57
Lesitinlər ən çox yumurtanın sarısında və soyada olur. Bun-
lar etil spirtində yaxşı həll olur, havada tündləşir, buna səbəb
tərkibində olan yağ turşularının oksidləşməsidir.
Lesitin maolekulundakı doymamış yağ turşusu hidroliz edil-
dikdə lizolesitin adlanan yüksək hemolitik təsirə malik olan mad-
dələr əmələ gəlir. İlan zəhərinin tərkibində göstərilən prosesi kata-
liz edən spesifik fermentlər vardır. İlan sancmış adamın qanında
eritrosidlərin hemolizə uğraması həmin fermentin fəaliyyəti nəti-
cəsində hemolitik təsirə malik lizolesitinin miqdarının artması ilə
izah olunur.
2.5.2 Kolaminfosfatidlər (kefalinlər). Kolaminfosfatidlərə
kefalin adı verilməsi onun ilk dəfə olaraq baş beyində aşkar olun-
ması ilə əlaqədardır. Onlara həmçinin qaraciyərdə, böyrəkdə,
yumurta sarısında və paxlalı bitkilərin meyvəsində rast gəlmək
olur.
Kolaminfosfatidlərdə xolinin əvəzinə etanolamin (və ya
kolamın) NH
2
─CH
2
─CH
2
─OH olur.
Kolaminfosfatidlərin nümayəndələri kefalinlərdir. Bunlara
fosfatidiletanolaminlər də deyilir. Kefalinlərin
tərkibində bir mole
-
kul qliserinin, iki molekul yağ turşusunun, bir molekul fosfat
turşusunun və bir molekul da kolaminin qalığı vardır.
Kefalinlər də iki:
α- və
β- formada olur.
CH
2
OCOR
1
CH
2
OCOR
1
│ O
β
CHOCOR
2
║
│ O
β
CHO─P─O─CH
2
─CH
2
─NH
2
│ ║ │
α
CH
2
O─P─O─CH
2
─NH
2
OH
│ CH
2
OCOR
2
OH
α-Kefalin β-Kefalin