MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   2   3   4   5   6   7   8   9   ...   33

b)
 
iqtisadiyyaldakı ümumi pul kütləsinin nizamlaşdınl- ması 
v) kommersiya banklarının fəallığına təsir göstərməsi 
q)  bank  fəaliyyətində  vahid  qaydaların  müəyyən  edilib  bank 
təcrübəsinin ayrı-ayrı məsələlərinin şərhi 
d) hesablaşma sisteminin fasiləsiz fəaliyyətinə təsir. 
İqtisadiyyat  inkişaf  etdikcə  Milli  bankın  rolu  artır.  Belə  ki, 
ölkənin pul sisteminin inkişafının əsası pul kredit mexanizmi vasitəsi 
ilə təmin olunur. 
Milli  bank  Azərbaycanın  müasir  bank  sisteminin  başlıca 
həlqəsidir. Onun fərqləndirici xüsusiyyətləri aşağıdakılardır; 
-
 
Milli  Bankın  nizamnamə  kapitalı  və  digər  əmlakı  dövlət 
mülkiyyətidir; 
-
 
Milli Bank öz xərclərini öz gəlirləri hesabına həyata keçirir; 
-
 
Milli Bank vergi,orqanlarında qeyd olunmur; 
-
 
Milli Bank hüquqi şəxsdir; 
-
 
Milli  bankın  öhdəlikləri  üzrə  dövlət  məsuliyyət  daşımadığı 
kimi, Milli bankda dövlət öhdəlikləri üzrə məsuliyyət daşımır (bank 
öz üzərinə belə öhdəlik qəbul etməmişdirsə). 
-
 
Mcfrkəzi bankların funksiyaları və vəzifəbri. 
Azərbaycan Respublikasının Milli bankı «Milli Bank 
haqqında  qanunun»  tələblərinə  uyğun  olaraq  Mərkəzi  bankların 
dünya təcrübəsindəki fəaliyyətinə zidd olmayan müxtəlif funksiyaları 
yerinə yetirir. 
-
 
Mərkəzi bank emissiya mərkəzidir._B\x o deməkdir ki. Milli 
Bank  banknot  buraxılmasında  inhisarçı  hüquqa  malikdir.  Bütün 
ölkələrin  Mərkəzi  bankları  öz  ölkələri  daxilində  nağdı  pulların 
emissiyası  üzrə  müstəsna  hüquqa  malikdir.  Mərkəzi  bank  dövlətin 
nümayəndəsi  kimi,  qanunçuluqla  ona  həvalə  edilmiş  banknot 
emissiyasını  yəni  ümummilli  kredit  pulların  emissiyasını  həyata 
keçirir.  Mərkəzi  bankın  emissiyası  dedikdə  dövriyəyə  nağdı  pul 
buraxılışı başa düşülür. 
Nağdı pulların özünün buraxılışı onların kommersiya banklarına 
satışı qaydasında həyata keçirilir. Satış prosesi isə 


kommersiya  banklarının  Mərkozi  bankdakı  ehtiyatlarına  mübadilə 
qaydasında həyata keçirilir. 
-
 
Mərkəzi bank «banklar bankıdır». İki pilləli bank sistemində 
Mərkəzi bankın əsas müştəriləri kommersiya banklarıdır. 
Mərkəzi  bank kommersiya banklarının sərbəst  nağd pullarını, 
yəni  həcmi  qanunla  müəyyənləşdirilən  kassa  ehtiyatını  özündə 
saxlayır, onlara kreditləşmədə dəstək olur, kommersiya banklarının 
fəaliyyətinə nəzarət edir. 
Banklar  öz  likvidliyini  qoruyub  saxlamaq  üçün  öz  pul 
vəsaitlərinin bir hissəsini kassa ehtiyatı formasında Mərkəzi bankda 
saxlayırlar.  Bununlada  Mərkəzi  bank  passiv  əməliyyatlar  üzrə 
kommersiya banklarına xidmət göstərmiş olur. 
-
 
Mərkəzi  Bank  hökumət  bankıdır.  Hökümətin  adından  o 
dövlətin  daxili  və  xarici  borcunu  idarə  edir.  Dövlət  qiymətli 
kağızlarını  yerləşdirir,  ödəyir  və  digər  əməliyyatları  yerinə  yetirir. 
Hökumətə  kreditlər  verir,  onun  üçün  hesablaşma  əməliyyatlarını 
həyata keçirir, qızıl valyuta ehtiyatını saxlayır və onların artırılması 
siyasətini həyata keçirir. 
Mənsubiyyətindən asılı olmayaraq Mərkəzi bank dövlət ilə sıx 
əlaqədədir.  Mərkəzi  bank  dövlətin  baş  bankı  kimi  çıxış  edərək 
hökumətin maliyyə problemləri üzrə məsləhətçisi rolunu oynayır. 
Mərkəzi Bank dövlət borcunu idarə edir və bu zaman aşağıdakı 
metodlardan istifadə edir. 
-
 
dövlət  öhdəliklərinin  kursuna  və  gəlirliyinə  təsir  etmək 
məqsədi ilə onları alır və satır; 
-
 
dövlət öhdəliklərinin satışı şərtlərini dəyişdirir
-
 
müxtəlif üsullarla fərdi investorlar üçün dövlət öhdəliklərinin 
cəlbediciliyini artırır. 
Mərkəzi bank valyuta mərkəzidir.JBit qayda olaraq ban- knot 
emissiyasının  təmin  edilməsi  üçün  qızıl  valyuta  ehtiyatı  Mərkəzi 
Bankda cəmləşdirilir. Onlar milli valyuta kurslarının qorunmasında 
zəmanət-sığorta  fondu  rolunu  oynayırlar.  Hökümətin  adından  bank 
xarici valyuta və qızılın ehtiyatını 


nizamlaşdırır və qızıl valyuta ehtiyatının ənənəvi mühafizəçisi kimi 
çıxış edir. 
Pul  kredit  nizamlaşdmcmdır.  Müasir  mərhələdə  pul  kredit 
nizamlaşdırılması  Mərkəzi  bankın  vacib  funksiyalarındandır. 
Mərkəzi  bank  -  hökumətin  iqtisadi  siyasətinin  tərkib  hissəsi  olan 
iqtisadiyyatın pul  kredit  nizamlaşdırılması siyasətini həyata keçirən 
orqandır.  Pul  kredit  siyasətinin  əsas  məqsədi:  stabil  iqtisadi  artıma 
nail  olmaq,  izsizlik  və  inflyasiyanı  aşağı  salmaq,  tədiyyə  balansını 
tarazlaşdırmaqdır. 
Dövlət  qiymətli  kağızlarının  buraxılışı.  Qiymətli  kağızların 
buraxılma  şərtləri  və  yerləşdirmə  yerləri  Mərkəzi  bank  tərəfindən 
müəyyən edilir. 
Qiymətli kağızlarla əməliyyatlar; 
-
 
büdcə defıtsitinin bazar maliyyələşdirilməsini təmin etməyə; 
-
 
səmərəli pul siyasətinin həyata keçirilməsinə
-
 
kapital bazarının digər elementlərinin inkişafını edilməsinə; 
-
 
kapital  bazarının  digər  elementlərinin  inkişaf  edəcəyi 
fundamentin yaradılmasına imkan verir. 
Göstərilən funksiyaların yerinə yetirilməsi üçün Mərkəzi bank 
aşağıdakı vəzifələri yerinə yetirir: 
-
 
Hökumət  ilə  qarşılıqlı  əlaqədə  vahid  dövlət  pul  kredit 
siyasətini işləyib hazırlayır və həyata keçirir
-
 
inhisarçı  qaydada nağdı  pulun  emissiyasını həyata keçirir və 
nağdi pul tədavülünü təşkil edir; 
-
 
kredit təşkilatları üçün son kreditor mərhələsi rolunu oynayır; 
-
 
ölkə  daxilində  hesablaşmaların  aparılma  qaydasını  müəyyən 
edir; 
-
 
bank əməliyyatlarının apanima qaydasını müəyyənləşdirir; 
-
 
büdcə sisteminin büdcə hesablarına xidməti həyata keçirir 
-
 
bankın  qızıl  valyuta  ehtiyatlarının  səmərəli  idarə  edilməsini 
həyata keçirir; 
-
 
Kredit  təşkilatlarının  dövlət  qeydiyyatına  qəbul  edilməsi 
haqda qərar qəbul edir, bank əməliyyatlarının yerinə 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə