Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə17/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

40 
çıxaracağını  bəyan edir. Bu məlumatlara  uyğun  şəkildə  də, həmin  şirkətin səhmlərinin  bahalaşıb-
bahalaşmayacağı müəyyənləşir. Ümumilikdə, fond bazarını inkişaf etdirmək üçün etibarlılığın təmin 
olunması  vacibdir.  Ölkə  birjalarının  fəaliyyətsizliyinin  əsas səbəbi bu sahələrin hərtərəfli  inkişaf 
etm
əməsidir. Adətən birjalar inkişaf etmiş ölkələrdə təşəkkül tapır. Təsadüfi deyil ki, birjanın bütün 
sah
ələrini  əhatə  edən hərraclar  ABŞ,  Böyük  Britaniya,  Almaniya  kimi  ölkələrdə  keçirilir. 
Az
ərbaycanda isə bu cür hərracların formalaşması real görünmür. Çünki qiymətli kağızlar, valyuta, 
əmtəə bazarları yüksək inkişaf səviyyəsinə çatmayıb.  
Fond  birjası  şirkətlərin səhm  emissiyası  zamanı  risksiz  maliyyələşmə  cəlb etməsinə  imkan 
yaradır.  Kapital  bazarı  sərbəst  iqtisadiyyatların  bünövrəsini təşkil  edir,  fond  bazarının  inkişaf 
etdirilm
əsi  iqtisadiyyatın  canlanmasına,  xarici  kapitalın  cəlb edilməsinə  imkan  yaradır,  şəffaflığın 
artmasına  səbəb  olur.  Bununla  yanaşı,  birjanın  inkişafı  əhalinin istifadəsiz  qalan  yığım  ehtiyatları 
üçün  alternativ  investisiya  mühiti  yaradır.  Bu  istiqamətdə  İstanbul  Fond  Birjasının  təcrübəsindən 
istifad
ə etmək mümkündür ki, hökumət də bu yöndə iri dövlət müəssisə və şirkətlər tərəfindən fond 
bazarı  vasitəsilə  sərmayənin cəlb edilməsi və  qiymətli  kağızlarla  ticarətin sürətləndirilməsini 
stimullaşdırmağı hədəfləyir.   
ƏDƏBİYYAT 
 
1. 
Əmtəə  birjası  haqqında  “Azərbaycan  Respublikası  Qanunu”.  Bakı  -  25 may 1994-cü il. 2. 
“Birjaların  təşkilati  quruluşu  və  fəaliyyəti”.  N.Aydın,  M.Qaraca.  İstanbul  –  2012.  3. 
İ.Ə.Feyzullabəyli, E.İ.İbişov “Beynəlxalq ticarət işi” Bakı 2001. 4. Fimsa.az –AR MBNP-nin rəsmi 
saytı 5.  Report.az informasiya agentliyi.  
 
Оценка роли бирж  при переходе к режиму 
непрерывной торговли 
 
Исмаиллы Рафиз Сяди оглы           
РЕЗЮМЕ 
 
В  статье  рассматриваются  основные  принципы  и  механизмы  деятельности  бирж, 
выполнение  оперативной  торговли  методом  договорной  продажи,  текущее  состояние 
фондового  рынка  и  характеристика  сделок  нашей  страны.  На  данный  этап  актуальная  тема 
обсуждения в республике это  вывоз в зарубежные рынки сельскохозяйственной продукции с 
помощью бирж. 
Ключевые  слова:  биржа,  акция,  брокер,  ценных  бумаг,  сделки,  листинг,  котировки, 
c
меллаж, фондовый рынок.   
 
The assessment of the role of the exchanges at transition to continuous trading regime 
 
İsmailli Rafiz Sadi 
SUMMARY 
 
In the article researching of the main principles and mechanisms of exchanges’ activity, with 
contract the marketing method of operational implementation of trade, the characteristics of 
operations which are performed and the current situation of stock market in our country are reflected. 
Ensuring the agricultural products of our Republic to the through world markets with exchange is 
actual discussion topic.    
Key  words:  exchange,  share, a broker, securities, transaction, listing, quotation, smellaj, stock 
market. 
R
əyçi: 
Quliyev E.Ə. 
AKTN KTİETİ-nun elmi katibi, i.ü.f.d. 
 


41 
Az.KTİETİ, Elmi Əsərləri 2017/3 səh. 117-123 
 
İDARƏETMƏ VƏ KADR TƏMİNATI 
 
UOT: 338.22;332.54 
 
AQRAR SAHƏDƏ İNNOVASİYALI-İNTENSİV İNKİŞAFA ADEKVAT İDARƏETMƏ 
SİSTEMİNİN İNFORMASİYA TƏMİNATI MƏSƏLƏLƏRİ 
 
Balayev R
əsul Ənvər 
 i.ü.e.d.,professor 
Balayeva Elmira Əli qızı 
 i.ü.f.d., dosent 
Ağakişiyeva Umxanım Əjdər qızı  
 
XÜLASƏ 
 
M
əqalədə  innovasiyalı  inkişaf  şəraitində  idarəetmənin informasiya təminatının  formalaşması 
m
əsələləri nəzərdən keçirilir. Həmin  informasiya təminatının  aqrar  sahədə  innovasiyalı-intensiv 
inkişafa uyğunluğu səviyyəsinin yüksəldilməsinin bir sıra istiqamətləri müəyyən edilmişdir.  
Açar sözl
ər:  informasiya təminatı,  innovasiyalı-intensiv  inkişaf,  imitasiya,  allokasiya  effekti, 
aqrar istehsal. 
 
Giriş 
İnnovasiyalı inkişafın idarə edilməsi sisteminin informasiya təminatının formalaşmasının nəzəri-
metodoloji v
ə  təcrübi problemləri  aktualdır.  Həmin problemlərin həll edilməsi üçün ilk növbədə 
istehsalın  innovasiyalı-intensiv  inkişafa  adekvat olan idarə  edilməsi sisteminin informasiya 
t
əminatının  təkmilləşdirilməsi prioritetləri müəyyənləşdirilməlidir. Bu məqsədlə  informasiya 
ehtiyatlarının  formalaşmasının  iqtisadi-hüquqi  xarakteristikası  verilməli,  istehsal  potensialından 
istifad
ənin informasiya  bazasının formalaşdıran amillərin təsiri xarakterizə edilməlidir. 
 
İnnovasiyalı-intensiv inkişafa adekvat idarəetmə sisteminin   
informasiya probleml
əri 
Maddi, maliyy
ə  və  əmək  resurslarının  məhdudluğu  şəraitində  innovasiyalı-intensiv  inkişafa 
adekvat idar
əetmə  sisteminin, müvafiq informasiya təminatının  formalaşması  yüksək rəqabət 
qabiliyy
əti tələblərinə  cavab verməlidir.  Əks  halda,    minimum  miqdarda  maddi,  əmək və  maliyyə 
resurları  məsrəfi  şəraitində,  onların  səmərəli  kombinasiyasından  irəli gələn allokasiya effektini 
reallaşdırmaq qeyri-mümkündür. 
Aqrar sah
ədə  innovasiyalı-intensiv  inkişafa  adekvat  idarəetmə  sisteminin informasiya təminatı 
strukturlaşdırılmış  informasiya  əlaqələri  hesabına  kollektiv  səylərin səfərbər edilməsini, rəqabət 
strateg
iyasının  əsaslandırılması  və  reallaşdırılması  mərhələlərində  texnoloji  innovasiyaların 
stimullaşdırılması imkanlarının əks etdirilməsini nəzərdə tutur. İnnovasiyalı-intensiv inkişafa adekvat 
idar
əetmə  sisteminin  informasiya  bazasını  formalaşdıran  göstəricilərin  balanslı  sistem  əmələ 
g
ətirməsi tələb  edilir.  Haqqında  danışılan  sahədə  informasiya  bazasını  formalaşdıran  göstəricilər 
sisteminin  balanslı  olması  uçot,  maliyyə, marketinq və  müəssisədaxili digər  proseslərin operativ 
s
əciyyələndirilməsi, habelə qarşılıqlı tamamlama effektinin reallaşdırılması sayəsində mümkündür. 
İnnovasiyalı  idarəetmə  məsələlərinin həlli  üçün  hazırlanmış  informasiya  massivlərin qaydaya 
salınmış sistemi kimi informasiya bazası, demək olar ki, bütün hallarda mürəkkəb struktura malikdir. 
Lokal  faylların  həmin bazada mühüm  xüsusi çəkisi  olduğu  hallarda,  struktur  əmələgətirən 
elementl
ərə, ilk növbədə,  giriş  və  çıxış  massivləri, normativ-arayış  məlumatlarının  əks  olunduğu 
informasiya massivl
əri,  əvvəllər qəbul edilmiş qərarların nəticəsində  əldə edilmiş və uzunmüddətli 
istifad
ə üçün saxlanan informasiya massivləri aid edilməlidir. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə