Mühazirə müəllimi: Dos., İFD, Ceyhun Nəsib oğlu İsmayılov MÖvz bank sistemiNİn təŞKİLİ VƏ FƏALİYYƏTİNİN Əsaslari



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə127/128
tarix31.08.2018
ölçüsü7,78 Mb.
#65846
növüMühazirə
1   ...   120   121   122   123   124   125   126   127   128


 
İşçilərə yalmz göstərilmiş məhdudiyyətlər çərçivəsində fəaliyyət göstərmək üçün səlahiyyətlər 
verillir; 

 
Öhdəliyin götürülməsi, təsdiqlənməsi və yerinə yetirilməsi üzrə bölgü müəyyən olunur; 
Hərtərəfli yoxlama və nəzarət sistemləri tətbiq edilir. 
 
KitabYurdu.az 
270
 


           MÖVZU 15.BANK AUDİTİNİN ƏSASLARI 
               PLAN: 
1.Banklarda daxili audit 
2.Daxili auditin növləri və prinsipləri 
3.Milli Bankın banların daxili və kənar auditorlarla münasibətləri 
     
  1.Banklarda daxili audit 
 
Daxili audit – bankın daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinin 
səmərəliliyini artırmaq məqsədi ilə yaradılmış və icra orqanlarmdan müstəqil olan gəlir gətirməyən 
xidmətidir. Daxili audit xidməti, risklərin idarə edilməsi, nəzarət və idarəçilik proseslərinin 
səmərəliliyinin qiymətləndirilməsi, habelə artırılması istiqamətində
 
bankın öz məqsədlərinə 
çatmasında köməklik göstərir.
 
Daxili audit bank aktivlərinin təhlükəsizliyini təmin edən müvafiq nəzarət mexanizmlərinin 
mövcudluğunu, bankm səhmdarlara, nəzarətedici orqanlara və ictimaiyyətə təqdim etdiyi dövri 
hesabatlarm dəqiqliyini, tamlığmı və dürüstlüyünü təsdiq edir. Daxili audit bankın daxili nəzarət 
sistemlərinin mütəmadi yoxlamlması prosesinin, habelə bankm etibarlı və prudensial idarə edilməsini 
və fəaliyyətini təmin edən daxili nəzarət sisteminin bir hissəsidir. Daxili audit bankm Müşahidə 
Şurasından və İdarə Heyətindən müstəqil olaraq fəaliyyət göstərir.
 
Əgər, bankın fəaliyyəti zamanı nəzarət mexanizmləri, əməliyyat proseduraları - qeyri-səmərəlilik, 
uyğunsuzluqlar, yaxud saxtakarlıq və ya qəsdən manipulyasiya nəticəsində dəyə biləcək zərər 
minimuma endirilə bilərsə, daxili audit proqramı mükəmməl hesab edilə bilər. Səmərəli audit bank 
fəaliyyətinə nəzarətitəmin edir, bank əməliyyatlarınm dəqiqliyinə və etibarlıhğına xidmət göstərir.
 
Daxili audit işinin məqsəd və vəzifələri əsasən daxili audit bölməsindən bankm aşağıdakı sahələrdə 
fəaliyyətinin yoxlanılmasmı, qiymətləndirilməsini və müvafıq hesabatlarm verilməsini tələb edir:
 

 
Qüvvədə olan Azərbaycan Respublikasmm qanunvericiliyinə və AMB-nin normativ 
xarakterli aktlarma və göstərişlərinə riayət olunması; 

 
Risklərin tənzimlənməsi və idarə edilməsi; 

 
Daxili nəzarət sisteminin mövcud olması; 

 
Yeni bank əməliyyatlarmm, sistemlərinin və proseslərinin hazırlanmasmda və tətbiqində 
keyfiyyət prosedurları; 

 
Bank aktivlərinin qorunması üzrə sistem və prosedurlar; 

 
Uçot məlumatlarmm adekvatlığmı və düzgünlüyünü təmin etmək üçün sistem və prosedurlar; 
Bəzən, daxili audit bölməsi bankm reqlamentində (daxili qaydalarda, prosedurlarda və 
əsasnamələrdə) dəyişikliklərin edilməsi üzrə tövsiyələr də verə bilər.
 
Daxili auditin məqsəd və vəzifələri, aşağıdakılardan ibarətdir:
 

 
Bankın ayrı-ayrı əməkdaşları və struktur bölmələrinin icra etdiyi əməliyyatlarm 
qanunvericiliyə, normativ aktlara və daxili sənədlərə uyğunluğunu müəyyən etmək 
məqsədilə, mütəmadi olaraq yoxlamalarm aparılmasmı təmin etmək; 

 
bankın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktlarm, təlimatların, daxili 
sənədlərin, peşə etikası standartlarmın tələblərinin pozulması faktlarım tədqiq etmək, 
uyğunsuzluqları, yaxud saxtakarlıq əlamətlərini aşkara çıxarmaq; 

 
aşkar edilmiş nöqsanların aradan qaldırılması və buna nəzarət məqsədilə tövsiyələr 
işləyib hazırlamaq; 

 
aparılmış yoxlamalarm nəticələri və aşkar edilmiş hər bir faktm müvafiq qaydada 
sənədləşdirilməsini təmin etmək; 

 
aparılmış yoxlamalarm nəticələri, aşkar edilmiş yeni risqlər, nöqsan və çatışmazlıqlar və 
onlarm aradan qaldırılması barədə vaxtmda bank rəhbərliyinə məlumat vermək; 

 
bankm əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktlarm, daxilı sənədlərin 
tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət etmək; 

 
mühasibat uçotu və hesabat sisteminin adekvatlığım təhlil et- 
mək;
 

 
inzibati nəzarət mexanizmləri və qaydalarm, habelə əməliyyatlarm səmərəliyinə qiymət 
vermək; 
KitabYurdu.az 
271
 



 
yeni siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, yaxud yeni fəaliyyət 
növlərinin planlaşdırılması prosesində və onlarm tətbiqinin müxtəlif mərhələlərində nəzarət 
mexanizmlərinin mövcudluğunu təmin etmək. 
Daxili audıt xidməti əməkdaşlarmm bankları yoxlama məqsədilə, uçot-hesabat, mühasibat, pul-
hesabat və digər sənədlərə icazəsi olur. Onlar bank əməkdaşlarmm hərəkətlərinin, icra etdiyi 
əməliyyatların qanunvericiliyin, normativ aktlarm və daxili sənədlərin tələblərinə uyğun olub-
olmamasım təyin etməklə məşğuldurlar. Bankm bütün struktur bölmələrinin fəaliyyətini yoxlamaq, 
ayrı-ayrı əməliyyatlann müvəqqəti dayandırılması barədə tövsiyələr vermək, zəruri hallarda daxili 
auditə aid olan bir sıra məsələlərin həllinə bankm digər struktur bölmələrinin əməkdaşlarım cəlb 
etmək daxili audit işçilərinin birbaşa vəzifələridir.
 
Eyni zamanda bank əməkdaşları da daxili audit xidməti işçiləri ilə qarşılıqlı münasibətdə müəyyən 
vəzifələri yerinə yetirməlidirlər. Dəqiq desək, bank işçiləri qanunvericiliyin pozulması, həmçinin 
banka zərər vurulması faktları barədə daxili audit xidmətinə məlumat verməli, iş prosesində 
əməliyyatlarm, normativ aktların, daxili sənədlərin və peşə etikası standartlarmm tələblərinə 
uyğunluğu şübhə doğurduqda, daxili audit xidməti əməkdaşları ilə məsləhətləşmələr aparmalıdırlar.
 
Qeyd etmək lazımdır ki, daxil audit xidmətinin yaradılması bütün banklar üçün zəruridir. ştat üzrə 
daxili audit xidmətinin say tərkibi bank aktivlərinin, bankm fılial şəbəkəsinin miqyasmdan, bankın 
daxili nəzarət üzrə siyasətinin müəyyən etdiyi vəzifələrin həcmi və xarakterindən asılı olaraq, 
Maliyyə-təftiş komissiyası və İdarə Heyətinin təklifləri ilə Müşahidə şurası tərəfindən müəyyən 
olunur. Daxili audit xidmətinin rəhbəri, üzvləri və ya daxili auditor, vəzifəyə bankm Müşahidə 
şurasınm və Maliyyə-təftiş komissiyasmm təqdimatı ilə İdarə Heyəti tərəfindən təsdiq olunur. Ölkə 
ərazisində fəaliyyət göstərən xarici
 
bankların filiallarında, onların baş bankı tərəfındən müntəzəm 
surətdə audit keçirilərsə, həmin filiallarda ştat üzrə auditor olmaya bilər, lakin həmin filiallarda bu 
qaydaların tələblərinə cavab verən daxili nəzarət sisteminin yaradılması zəruridir.
 
Hər bir bankm müvafiq daxili audit proqramı işlənib hazırlanır. Onu da nəzərə alaq ki, auditor 
müstəqil olmalıdır. Öz vəzifələrini icra etmək üçün lazımi səlahiyyətlərə malik olmahdır. Bu zaman 
auditorun səriştəli olması vacib şərtdir. Belə ki, o, ali iqtisadi təhsilə, müvafiq peşə təcrübəsinə malik 
olmalı, bank əməliyyatlarma və audit keçirilməsinin beynəlxalq qaydalarına bələd olmalıdır. 
Xüsusən, beynəlxalq miqyasda qəbul olunmuş uçot standartlarmdan xəbərdar olmalıdır.
 
Audit proqramı bankın Maliyyə-təftiş komissiyası və Müşahidə şurası tərəfindən təsdiq edilməli və 
müntəzəm surətdə nəzərdən keçirilməlidir. O, yazılı formada olmalı və auditin məqsədlərini əks 
etdirməli və kifayət qədər geniş miqyasda olmalıdır. Yoxlamlan hər bir sahə üzrə ətraflı iş 
proqramlarma malik olan proqramda zəruri audit işinin aydm və dəqiq təsviri olmalı, habelə işin 
miqyasmdan asılı olaraq bankm ayrı-ayrı departamentlərində konkret əməliyyatlarm yoxlanılması 
proseduraları göstərilməlidir. Proqramda nəzərdə tutulan proseduralar, digər amillərlə yanaşı bank 
əməliyyatlarınm həcmindən və mürəkkəbliyindən asılı olaraq dəyişdirilə bilər.
 
Daxili audit proqramı əsasən aşağıdakı məsələlərin həllinə yönəldilməlidir:
 

 
Müşahidə şurası və rəhbərlik tərəfmdən müəyyən olunmuş siyasətə və qaydalara əməl 
edilməsi, o cümlədən əməliyyatların aparıl- masma müvafıq icazələr ahnmasınm təsdiqi; 

 
Qüvvədə olan qanunvericiliyə və normativ aktlara əməl edil- 
məsi;
 

 
Bank sənədlərinin müfəssəlliyi, o cümlədən bütün əməliy- yatların müvafiq hesablarda 
uçotunun düzgün və vaxtmda aparılması; 

 
Bank aktivlərinin təhlükəsizliyi, maliyyə hesabatlarmda onlarm düzgün uçotu; 

 
Gəlir və xərclərin dəqiq uçotunu, qanuniliyini və bankm siyasətinə uyğunluğunu müəyyən 
etmək üçün onlarm ətraflı təhlili. Bura hesablamalarm və sənədlərin dəqiqliyini təmin etmək 
məqsədilə depozit- lər və kreditlər üzrə faizlər, vaxtmda aparılmamış ödənişlər üçün cərimələr
xidmət haqqı və s. kimi kompüter hesablamalarınm və sənəd- lərin seçmə yolu ilə yoxlanılması da 
daxildir; 

 
Müvafıq sənədləşmələrin aparılması və girova nəzarət, habelə akkreditivlər və təminatlar 
kimi balansarxası maddələrin uçotunun apa- rılması; 

 
Balansdan silinmiş kreditlərdən dəyən zərər barədə sənədlərin 
 
təhlili;
 
KitabYurdu.az 
272
 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə