərli bitkilər olur. Mexaniki zədələri həm bitkilərin iti tikanları olan yaşıl hissələri, həm də iti tikanları, çıxıntıları, tükcükləri və qılçıqları olan yetişmiş meyvə və toxumları yetirir. Onlar ağız boşluğunu, burun-udlağı (gənziyi), mədə-bağırsaq yolunu, gözləri, dərini, dırnaqarası sahəni, yelini və başqa orqanları yaralayaraq, iltihab prosesləri əmələ gətirir.

Zədələri (travmaları) taxıllar, astralılar fəsilələrindən olan bitkilər vururlar. Selin, ceyranotu (tüklü ağotu), boş yulafca, arpa (soğancıqlı, dovşan və yabanı) kimi bitkilər qılçıqlı dənmeyvələrə malikdirlər; bu dənmeyvələr ağızın, burunun selikli qişalarını zədələyir, dırnaqarası sahələrə yeriyib, axsamalar əmələ gətirir, gözə düşərək korluğa gətirib çıxarır; döş və qarın boşluğunun divarlarını deşirlər. Ağız boşluğunun selikli qişasını həmçinin qılçıqlı sünbülünün ətrafında olan iti qılçıqlar, qılçıqlı qanqalın qabalaşmış yarpaqlarının bərk tikanları, peyğəmbərçiçəyi və qanqalın tikanlı səbətləri, şoranlıq çayqırağı bitkisinin vaxtı ötmüş otu, yapışqanlı qoşmanın və sürünən lövbərciyin meyvələrinin iti tikanları zədələyirlər.

Xüsusi qrupa qalın, sıx tüklərlə örtülü meyvə və hamaşçiçəkləri olan bitkilər daxildir. Mədəyə düşdükdə, onlar həzm olunmur, fitobezoar adlanan və qidanın həzm borusu ilə hərəkətinə mane olan bərk şarvari törəmələr əmələ gətirirlər. Bağırsaqdakı qidanın hərəkətsizliyi nəticəsində heyvanlar bir qayda olaraq tələf olurlar. Belə bitkilərə bodyak (qanqal), əkin yoncası, qılçıqlı, güləbətin, tüklücə aiddir.

Kələmlilər, astralılar, zanbaqlılar, qaymaqçiçəklilər, çuğundurlular, dodaqçiçəklilər, qarabaşaq, südləyənlər və başqa fəsilələrdən olan bəzi bitkilər nəinki süd sağımını, həmçinin südün keyfiyyətini aşağı salır. Bu bitkilərin tərkibində heyvan orqanizmində həzm olunan zaman allil-xardal yaxud efir yağları qoparan qlükozidlər var. Onlar südün nəinki orqanoleptik (qoxu, rəng, dad), həmçinin fiziki-kimyəvi xassələrini (turşuluq, yağlılıq) dəyişir.

Südə acı dadı yovşanın müxtəlif növləri, dağ tərxunu, avran, yovşanyarpaqlı ətirşah, adi kirkazon, üfunətli qatranotu. Südə, bir çox hallarda isə pendirə və yağa da xoşagəlməz bataqlıq, sarımsaq yaxud turp qoxusu və dadını yarğanotu (quştərəsi), adi qamış, vəzərək, yabanı turp, xardal, tarla kələmi, soğanın müxtəlif növləri, enli yarpaq su kərəvizi, dərman çobanyastığı otu verirlər. İnəklər turşəng (quzuqulağı) və adi dovşan kələmi yedikdə süd turş dad alır və tez çürüyür, belə süddən yağ almaq çətinləşir.

İnəklər anemon, boyaq otu (qızıl boya), südləyən yedikdə süd çəhrayı yaxud qırmızı, bataqlıq yaddaşçiçəyi, qatırquyruğu yedikdə göyümtül rəngə boyanır. Heyvanların ətinə xoşagəlməz dad verən yazlıq yağçiçəyi, bozalaq, üfunətli qatranotu, heliotrop (günçiçəyi) və s. bitkilərdir.

Bərk yapışan (suvaşqan) toxum və barları olan bitkilər, qoyunların yunlarını zibilləyərək onun keyfiyyətini aşağı salır. Belə bitkilərə dada bitən tonqalotu, qarayonca, ağot, qılçıqlı, kifircə, peyğəmbərçiçəyi, lansetvari qanqal, keçi pıtrağı, üçbarmaq (pişikdili), adi yapışqan, dərman köpəkdili otu aiddir.

Tüklü ağotun (ceyranotunun) iki buğumu olan dənmeyvəsi yağış yağan zaman açılaraq təkcə yuna deyil, həm də dəri, dərialtı birləşdirici toxuma, əzələlər və daxili orqanlara sancılır. Ceyranotunun dənmeyvələri ilə çirklənmiş yun və dərilər dəyərini itirir.

Zəhərli bitkilər

Onları hətta az miqdarda belə yedikdə heyvanlarda naxoşluq yaradan, bir çox hallarda isə ölümlə nəticələnən zəhərlənmələr əmələ gətirən bitkilər zəhərli hesab olunur.

Bizim ölkəmizin florasında zəhərli bitkilər, öyrənilmiş bitkilərin 15%-ni təşkil edir. Zəhərli və zəhərli olduğundan şübhələndiyimiz bitkilərin ən çox miqdarı qaymaqçiçəyi, südləyən, zanbaq, kələm, kərəviz, qərənfil, quş üzümü fəsilələrinə aiddirlər.

Bitkilərin zəhərliliyi onların tərkibində alkaloidlər, qlükozidlər, saponinlər, üzvi turşular, efir yağları, aşılayıcı və qatranabənzər maddələr, toksalbuminlər, laktonlar kimi maddələrin olması ilə əlaqədardır. Bu maddələrin bitkilərdə əmələ gəlməsi və yığılması və onların toksikliyi torpaq-iqlim şəraitindən və bitkilərin inkişaf fazasından asılıdır. Təyin edilmişdir ki, qara torpaqlarda bitən bitkilərlə müqayisədə, şoran torpaqlarda bitən bitkilərin tərkibində daha çox zəhərli maddələr əmələ gəlir. Quraqlıq və yüksək temperatur şəraitində, sərin, yağmurlu hava ilə müqayisə etdikdə, daha çox zəhərli maddələr əmələ gəlir.

Bitkilərin əksəriyyətində zəhərli maddələrin maksimumu çiçəkləmə və barvermə fazalarında toplanır (yaz xoruzgülüsü, qara bəngotu, adi dəli bəng (tatla), dəlicə buğda, yabanı xardal, çöl laləsi və s.); zəhərli maddələr çiçəklərdə, meyvələrdə və toxumlarda toplanır. Çiçəkləyəndən və toxumlamadan sonra ən təhlükəli bitkilər qaramuq otu və adi vəzərəkdir. Bir çox bitkilər bütün vegetasiya dövrü boyu zəhərli olur.

Zəhərli maddələr bütün bitkidə yaxud onun yalnız başqa-başqa orqanlarında toplana bilər. Məsələn, dərman sabun otunda, asırqalda zəhərli maddələrin maksimumu köklərdə və kökümsovlarda, bəngotunda, dəlicə buğdada, qaramuqda, novruzgülündə - toxumlarda, badamda – meyvələrində, üskükotunda, adi üzərlikdə, rododendronda – yarpaqlarında toplanır.

Zəhərli bitkilərin əksəriyyətində toksiklik yaşıl kütlədə, quru otda və silosda qalır, bəzilərində (qaymaqçiçəyi) zəhərlilik qurudulduqda, qatırquyruqlarında isə - siloslamada kəskin aşağı düşür.

Otlaq şəraitində saxlandıqda zəhərli bitkilərə münasibətdə heyvanlar özünü çox ehtiyatla aparır. Mədəniləşdirilmiş otlaqlarda heyvanlar nadir hallarda zəhərlənir. Tapdalanmış otlaqlarda zəhərlənmə ehtimalı artır, çünki yaxşı yem bitkiləri olmadıqda heyvanlar məcbur olub zəhərli bitkiləri yeyirlər.

Toksik maddələrin heyvanlara təsiri onların növündən, yaşından, ümumi vəziyyətindən və vərdişlərindən asılıdır. Məsələn, xaçgülünü, kəkrəni yedikdə əsasən atlar zəhərlənir, başqa heyvanlar üçün bu bitkilər təhlükəli deyil. Təyin olunmuşdur ki, ən çox cavan, həmçinin ac, qüvvədən düşmüş yaxud xəstə heyvanlar zəhərlənir. Zəhərlənmə təhlükəsi yazda, əsasən də qış vaxtı tövlə şəraitində keyfiyyətsiz yemləmədən sonra, artır.

Zəhərli maddələr heyvanın müəyyən orqanına yaxud orqanlar sisteminə təsir edir. Bu təsirin xarakterindən asılı olaraq İ.A.Qusınin (1962) bütün zəhərli bitkiləri aşağıdakı qruplara ayırmışdır:

1) mərkəzi sinir sisteminin zədələnməsinə səbəb olanlar;

2) mərkəzi sinir sisteminin zədələnməsinə səbəb olanlar və eyni zamanda mədə-bağırsaq yoluna və ürəyə təsir edənlər;

3) mərkəzi sinir sisteminin zədələnməsinə səbəb olanlar və eyni zamanda mədə-bağırsaq yoluna, böyrəklərə və ürəyə təsir edənlər;

4) əsasən həzm orqanlarına təsir edənlər;

5) tənəffüs və həzm orqanlarının zədələnməsinə səbəb olanlar;

6) əsasən ürəyə təsir edənlər;

7) əsasən qara ciyərə təsir edənlər;

8) toxuma tənəffüsünə təsir edənlər;

9)qansızmalar əmələ gətirənlər;

10)heyvanların günəş işığına həssaslığını artıranlar;

11) duz zəhərlənmələrinə və mədə-bağırsaq pozuntularına səbəb olanlar.

Mərkəzi sinir sisteminin zədələnməsi oyanma, həmçinin sıxıntı (funksiyaların zəifləməsi) və ifliclə müşayiət olunur. Oyanma, adi iynəyarpaq (efedra, cır moruq), ağ və qara bəngotu, adi dəli bəng, Qafqaz xanımotu (beladonna) ilə zəhərləndikdə baş verir. Sıxılma və iflic, dəmrovotu, çöl laləsi, dəlicə buğda və s. ilə zəhərləndikdə baş verir.

Mərkəzi sinir sisteminin zədələməsi və eyni zamanda mədə-bağırsaq yolunun və ürəyin zədələnmələri Lobel, qara və daur asırqalı, rus nəfəsotu, novruzgülü, adi kirkazon, dərman köpəkdili otu, adi üzərlik, tütün yedikdə baş verir.

Mərkəzi sinir sisteminin, ürəyin, həzm orqanlarının və böyrəklərin zədələnmələrinə ağaclıq, meşə və çəmən anemonu, tavrik yovşanı, adi dağ tərxunu, açılmış güləbətin, bataqlıq sunərgizi, zəhərli, acı və yandıran qaymaqçiçəyi, Qafqaz alışanı, rododendron, adi gənəgərçək kimi bitkilər səbəb olur.

Dördüncü qrupa, tərkibində mədə-bağırsaq yolunun selikli qişasını qıcıqlandıran müxtəlif acı maddələr olan bitkilər aiddir. Belə təsiri adi və Jerar südləyəni, iberiya günçiçəyi, avran, adi yabanı kətan, birillik və çoxillik qar çiçəyi, adi qaramux otu və s. kimi bitkilər göstərir.

Tənəffüs və həzm yolu orqanlarının zədələnməsi, tərkibində qlükozidlər və parçalananda xardal yağı əmələ gətirən bitkiləri yedikdə baş verir. Bu qrupa əsasən kələm fəsiləsindən olan bitkilər aiddir: çöl xardalı, adi vəzərək, bozalaq, qıfyarpaqlı acıtərə və s.

Eyni təsiri paxlalılar fəsiləsindən olan dərman çəpişotu (yemlik) də göstərir.

Ürəyin zədələnməsini qırmızı və iriçiçəkli üskükotu, qarğagözü kimi bitkilər göstərir. Qaraciyərin zədələnməsi mal-qaranın adi və meşə xaçgülünü yeyən zaman baş verir.

Toxuma tənəffüsünün pozulması, heyvanların, orqanlarında sianid turşusu əmələ gələn bitkiləri yeyən zaman baş verir. Belə bitkilərə Conson otu, ensizyarpaq çölnoxudu, su şirintumu, alçaq badam və s. aiddir.

Heyvanları böyük miqdarda xəşəmbüllə yemlədikdə qansızmalar ilə müşayiət olunan zəhərlənmələr baş verir.

Gün işığına hiperhəssalığı, əsasən də ağ rəngli heyvanlarda, adi dazıotu (qoyunqıran), lövbərcik, tatar qarabaşağı kimi bitkilər yaradır.

Duz ilə zəhərlənmələr və mədə-bağırsaq pozuntuları böyük miqdarda sirkənin müxtəlif növləri (ziyilli, tatar, nizəvari və s.), bassiya, şoranotu, sarsazan kimi bitkilər yedikdə baş verir.




Mühazirə № 21 : SUVARMA VƏ DƏMİYƏ ŞƏRAİTİNDƏ MƏDƏNİ

OTLAQLARIN YARADILMASI


Mövzunun planı:

  1. Mədəni otlaq yaratmağın texnologiyası

  2. Suvarma şəraitində mədəni otlağın yaradılması

  3. Dəmyə şəraitində mədəni otlağın yaradılması

  4. Təbii-iqtisadi zonalar üzrə ot qarışığının növləri səpin normaları


SUVARMA VƏ DƏMİYƏ ŞƏRAİTİNDƏ MƏDƏNİ

OTLAQLARIN YARADILMASI

Mədəni otlaqlar yaradarkən əvvəlcə torpaq şəraiti öyrənir və sahədə kol bitkiləri varsa onlar çıxarılır, daha sonra torpaq şumlanır. Torpağın becərilmə sistemi sələflərdən və torpaq-iqlim şəraitdən asılıdır. Şum qatı dərin olan aran zonasında yayılmış torpaqlar 23-25 sm, şum qatı dayaz olan torpaqlar isə (dağətəyi sahələr) 20-22 sm dərinliyində şumlanır. Ağır mexaniki tərkibli suvarılan torpaqlar şumlandıqdan sonra payızda (qışqabağı) arata qoyulur. Erkən yazda şum kultivatorla 8-10 sm dərinliyində becərilib yumşaldılır. Səpinqabağı becərmə zamanı kultivatorla torpağın üst 5-6 sm-lik qatı yumşaldılır və arxasınca malalanır. Burada məqsəd toxumun cücərməsi üçün əlverişli şərait yaratmaqdır. Əsasən şum altında hər hektara 5-10 ton peyin və 2-4 sentner superfosfat verilir. Səpinqabağı becərmədə hər hektara 1-2 sentner ammonium şorası vermək məhsləhətdir

Mədəni otlaqlar yaradarkən çoxillik yem otlarının qarışıqları düzgün seçilməlidir. Aran suvarma şəraitində yoncanın Azərbaycan – 5, Azərbaycan – 262 sortları, taxıl otlarından isə çəmən yulafı, çobantoppuzu, ayrıqotu, otlaq rayqrası, tonqalotu yüksək məhsul verirlər. Dağətəyi sahələrdə ot qarışığının müəyyən edərkən xaşa bitkisini də istifadə etmək məsləhətdir. Suvarılan şəraitdə otlaq salarkən həm hündürboylu (çobantoppuzu, çəmən yulafı, tonqalotu kimi hündürboylu və həm də rayqras, ayrıqotu kimi alçaqboylu taxıl otlarının, həm də paxlalı otlardan (yonca və xaşa) qarışıq müəyyən edib toxumları vaxtında səpmək lazımdır. Yüksək və keyfiyyətli yem istehsalına nail olmaq üçün çəmən otlarını 2,3 4 və ya 5 növünün toxumu istənilən nisbətdə qarışdırılıb səpilməlidir. Qarışığın 3-4 növ otdan ibarət olması da əlverişlidir. Qarışığın düzgün təyin etdikdə onlar daha uzun müddətə ot örtüyündə qalırlar, buna əməl edildikdə otlağa gübrə vermək, qulluq işlərini həyata keçirmək, otlaqdan istifadə etmə işlərini nizamlamaq daha asan olar. Ot qarışığının ən səmərəli səpin müddəti sentyabr-oktyabr aylarıdır. Yaz səpini fevralın 2-ci yarısından martın yarısına qədər olan müddətə yerinə yetirilməlidir. Payız aratına qoyulmuş ağır mexaniki gilli torpaqlar erkən malalanmalıdır ki, torpaq səthindən nəmliyin buxarlanması azalsın və torpağa səpilən ot toxumları vaxtında cücərsin. Ot toxumları səpindən əvvəl laboratoriyada yoxlanılmalı və onların təsərrüfat yararlığı müəyyən edilməlidir. Qarışığı təşkil edən ot toxumları müxtəlif markalı səpən maşınlarla (SN-16, SUT-47 və s.) səpirlər.

Təbii iqtisadi zonalar üzrə ot qarışıqlarının növləri və səpin normaları (kq/ha Muğan-Salyan, Şirvan, Mil-Qarabağ, Abşeron, Naxçıvan).


I qarışıq I qarışıq

Yonca – 10 Yonca – 10

Çobantoppuzu – 8 Çobantoppuzu – 6

Tonqalotu – 10 Çəmənyulafı – 8

Otlaq rayqrası – 10 Tonqalotu – 8

Hər hektardan cəmi – 38 kq Hər hektardan cəmi – 38 kq


III qarışıq
Yonca – 10

Çobantoppuzu – 8

Çəmənyulafı – 10

Tonqalotu – 10

Hər hektardan cəmi – 38 kq

Lənkəran, Şəki-Zaqatala, Gəncə-Qazax, Quba-Xaçmaz



I qarışıq I qarışıq

Yonca – 8 Yonca – 10

Çobantoppuzu – 40 Çobantoppuzu – 6

Çəmənyulafı – 10 Tonqalotu – 8

Çəmən qırtıcı – 10 Otlaq rayqrası – 10

Hər hektardan cəmi – 68 kq Hər hektardan cəmi – 34 kq

III qarışıq

Yonca – 8

Üçyarpaq yonca – 6

Çəmənyulafı – 10

Otlaq rayqrası – 12

Hər hektardan cəmi – 36 kq
Mədəni otlaq salmaq üçün təbii otların torpaq-iqlim şəraiti nəzərə alınmalıdır. Yerli şəraitə uyğun olan yerli ot sortlarından istifadə edilməsinə xüsusi əhəmiyyət verilməlidir. Ot qarışığını seçərkən onun hansı məqsədlə (biçənək, yoxsa otlaq kimi) istifadə ediləcəyi də nəzərə alınmalıdır. Ot qarşıqlarının çoxömürlü olması, məhsuldarlığı, yarpaq və zolaq əmələgətirmə qabiliyyəti, oturmaya davamlılığı öyrənilməlidir. Otlaq salarkən həm hündür, həm də alçaqboylu otların toxumları qarışdırılıb səpilir. Belə də hər iki növün qarışığı (məsələn, tonqalotu, çobantoppuzu, və otlaq rayqrası) birgə səpilib becərildikdə raqras alçaqboylu olduğundan aşağı mərhələdə tonqalotu və çobantoppuzu isə yüksəkboylu olub üçmərtəbədə yerləşən məhsul əmələ gətirirlər. Kökümsov-gövdəli taxıl otlarını digər otlarla qarışıq əkdikdə otlağın ömrü 10 ilədək artıq. Təmiz səpinlərə nisbətən qarışıq otlardan yaradılan mədəni biçənək və otlaqlar məhsuldarlığı 15%-dən 50%-ə qədər artıq olur. Orta dağ qurşağında tonqalotu, ayrıqotu, çəmən qırtıcı optimal ot qarışığı hesab edilir.

Subalp qurşağında Zaqafqaziya xaşası, çəhrayı üçyarpaq yonca, pişik quyruğu, tonqalotu, çobantoppuzu, çəmənyulafı qarışıqları səpmək olar. Orta dağ və subalp qurşağında taxıl otları ot toxumları 3:1, xaşa qarışığı olduqda 3:2 nisbətində götürülür, hər hektara 65-75 kq, xaşasız olduqda 32-38 kq toxum səpilir.

Suvarma şəraiti olan dağətəyi qurşaqda Naxçıvan xaşası, Azərbaycan-5 yonca sortu, hündür otlaqrayqrası, çobantoppuzu, tonqalotu və çəmənyulafı qarışığı hər hektardan 9,4 tondan 13,4 tona qədər quru ot verir.

Ot qarışığı 3 və ya 4 olduqda hər hektardan 7-7,5 ton quru ot alınır. Dağətəyi dəmyə şəraitində soğanaqlı bülbülotu, soğanaqlı arpaotu, enliyarpaq qiyaqotu, Naxçıvan xaşası, Azərbaycan-5 yonca sortu (5 növ qarışıq) hər hektardan 3-3,5 ton quru ot məhsulu verir. Dağətəyi suvarılan və dəmyə qurşaqda yem otları üzrə hər hektara səpilən toxum aşağıdakı qədərdir.



Suvarmada Dəmyədə
Naxçıvan xaşası 80 – 10 150-200

Azərbaycan-5yonca sortu 10 – 12 15-18

Tonqalotu 26 – 28 -

Çobantoppuzu 18 – 20 -

Çəmənyulafı 25 – 30 -

Soğanaqlı bülbülotu 22 – 24 28-30

Soğanaqlı arpaotu 18 – 20 30-38
Orta dağ qurşağı Subalp qurşağı

Çobantoppuzu 18 – 20 20-22

Pişikquyruğu 12 – 14 11-12

Tonqalotu 26 - 28 30-35

Çəmənyulafı 30-32 34-36

Otlaq rayqırası 25 – 30 30-35

Zaqafqaziya xaşası 120 - 150 160- 200

Yonca 12-14 13-15

Üçyarpaq yonca 11-12 13-14

Orta dağ qurşağında mayın 1-5-də, subalp qurşağında mayın 25-30-da səpilməlidir.

Ayrı-ayrı qurşaqlar üçün qarışıq otların səpin norması

Dağətəyi dəmyədə Dağətəyi suvarma

Naxçıvan xaşası – 24 Naxçıvan xaşası – 18

Azərbaycan -5 yoncası – 6 Azərbaycan – 5 yoncası – 8

Soğanaqlı arpa otu – 10 Çobantoppuzu – 6

Soğanaqlı bülbülotu – 10 Tonqal otu – 10

Daraqvari qiyab otu – 10 Çəmən yulafı – 8



Cəmi – 60kq Cəmi – 52kq

(xaşasız 32kq) (xaşasız – 36kq)
Orta dağ qurşaqları üçün Subalp qurşaqları üçün

Tonqalotu – 10 Pişikquyruğu – 6

Çobantoppuzu – 8 Çobantoppuzu – 8

Çəmən yulafı – 10 Tonqalotu – 10

Otlaq rayqqrası – 12 Azərbaycan – 262 yoncası – 6

Azərbaycan – 5 yoncası – 8 Otlaq rayqrası – 8

Zaqafqaziya xaşası – 25
Cəmi – 73 Cəmi – 38
Orta dağ və subalp qurşaqlarının rütubəti sahələri üçün ot qarışığı və səpin norması
Pişikquyruğu – 6

Çobantoppuzu – 4

Otlaq rayqrası – 6

Çəmənqırtıcı – 5

Çəhrayı üçyarpaq yonca – 6

Ağ üçyarpaq yonca – 5

Cəmi 32kq
Toxum materialı çatmadıqda ot qarışığını azaldıb 2 – 3 qarışıqla kifayətlənmək olar. Yerli şəraitdə toxum tədarüku vacibdir və əlverişlidir 10-20 hektar sahədən alınan toxum 100-200 hektar sahədə mədəni otlaq yaradılmasını təmin edir.

Mühazirə № 22 OTUN QURUDULMASI

PLAN


  1. Otun tam qurudulması

  2. Aktiv havaya vermək üsulu ilə otun tam qurudulması

  3. Otun süni qurudulması


İstifadə olunan ədəbiyyat
1. Behbudov H.Ə. “Azərbaycan yemçilik təsərrüfatı”. Bakı, Azərnəşr,1991

2. Behbudov H.Ə. “Yemçilik”. Bakı, Azərnəşr,1971

3. Hacıyev V. “Mədəni otlaqlar və biçənəklər” Bakı, Azərnəşr,1980

4. Masterova V.R., Ananina N.N. “Yem istehsalının əsasları” Bakı, Maarif nəşriyyatı, 1978.

5. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

6. Ten A.T. «Кормопроизводство», Mockва, Koloc, 1982.

7. Андеев Н.Т. «Луговое и полевое кормопроизводство» Mockва, Koloc, 1984.

8. Тюльдков «Практикум по луговому кормопроизводству» Mockва, Агропромиздат, 1986.

9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

10. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

11. Xəlilova H.M. “Biçənək üzrə laboratoriya məşğələləri” Bakı, “Maarif”, 1973

OTUN QURUDULMASI
Yaşıl otun rütubətliyi 50-80% təşkil edir, normalda qurudulmuş otun rütubətliyi 17-18%-dən yuxarı olmamalıdır. Bu cür yemin alınması üçün otdan çoxlu miqdarda su kənar edilməlidir. Bu təbii və ya süni qurutma ilə, ya da aktiv havaya vermık üsulu ilə həyata keçirilir.

Tarla şəraitində təbii qurudulma ən ucuz üsuldur. Bu üsul özünü bozqır yarımsəhra zonalarında doğruldur ki, hansı ki, oralarda ot yığımı zamanı hava adətən çox isti olur və daimi küləklər əsir., onlar da öz növbəsində biçilmiş otun tez qurudulmasına səbəb olur. Lakin, buralarda otun həddindən artıq qurudulması təhlükəsi ortaya çıxır, bununla yanaşı yarpaq və hamaşçiçəklilərin tez quruması nəticəsində tökülüb, nəticədə məhsulun 50% itirilməsi ola bilər.Yarpaq və hamaşçiçəklərlə yanaşı ¾ bəsləyici maddələr itirilir, çünki onlarda 1,5 – 2 dəfə bu maddələr çoxluq təşkil edir, nəinki gövdələrdə.

Havanın əlverişsiz olduğundan meşə və meşə - bozqır zonalarında uzunmüddətli otun qurudulması məhsulun özünün, həm də onun keyfiyyətinin itirilməsinə gətirib çıxarır. Qurudulma zamanı keyfiyyət itkiləriyuyulmaya görə 5-15% , tənəffüzə görə 10-15%, qıcqırtma prosesinə görə 5-10% təşkil edir ki, bu da nəticədə 32-60% olur. Yağışı havada otun qurudulması zamanı yuyulmaya görə də keyfiyyətin itkisi ola bilər, ona görə ki, ölmüş hüceyrələrdən yaöış suyu ilə həll olunana maddələr yuyulub çıxarılır, daha az qiymətli, yemin həzm olunan qabiliyyətini pisləşdirən maddələr isə qalır.

Biçilmədən sonra kəsilmiş otda fotosintez prosesi dayanır,lakin tənəffüs prosesi daha da artır. Tənəffüz prosesi nəticəsində qızğın surətdə karbohidratlar sərf olunur, bunlardan tez həzm olunan fraksiyaları: saxaroza və qlükoza, sonra isə nişasta. Uzun müddətli qurudulnada isə karotin və vitamin B1 itkisi də meydana çıxır. Bununla yanaşı havada otun qurudulması zamanı vitamin D-nin miqdarı yüksəlir, çünki o, ancaq günəş şüalarının təsirindən yaşıl bitkilərdə olan erqosterindən əmələ gəlir.

Tənəffüs prosesi rütubət azalanda 35-40%-dək azalır. Buna görə də bu prosesin daha tez dayandırılması qurutmanın ən vacib məsələlərdən biridir.

Amma tənəffüs prossesi dayananda üzvi maddələrin parçalanması heç də dayanmır və ferment vasitəsi ilə davam edir. Uzunmüddətli qurutmada aminturşular amidlərə qədər parçalanır, bəzi hallarda ammonyaka qədər. Belə hallar ot yemindəki proteinin miqdarının 35%-dək azalmasına, bu da öz növbəsində yemin həzm olunma qabiliyyətinin və bioloji əhəmiyyətinin azalması deməkdir. Quru otda rütubətin 17%-dək azalması nəticəsində ferment oksidləşmə prosesləri dayanır.

Tarla şəraitində otun qurudulmasında bir neçə sürətləndirici üsul tətbiq olunur. Onlardan biri yastılaşdırmadır ki, yarpaq və gövdələrin qeyri bərabərqurumasını aradan qaldırır. Bu üsul ən çox qurutma üçün əlverişli havada paxlalı v’ d’nli-paxlalı otlarda effektivdir.yağışlı havada isə yastılaşdırma nənfi nəticə verə bilər, yastılaşdırılmış otdan qida maddələri daha asan yuyulur.

Otun bərabər və sürətli qurudulmasının təmin olunması üçün həm də qarəşdırılmadan da tətbiq olunur. Qarışdırılma rütubəti 50%-dən az olmayan paxlalı otluqlarda, 40%-dən az olmayan dənli otluqlarda daha effektivdir, əks hallarda isə bitkilərin ən qiymətli hissələrinin itkisi mütləqdir.



Aktiv havaya vermək üçün otun tam qurudulması .

Məhsul itkisinin azalmasının və keyfiyyətinin aşağı düşməsinin qarşısını almaq üçün otun tam qurudulması aktiv isti və ya soyuq havaya vermək üsulu ilə həyata keçirir.

Aktiv havaya vermə üsulu məcburi havaya vermə tətbiqi ilə intensiv havadəyişməyə əsaslandırılmışdır. Ventilyator vasitəsi ilə verilən hava quru otun nəm havasını hopdurur və özü ilə aparır. Bu üsulla otun tam qurudulması anbarlarda, samanlıqlarda, xüsusi binalarda həyata keçirilir.

Tam quruma üçün ayrılmış preslənmiş quru otun rütubətliyi 30-35%-dən çox, səpələnən və xırdalanmış otun isə 35-45%-dən çox olmamalıdır.

Otun tam qurudulmasını xüsusi binalarda və tavaların altında havapaylaşdıran sistem ilə həyata keçirirlər. Tam qurumanı laylar üzrə aparırlar, 1-ci layın qalınlığı 2m-dən çox olmamalıdır. Otun rütubətliyi 25%-dək azalandan sonra üstünə 2-ci və sonra 3-cü layı yığırlar.

Eyni havapaylaşdıran sistem ilə preslənmiş otun tam qurudulmasında da tətbiq edirlər. Preslənmiş quru otun yığmasının hündürlüyü 5m-ni keçməməlidir. Tayların 1-ci layın qalınlığı 1,5m olmalı və onu o vaxta havaya verirlər ki, rütubətliyi 35%-dən 20-25%-dək düşənə qədər. Qurudulmuş layın üstünə növbəti layı yerləşdirib (1,5m) onu havaya verirlər və s. Tam qurumanı sürətləndirmək üçün qalaqqların üst və yan hissələrini brezent və ya polietilen plyonka ilə örtülür.

Əgər ventilyator uzun müddət ərzində keçirilmiş olsa və quru otun temperaturu artması, onda quru ot tam qurumuş hesab olunur.

Otun süni qurudulması. Yüksək keyfiyyətli yemin alınması üçün otun isti hava vasitəsilə süni qurudulmasını tətbiq edirlər. Bu üsul yüksək keyfiyyətli yemin alınmasına imkan verir və 1,5-1,7 dəfə onu artırır.

Otun süni qurudulmasında 2 tip quruducu qurğulardan istifadə olunur: aşağı temperaturlu (90-1500C) və yüksək temperaturlu (500-10000C).

Pnevmobaraban tipli quruducu qurğularında xırdalanmış yaşıl kütlənin quruması 500-10000C dərəcədə havanın vasitəsilə həyata keçirilir. Gövdələrin quruması 10-30 dəqiqədə, yarpaqların isə 25-30 saniyədə davam edir.

Respublikianın zonalarında yığım texnologiyasıpnın öz xüsusiyyətləri vardır, lakin əsas prinsiplər ümumidir.

Biçilmiş otda canlı bitkilərdə olduğu kimi, həyat fəaliyyəti bir müddət davam etdiyindən və buna müəyyən miqdar qida maddələri sərf olunduğundan, otu mümkün qədər qısa müddətdə qurutmaq lazımdır.

Qurumuş ota yağış və şeh düşməməli, eləcə də uzun müddət günəş altında qalmamalıdır.



Meşə zonasında və meşə-çöl zonasının şimal rayonlarında otun qurudulması xüsusiyyətləri. Günəşli havada biçilmiş otu 5-6 saat müddətində sərili laylarda qurudurlar. Yüksək məhsuldar çəmənlərdə otu çevirmək lazəmdır. Yarpqların solduğu, lakin oxalanmadığı andan otu tirələrə dırmıqlayırlar ki, burada o, qısa müddətə tam quruyur.

Otun tirələrdə gecə rütubətliənməsinin qarşısını almaq üçün onu dırmıqlayıb ensiz, lakin hündür qotmanlar halında yığmaq lazımdır.

Biçilmiş ot birnci gün kifayət qədər qurumadıqda onu sərili laylarda növbəti günə qədər saxlayırlar.

Qeyri sabit havada ot laylarda bir sutqadan artıq qalmamalıdır. Tirələrdə qurumuş otu dərhal qotmanlara yığmaq lazımdır. Bu halda iri (5-6 m dairədə) sıxlaşdırılmış və yaxşı tamamlanmış qotmanlar yığırlar ki, onlar yağışdan islanmasın. Açıq havada onları sərir və 3-4 saat müddətində tam qurudurlar.



Meş.-çöl, və çöl yarımsəhra zonalarının cənub rayonlarında otun qurudulması. Bu rayonlarda otun çox qurudulmasına yol verilməməlidir, çünki çox qurumuş ot rəngini dəyişir və onda karotin günəş şüalarının təsirindən parçalanır, ot öz ətrini itirir və kövrəkləşir. Odur ki, məhsul az olduqda (hər hektardan 20 sentnerə qədər) otu sərili laylarda saxlamadan seyrək tirələrə yığırlar. Ot bütünlükdə qotmanlarda tam quruyur.

Daha məhsuldar, sıx və şirəli otluğa malik biçənəkəlrdə otu 2-4 saatdan artıq olmamaq şərtilə sərili laylarda qurutmaq lazımdır. Bundan sonra otu tirələrə, daha sonra isə qotmanları ehtiyatla təkrar yığmaqla və onları tədricən böyütməklə tam qurutmaq olar. Taxıl otlarını tirələrdə tam qurutduqdan sonra girdə və uzun tayalar halında yığırlar.

Otu adi üsulla qurutduqda bitkinin ən qidalı hissələri – çiçək qrupları və yarpaqları itir. Həmin itkini aktiv ventilyasiya yolu ilə ot anbarlarında soyuq hava və ya quruducularda qızdırılmış hava ilə süni qurutma tətbiq etməkləazaltmaq olar.

Ölüşkəşmiş ot kütləsini yumşa qlaylarla havapaylayıcılarınüzərin əyığır və yığılmış kütlənin içərisindən ventilyatorla adi və ya azacıq isidilmiş hava buraxılır. Uzun ot tayalarını 4,5-5m enində və ən çoxu 5-6m hündürlüyündə düzəldirlər. 1t otun qurudulmasına sərf olunana elektrik enerji 0,5-1,5man. təşkkil edir.


Uzun ot tayasında otun aktiv ventilyasiya ilə qurudulması (şəkil)




Otu qotmanlara yığdıqda və onu uzun taya vurulacaq yerə daşıdıqda əməyə qənaət etmək, həmçinin qurutma prosesində (çevirmə, dırmıqlama) qida maddələrinin itkisini azaltmaq məqsədilə onu bilavasitə tirələrdən presləmək lazəmdır.Tayalara preslənmiş otu daşımaq asan olur, çünki o, saxlanma üçün az (2,-2,5 dəfə) yer tələb edir.

Otun presləndirilməsində əməyə, adi yığıma nisbətən 1,3-1,8 dəfə qənaət olunur, itki 2-3 dəfə azalır: otun qidalılığı yüksəlir.

Taxıl otları və yonca daha yaxşı preslənir. Artıq nəmlikli rayonlarda otu 25 – 30%, quraq rayonlarda isə 30 – 35%rütubətlilikdə presləmək olar.

Qüllə tipli xüsusi anbarlarda qurutma daha effektlidir. Qüllələrin tutumu 100 tona qədər olur. Otu, üzgəcin yerinə quraşdırılmış otboşaldanla boşaldırlar.



Otboşaldanın işçi orqanları otu vertikal kanala yönəldir ki, oradan da ot transportyora, sonra isə axurlara verilir. Xırdalanmış otu tam qurutma, xırdalanmamış otda olduğu kimi, lay-lay aparılır.
Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə