Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə11/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   7   8   9   10   11   12   13   14   ...   116

41
www.aliyevheritage.org
Heydər Əliyev: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz! "Sülh naminə 
tərəfdaşlıq" proqramının həyata keçirilməsi ilə əlaqədar son zamanlar NATO 
ilə Azərbaycan arasında görüşlər və müvafi q tədbirlər intensivləşir. Mən bunu 
dəstəkləyir və alqışlayıram. Sizin tərəfi nizdən Azərbaycana belə ziyarətlər, 
təbiidir ki, Azərbaycanda mövcud olan real vəziyyəti özünüzün görməyiniz, 
bilməyiniz deməkdir. Təbiidir ki, bunlar da bizim əməkdaşlığımıza müsbət 
təsir göstərə bilər. 
Düzdür, siz Azərbaycanda olmağa az zaman ayırmısınız. Ancaq bizim 
müdafi ə naziri mənə  məlumat verdi ki, bir neçə  işlər görə bilmisiniz. Əsas 
odur ki, danışıqlar aparmısınız, Milli Ordumuzun hərbi məktəbləri ilə tanış ol-
musunuz. Güman edirəm ki, bu, birinci dəfə üçün bəsdir. Ancaq bu görüşləri, 
danışıqları daha da genişləndirmək lazımdır. Buyurun.
Quido Venturoni:  Cənab prezident, hər  şeydən  əvvəl  şəxsən Sizə 
minnətdarlığımı bildirirəm ki, bu gün məni və məni müşayiət edən nümayəndə 
heyətini qəbul edirsiniz. Eyni zamanda bir qədər əvvəl adını çəkdiyiniz "Sülh 
naminə tərəfdaşlıq" proqramına dəstək verməyinizə görə Sizə minnətdaram. 
Mən bilirəm ki, həm NATO, həm də Azərbaycan bu proqrama böyük 
əhəmiyyət verirlər. NATO-nun bildir Vaşinqtonda keçirilmiş sammitinin əsas 
məsələlərindən biri də bu proqramı mümkün qədər genişləndirmək olmuş-
dur. 
Brüsseldə, NATO-nun baş  qərargahında bizim əsas planlarımızdan, 
məqsədlərimizdən biri də ondan ibarətdir ki, dövlət rəhbərləri ilə, müvafi q 
həmkarlarımızla görüşlər keçirək, onların  fi kirlərini öyrənək və bu proq-
ram çərçivəsində planlarımızı, məqsədlərimizi müəyyənləşdirək və bun-
ları genişləndirək. Bütün bunlar bu təşəbbüsləri bir yerə  cəmləşdirməyə 
yönəldilibdir. 
Bu səfər qısa olmasına baxmayaraq, zənnimcə, bizim üçün çox maraqlı, eləcə 
də çox xeyirli olmuşdur. Mən bu səfərim zamanı sizin müdafi ə naziri ilə, baş 
nazirlə görüşlər keçirdim, onlardan xeyli məlumat əldə etdim. Eyni zamanda 
ordu hissələrinə gedə bildim və hərbi akademiyada da oldum. 
Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyevin NATO-nun Hərbi Komitəsinin sədri, 
İtaliya hərbi dəniz qüvvələrinin admiralı Quido 
Venturoninin rəhbərlik etdiyi nümayəndə heyətini 
qəbul edərkən söhbətindən
Prezident sarayı, 28 aprel 2000-ci il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


42
www.aliyevheritage.org
Bu, yalnız məlumat  əldə etmək deyildi, eyni zamanda sizin ölkədə birba-
şa təcrübə keçmək idi. Tam əminəm ki, burada keçirdiyim görüşlərin gələcək 
işim üçün çox böyük əhəmiyyəti olacaqdır. 
NATO çərçivəsində əməkdaşlığımıza dair hansısa sualınız, fi kirləriniz olar-
sa, mən bu suallara cavab verməyə, fi kirlərimi bölüşməyə hazıram. 
Heydər  Əliyev:  Bəli, mənim bəzi suallarım,  fi kirlərim var. Amma onlara 
keçməmişdən öncə bir daha bəyan edirəm ki, "Sülh naminə tərəfdaşlıq" proq-
ramının daha da sürətlə həyata keçirilməsinin tərəfdarıyıq. NATO-nun keçir-
diyi tədbirlərin hamısında Azərbaycanın nümayəndələri - xarici işlər naziri, 
müdafi ə naziri, başqa nümayəndələrimiz fəal iştirak edirlər. 
Mən özüm bir neçə dəfə Brüsseldə, NATO-nun baş qərargahında olmuşam. 
Havyer Solana Azərbaycanı iki dəfə ziyarət etmişdir və onunla çox geniş danı-
şıqlar aparmışıq. Təbiidir ki, yeni baş katib cənab Robertsonun da qısa zaman-
da Azərbaycana gəlməsi lazımdır. 
Mən Madriddə NATO-nun keçirdiyi böyük tədbirdə də - orada dövlət başçı-
larının hamısı iştirak edirdi, zirvə görüşü idi - fəal iştirak etdim və Azərbaycanın 
mövqelərini çox açıq-aydın bildirdim. Bir il bundan öncə, Vaşinqtonda NATO-
nun 50 illik yubileyində dövlət başçılarının görüşündə mən Azərbaycanın pre-
zidenti olaraq yenə də NATO-nun fəaliyyətinə və bizim əməkdaşlığımıza aid 
prinsipial məsələlər barəsində öz fi kirlərimi, mövqelərimi bildirdim. 
Bir sözlə, siz özünüz də  gəldiniz və gördünüz ki, burada olan əməli işlər 
də dediyimiz sözləri təsdiq edir. Ona görə də bu proqramın yerinə yetirilməsi 
bizdən də asılıdır, sizdən də. Amma hesab edirəm ki, indi daha çox sizdən ası-
lıdır. Biz öz üzərimizə düşən vəzifələri, öhdəlikləri yerinə yetiririk. Siz bunlara 
diqqətlə, qayğı ilə yanaşmalısınız və sizin üzərinizə düşən vəzifələri də yerinə 
yetirməlisiniz. 
Quido Venturoni: Cənab prezident, çox sağ olun ki, Azərbaycanın NATO 
ilə  əməkdaşlığa başladığı gündən indiyədək atdığı bütün addımları bizim 
xatirimizə bir də saldınız. Əlbətt ə, Azərbaycanın bu günə qədər atdığı addımla-
rı biz daim nəzərdə saxlayırıq, bunlar daim yadımızdadır. Gələcək planlarımızı 
qurarkən bu səylərdən istifadə edirik ki, möhkəm baza yaradaq, fəaliyyətimiz, 
birgə işlərimiz daha sürətlə getsin. 
Bizim yaxşı, sıx  əməkdaşlığımıza misal olaraq Azərbaycanın sülhyarat-
ma qüvvələrinin Kosovodakı  əməliyyatlarda iştirakını xüsusi qeyd etmək 
istəyirəm. 
Heydər Əliyev: Bu, bizim təşəbbüsümüzdır. 
Quido Venturoni:  Bəli, buna görə sizə minnətdarıq və bilirik ki, sizin 
əsgərləriniz orada özlərini çox yaxşı göstərmişlər. 
Cənab prezident, Sizin dediyiniz kimi, mənim öhdəliklərimə gəldikdə isə
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


43
www.aliyevheritage.org
Sizə söz verirəm ki, Azərbaycan öz öhdəliklərini yaxşı yerinə yetirdiyi kimi, 
mən də çalışacağam ki, öhdəliklərimi yaxşı yerinə yetirim. 
Dünən müdafi ə naziri ilə görüşdən  əvvəl mən bir neçə günlüyə buraya 
gəlmiş nümayəndə heyətinin rəhbəri ilə görüşdüm. O dedi ki, çox yaxşı iş gö-
rülübdür. 
Proqramlarımız var, məqsədlərimiz müəyyən olunub, davamlı fəaliyyətimiz 
vardır. Ona görə də gələcəkdə işimizi daha yaxşı qurmaqdan ötrü, əlaqələrimizi 
genişləndirmək üçün şəxsən məndən nə asılıdırsa edəcəyəm. 
Cənab prezident, bundan əlavə, Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu 
səfər mənə ölkəniz haqqında birbaşa məlumat əldə etməyə, hər şeyi gözlərimlə 
görməyə imkan verdi. Burada gördüklərim, öyrəndiklərim NATO-nun baş 
qərargahında məruzə olunacaq və sonra bu, bütün iştirakçılar arasında yayıla-
caqdır. Əlbətt ə ki, mən birbaşa baş katibə də məruzə edəcəyəm.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə