MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   2   3   4   5   6   7   8   9   ...   33

-
 
likvidlik göstoriciləri; 
-
 
birborc  alan  vo  ya  biri  biri  ib  əlaqədar  borc  alanlar  qrupu 
üçün kredit risklərinin maksimum miqdarı; 
-
 
məcmu iri kredit risklərinin maksimum miqdarı; 
-
 
digər  hüquqi  şəxslərin  kapitalında  bankların  iştirakının 
maksimum miqdarı; 
-
 
digər  hüquqi  şəxslərin  kapitalında  bankların  məcmu 
iştirakının maksimum miqdarı; 
-
 
açıq valyuta mövqeyinin limitləri
-
 
faizlərin hesablanması, dayandırılmış aktivlərə aid tələblər; 
Kommersiya hanklanmn yaradılması və bğvi qaydaları 
Bank fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir qurum Milli 
Bankın lisenziyasına malik olmalıdır. 
Bank ən azi üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar 
cəmiyyəti 
formasında 
yaradılır. 
Bank 
fəaliyyətinin 
lisenziyalaşdırılması qaydası  «Banklar haqqında» Azərbaycan Res- 
pulikasının Qanununa müvafiq olaraq müəyyən edilmişdir. 
Kredit  idarələrinin  litsenziyalaşdırılması  zamanı səhmdarların 
tərkibinə, ilkin kapitalın məbləğinə, bank rəhbərliyinin peşəkarhğma, 
nəzərdə tutulan əməliyyat və bankın strategiyasına, bank aktivlərinə 
xüsusi diqqət yetirilir. 
Bank  fəaliyyətinin  litsenziyalaşdırılmasında  məqsəd  maliyyə 
eəhətcə zəif, yüksək riskə məruz qalası, bankların maliyyə bazarına 
çıxmasının qarşısını almaqdır. 
Bank fəaliyyətinin litsenziyalaşdıniması üçün əsasən aşağıdakı 
sənədlər təqdim olunur: 
-
 
dövlət qeydiyyatına götürülməsi üçün ərizə-xahişnamə
-
 
təsis müqaviləsi - o bütün təsisçilər tərəfindən imzalanır; 
-
 
kredit təşkilatının nizamnaməsi; 
-
 
biznes planı; 
-
 
dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd
-
 
təsisçilər haqqında məlumat; 
-
 
nizamnamə  kapitalına  köçürülən  vəsaitlərin  yaranma 
mənbəini göstərən sənəd; 
-
 
kredit idarəsi rəhbərlərinin siyalusı. 


Bank lisenziyalarının alınması üçün müraciətlərə baxılması iki 
mərhələdən ibarətdir: 
birinci  mərhələdə  təsisçilərin  lisenziya  almaq  üçün  ilkin 
müraciətinə baxılır; 
ikinci  mərhələdə  bank  dövlət  qeydiyyatına  alındıqdan  sonra 
yekun müraciətə baxılır. 
Bankın yekun müraciətinə ən geci 30 təqvim günü müddətində 
baxılır. Yekun müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər 
və  ya  çatışmamazlıqlar  müəyyən  edildikdə  onların  aradan 
qaldırılması üçün Milli Bank müraciət edən banka müvafiq bildiriş 
göndərir.  Yenidən  təqdim  edilən  sənədlərə  Milli  Bank  ən  geci  15 
təqvim günü müddətində baxmalıdır. 
Milli  Bank  təqdim  olunan  sənədlər  əsasında  müsbət  nəticəyə 
gələrsə 5 təqvim günü ərzində müraciət edənə yazılı bildiriş göndərir. 
Milli Bank: 
-
 
bankın  rəhbər  işçilərinin  ixtisas  səviyyəsi  tələblərə  uyğun 
olmadıqda; 
-
 
təsisçilərin  maliyyə  vəziyyəti  qeyri  qənaətbəxş  hesab 
edildikdə; 
-
 
təqdim olunmuş sənədlər qanunçuluğa uyğun olmadıqda və 
s. hallarda lisenziya verməkdən imtina edə bilər. 
Milli  Bank  eyni  zamanda  verdiyi  lisenziyaları  ləğv  edə  bilər. 
Bu qayda banklar haqqında Azərbaycan Respublikasının qanunu ilə 
müəyyənləşdirilmişdir.  Əsasən  aşağıdakı  hallarda  lisenziyalar  ləğv 
edilə bilər: 
-
 
bank təsisçilərinin müraciəti olduqda; 
-
 
bank müflis elan edildikdə
-
 
lisenziya  almaq  üçün  ərizə  verilərkən  təqdim  olunmuş 
sənədlərdə yanlışlıqlara yol verildikdə; 
-
 
bank  lisenziyasında  nəzərdə  tutulmayan  fəaliyyət  növlərini 
həyata keçirdikdə; 
-
 
bilərəkdən Milli  banka  yanlış hesabat  və məlumat  verildiyi 
faktları müəyyənləşdirildikdə; 
19 


-  bankın  nizamnamə  kapitalının  müəyyən  olunan  minimum 
miqdardan az olduqda və s. (qanunda bu qəbildən 18 bənd nəzərdə 
tutulub) 
İqtisadiyyatın  inkişafı  bank  sisteminində  inkişafını  onların 
sayının  artırılmasını  tələb  edir.  Bu  da  banklar  arasında  rəqabəti 
gücləndirir. Rəqabət bir tərəfdən bankların inkişafına gətirirsə, digər 
tərəfdən bəzilərinin bu rəqabətdə uduzmaları ilə nəticələnir. Nəticədə 
bankların  yenidən  təşkili  prosesi  baş  verir.  Yenidən  təşkil  olunma 
prosesi  qovuşma,  birləşdirilmə,  ayrılma,  yenidən  təşkil  formasında 
aparılır. 
Qovuşma - yeni bank yaratmaq məqsədilə ilə iki və ya bir neçə 
bankın  əmlakının  və  fəaliyyətinin  birləşməsidir,  (könüllü).  Yeni 
bank  yaranan  anda  digərləri  fəaliyyətini  dayandırır.  Yeni  bankın 
səhmləri həmən bankların qoyuluşları və əmlaklarına müvafiq olaraq 
paylanır. Yeni rəhbərlik birləşən bankların rəhbərlərindən ibarət olur. 
Birhşdmhn  -  qovuşmamn  bir  forması  olmaqla  bir  bankın 
digərini satın alması deməkdir. Bu zaman satın alınmış bankın bütün 
hüquq  və  vəzifələri  satın  alan  banka  keçir.  Birləşdirilmə  xoldinq 
kompaniyalarının  inkişafı  zamanı  baş  verir.  Bu  zaman  bank 
müəyyən  səhm  paketlərini  almaqla  bankı,  sığorta,  investisiya 
kompaniyalarını, pensiya fondunu və s. özünə birləşdirir. 
Yenidən  təşkil  olunma  bankın  təşkilati-hüquqi  formasının 
dəyişilməsi  ilə  əlaqədar  prosesdir.  Bu  prosesdə  banklar  yeni 
əməliyyatların  aparılmasına  lisenziya  alır  və  universallaşmağa 
irəliləyir. 
Banklar: 
müflisləşmə, təsisçilərin qərarına əsasən və 
məhkəmənin qərarı ilə ləğv oluna bilərlər. 
Bankın  ləğvi  ləğv  etmə  komissiyası  tərəfindən  və  Banklar 
haqqında qanuna əsasən həyata keçirilir. 
20 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə