Mühazirə müəllimi: Dos., İFD, Ceyhun Nəsib oğlu İsmayılov MÖvz bank sistemiNİn təŞKİLİ VƏ FƏALİYYƏTİNİN Əsaslari



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə124/128
tarix31.08.2018
ölçüsü7,78 Mb.
#65846
növüMühazirə
1   ...   120   121   122   123   124   125   126   127   128

ibarət strateji plan işlənib hazırlanması gələcəkdə daha çox inkişaf etmiş bazar iqtisadiyyatı 
şəraitində yaranacaq yeni banklara da aiddir. Strateji plan öz növbəsində strateji və operativ 
idarəetmələr, eləcə də bank fəaliy- yətinin ayrı-ayrı istiqamətləri üzrə operativ plan vasitəsilə həyata 
keçi- rilir. Sənədlərin bu cür yığımı bank əməkdaşlarımn fəaliyyət dairəsinin metodiki əsaslarmı 
təşkil edir və bu da konkret əməliyyatlarm icrası öçün zəruri olan nəzarət ilə limitlərin ümumi 
sisteminin təməlini qoyur. 
Bu cür sistem əməkdaşları rəhbərlik tərəfmdən planlaşdırılan riskin arzulanan səviyyəsinə 
istiqamətləndirilməsi zamanı səmərəli olur. Misal üçün, limitlər kəskin və konservativ olarsa, bu 
zaman bank menecerləri riskin cüzi olduğu bank əməliyyatlarmı həyata keçirməyə can atırlar. 
Limitlərin əksinə olaraq qeyri -müəyyən, məhdudiyyətlərin isə jhəmiyyətsiz olması, bank 
əməkdaşlarma riski çox olan əməliyyatlara diqqət yetirməyə şərait yaradır. 
Nadir hallarda ümumiləşdirilmiş və aqregirləşmiş limitlərdən S>arət bankdaxili sənədlərə rast 
gəlinir. Onlar ayrı-ayrı bank əməliy- yatları üzrə risk səviyyəsinin bank kapitalı və ya gəlirinin 
miqdarı kimi ğöstəricilər vasitəsilə qarşılıqlı əlaqədə əsaslanır. (bu cür yanaşmaya *arakterik misal 
borc alan şəxslərin kredit reytinqi bazası, bank 
 
kapitalımn normativi və gəliri üzrə planlı istiqamət əsasmda faiz dərəcəsinin müəyyənləşdirilməsi 
metodikasıdır). Bu cür metodikalar təkmilləşdirilir və onlarm praktiki tətbiqinə ölçülərinə görə 
müxtəlif olan kredit təşkilatlarımn iş fəaliyyətində rast gəlinir. Lakin bu metodikalar iri banklarm 
işində daha geniş tətbiq edilir. 
Müşahidə Şurasmm və İdarə Heyətinin kapital bölgüsü ilə bağh qərarlarmı əks etdirmək məqsədilə 
Riskə məruz Kapital əməliyyat bölməsi səviyyəsində təyin olunmalıdır. Riskz məruz kapital, hər bir 
biz- nes bölməsinin məruz qaldığı əsas riskləri əks etdirmək məqsədi ilə, həm bazar, həm də kredit 
riski elementlərini daxil etməlidir. Digər ele- mentlər, məsələn əməliyyat riskinin miqdarmı təyin 
etmək üçün meto- dologiyalar mövcud olduqda istifadə olunmalıdır. 
Bazar riski limitləri, biznes bölmələri və treyderlər üzrə müəyyən edilməli və nəzarət edilməlidir. 
Limitlərin ehtimallarla ölçülməsi, (məsələn Riskə məruz Dəyər) müxtəlif bazar və yaxud bank 
xidmətləri üzrə mövqeləri ümumi ölçü vasitəsilə müqayisə etmək imkanı yaratdığı üçün əhəmiyyətli 
üstünlüklərə malikdir. Riskə məruz Dəyər limitləri isti- fadə olunmadıqda, biznes bölməsi və 
treyderlər səviyyəsində həssaslıq limitləri müəyyən edilə bilər. 
Kredit riski limitləri hər bir qarşı tərəf və yaxud müştəri üçün müəyyən edilməlidir. Biznes 
bölmələri, yeni kredit öhdəlikləri qəbul etməzdən əvvəl Risklərin İdarə Edilməsi Departamenti ilə 
kredit limitlərinin mövcudluğunu yoxlanmalıdır. Bundan əlavə, limitlər hər bir qarşı tərəf üçün 
aşağıdakıları nəzərə almaqla “ölçülə bilən” kredit riskləri üçün müəyyən edilə bilər: 

 
Bazarla əlaqədar əməliyyatlar üzrə potensial təhlükələr 

 
Təsbit edilmiş və ya birbaşa kredit təhlükələri üçün 

 
Tam dəyər əsasmda kreditin ödənilməsi riski. 
Cəmləşmə riski. Risklərin idarə edilməsi Komitəsi tərəfındən kreditlərin cəmləşməsi limitləri də 
müəyyən olunur. Bu limitlərə aşağıdakılarla bağlı risklərin cəmlənməsi nəzərdə tutulur: 

 
Qarşı tərəf qrupları (məsələn, qarşılıqlı əlaqəli müəssisələr) 

 
Ayrı-ayrı ölkələr və ya ölkə qrupları 

 
Sənaye sektorları 

 
Kredit reytinqi 
Limitlərin təhlili. Risk limitləri mütəmadi olaraq və tələb olun- duqda təhlil edilməlidir. Bu proses
illik (və ya daha müntəzəm) büdcə və planlaşdırma prosesinə bağlı olmalıdır və keçmiş və gələcək 
risklə ölçülən fəaliyyəti, eləcə də strateji qərarları nəzərə almalıdır. Ayrı-ayrı əməliyyat limitləri 
daha müntəzəm şəkildə Risklərin İdarə Edilməsi Komitəsi tərəfindən deyil, biznes bölmələrinin 
başçıları tərəfmdən təhlil edilə bilər. 
KitabYurdu.az 
264
 


Yeni xidmətbr üçün rəsmi proses müəyyən edilməlidir. Bu prosesə yeni xidmətin məntiqi 
əsaslandırması, mövcud sənədlərə edilməli dəyi- şikliklər, qiymətləndirmə prosesi, potensial qarşı 
tərəflərin siyahısı, mü- vafiq nəzarət prosedurları, sistemlərin və risk təhlili vasitələrinin möv- cud 
olması barədə tam məlumat daxildir. 
 
               4. MON İTORİNQ VƏ QİY MƏTL ƏNDİRMƏ 
Risklərin İdarə Edilməsi Departamenti, bütün risk ölçülərinə ayrı- ayrılıqda və ya ümumilikdə 
nəzarət etməli və müntəzəm olaraq müvafıq qarşı tərəf limitləri ilə müqayisə etməlidir. 
Əlavə olaraq, Risklərin İdarə Edilməsi Departamenti bankm kredit riski təhlükəsi olan sənaye 
sahələri üzrə daima tədqiqat aparmalı, eləcə də gələcəkdə kredit problemlərinin yaranmasma gətirib 
çıxara bi- lən problemlərin ilkin əlamətlərini aşkar etmək məqsədi ilə, borc alan müəssisələrin 
fəaliyət vəziyyətini tədqiq etməlidir. Bu səbəbdən, həmin sənaye sahələri və ya borcalanlar üzrə 
mövcud və gələcək kredit riski təhlükəsinin yenidənqiymətləndirməsi tələb olunur. 
Risklərin monitorinqi. Bazar, kredit və likvidlik riskləri biznes bölmələri, bank xidmətləri, 
əməliyyatçı və əməliyyat səviyyəsi növləri üzrə toplanmasmdan əlavə olaraq, Risklərin İdarə 
Edilməsi Depar- tamenti tərəfındən bütün bank üzrə toplanmalıdır. Toplanmış risklər gündəlik 
ümumi bank təlimatları və limitləri əsasmda nəzərdən keçiril- məlidir. Risklərin İdarə Edilməsi 
Departamenti, Risklərin İdarə Edil- məsi Komitəsinə və İdarə Heyətinə bank və biznes bölmələri 
səviy- yəsində risklərin cəmləşməsi haqqmda ümumi şərh təqdim etməlidir. 
Bank üzrə limitlərə aşağıdakılar daxil ola bilər: 

 
Biznes bölmələri və bank xidmətləri üzrə Riskə məruz Dəyər limitləri (bazar riski) 

 
İri kredit təhlükələri 

 
Yüksək səviyyəli kredit cəmləşməsi üzrə limitlər 
Risklərin İdarə Edilməsi Departamenti müəyyən olunmuş risk limitlərinin ölcülməsi vasitəsilə 
düzəliş tədbirlərini razılaşdırmaq üçün İdarə Heyətinin məsul üzvünə müraciət etməlidir. 
Qiymətləndirmə. Bank Risklərin İdarəedilməsi Departamenti vasitəsilə yuxarıda qeyd olunan risk 
növləri ilə üzləşmə təhlükəsinə nəzarət etməlidir. Bunu seçilmiş modelə uyğun olaraq bir neçə 
üsulla həyata keçirmək olar. Bundan başqa bank faiz dərəcəsi, xarici valyuta məzənnəsi və kapital 
(bazar qiymətli kağızlarm) qiymətlərindəki enib- qalxmalarm nəticəsində yaranan risklərə birgə 
nəzarət edən daha təkmilləşmiş yanaşma tətbiq etməlidir və onlarm hərəkətindəki qarşılıqlı əlaqəni 
nəzərə almalıdır. 
 
Bütün mövqelər Müşahidə Şurası tərəfındən təsdiq edilən prosedur və qaydalardan istifadə etməklə 
ən azı gündəlik sərbəst olaraq və cari bazar şəraitinə uyğun yenidən qiymətləndirilməlidir. Cari 
bazar şəraitində yenidənqiymətləndirmə, mümkün olduqda, bazar yönəmli müstəqil treyderlərin 
qüvvələrdən istifadə edərək hesablanmalıdır. 
Bu yenidənqiymətləndirmə həm bazar, həm də kredit riskini hesablamaq üçün əsas şərtləri müəyyən 
edir. 
Müəyyən qiymətləndirmə alqoritmləri bank portfelnin tərkibindən və bazar haqqmda məlumatlarm 
mövcudluğundan asılıdır. Ayrı-ayrı mövqelərin və ümumi portfelin cari bazar şəraitində 
yenidənqiymətləndirilməsi bütün risk ölçüləri üçün əsasdır. 
Kredit riskinin qiyməthndirilməsi. Kredit risklərinin kəmiyyətinin təyin olunması sadəcə olaraq 
ayrı-ayrı müştəri üçün kreditin ödənilməməsi ehtimalmm hesablanması deyildir. O, həmçinin 
risklərin spesifık müştəriyə və ya sənayeyə doğru konsentrasiyasmı və girovun dəyərindəki 
dəyişiklikləri əks etdirməlidir. Bu cür məlumatlar bütün kredit portfeli və yaxud ayrı-ayrı kreditlər 
üzrə risklərin hesablanması məqsədi ilə təhlil edilməlıdır. 
Kredit risklərini müəyyən etmək üçün aşağıdakı ölçülər hesablana 
bilər: 
KitabYurdu.az 
265
 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə