MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə10/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   6   7   8   9   10   11   12   13   ...   71

Beynəlxalq  İpək Yolu  
 
 
24 
sərhədləri  dağ  zirvələri  və  mühüm  məntəqələrlə  təsbit  edilir,  ölkənin  Ģərq 
sərhədinin Xəzər dənizi, Ġranla sərhədin isə Xəzər sahilindəki Astara Ģəhərindən 
Aza mövqeyinə qədər əski Rusiya-Ġran hüdudu olduğu bildirilir. 
M.Ə.Rəsulzadə  eyni  zamanda  Azərbaycanın  ərazisi  və  əhalisi,  təbii 
sərvətləri,  habelə  ölkədəki  ümumi  vəziyyətlə  bağlı  türk  və  fransız  dillərində 
ümumi bəyanatla da çıxıĢ etmiĢdi. Bəyanatda yeni yaranan respublika haqqında 
ətraflı  məlumat  verilir  və  ölkənin  ərazisinin  100.6  kv.  km.,  əhalisinin  isə  3.4 
mln. olduğu bildirilir və ermənilərin ərazi iddiaları dəf edilirdi. 
Açar  sözlər:  Cənubi  Qafqazda  sərhəd  problemi,  Ġrəvan  məsələsi
Naxçıvan məsələsi, Zəngəzur məsələsi, Ġstanbul konfransı 
 
 
MÜSTƏQĠL AZƏRBAYCAN DÖVLƏTĠNĠN SĠYASƏTĠNDƏ “YUMġAQ 
GÜC” AMĠLĠ 
MAHĠR HƏMĠDOV 
AMEA-nın ġərqĢünaslıq Ġnstitutu 
hemidovmahir2025@gmail.com 
 
Əsrlər boyu dünya siyasi sisteminə hakim olan, hərbi və iqtisadi təməllər 
üzərində bina edilən ənənəvi siyasi düĢüncə tərzi dövlətlərarası münasibətlərin 
tənzimlənməsində  baĢlıca  struktur  olaraq  qəbul  edilmiĢdir.  Lakin  XX  əsrin  II 
yarısından  etibarən  dünya  siyasi  sistemində  ənənəvi  strukturlarla  yanaĢı  yeni 
təcrübə  metodları  ortaya  çıxdı.  Bu  metodlar  arasında  milli,  mənəvi,  tarixi, 
mədəni  qaynaqlara  əsaslanan  ―yumĢaq  güc‖  strukturu  dövlətlərarası 
münasibətlərin  formalaĢmasında  mühüm  yer  tutmağa  baĢladı.  Siyasi 
terminologiya kimi siyasi ədəbiyyata son on illiklərdə daxil olsa da, tarix boyu 
bir çox ölkələr  dövlətlərarası münasibətlərdə bu vasitələrdən istifadə etmiĢdir. 
XX əsrin sonlarında yenidən müstəqilliyini qazanan Azərbaycanda da bu 
vasitədən  məharətlə  istifadə  edilməyə  baĢlanmıĢdır.  1993-cü  ildə  ümummilli 
lider Heydər Əliyevin  yenidən hakimiyyətə qayıtmasından sonra zəngin enerji 
qaynaqlarından  səmərəli  istifadə  etməklə  ölkə  iqtisadiyyatının  bərpası 
istiqamətində  uğurlar  əldə  edilmiĢdir.  Sahib  olduğu  zənginliklərindən  düzgün 
istifadə  nəticəsində  dünya  arenasında  yeni  dövlətin  tanınması  istiqamətində 
ciddi  addımlar  atılmıĢdır.  ―YumĢaq  güc‖  nümunələrindən  məharətlə  istifadə 
edən  dövlət  baĢçısı  dünya  miqyasında  yeni  dövləti  tanıtmıĢ,  artıq  Azərbaycan 
dünyanın  öndə  gələn  ölkələriylə  tərəf  müqabilinə  çevrilərək  multukultralizmə 
öz töfhəsini vermiĢdir. 
Multikultural  mədəniyyətə  sahib  olan  ölkəmiz  fərqli  etnik  və  dinə 
mənsub  insanların  sülh  Ģəraitində,  biri-birinin  inanc  və  dəyərlərinə  hörmət 
göstərməklə bir arada yaĢaya biləcəklərinin ən gözəl nümunəsini sərgiləmiĢdir. 
Bu  kimi  nümunələr  Azərbaycanın  tarixi  keçmiĢində  də  mövcuddur.  Ġnsana 
insan olduğu üçün dəyər verən, dinindən, inancından asılı olmayaraq hər kəsə 


Tezislər 
 
25 
Allahın bəndəsi  kimi  yanaĢan, sadəcə ölkəmizdə deyil, orta əsrlərdə dünyanın 
dörd bir tərəfinə yayılan mütəfəkkir, sufi Seyid Yəhya ġirvani irsi bunun bariz 
nümunəsidir.  UNESKO  2013-ci  ili  Azərbaycanın  bu  böyük  mütəfəkkirinin 
vəfatının  550  illiyi  münasibətilə  Seyid  Yəhya  ġirvani    ili  elan  etmiĢdir. 
Dünyanın  dörd  bir  tərəfindən  gələn  bu  irsin  tədqiqatçıları  ölkəmizin  dünya 
miqyasında  tolerantlığın  beĢiyi  olduğunun  carçısı  oldular.  Bakı  2015  Avropa 
oyunlarının  bu  il  Azərbaycanda  keçirilməsi  də  dövlətimizin  ―yumĢaq  güc‖ 
amillərinə nə qədər əhəmiyyət verdiyinin göstəricisidir.  
Açar  sözlər  :  ənənəvi  siyasət,  yumĢaq  güc,  dövlətlərarası  münasibətlər, 
multikultralizm 
 
 
NAXÇIVANDAN DĠASPOR QURUCULUĞUNA DOĞU 
YƏHYA BABANLI 
Odlar Yurdu Universiteti  
y_babanli@rambler.ru 
 
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra 
xaricdə  yaĢayan  azərbaycanlılarla  əlaqələrin  yaradılması,  milli  diaspor 
quruculuğunun  formalaĢdırılması,  inkiĢaf  etdirilməsi  ən  vacib  və  strateji 
məsələlərdən  biri  olaraq  qalırdı.  Məhz  müstəqilliyimizin  ilk  illərində  də 
dünyada  yaĢayan  azərbaycanlıların  birliyi  və  həmrəyliyi  yolunda  ulu  öndərin 
təĢəbbüsü  ilə  1991-ci  il  dekabrın  16-da  Naxçıvan  MR  Ali  Məclisinin 
sessiyasında  diaspor  quruculuğu  istiqamətində  ilk  addım  atıldı.  Bununla  bağlı 
qərara 31 dekabrın Milli Həmrəylik günü kimi bayram edilməsini nəzərdə tutan 
müddəa  ilə  yanaĢı,  bu  günün  dövlət  səviyyəsində  qeyd  edilməsi  barədə 
Azərbaycan  Respublikası  Ali  Sovetinə  təklif  verilməsinin  zəruriliyini  bildirən 
xüsusi bənd də salındı. Bu tarixi sessiyadan 9 gün sonra dekabr ayının 31-nin 
Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü  kimi  elan  olunması  barədə 
Azərbaycan Respublikasının Ali Soveti qərar verdi. 
Bu  məsələlərin  geniĢləndirilməsi,  dünya  ictimaiyyətinə  çatdırılması  bir 
qədər  sonra  daha  miqyaslı  və  effektiv  Ģəkil  aldı.  Belə  ki,  ulu  öndər  Heydər 
Əliyevin  1993-cü  il  iyun  ayının  15-də  xalqın  tələb  və  təkidi  ilə  ikinci  dəfə 
ölkəmizdə  siyasi  hakimiyyətə  gəliĢindən  sonra  dünyada  yaĢayan 
azərbaycanlılarla iĢ  sahəsində mahiyyət  və keyfiyyətcə  yeni  mərhələ baĢlandı. 
Ulu öndər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təntənə 
ilə  qeyd  olunmasına  sərəncam  verdi.  Bu  da  ауrı-ауrı  ölkələrdə  yaĢayan 
azərbaycanlıların konsalidasiyası üçün mühüm addımlardan biri olmuĢdur. Bir 
daha harada  yaĢamasından asılı  olmayaraq hər bir azərbaycanlı əmin ola bildi 
ki, Azərbaycan Respublikası dünya azərbaycanlılarının tarixi vətəni və öz ata-
baba yurdudur. 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə