MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə33/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   25   26   27   28   29   30   31   32   33

edilir. Kapital qoyuluşunun ümumi səmərəliliyi o vaxt 
qənaətbəxş hesab edilir ki, əldə edilmiş nəticə normativlərdən 
və əvvəlki illərin göstəricilərindən aşağı olmasın. 
Kapital qoyuluşunun müqayisəli səmərəliliyi müxtəlif 
variantların müqayisəsindən, layihə üzrə əsas parametrlər 
(obyektin gücü, məhsulun çeşidi, maya dəyəri, tikinti rayonu 
və s.) gözlənilməklə, daha ucuz başa gələn variantın müəyyən 
edilməsi ilə başa çatır. 
Variantlar üzrə çəkiləcək xərclər (buna çevrilmiş xərclər də 
deyilir) bütün xərclərin cəmi kimi belə hesablanır: 
X - Mdj + K^ı • E„ min 
burada, Z, - variant üzrə çəkilmiş xərclərin cəmi, manat; 
Mdf- məhsul istehsalı üzrə maya dəyərini (cari xərclər); 
- variant üzrə tələb olunan kapital qoyuluşunu
E„ - kapital qoyuluşu üzrə normativ səmərəlilik əmsalıdır. 
Müqayisə nəticəsində daha az xərclər məcmuu olan 
variant əlverişli hesab edilərək tikintisi tövsiyə edilir. 
Bununla bərabər seçilmiş variant üzrə kapital qoyuluşu- 
nun geriqayıtma müddəti də hesablanmalıdır. Burada əsas 
diqqət tövsiyyə edilən variant üzrə əlavə kapital qoyuluşunun 
geriqayıtma müddətindən gedir. Bunun üçün aşağıdakı 
formuladan istifadə olunur: 


d.q 
d.k I q. 
Md, - Md^ 
burada, - variant üzrə tələb olunan əlavə kapital qoyuluşunun 
geriqayıtma müddətini, il; 
- əlavə kapital qoyuluşunu, manat; 
Mdı -Md^ - variantlar üzrə maya dəyəri fərqləridir. 
Kapital  qoyuluşunun  ümumi  (mütləq)  və  müqayisəli 
səmərəliliyi  əvvəlki  illərin  göstəriciləri  və  normativlər  əsasında 
hesablanır. Bu onunla izah edilir ki, vəsaitin xərclənməsi və buna 
müvafiq əldə edilən gəlir vaxt etibarı ilə üst-üstə düşmür və onları 
eyni vaxtda təhlil edib düzgün nəticə əldə etmək mümkün deyildir. 
Lakin kapital qoyuluşu fasiləsiz proses olduğu üçün əvvəlki illərini 
göstəriciləri  və  normativdən  fistifadə  etmək  daha  məqsədəuyğun 
hesab edilir. 
106 


MÖVZU 9. BANK MENECMENTİ VƏ MARKETİNQİ 
§ 1. Bank menecmenti 
Menecment  -  daha  səmərəli  təşkil  və  idarə  etmə  haqqında 
elmdir.  Bank  menecmenti  dedikdə  makro  və  mikro  iqtisadi 
nailiyyətlərin əldə edilməsi məqsədi ilə kredit resurslarının fasiləsiz 
hərəkətinin  təmin  edilməsi  üçün  müvafiq  strukturlar  tərəfindən 
həyata keçirilən idarə etmə tədbirləri sistemi başa düşülür. 
Menecmentin  əsasını  insan  amili  təşkil  edir.  Onlar  öz  işini 
dərindən bilməli,  öz işini  və kollektivin  fəaliyyətini təşkil etməyi 
bacarmalı  və  kollektivin  yaradıcı  fəaliyyətinin  təşkilinə  maraqlı 
olmalıdır. 
Menecment  istehsalın  səmərəliliyinin  yüksəldilməsinin  vacib 
elementlərindən biridir. 
Menecmentin  əsas  məqsədi  -  daha  səmərəli,  münasib, 
idarəetmə sisteminin tətbiqi nəticəsində mənfəət əldə etməkdir. 
Bank  menecmenti  bu  baxımdan  əsasən  iki  istiqamətdə 
fəaliyyət  göstərir.  Hər  şeydən  əvvəl  bankın  iqtisadçısı  bankın 
müştərilərində 
menecment 
işinin 
təşkili 
səviyyəsini 
qiymətləndirməyi  bacarmalıdır.  Belə  ki,  müəssisələrin  maliyyə 
möhkəmliyi  və  yüksək  kredit  qabiliyyətliliyi  menecment  işinin 
təşkilindən asılıdır. 
Digər  tərəfdən  banklar  onların  qarşılarında  duran  vəzifələrin 
səmərəli həlli üçün özünün menecmentinə diqqəti artırmalıdır. 
Kommersiya  bankları  fiziki  və  hüquqi  şəxslərin  sərbəst  pul 
vəsaitlərini ödəndik əsasında cəlb etməklə yanaşı borc vəsaitlərinə 
ehtiyacı  olan  dövlət  müəssisələrinin,  səhmdar  cəmiyyətlərinin, 
fərdi  şəxslərin  ehtiyaclarını  ödəyirlər.  Deməli  banklar  həm 
vəsaitlərini  cəlb  etdikləri  fiziki  və  hüquqi  şəxslər  qarşısında 
vəsaitlərin  etibarlı  mühafizəçisi  kimi,  həm  də  öz  müştərilərinin 
qarşısında  onların  ehtiyaclarının  ödənilməsi  istiqamətində 
məsuliyyət daşıyırlar. 
107 


Bank  menecmenti  əsasən  aşağıdakı  amillərə  görə 
qiymətləndirilir: 
-
 
kəmiyyət və keyfiyyət; 
-
 
obyektiv və subyektiv; 
-
 
formal və qeyri formal. 
Kəmiyyət göstəriciləri bank fəaliyyətinin bütün istiqamətlərinə 
şamil  edilir.  Bank  menecmentini  qiymətləndirən  kəmiyyət 
göstəricilərinə: bankın kapitalının həcmi; təsisçilərin sayı; aktiv və 
passiv  əməliyyatların  sayı;  müştərilərin  sayı;  bankın  şəbəkəsi; 
müxbir münasibətləri;bank məhsullarının sayı və s. daxildir. 
Keyfiyyət göstəricilərini əsasən üç qrupa bölmək olar. 
Birinci qrupa kredit peşəkarlığı baxımından bankın gəlirləri və 
xərclərini  müəyyən  edən  göstəricilər  daxildir.  Buraya;  bank 
kapitalının yetərliliyi; aktivlərin keyfiyyəti; mənfəətlilik; likvidlik; 
əməliyyatların yerinə yetirilmə sürəti; 
bank 
xidmətlərinin komplektliliyi; bank müştərilərinin 
bank 
xidmətlərindən razılıq səviyyəsi və s. aid edilir. 
İkinci  qrupa  bank  işçilərinin  peşəkarlıq  səviyyəsi;  üçüncü 
qrupa isə sosial göstəricilər; işçilərin əməyə münasibəti; işçilərin o 
cümlədən  rəhbərin  peşəkarlığı,  işə  vicdanla  yanaşması;  sosial 
problemlərin  həlli  bacarığı,  ən  başlıcası  isə  mükafatlandırılma 
işinin  işçilərin  peşəkarlığı,  işə  məsuliyyətli  münasibəti  və  s.  ilə 
uyğun aparılması da daxildir. 
Sosial  göstəricilər  kollektiv  üzvlərinin  peşəkarlıq  hazırlıq 
səviyyəsini, onların əməyə münasibətini, sosial problemlərin həlli 
səviyyəsini xarakterizə edir. 
Bank menecmenti əsasən iki sferam əhatə edir. Birinci sferaya 
bankın  səlahiyyətləri  çərçivəsi  daxilində  olan  iqtisadi  proseslərin 
təşkili və idarə edilməsi; ikinci sferaya isə bank kollektivinin idarə 
edilməsi ilə əlaqədar proseslər daxildir. 
Bank idarəçiliyinin əsas istiqamətlərindən biri bank siyasətinin 
müəyyən edilməsidir. 
Bank  siyasətinə:  kredit,  depozit,  qiymət,  investisiya,  risk, 
girov, problemli kreditlərlə iş,  likvidliyə riayət  edilmə və cəzalar 
siyasəti daxildir. 
108 


Bank  siyasəti  onun  perspektivi  və  fəaliyyət  istiqamətini 
müəyyənləşdirir və bu siyasət planlaşma prosesində formalaşır. 
Bank  fəaliyyətinin  təmin  edilməsinin  əsas  amili  onun  resurs 
bazasıdır.  Ona  görə  də  bankın  passiv  əməliyyatlarının  idarə 
edilməsi bank menecmentinin əsas istiqamətlərindən biridir. Ona 
görə də banklar bu sahədə öz vəzifələrini müəyyənləşdirirlər. Bu 
idarəçilik əsasən aşağıdakı istiqamətləri əhatə edir: 
1.
 
Banka  gəlir  gətirməyən  resursların  cəlb  edilməsinə  yol 
verməmək; 
2.
 
Aktiv  əməliyyatların  inkişafı  və  müştərilər  qarşısında 
götürdüyü  öhdəliklərin  yerinə  yetirilməsi  üçün  zəruri  kredit 
resursları axtarıb tapmaq; 
3.
 
«ucuz» kredit resursları axtarıb tapmaq; 
4.
 
yaranması  baxımından  «şübhəli»  bilinən  resursları  təhlil 
etmək və onları banka cəlb etməmək 
5.
 
maksimum dərəcədə sabit kredit resursu axtarıb cəlb etmək 
və s. 
Bank fəaliyyətində əsas istiqamətlərdən biri də cəlb olunmuş 
resursların yerləşdirilməsi - aktiv əməliyyatlarıdır. Bu əməliyyatlar 
nəticəsində  bankın  gəlirləri  formalaşır.  Aktiv  əməliyyatlara: 
kreditləşmə, investisiya, faktorinq, lizinq, trast və s. əməliyyatlar 
aiddir. 
■ 
Aktivlərin  idarə  olunması  bank  menecmentinin  əsas 
istiqamətlərindən  biridir.  Aktivlərin  idarə  olunması  prosesində 
əsas vəzifə kimi bankın balansının likvidliyinin və onun mənfəətli 
fəaliyyətinin  təmin  edilməsi  məsələləri  həll  edilir.  Bankın  aktiv 
əməliyyatları  eyni  dərəcədə  mənfəət  gətirmədiyinə  və  müxtəlif 
risk  dərəcəsinə  malik  olduqlarına  görə  bank  onlara  fərqli 
yanaşmalıdır. 
Bank  menecmentinin  əsas  istiqamətlərinə;bankın  xüsusi 
vəsaitlərinin;  bankın  rentabelli  fəaliyyətinin;  risklərin,  əmək 
kollektivinin, gəlirlərin və xərclərin idarə edilməsi də daxildir. 
109 


§2.Bank marketinqi 
Müvafiq  bank siyasətinin  formalaşması  prosesində bankların 
yerinə  yetirdikləri  analitik  fəaliyyətin  tərkib  hissələrindən  biri  də 
marketinq fəaliyyətid ir. 
Bank fəaliyyətində marketinq  banklar arasındakı və banklar 
ilə qeyri bank kredit təşkilatları arasında mövcud olan və getdikcə 
şiddətlənən  rəqabət  ilə  əlaqədardır.  Hal  hazırda  sığorta,  broker, 
trastr, 
əmanət 
kompaniyaları 
fondları, 
ticarət 
sənaye 
korporasiyaları və s. bank fəaliyyətinə müdaxilə edirlər. Banklar bu 
rəqabətə  tab  gətirmək  və  qalib  çıxmaq  üçün  yeni  növ  xidmət 
növlərindən,  xidmət  mədəniyyətinin  yüksəldilməsindən  və  s. 
metodlardan istifadə edirlər. Rəqabətə tab gətirmək məqsədi ilə iri 
kommersiya banklarında marketinq bölməsi yaradılır və fəaliyyət 
göstərir. 
Bank işində marketinq  fəaliyyəti;  bazarda bank  xidmətlərinə 
tələb  və  təklifin  təhlili;  müxtəlif  bank  xidmətlərinə  ehtiyacın 
öyrənilməsi; həmən bankın mövqeinin müəyyən edilməsi; müxtəlif 
banklardla 
müvafiq 
əməliyyatların 
aparılmasına 
məsrəf 
normalarının müqayisəsi və s. ilə əlaqədardır. 
Marketinq bölməsi: yeni müştərilər ilə əlaqə yaratmaq, işgüzar 
fəaliyyətin  inkişafı,  yeni  bank  xidmətlərinin  tətbiqi  ilə  əlaqədar 
analitik işlərin aparılması, bazarın vəziyyətinin öyrənilməsi; bank 
rəhbərləri üçün idarəçilik istiqamətləri üzrə tövsiyyələr hazırlamaq, 
marketinq planını işləyib hazırlamaq və s. ilə məşğul olur. 
Kommersiya  bankları  ənənəvi:  depozit,  kreditləşmə, 
hesablaşma  əməliyyatları  ilə  yanaşı  faktorinq,  lizinq,  trast,  məs- 
ləhətvermə, informasiya və xarakterli işləri də yerinə yetirirlər. 
Bank xidmətləri bazarında kommersiya banklarının marketinq 
fəaliyyəti  iki  formada:  fiziki  və  hüquqi  şəxslərin  sərbəst  pul 
vəsaitlərinin cəlb edilməsi və onların yerləşdirilməsi formalarında 
aparılır. 
Onu da nəzərə almaq lazımdır ki, bank xidmətlərinin bazarda 
satışı və müştəri uğrunda mübarizəsi bir sıra xidmətlərin qiyməti; 
xidmət səviyyəsi; rəqiblərə nisbətən yeni növ 
10 


xidmətlərin və ya keyfiyyəti yüksəldilmiş mövcud xidmətlərin 
göstərilməsi və s. İstiqamətlərdə aparılır. 
Marketinq  fəaliyyətində  banklar;  müştəri  ilə  ünsüyyət;  ren- 
tabelli  fəaliyyət,  səhmdarların  dividendlə  təmin  edilməsi;  eyni 
xidmətlər  üzrə  və  digər  bankda  olduğundan  üstünlük  verilməsi, 
bank  xidmətlərinin  reallaşdırılmasmda  bank  işçilərinin  maddi 
marağının artırılması və s. metodlardan istifadə edirlər. 
Mal  və  xidmətlər  bazarının  təhlili  zamanı  bazar  siqmenti 
anlayışından - yəni bazarın hissələrə bölünməsindən istifadə edilir. 
Bu baxımdan adətən bank xidmətləri bazarı coğrafi təqdim olunan 
xidmət növləri, müştəri qrupları üzrə seqmentləşdirilir. 
Coğrafi  seqmentləşmə  vahidi  kimi:  ölkələr  iqtisadi  rayonlar, 
şəhərlər və şəhər ətrafı, şəhərlərin mikrarayonları və s. qəbul edilir. 
Coğrafi  seqmentləşmədən  müəssisələrin  və  fiziki  şəxslərin 
bazarının  öyrənilməsində  istifadə  olunur.  Bank  xidmətləri 
baxmamdan  seqmentləşmə:  depozit,  kreditləşmə,  investisiya 
fəaliyyəti və digər əsas bank əməliyyatları üzrə aparılır. 
Müştəri  qrupları  üzrə  seqmentləşmə  zamanı  bank  xidmətləri 
bazarı: pərakəndə və topdan, müxbir banklar bazarı və dövlət və 
bələdiyyə orqanları və s. bölünür. 
Bank  xidmətləri  bazarının  seqmentləşdirilməsində  məqsəd 
bankın  bazardakı  mövqeini  müəyyənləşdirmək,  onun  bazarının 
rəqib bankın bazarı ilə müqayisə edib müvafiq idarəetmə tədbirinin 
görülməsidir. 
Rəqib  bankların  xidmətlər  bazarı  haqqında  məlumatları 
bankların çap olunan hesabatlarından, mətbuatdan, televizi- yidan, 
internet  xidmətindən  əldə  etmək  olar.  Əldə  edilmiş  məlumatları 
bank öz məlumatları ilə müqayisə edərək nəticə çıxarmalıdır. 
Bankın marketinq prosesi bir sıra mərhələlərdən ibarətdir: 
-
 
istehlakçıların  konkret  bank  xidmətlərinə  olan  tələbinin 
öyrənilməsi 
-
 
seqmentlər üzrə maliyyə bazarının kompleks tədqiqi; 
-
 
marketinqin planlaşdırılması; 
111 


-
 
bank  inovasiyasının  (yeni  bank  məhsulu)  ömür 
rasüddətinin planlaşdırılması; 
-
 
reklam; 
-
 
bankın struktur bölmələrində işin təşkili 
Bank xidmətləri bazarının marketinq tədqiqatının son məqsədi 
müxtəlif 
seqmentlərdə 
bank 
xidmətlərinə 
olan 
tələbi 
proqnozlaşdırmaq və onun əsasında bank rəhbərliyi üçün gələcək 
fəaliyyət istiqamətlərini müəyyənləşdirən təkliflər hazırlamaqdır. 
Bank  xidmətlərinin  müştərilərə  çatdırılması  və  bankın 
imicinin 
formalaşmasında 
marketinq 
fəaliyyətinin 
əsas 
metodlarından biri reklamdır. 
Bank  xidmətlərinin  reallaşmasının  həvəsləndirilməsində 
reklam  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Bank  əməliyyatlarının 
reklamı bank müştərilərinin artmasına, onun xidmətlərindən geniş 
istifadəyə gətirib çıxarır. 
MÖVZU
 
10.
 KOMMERSIYA 
BANKLARININ
 
MALİYYƏ
 
NƏTİCƏLƏRİ. 
Kommersiya  banklarının  fəaliyyətinin  nəticələri  onların 
maliyyə vəziyyətləri ilə müəyən edilir. Maliyyə nəticələri dedikdə 
bankın gəlirləri, xərcləri və onların arasındakı fərq kimi müəyyən 
edilən mənfəət və ya itgilər başa düşülür. 
Biznes  fəaliyyəti  ilə  məşğul  olan  bütün  qürumlar  kimi 
banklarda müəyyən xərclər etməklə gəlirlər əldə edirlər. 
Bank fəaliyyətindən gələn gəlirlərə daxildir: 
-
 
verilmiş kreditlərə görə hesablanmış və alınmış faizlər; 
-
 
depozitlərin yerləşdirilməsi üzrə alınan faizlər; 
-
 
qiymətli kağızlarla aparılan əməliyyatlardan gələn gəlir
-
 
qiymətli metallarla aparılan əməliyyatlardan gələn gəlir; 
-
 
müştərilərə  açılmış  hesablar  üzrə  bankın  göstərdiyi 
xidmətlərə görə komission ödənişlər; 
-
 
bankın  həyata  keçirdiyi  faktorinq,  forfeytinq,  lizinq,  trast 
əməliyyatları üzrə əldə edilən gəlir; 
112 


-
 
zəmanot vo aksept aməliyyatlan üzrə gəlirlər; 
-
 
məsləhət, təlimat və ekspert xidmətlərinə görə əldə edilən 
gəlir; 
-
 
əmlak kirayəsi və lazımsız əmlakın satışından gələn gəlir; 
-
 
cərimələr, əlavələr və s. 
Bank  gəlirlərinin  yaranma  xüsusiyyətlərinə  görə  iki  qrupa 
bölmək olar; faiz qaydasında əldə edilən gəlir; qeyri faizli gəlirlər. 
Faiz  qaydasında  əldə  edilən  gəlirlər  dedikdə  ssuda  üzrə 
hesablanmış və alınmış faizlər başa düşülür. Yerdə qalan gəlirlər 
isə qeyri faiz gəlirləri qrupuna daxildir. 
Hər  bir  bank  yerinə  yetirdiyi  əməliyyatlardan  əldə  etdiyi 
gəlirləri  təhlil  etməlidir.  Təhlil  prosesində  hər  bir  gəlir  növünün 
ümumi  gəlirlərdə  xüsusi  çəkisi  yəni  gəlirlərin  quruluşu  müəyyən 
edilir. Təhlil zamanı gəlirlərin quruluşunun dəyişməsinə təsir edə 
bilən amillər müəyyən edilməlidir. 
Kommersiya  əməliyyatlarından  gəlir  səviyyəsinin  artmasına 
aşağıdakı amillər səbəb ola bilər
-
 
kredit əməliyyatlarından gəlir səviyyəsinin artması 
-
 
qeyri kredit əməliyyatlarının gəlirlilik səviyyəsinin artması 
-
 
işlək aktivlərin ümumi aktivlərdə xüsusi çəkisinin artması. 
Gəlirlərin  təhlili  zamanı  əməliyyat  gəlirlərinin  ritmik  artımı 
müəyyən  edilərsə,  bu  hal  bank  fəaliyyətinin  peşəkarcasına  idarə 
edilməsinin  nəticəsi  kimi  qiymətləndirilməlidir.  Qeyri  bank 
əməliyyatları və sair mənbələr hesabına bankın gəlirlərinin artması 
isə qeyri qənaətbəxş fəaliyyət kimi qiymətləndirilir. 
Banklar tərəfindən aktiv əməliyyatların gəlirlilik səviyyəsinin 
müəyyən edilməsi üçün aktivlərin orta qalığının 1 manatına düşən 
gəlir göstəricisindən istifadə edilir. 
Kredit əməliyyatlarının gəlirlilik səviyyəsini müəyyən etmək 
üçün  1  manatlıq  kredit  qoyuluşuna  düşən  gəlir  göstəricisi 
hesablanır.  Bununda  nəticəsində  kreditləşmə  əməliyyatlarının  nə 
dərəcədə gəlirli olması müəyyən edilir. 
13 


Hesablanmış  struktur  və  digər  göstəricilər  üzrə  müəyyən 
qənaətə  gəlmək  üçün  onlar  müvafiq  dövrün  göstəriciləri  ilə 
müqayisə edilməlidir. 
Banklar  öz  fəaliyyətinin  həyata  keçirilməsi  ilə  əlaqədar 
müəyyən xərclərdə edirlər. Bu xərclərə daxildir; 
-
 
Bank  fəaliyyəti  ilə  əlaqədar  xərclər  (hesablar  üzrə 
hesablanıb  köçürülmüş  faizlər;  xarici  valyuta  qiymətli  kağızlarla 
əməliyyatlar üzrə xərclər, əməliyyat xərcləri və s.) 
-
 
Bankların  təsərrüfat  fəaliyyətinin  təmin  edilib  maddi 
texniki bazasının genişləndirilməsi xərcləri; 
-
 
idarə etmə aparatının saxlanılma xərcləri 
-
 
bankın xərclərinə daxil edilən vergilər; 
-
 
bankın imici ilə əlaqədar xərclər (reklam, marketinq, audit 
xidmətinin ödənilməsi, xüsusi ehtiyat fonduna köçürmələr). 
Bankın  xərclərinin  təhlili  işini  yüngülləşdirmək  məqsədi  ilə 
onlar da iki qrupa bölünür; 
-
 
faizlərin ödənilməsi ilə əlaqədar xərclər 
-
 
qeyri faiz xərcləri. 
Bank sistemində faizlə əlaqədar olan xərclər bank xərclərində 
nisbətən  yüksək  xüsusi  çəkiyə  malikdir.  Təbiidir  ki,  banklar 
mənfəətli  işləmək  üçün  xərclərin  azaldılmasına  xüsu-  səndə  xərc 
maddələrində yüksək xüsusi çəkiyə malik xərclərin azaldılmasına 
çalışırlar.  Lakin  bu  proses  elə  aparılmalıdır  ki,  o  bankın 
fəaliyyətinə xətər yetirməsin. 
Kommersiya  bankları  mütəmadi  olaraq  öz  xərclərini  təhlil 
etməlidirlər. Təhlil zamanı xərc maddələri əvvəlki işlərin müvafiq 
dövrü  ilə  müqayisə  edilir.  Eyni  zamanda  ayrı-ayrı  xərc 
maddələrinin  ümumi  xərclərdə  xüsusi  çəkisi  müəyyən  edilir.  Bu 
zaman bank fəaliyyəti ilə əlaqədar olmayan xərclərə xüsusi diqqət 
yetirmək  lazımdır.  Onların  xüsusi  çəkisinin  artması  bankın  idarə 
edilməsində  baş  verən  əyintilərlə  əlaqələndirilir  və  bu  xərclərin 
azaldılmasına çalışmalıdır. 
Xərclərin  təhlilində  1  manatlıq  aktiv  əməliyyatların  orta 
qalığına  düşən  müxtəlif  xərclər;  işçilərin  saxlanılma  xərcləri; 
bankın təsərrüfat xərcləri; sair xərclər ayrı ayrılıqda hesablanır. 
! 1 4  


Bu hesablaşmalar aktiv oməliyyatların no dərəcədə mənfəətli 
olmasım müəyyən edir. 
Bankların  mənfəəti  gəlirləri  ilə  xərcləri  arasındakı  fərq  kimi 
müəyyən  edilir.  Banklar  mənfəətin  təhlili  zamanı  mənfəətin 
yaranma  strukturuna  diqqət  yetirilir.  Bank  fəaliyyətindən  gəlir 
əsasən üç qrupa bölünür. 
1.
 
Əməliyyat fəaliyyətindən əldə edilən mənfəət 
2.
 
Yardımçı fəaliyyətdən gələn mənfəət 
3.
 
Sair gəlirlər. 
Təhlil işini mənfəətə təsir edən amillər araşdırmalıdır. Bankın 
sərəncamında qalan mənfəət üç amildən; gəlirlərdən, xərclərdən və 
büdcəyə ödəniləsi vergilərdən asılıdır. 
Bankın 
mənfəətinin 
artırılması 
ehtiyatlarını 
müəyyənləşdirmək üçün gəlirlərin və xərclərin dəyişilmə səbəbləri 
araşdırılmalıdır. 
Mənfəəətin  dəyişilməsinin  təhlilində  əmsal  metodundan 
istifadə edilir və 
İnzibati idarə xərcləri - sair xərclər 
Əm — -------------------------------------------------- x 100 
Gəlir gətirən aktivlərin orta qalığı 
Bu əmsal aşağı olduqca bankın mənfəətinin artırılması imkanı 
artır. 
Əmsalın  yüksək  olması  «ucuz»  depozitlərin  səviyyəsinin 
yüksəldiyini  və  yada  aktivlərin  yüksək  mənfəətli  riskli 
əməliyyatlara cəlb edilməsini göstərir. 
Kommersiya  banklarında  mənfəət  rüblük  fəaliyyətin 
nəticələrinə  görə  bölüşdürülür.  Son  nəticədə  yekun  olaraq  illik 
bölgü aparılır. 
Mənfəət aşağıdakı kimi bölüşdürülür: 
1.
 
Balans mənfəətindən büdcəyə vergi və pul əmanətlərinin 
məcburi sığortası məbləği köçürülür; 
2.
 
Vergilər ödənildikdən sonra qalan xalis mənfəətdən; 
-  kapital  qoyuluşu,  işçilərin  əmək  şəraiti  və  məişətinin 
yaxşılaşdırılması üçün yığım fondu yaradılır; 
115 


-
 
bank  işçilorinin  əməyinin  stimullaşdırılması  üçün  islehlak 
fondu yaradılır; 
-
 
bank səhmdarlarına dividendlər verilir. 
Göstərilən  məqsədlərə  mənfəət  istifadə  edildikdən  sonra 
bankın  sərəncamında  qalan  mənfəətdən  bank  aşağıdakı  xərclərin 
ödənilməsi üçün istifadə edə bilər. 
-
 
bank  işçilərinin  mükafatlandırılması,  maddi  yardım,  əmək 
haqqına əlavələr; 
-
 
dövlət qeyri büdcə fondlarına köçürmələr 
-
 
qeyri  dövlət  pensiya  fonduna  və  digər  sığorta  növlərinə 
köçürmə 
-
 
bank  işçilərinin  istirahəti,  müalicəsi  və  digər  tədbirlərinin 
keçirilməsi 
-
 
bank standartlarına dividendlərin ödənişi 
-
 
ödəniş vaxtı keçmiş banklar arası kreditə görə faizlər. 
Bank mənfəətinin bir hissəsi bankın ehtiyat fondunun 
yaradılmasına yönəldilir. Bu məbləğ mənfəətin 5%-dən az olmamalıdır. 
16 


 
I 17 
 


 
Çapa imzalanıb: 04.04.2007. Kağız formatı 60x84 ı/ıe. 
Həcmi 7,4 ç.v. Sifariş 48. Sayı 500. 
«İqtisad Universiteti» nəşriyyatı 
Az 1001, Bakı, İstiqlaliyyət küçəsi, 6 

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə