MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   2   3   4   5   6   7   8   9   ...   33

yetirilməsinə  kredit  təşkilatlarına  lisenziyalar  verir,  onların 
fəaliyyətini dayandırır və lisenziyaları geri alır; 
-
 
kredit təşkilatlarının və bank qruplarının fəaliyyətinə nəzarət 
edir; 
-
 
kredit təşkilatlarının qiymətli kağızlarını qeydiyyata alır; 
-
 
Mərkəzi Bankın funksiyalarının yerinə yetirilməsi üçün zəruri 
olan bütün bank əməliyyatı növlərini həyata keçirir; 
-
 
Qanunçuluq  ilə  müəyyən  olunmuş  qaydada  valyuta 
nizamlaşdırılması və valyuta nəzarətini təsdiq edərək həyata keçirir
-
 
Beynəlxalq  təşkilatlar,  xarici  dövlətlər  və  eləcə  də  fiziki  və 
hüquqi şəxslərlə hesablaşma qaydalarını müəyyən edir; 
-
 
Bank  sistemi  üçün  mühasibat  uçotu  və  hesabat  qaydalarını 
müəyyən edir; 
-
 
Xarici valyutaların manata nisbətdə rəsmu kursunu müəyyən 
edərək rəsmi kursu nəşr etdirir; 
-
 
Tədiyyə  balansının  proqnozlarının  hazırlanmasında  iştirak 
edir və tədiyyə balansının tərtibini təşkil edir. 
Mərkəzi Bankın pul kredit siyasəti dedikdə
-
 
iqtisadi artımın nizamlaşdırılmasma; 
-
 
inflyasiyanın buxovlanmasına; 
-
 
ölkə vətəndaşlarımn məşğulluğunun təmin olunmasına; 
-
 
tədiyyə  balansının  tarazlışdaralmasına  yönəldilən  pul 
tədavülü və kredit sahəsi üzrə tədbirlərin məcmusu 
başa düşülür. 
İqtisadiyyatda pul kütləsinin artırılmasına yönəldilən pul kredit 
siyasəti  -  ekspansionist;  pul  kütləsinin azalmasına  yönələn siyasət 
isə restruksion siyasət adlanır. 
Mərkəzi bankların pul kredit siyasəti aşağıdakı alətlər vasitəsi 
ilə həyata keçirilir: 
-
 
Mərkəzi bankın əməliyyatları üzrə faiz dərəcələri
-
 
Mərkəzi  bankda  deponlaşdırılan  məcburi  ehtiyatların 
normativləri; 
-
 
acıq bazarda əməliyyatlar; 
-
 
kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi
-
 
valyuta müdaxiləsi; 


-
 
pül kütləsinin artma istiqamətinin müəyyənləşdirilməsi. 
Mərkəzi bank müxtəlif növ əməliyyatlar üzrə bir və ya bir 
neçə  faiz  dərəcələri  müəyyənləşdirə  bilər.  Mərkəzi  bankın  faiz 
dərəcələri  minimal  olmaqla  bank  əməliyyatlarının  yerinə 
yetirilməsinə  imkan  verir.  Mərkəzi  faiz  siyasətindən  pul  vahidinin 
möhkəmləndirilməsi  naminə  bazar  faiz  dərəcələrinə  təsir  vasitəsi 
kimi istifadə edir. 
Mərkəzi  bank  kredit  institutları  üçün  onların  depozit 
məbləğlərindən  müəyyən  faiz  həcmində  minimum  zəruri  ehtiyat 
yaratmaq üçün normativlər müəyyən edir. Həmən məbləğlər faizsiz 
olaraq Mərkəzi bankda açılan hesabda saxlanılır. Belə qayda əsasında 
kommersiya  banklarının  həm  pul  bazarında  likvidliyin  cari 
nizamlaşdırılmasına, həm də kredit pulların emissiyasının qarşısının 
alınmasına təsir göstərilir. 
Mərkəzi  bankların  açıq  bazardakı  əməliyyatları  onlar 
tərəfindən xəzinə veksellərinin, dövlət istiqrazlarının, dövlət qiymətli 
kağızlarının alqışı və satqısı ilə əlaqədardır. Bu zaman Mərkəzi bank 
açıq  bazarda  faiz  dərəcələrini  dəyişdirməklə  kredit  institutlarına  öz 
likvidliklərinin  yüksəldilməsi  məqsədi  ilə  dövlət  qiymətli 
kağızlarının alınıb satılması üçün şərait yaratrmş olur. 
Qəbul  edilmiş  strategiyaya  uyğun  olaraq  Mərkəzi  Bank 
aşağıdakı növdə siyasət yürüdür; 
-
 
pul 
-
 
uçot 
-
 
depozit 
-
 
valyuta. 
Mərkəzi  bankın  apardığı  bu  siyasətlərdən  hər  hansı  biri 
müəyyən vaxtlarda (situasiyadan asılı olaraq) öncül olur. 
Pul  siyasati  -  pul  buraxılışı  (emissiya)  və  ölkədə  pul 
tədavülünün nizamlaşdırılmasıdır. 
Azərbaycan  Respublikasımn  Milli  Bankı  haqqında  Qanuna 
əsasən  respublikanın  Milli  Bankı  vasitəsi  ilə  pul  siyasəti  aşağıdakı 
alətlər vasitəsi ilə həyata keçirilir: 
-
 
açıq bazarda əməliyyatların aparılması; 
-
 
faiz dərəcələrinin müəyyənləşdirilməsi
10 


-
 
kredit 
təşkilatlan 
üçün 
məcburi 
ehtiyatların 
müəyyənləşdirilməsi; 
-
 
kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi 
-
 
depozit əməliyyatlarının aparılması; 
-
 
bank əməliyyatlarının məhdudlaşdırılması; 
-
 
beynəlxalq  təcrübədə  qəbul  edilmiş  pul  siyasətinin  digər 
alətləri; 
Uçot siyasəti - Mərkəzi bankın bu siyasəti əvəllər kommersiya 
banklarında  uçota  alınan  veksellərin  yenidən  uçotu  və  satın 
alınmasına əsaslanır. Mərkəzi bank veksel valyutasından diskontu və 
ya uçot faizinə tutur ki, bununda dəyişilməsi ölkədə kreditləşmənin 
həcminə  təsir  göstərir.  Onlar  yüksəldikcə  sərt  «bahalı  pullar» 
siyasəti, aşağı düşdükdə isə «ucuz pullar» siyasəti yürüdülür. 
Uçot siyasətinə əlavə kimi lambard və girov siyasətindən də 
istifadə olunur. 
Depozit  siyasəti  pul  vəsaitlərinin  kommersiya  bankları  ilə 
Mərkəzi  bank  arasındakı  axınını  nizamlaşdırır  ki,  bununla  da 
Mərkəzi  bank  kredit  institutlarının  ehtiyatlanmn  vəziyyətinə  təsir 
göstərmiş olur. 
Ekspansiv  depozit  siyasəti  həyata  keçirilərkən  iqtisadiyyatın 
dövlət sektorunun Mərkəzi bankda yerləşdirilən pul vəsaitləri azalır. 
Müvafiq olaraq bu həcmdə kommersiya banklarının ehtiyatları artır. 
Bununla  yanaşı  ehtiyac  artdıqca  kommersiya  banklarının  kredit 
potensialı artır ki, bu da faiz stavkalarının azalması və inflyasiyaya 
gətirib  çıxarır.  Kontraktiv  depozit  siyasəti  yürüdülərkən  əks  nəticə 
əldə olunur - bank ehtiyatı azalır, kredit potensialı aşağı düşür, faiz 
stavkaları yüksəlir, inflyasiya tempi aşağı düşür. 
Valyuta siyasəti - beynəlxalq iqtisadli münasibətlər sferasında 
həyata  keçirilən  tədbirlərin  mxmuusudur.  Mərkəzi  bankın  apardığı 
valyuta  siyasətinin  istiqaməti  və  formaları  hər  bir  ölkənin  daxili 
iqtisadi vəziyyətindən asılıdır. 
Müxtəlif  dövrlərdə  valyuta  siyasətinin  müxtəlif  forma  və 
metodlarından:  valyuta  məhdudiyyəti;  prioritetin  dəyişilməsi 
(devolvasiya və revolvasiya), valyuta kursu rejiminin nizamlaş- 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə