Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə15/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

35 
 
The article focuses on the organization of marketing management structures in the food industry. 
Based on internal and external ambient factors, scientifically justified proposals have been made to 
establish adequate marketing management structures in enterprises. 
Key words:  food industry, foodstuff market; marketing concepts, marketing management, 
organizational structures of marketing. 
 
 
 


36 
Az.KTİETİ, Elmi Əsərləri 2017/3 səh. 111-116 
 
UOT: 339.1 
 
FASİLƏSIZ TİCARƏT REJİMİNƏ KEÇİDDƏ BİRJALARIN 
 
ROLUNUN QİYMƏTLƏNDİRİLMƏSİ 
 
İsmayıllı Rafiz Sədi oğlu 
Az.KTİETİ-nin baş iqtisadçısı 
e-mail: ismayilli.rafiz@mail.ru 
 
X
ÜLASƏ 
 
M
əqalədə  birjaların  fəaliyyətinin  əsas prinsip və  mexanizmlərinin tədqiqi, ticarətin operativ 
yerin
ə yetirilməsinin müqavilə ilə satış metodu, həyata keçirilən əməliyyatların xarakteristikaları və 
ölk
əmizdə  fond  bazarının  mövcud  vəziyyəti öz əksini  tapmışdır.  Respublikamızın  kənd təsərrüfatı 
m
əhsullarının  dünya  bazarlarına  çıxışının  birjalar  vasitəsilə  təmin edilməsi aktual müzakirə 
mövzusudur.  
Açar sözl
ər:  birja, səhm, broker, qiymətli  kağızlar,  əqdlər, listinq, kotirovka, smellaj, fond 
bazarı.  
 
Müasir  bazar  iqtisadiyyatı  şəraitində  satış  əməliyyatlarının  əksər hissəsi çoxillik fəaliyyət 
müdd
ətinə  malik birjalar vasitəsilə  reallaşdırılır.  Birja  fəaliyyəti müəyyən bir məkanda təşkil 
olunmuş  və  müəyyən qaydalar əsasında  fasiləsiz həyata keçirilən  topdansatış  bazar  olmaqla, 
t
ələb/təklif  bazasında  məhsulların  alqı-satqı  (həm cari, həm də  gələcək zamana) prosesini 
gerç
əkləşdirir  və  dünya ticarət sistemində  öncül yer tutur. Birjalar tələb və  təklifin ani olaraq 
qarşılaşması, birja iştirakçılarının mövqeyinin dəyişdirilməsi və alqı-satqı əməliyyatlarının həcminin 
k
əskin  şəkildə  artması  xüsusiyyətləri ilə  fərqlənir.  Birjanın  yerinə  yetirdiyi  əməliyyatlara  satış 
sövd
ələşmələri  bağlayan  subyektlər  arasında  vasitəçilik etmək,  satış  üçün  təklif edilən məhsulların 
ekspertizasını  həyata keçirmək,  alqı-satqı  ilə  bağlı  əməliyyatları  sadələşdirmək intensivləşdirmək, 
istehsalın  həcmi, məhsulun qiyməti, kimlik bilgiləri  haqqında  məlumatlar yaymaq, prosedur 
gedişində  yaranan mübahisələri həll etmək və  s.  daxildir.  Birjanın  fəaliyyəti  birja  satışı 
iştirakçılarının  (brokerlərin, dilerlərin) hüquq bərabərliyinin təmin edilməsi, bazar qiymətlərinin 
t
ətbiqi,  birja  satışının  aşkarlığı  prinsiplərinə  əsaslanır.  Əmtəə  birjasının  bütün  üzvləri onun 
nizamnam
əsinin tələblərinə,  birja  satış  qaydalarına,  ali  idarəetmə  orqan  olan  ümumi  yığıncağın, 
habel
ə  komitənin qərarlarına  riayət etməli,  birjanın  nəzarət  orqanlarına  vaxtında  və  zəruri 
m
əlumatları  verməlidirlər.  Eyni  zamanda  birjanın  üzvləri təsisin fəaliyyəti  haqqında  məxfi 
m
əlumatları və kommersiya sirrini yaymağa görə məsuliyyət daşıyırlar. 
K
ənd təsərrüfatı  məhsullarının  topdansatışının  da  üstünlük  təşkil  etdiyi  əmtəə  birjalarında 
m
əhsulların  alqı-satqısı  haqqında  sövdələşmələr gedir və  müqavilələr  bağlanılır.  Digər bazar 
növl
ərindən fərqli olaraq əmtəə birjalarında satılan məhsulun bütünü üzrə deyil, nümunələri əsasında 
alqı-satqı  müqavilələri  bağlanılır.  Bu  bazarı  fərqli edən  bir  başqa  cəhət isə  əmtəə  sövdələşmədən 
d
ərhal sonra satıcının əlindən alıcının əlinə keçmir. Tutaq ki, may ayında əmtəə birjasında pambıq 
nümun
ələri üzrə  alqı-satqı  əməliyyatı  gedir,  halbuki  pambıq  yenicə  əkilib,  onu  alıcıya  sentyabr 
ayında vermək mümkün ola bilər. Buna görə də, mövsümi şəraitdən asılı olaraq nümunələr üzrə alqı-
satqı müddəti 6 aydan 24 ayadək uzana bilər.  
Əmtəə  birjasının  fəaliyyət mexanizmində  baş  verən müasir dəyişikliklər  onun  aşağıdakı 
aspektl
əri ilə izah olunur: 
-
 
alqı-satqı əməliyyatlarının predmetinə daxil olan məhsul çeşidləri və bazarlar dairəsi; 
-
 
əməliyyatların həcmi və əmtəə birjalarının sayı; 
-
 
reallaşdırılan əməliyyatların növləri; 
-
 
satışın orqanizə edilməsi və birja əməliyyatların uçotu. 


37 
Birja 
əməliyyatlarına  birja  predmeti  olan  məhsulların  alqı-satqısı,  listinq  və  delistinq, opsion, 
forvard,  fyuçers  kontraktlarının  bağlanması,  əmtəələrin  kotirovkası,  girov,  hesablaşma,  klirinq 
konsaltinq, qiym
ətli  kağızların  saxlanılması  və  təqdim edilməsi kimi fəaliyyət növlərini aid etmək 
olar. Birja 
əqdləri birja əmtəələrinə dair hüquq və öhdəliklərin təsbit edilməsi və xitam verilməsinə 
istiqam
ətlənir və  tərəflərin həyata  keçirdiyi  qarşılıqlı  razılaşdırılmış  tədbirləri  əhatə  edir. Birja 
t
əşkilatçıları  alıcı  və  satıcılara  göstərdikləri xidmət müqabilində  aldıqları  xidmət  haqqı  ilə  yanaşı, 
birjada yer almaq üçün öd
ənilən haqq, sövdələşmələrdən komisyon ayırmaları da əldə edirlər. Birjada 
bağlanılan  sövdələşmələr üzrə  ödənilən vəsait  qarşı  tərəfin  hesabına  ya  dərhal, ya da müəyyən 
müdd
ətdən  sonra  köçürülür.  İkinci  halda  məhsul yeni sahibinin sərəncamına  əvvəlcədən keçsə  də, 
öd
əniş  müddəti tərəflərin istəyi ilə  razılaşdırılmış  müddətə  keçirilir. Bu zaman əməliyyatın 
gerç
əkləşdiyi tarixlə ödənişin edildiyi tarix arasında valyuta kursu fərqi müqavilənin şərtlərinə uyğun 
olaraq t
ərəflərdən birinin öhdəsinə düşür. 
Birjada  alqı-satqı  əməliyyatlarının  həyata keçirilməsində  brokerlər aktiv  iştirak  edirlər. 
Vasit
əçilik vəzifəsini yerinə  yetirmək üçün brokerlər birjada yer almaqla onun üzvünə 
çevrilm
əlidirlər. Yerin qiyməti brokerlərin sayından asılı olaraq dəyişir. Broker sahibkarın adından 
m
əhsul təklifi  edərək nə  qədər  çox  satış  edərsə, vasitəçilik xidmətinə  görə  aldığı  haqq  da  ona 
müt
ənasib olaraq daha da yüksəlmiş  olur.  Brokerlər yüksək  ixtisaslı  mütəxəssislər olmaqla bazar 
konyunkturasını  düzgün  analiz  edə  bilirlər və  əmtəələrin dövriyyə  axınının  sürətləndirilməsində 
onların  rolu  böyükdür. Broker kimi diler də  bazarda  alıcılarla  satıcılar  arasında  vasitəçilik 
xidm
ətlərini gerçəkləşdirir, lakin onların yerinə yetirdiyi vəzifələr və fəaliyyət dairəsində fərqliliklər 
mövcuddur. Bel
ə  ki, dilerlər vasitəçilik etməklə  yanaşı,  öz  hesablarına  məhsulun  topdan  alıb 
p
ərakəndə satışını təşkil etməklə də məşğuldurlar. Artıq burada sövdələşmə aparılan subyektlərin də 
əhatəsi genişlənmiş olur.  
Standart  alqı-satqı  müqaviləsində  məhsulun təqdimedilmə  tarixi,  əmtəənin fiziki həcmi, 
keyfiyy
ət göstəriciləri, tipi və növü, ödəniş tarixi, həcmi və forması, təhvil-təslim şərtləri və tərəflərin 
m
əsuliyyəti öz əksini tapır. Eyni zamanda, forvard kontraktları məhsulun gələcəkdə təqdim edilməsi 
il
ə  əlaqədar fərdi öhdəlikləri də  xarakterizə  edir. Bu cür birja  əməliyyatı  üzrə  sifarişdə  məhsulun 
d
əqiq  adı,  əqdin növü, müddəti, göstərilən qiyməti və  əqd üçün təklif edilən qiymətli  kağızların 
h
əcmi göstərilməlidir. Birjada keçirilən  əməliyyatlar ya onu təşkil  edənin, ya da müvafiq dövlət 
orqanın  nəzarəti  altında  keçirilir. Birjada qiymətlərin səviyyəsinə  təsir etmək məqsədilə  iri həcmli 
sövd
ələşmələr həyata keçirmək, süni surətdə kursun fluktuasiya etməsinə səbəb ola biləcək şayiələr 
buraxmaq yol verilm
əz  haldır.  Hər bir ölkədə  birjanın  normal  işini  süni  surətdə  pozan  halların 
qarşısının alınması ilə əlaqədar fəaliyyət göstərən təşkilatlar
1
 mövcuddur.   
Birja 
əməliyyatlarının  mühüm  tərkib hissələrindən biri listinqdir. Listinq  qiymətli  kağızların 
fond  birjasının  xüsusi  qiymətləndirmə  siyahısına  daxil  edilməsidir.  Qiymətli  kağızların  satışa 
buraxılmasını təmin edən rəsmi listə daxil olmanın müsbət cəhətləri ilə yanaşı, qeydiyyat və dövri 
rüsumların ödənilməsi ilə bağlı əlavə xərclərin edilməsi, emitentin durumu haqqında informasiyanın 
açıqlanması  zərurəti kimi məqamlar da mövcuddur. Növbəti mərhələdə  satışa  buraxılan  qiymətli 
kağızların kotirovkası (qiymətləndirilməsi) keçirilir. Birja kotirovkası birjanın hər iş günü ərzində 
satış prosesində qiymətlərin müəyyən edilməsi və onların birja bülletenində dərc olunmasını bildirir. 
Qiym
ətləndirmə  zamanı  alıcı  və  satıcının  qiymətləri  elan  olunur.  Müasir  birjalar  açıq  təsisatlar 
olduqlarından  burada  reallaşdırılan  bütün  əməliyyatlar  açıqdır  və  məxfi ola bilməz.  Birjanın  iş 
vaxtının hər bir anında qeydiyyatdan keçmiş qiymətli kağızların cari qiymətləri haqqında informasiya 
əldə etmək olar. 
                                                           
1
 Ölk
əmizdə bu sahədə tənzimləməni Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə 
Monitorinqi Xidm
əti həyata keçirir. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə