MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   25   26   27   28   29   30   31   32   33

kapital  yönəltmişlər.  Belə  ki,  əvvəlki  illə  müqayisədə  qeyri-neft 
sektoruna  yönəldilmiş  birbaşa  investisiyaların  ümumi  həcmi  2,2 
dəfə artaraq 230,5 mln. ABŞ dolları təşkil etmişdir. 
2005-ci  ildə  iqtisadiyyatımızda  istifadə  olunmuş  xarici 
sərmayələrin ümumi həcminin 17,6%-ni birbaşa dövlət və dövlət 
təminatlı kreditlər təşkil etmişdir. 
Kapital  qoyulşunun  səmərəliliyinin  artırılmasında  layihə- 
smeta sənədlərinin böyük əhəmiyyəti vardır. 
Layihə-smeta  sənədlərinin  tərtibi  və  maliyyələşdirilməsi 
kapital  qoyuluşunun  maliyyələşdirilməsinin  tərkib  hissəsidir. 
Məlumdur  ki,  həm  yeni  obyektlərin  tikintisi,  həm  də  mövcud 
obyektlərdə yenidən-qurma, genişləndirmə və modernizasiya işləri 
ancaq  təsdiq  olunmuş  layihə-smeta  sənədləri  əsasında  həyata 
keçirilir. 
Bu səbəbdən də kapital qoyuluşu proqnozları və planına təsdiq 
edilmiş  layihə-smeta  sənədi  olan  obyektlər  daxil  edilə  bilər. 
Vaxtında və yüksək keyfiyyətlə hazırlanmış layihə-smeta sənədləri 
kapital  qoyuluşunun  səmərəliliyinin  artırılmasında,  obyektlərin 
vaxtında  istifadəyə  verilməsində,  elmi-texniki  tərəqqinin  son 
nailiyyətlərinin  tətbiq  edilməsində  və  s.  məsələlərdə  müstəsna 
əhəmiyyətə malikdir. 
Layihələr bir tipli və fərdi ola bilər. Bir tipli layihələr kütləvi 
xarakter  daşıyan  mənzil  tikintisində,  məktəb,  uşaq  bağçası,  digər 
sadə obyektlərin tikintisində, fərdi layihələr isə istehsal xarakterli 
obyektlərin  tikintisində,  unikal  obyektlərin,  idman  sarayları, 
konsert zalları və digər obyektlər tikintisində istifadə olunur. 
Layihələr  müvafiq  qaydada  təsdiq  olunmalıdır.  Dövlət 
himayəsində  olan  obyektlərin  layihə-smeta  sənədləri,  smeta 
dəyərindən  asılı  olaraq  hökumətin  müəyyən  etdiyi  qaydalara 
müvafiq təsdiq olunur. 
Özəl  sektora  aid  olan  obyektlərin  layihə-smeta  sənədləri, 
onların  müəyyən  etdiyi  qaydalara  müvafiq  olaraq  təsdiq 
edilməlidir. Bir qayda olaraq iri obyektlərin layihə-smeta sənədləri 
çox  varianth  olmaqla  əlverişli  layihələrin  seçilməsi  və 
ekspertizadan keçməsindən sonra reallaşdırılmalıdır. 
100 


Layihə-smeta  sənədlərinin  maliyyələşdirilməsi  bir  qayda 
olaraq sifarişçinin vəsaiti hesabına həyata keçirilir. Sifarişçi təşkilat 
baş  layihə  təşkilatı  (layihə  bürosu,  layihə  kontoru  və  s.)  ilə 
layihələndiriləcək obyekt üzrə müqavilə bağlayır və ixtisaslaşmış 
işlərin  layihələndirilməsi  üçün  digər  subbodratçı  təşkilatın  cəlb 
edilməsi hüququna malik olur. 
Layihə  smeta  sənədlərində  obyektin  adı,  yerləşəcəyi  ərazi, 
tikintinin  növü,  gücü,  tikintinin  inşa  müddəti,  obyektin  dəyəri,  o 
cümlədən tikinti-quraşdırma işlərinin dəyəri, hesablaşma qaydaları 
və s. əks olunmalıdır. 
Müvafiq  banklar  layihə-smeta  sənədlərinin  tərtibi  işləri 
yerinə-yetirildikcə  onun  haqqını  ödəyirlər.  Bunun  üçün  banka 
təqdim  edilmiş  ödəmə  tapşırıqları  və  ya  tələbnamələrinə  sifarişçi 
tərəfindən qəbul olunma aktları əlavə olunur. Maliyyələşdirən bank 
layihə-smeta sənədlərinin düzgün tərtibinə və müqavilə şərtlərinə 
əməl edilməsinə ciddi nəzarət etməlidir. Layihə təşkilatları öz tərtib 
etdikləri  layihələr  üzrə  müəlliflik  nəzarəti  hüququna  malikdirlər. 
Layihə  smeta  sənədləri  üzrə  səmərəli  layihə-variantların 
müqayisəsindən sonra, daha ucuz variantı seçim yolu ilə müəyyən 
edilir.  Səmərəli  variant  xərclərin  məbləğinə  müvafiq  belə 
hesablanır: 
X^=Mdı+E,,Kj —>min. 
burada, 
Xj - variant üzrə xərclərin məbləğini
Md- variant üzrə məhsulun maya dəyərini
K - variant üzrə tələb olunan kapital qoyuluşunu 
£■„  -normativ  üzrə  tətləb  olunan  kapital  qoyuluşu 
səmərəliliyini göstərir. 
Hesablama nəticəsində daha ucuz başa gələn variant seçilərək 
tikintisinə başlanır. 
Banklar  tərəfindən  kapital  qoyuluşunun  maliyyələşdirilməsi 
müxtəlif forma və ardıcıllıqla aparılır. Bu mülkiyyət formasından 
asılı  olmaqla,  maliyyələşmə  mənbələri  nəzərə  alınmaqla  həyata 
keçirilir.  Nəzərə  almaq  lazımdır  ki,  mülkiyyət  formasından  asılı 
olmayaraq kapital qoyuluşunun maliyyələş- 
101 


dirilməsi nağdsız formada, hesabdan-hesaba köçürmo yolu ilə banklar 
tərəfindən həyata keçirilməlidir. 
Dövlət 
sifarişi 
ilə 
yerinə 
yetiriləcək 
obyektlərin 
maliyyələşdirilməsi  üçün  nazirlik  və  ya  baş  idarələr  müvafiq 
banklara  cari  il  üçün  kapital  qoyuluşu  planı  və  titul  siyahılarını 
təqdim etməlidirlər. 
Maliyyə  Nazirliyi,  eləcədə  yerli  maliyyə  təşkilatları  cari  il 
üçün  dövlət  büdcəsi  təsdiq  edildikdən  sonra  (müddət  müvafiq 
qaydada  müəyyən  edilir)  cari  il  üçün  müəyyən  edilmiş 
maliyyələşmə  məbləği  haqqında  məlumatı  maliyyə  planını 
müvafiq banka təqdim edir. 
Sifarişçi  təşkilat  bundan  sonra,  maliyyələşdirən  banka  daxili 
titul  siyahısını,  tikinti  üçün  bağlanmış  podrat  müqaviləni, 
layihə-smeta  sənədini  və  digər  tələb  edilən  sənədləri  təqdim 
etməlidir. 
Bank  şöbələri  təqdim  edilmiş  bütün  sənədləri  yoxlamalı,  hər 
hansı  uyğunsuzluq  olarsa  onun  aradan  qaldırılmasını  təmin 
etdikdən  sonra,  obyektin  maliyyələşdirilməyə  götürülməsi  haqda 
göstəriş  verir.  Banklar  yerinə  yetirilmiş  işlər  üzrə  sifarişçi  ilə 
podratçı  arasında  hesablaşmanı,  layihə-smeta  sənədlərində 
müəyyən edilmiş qaydalarda - rüblük yerinə yetirilmiş işlərə görə 
obyekt tam qurtarıb təhvil verildikdən sonra və ya mərhələlər üzrə 
həyata keçirə bilər. 
Özəl  sektora  aid  olan  obyektlərin  maliyyələşdirilməsi  də 
banklar tərəfindən nağdsız formada həyata keçirilməlidir. Bankla 
sifarişçi  təşkilat  arasında  maliyyələşmə  şərtləri  razılaşdırılmalı, 
vəsait  bank  hesabından,  podratçı  təşkilatın  təqdim  etdiyi  yerinə 
yetirilmiş  işlər  üzrə  sənədlərə  müvafiq  olaraq  onun  hesabına 
köçürülməlidir.  Belə  olduqda  vergidən  yayınma  halları  təmamilə 
aradan qaldırılmaqla, bu gün narahatlıq doğuran söz-söhbətlərə son 
qoyulur. 
Tikintinin  aparılması  formaları  və  hesablaşmanın  təşkili 
müxtəlif ola bilər. Bir qayda olaraq tikinti işləri iki üsülla aparıla 
bilər: 
-
 
podrat üsulu; 
-
 
təsərrüfat üsulu. 
102 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə