MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   25   26   27   28   29   30   31   32   33

Uzunmüddətli  kreditə  görə  faiz  dərəcəsi  müəyyən  edilərkən 
aşağıdakı amillər nəzərə almır: 

 
Cəlb edilən vəsaitlər üzrə xərclər

 
Risk dərəcəsi

 
Ssidanm ödəmə müddəti

 
Ssudanm rəsmiləşdirilməsi və ona nəzarət üzrə xərclər

 
Kommersiya bankları və habelə istiqraz bazarı dərəcələri

 
Bank ilə borcalan arasındakı münasibətlərin xarakteri

 
Başqa  aktivlərin  investisiyalaşdırılması  zamanı  əldə  edilə 
biləcək mənfəətin norması. 
Kreditdən  istifadə  üzrə  faizlərin  məbləği  ssudanm  verilməsi 
zamanı birdəfəlik və yaxud hissə - hissə tutula bilər və habelə ssuda 
alan  tərəfindən  kredit  müqaviləsi  ilə  müəyyən  edilmiş  müddətdə 
onlar  hesablandıqca  ödənilə  bilər.  Ayrıca  tikintilər  üzrə  inşaat 
dövrünə  hesablanmış  faiz  tutulmaya  bilər,  onların  məbləği  isə 
həmin  tikintiyə  verilmiş  ssuda  üzrə  ümumi  borcun  üzərinə  əlavə 
edilir və ssudaların qaytarılmasının birinci tədiyyəsində ödənilir. 
Ayrı-ayrı  borcalanların  banklar  tərəfindən  güzəştli  kredit- 
ləşdirilməsi həyata keçirilərkən qabaqcadan bu proqramları həyata 
keçirmək  üçün  krediti  cəlb  etmək  haqqında  qərar  qəbul  etmiş 
təşkilatın  vəsaiti  hesabına  ödənilməmiş  faizin  qismən  ödənilməsi 
təmin edilir. 
Uzunmüddətli  ssudaların  verilməsi  birdəfəlik  və  mərhələlər 
üzrə tikintiquraşdırma işləri yerinə yetirildikcə, maddi - mA- terial 
dəyərləri  alındıqca  malgöndərənlərin  və  ya  podratçıların 
hesablarının ödənilməsi və yaxud borc alanın hesablaşma hesabına 
vəsaitin  köçürülməsi  yolu  ilə  həyata  keçirilir.  İcarə-  darlara, 
fermerlərə, ssuda verildikdə fərdi borcalanlara - vətəndaşlara nağd 
hesablaşma birdəfəlik və yaxud mərhələlərlə həyata keçirilə bilər. 
Kreditin  verilməsinin  konkret  forması  kredit  müqaviləsində 
nəzərdə  tutulur.  Borcların  ödənilməsi  haqqında  müqavilə 
şərtlərində  iri  ödəmələr  bəzi  hallarda  onun  müddəti  qurtardıqdan 
sonra nəzərdə tutulur. 
91 


Kredilin  ödənilməsi  borcalanın  öhdəliyinə  əsasən  (öhdəlik 
tapşırığı) onun hesablaşma hesabından ödəmə müddəti çatanda və 
ya borcalanın ödəmə tapşırığına görə vəsaitlərin silinməsi yolu ilə 
ssLidanm ödənilməsinə vəsaitlərin köçürülməsi qaydasında həyata 
keçirilir. 
Müəssisələrə, 
təşkilatlara 
və 
kooperativlərə 
verilən 
uzunmüddətli  kreditin  ödənilməsinin  konkret  müddəti  bank  ilə 
borc alan arasında bağlanan müqaviləyə uyğun olaraq məsrəflərin 
özünü  ödəməsinə,  borcalanın  tərbiyə  qabiliyyətinə  və  maliyyə 
vəziyyətinə,  kredit  riskinə  və  habelə  kredit  resurslarının 
sürətləndirilməsi və kredit əlaqəsi münasibətlərinin digər şərtlərinə 
əsasən  müəyyən  edilir.  Müştərinin  maliyyə  vəziyyətindən  asılı 
olaraq  ssudanın  vaxtından  əvvəl  ödənilməsi  halları  mümkündür. 
Lakin banklar kreditin vaxtından əvvəl başqa mənbələr hesabına, 
yəni  daha  aşağı  faizlə  alınmış  vəsaitlər  hesabına  ödənilməsi 
hallarına mənfi münasibət  bəsləyir və bu halda  borcalana cərimə 
tətbiq edə bilər. 
Əksər hallarda uzunmüddətli ssudalar tədricən, yəni hər ay və 
ya da yarım il üzrə ödənilir. 
Ayrı-ayrı  hallarda  borcalanın  vəziyyətində  müvəqqəti 
çətinliklər  yaranarsa  onun  fəaliyyəti  nəzərə  alınmaqla,  bank 
uzunmüddətli kredit üzrə qaytarılmayan ödənişin müddətini kredit 
müqaviləsində  müəyyən  edilmiş  yüksək  faizlə  uzada  bilər. 
Kommersiya  bankları  tikintinin  gedişinə  və  ssudanın  məqsədli 
istifadəsini müşahidə edir. Tikintidə fasilələr baş verdikdə, ayrılmış 
kredit  səmərəli  istifadə  edilmədiyi  hallarda  bank  kredit 
müqaviləsində nəzərdə tutulmuş iqtisadi saksiyalar tətbiq edir. 
92 


MÖVZU
 
8.
 KAPITAL QOYULUŞUNUN
 
MALIYYƏLƏŞDIRILMƏSI VƏ KREDITLƏŞDIRILMƏSI
 
§ 1. Kapital qoyuluşu, sahələrin inkişafında onun rolu 
Kapital  qoyuluşu  istehsal  və  qeyri  istehsal  xarakterli  əsas 
fondların  təkrar  istehsalı  üçün  cəmiyyət  tərəfindən  UDM  -  dan 
ayrılmış vəsaitdir. 
Məzmun  etibarı  ilə  bu  xərclər  yeni  fondların  yaradılmasına, 
mövcud 
obyektlərdə 
yenidənqurma, 
genişləndirmə 
və 
modernləşdirmə  tədbirlərinə  istifadə  edilir.  Bu  yolla  kapital 
qoyuluşu  geniş  təkrar  istehsalı  təmin  etməklə,  elmi  -  texniki 
tərəqqinin  tətbiqinə  və  əhalinin  sosail  -  rifah  halının 
yaxşılaşdırılmasında bilavasitə iştirak edir. 
Kapital  qoyuluşu  mülkiyyətin  müxtəlifliyinə  sahə  və  ərazi 
xüsusiyyətlərinə,  tikilən  obyektlərin  fərqli  olmasına  və 
maliyyələşmə mənbələrinə görə fərqləndirilir. 
Müasir  investisiya  siyasəti  kapital  qoyuluşunun  mövcud 
obyektlərin yenidən qurulmasına və texniki modernləşməsinə daha 
çox  üstünlük  verir.  Bu  halda  vəsaitin  səmərəliliyi  yeni  tikintiyə 
nisbətən xeyli yüksək olur. 
Kapital  qoyuluşunun  maliyyələşdirmə  mənbələri  iki  əsas 
xüsusiyyətinə  görə  fərqləndirilir.  Vəsaitin  qaytarılmamaq 
(maliyyələşmə)  və  qaytarılmaq  şərtilə  (kreditləşmə)  istifadə 
qaydaları mövcuddur. 
Vəsaitin  qaytarılmamaq  şərtilə  istifadəsi  dedikdə  büdcə 
vəsaiti,  investorların  öz  vəsaitləri  və  cəlb  edilmiş  vəsaitlər, 
həmçinin büdcədənkənar fondların vəsaitləri başa düşülür. 
Kapital qoyuluşunun maliyyələşdirilməsi birbaşa, məqsədli və 
fasiləsiz olmalıdır. 
Vəsaitin  qaytarılmaq  şərtilə  istifadəsi  və  ya  kreditləşmə 
dedikdə  -  borca  verilmiş  vəsaitin  müəyyən  tarixdə  və  məbləğdə 
qaytarılmasının  əvvəlcədən  müəyyənləşdirilməsi  başa  düşülür. 
Banklar kapital qoyuluşu üçün əsasən uzunmüddətli kredit verirlər 
ki,  onların  da  qaytarılmaq,  müddətlilik,  təminathlıq,  ödəndi 
olmaları prinsipləri gözlənilməlidir. 
93 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə