Nəzəriyyə məsələləri – Вопросы Теории



Yüklə 225,22 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix01.11.2017
ölçüsü225,22 Kb.
#7994
növüYazı
1   2   3   4   5   6   7   8   9   10

əsərləri  Əli Sultanlı özünün rus dilini bilən  və poetik istedadı ilə diqqəti cəlb edən 

tələbələri arasında bölüşdürmüşdü. On beş ildən çoxdur ki, bu kitab ali 

məktəblərimizin filologiya fakültələrində  dərslik vəzifəsini müvəffəqiyyətlə yerinə 

yetirir. Kitabın tərcüməçiləri o zaman ali məktəb tələbəsi, yaxud aspirantı, müəllimi 

olan B.Vavabzadə,  Ə.Kürçaylı, A.Aslanov, T.Hacıyev, Ayaz Vəfalı, Y.Qarayev, 

Hüseyn Kürdoğlu,  Ş.Salmanov, Arif Abdullazadə, Ağacavad  Əlizadə, Firudin 

Ağayev və başqaları idi. Bəziləri ilk qələm təcrübələrini çap etdirən həmin 

mütərcimlərin çoxu indi respublikamızın görkəmli  şairi, tənqidçisi, alimi və 

mütərcimi kimi tanınmaqdadır. Bu məlumatı verməyi ona görə lazım bildik ki, indi 

artıq həmin müntəxəbatların birbaşa orijinaldan tərcümə edilməsinin vaxtı  gəlib 

çatmışdır. Bu təcrübədən professor Pənah Xəlilovun “SSRİ xalqları  ədəbiyyatı 

müntəxəbatı” kitablarının genişləndirilmiş    gələcək nəşrlərində  də istifadə etmək 

yararlı olardı. 

 Ali 


məktəb proqramına müvafiq olaraq ingilis, fransız,alman  ədəbiyyatlarına 

dair antologiyalar da hazırlamaq günün vəzifələri sırasında durur. Indi söz Xarici 

Dillər  İnstitutu  və digər ali məktəblərimizin  müvafiq kafedraları ilə birlikdə 

Yazıçılar İttifaqının və onun tərcümə bölməsinindir. 

 

Əlbəttə Puşkini ruscadan tərcümə etdiyimiz kimi, Mirzo Tursunzadənin  



tacikcədən, Musa Cəlili tatarcadan, Heyneni almancadan, Bayronun  ingiliscədən 

tərcümə etməklə onların əsərlərinin ətrini, məna gözəlliyini daha çox mühafizə etmiş 

olarıq. Bir sözlə,  istiqaməti ona yönəltmək lazımdır ki, rus dilindən bir qayda olaraq  

əsasən məhz rus yazıçılarının  əsərləri tərcümə olunsun. Qeyri – rus  dillərində  

yazılmış  bədii  əsərlərin  onların yarandığı dildən tərcüməsi, tərcümənin 

müvəffəqiyyətli çıxmasının  ən mühüm şərtlərindən biri olaraq qalır.  Son zamanlarda  

gənc mütərcimlərdən  Feyzulla Ağayev,  Sabir Mustafayev,  Zahid Məmmədov, 

Səkinə Hüseynova, Hamlet Qocayev və    başqaları  ingilis, alman,  fransız və ispan  

dillərindən  tərcümə ediblər.  Bunu təqdir etmək lazımdır. Qoy həmin yoldaşlar öz 

vərdişlərini təkmilləşdirsinlər və onların sıraları  əcnəbi dilləri  mükəmməl bilən gənc 

istedadların  hesabına  daha da  sıxlaşsın. Lakin birbaşa  əcnəbi dildən edilən  tərcümə  

hələ yüksək keyfiyyətli  tərcümə deyil. Bu cür tərcümələri də  yaxşısı pisi var.  Böyük 

Avstriya  ədibi Stefan Sveyqin “Novellalar” kitabı dünyada tanınmış bu yazıçının  

Azərbaycan  dilində ilk kitabıdır.  Əlamətdar cəhət budur ki, “Novellalar” dilimizə  

orijinaldan – almancadan tərcümə edilmişdir. Zahid Məmədovun tərcüməsində  “Yad 

qadının məktubu” müvəffəqiyyətlidir.  Bu novellada  insan xarakterləri,  psixoloji 

ardıcıllıq Azərbaycan dilində  təbii və rəvan  təqdim edilir. Onu oxuyarkən  tərcümə 

olduğunu  bir anlığa unudursan.  Təəssüf ki, Həmid Arzulu  yoldaşın  tərcümə etdiyi 

“Bir qadının həyatından 24 saat” hekayəsi haqqında bu sözləri demək olmaz. Məsələ 

onda deyil ki,  mütərcim “Həyatının  düzən yolu”, “müstəqil bir vacd” kimi   dilimizə 

yad ifadələr, “nazik dodaqları olan kiçik aözı açılmışdır” kimi qeyri bədii  cümlələr 

işlənir. Aşaöıdakı parçaların müvəffəqiyyətli tərcümə olunduğunu  müəyyən etmək 

üçün əsərin almancasına  baxmağa ehtiyac yoxdur:  

 

23




 “... 

düşünürsünüz ki, Frau Anriet kimi bir qadın  günahsız olaraq gözlənilməz 



bir macəraya uya bilər və o,  bu zaman     elə hərəkət edə bilər ki, bir saat bundan 

əvvəl  bu  hərəkət onun üçün ağlasığmaz imiş  və    buna görə  də  onu  heç də 

təqsirləndirmək lazım deyildi?” 

 “Xidmətçi  şikəst bir adam olduğu kimi qayğı ilə ona  qollarını geyinməkdə 

kömək etdi”.  

 “Üstündə 4 patronu olan tapancadan  və xaç anası knyaqinya X. tərəfindən ona 

hədiyyə verilmişdir... Üzərində qiymətli daş – qaş olan  xaçdan başqa heç nəyi 

qalmır”.  

 Birinci 

və üçüncü parçaların böyük təshihə ehtiyacı olduğu  göz qabağındadır.  

İkinci parçada  fikir təhrifinə  yol verilmişdir,  əsərin digər nəşrlərini oxuyanlar  

bilərlər ki, novellanın qəhrəmanlarından olan 24 yaşlı gənc şikəst deyildir, xidmətçiyə 

gəldikdə isə  aydın məsələdir ki, şikəst adamı  asqılıqda xidmətçi saxlamazlar.  Bu cür 

misallardan yenə  də  gətirmək olar. Lakin elə bunlar da kifayətdir ki, “Bir qadının 

həyatından 24 saat” novellasının tərcüməsini  qüsurlu olduğunu yəqinlik hasil edək.  

 Yaşadığımız dövrdə çox böyük vüsət alan, gələcək üçün daha böyük inkişaf 

perspektivlərinə malik olan bədii tərcümə  işi Yazıçılar  İttifaqı, qəzet və jurnal 

redaksiyaları,  nəşriyyatlar habelə ali məktəblərin müvafiq kafedraları  qarşısında yeni 

vəzifələr qoyur. Bədii tərcümə  işinin həyatla, mədəni quruculuğumuzun  konkret 

vəzifələri ilə sıx əlaqə şəraitində planlaşdırmaq lazımdır. Qarşıdan  gələn hər bir ili 

üçün, xalq təsərrüfatının və  mədəniyyətin  inkişafına dair  beşillik planlar işığında 

Azərbaycan dilinə  bədii tərcümənin planlarını vaxtaşırı  ədəbi ictimaiyyətin 

müzakirəsinə verməyin ciddi əməli  əhəmiyyəti ola bilər. Nəşriyyatların tərcümə 

bölmələrində  çalışan əməkdaşların ixtisasca  təkmilləşməsi, həmin şöbələrin redaktor 

və mütərcim  kadrları ilə qüvvətləndirilməsi  də  mühüm  vəzifələrdəndir. Tanış 

olduğumuz  tərcümələr göstərir ki, mütərcimin əlindən çıxan, lakin ikinci və daha iti 

bir gözlə oxunulacaq təqdirdə asanlıqla aradan qaldırıla bilən xəta çox vaxt məhz 

mütəxəssis bir redaktorun əlinə düşmədiyi üçün tərcümənin əl yazmasından  bir başa 

kitabın səhifələrinə  gəlib çıxır. Tərcümə kitablarının çapa hazırlayarkən  onların  

tərtib, nəşriyyat və  poliqrafiya tələblərinin müasir səviyyədə olmasına xüsusi qayğı 

göstərmək lazımdır. Bədii tərtib zamanı    kağız, cild, şrift və s. seçərkən bütün 

bunların  əziz qonağa göstərilən ehtiram səviyyəsində  olmasına  fikir verilməlidir. 

Həmin tərcümələr  bir qayda olaraq müqəddimə, yaxud söz ardı, çətin anlaşılan 

kəlmələrin izahı, coğrafi, tarixi və  əfsanəvi adlar göstəricisi ilə  təchiz olunmalıdır.  

Əsrimizin ilk onilliyində xalqımıza Sabir qədər yaxın və doğma olan digər bir şair 

təsəvvür etmək çətindir. Lakin mütəxəssislərin, bəzi yaşlı,  təcrübəli müasirlərimizi 

çıxmaq  şərtilə  indi çoxlu oxucu tapmaq olar ki,  məsələn, Sabirin taziyanələrində 

xatırladılan  bütün tarixi hadisə  və  şəxsiyyətləri, mətbuat nümunələrinin adlarını  və 

mahiyyətlərini yaxşı bilsin? Odur ki, Seyid Hüseynin, Həbib Səmədzadənin,  Əziz 

Mirəhmədovun və  Məmməd Məmmədovun hazırlayıb nəşr etdirdikləri “Hop –hop 

namə”lərin 355–səhifəlik kitabında  5-cə  səhifəlik də  şərh və izhata rast gəlmirik. 

 

24




Kim deyə bilər ki, keçən  əsrin  rus həyatı ilə son dərəcə möhkəm bağlı olan rus 

şairinin  əsrimizin 60 – cı illərində Azərbaycan dilində çıxan tərcüməsini bu cür şərh 

və izahata ehtiyacı yoxdur?! 

 Bu 


cəhətdən nəşriyyatların xəsisliyi bəzən o dərəcəyə çatır ki, başqa şərhlər və 

izahlar bir yana dursun, əsərin hansı dildən  tərcümə edildiyini belə kitabın bir 

küncündə göstərməyi lazım saymırlar. Məsəslən, XIX – XX əsrlərin fransız 

nasirlərindən Jul Renarın  “Gündəlik”  kitabçasını almış gənc və təcrübəsiz oxucu  bu 

əsərin kimə məxsus olduğunu və hansı dildən tərcümə edildiyini müəyyənləşdirmək, 

müəllifin tərcümeyi – halına dair müxtəsər bir məlumat almaq üçün köməkçi 

ədəbiyyat axtarmalı olacaqdır.   

 “Neçə şair varsa, bir o qədər də  üslub mövcuddur” deyiblər. Həmin kəlamı bir 

qədər dəyişdirib demək olar ki,  necə mütərcim varsa, bir o qədər də mütərcim üslubu 

vardır. Belə olan surətdə rus klassiklərinin şer kitablarının dilimizə tərcüməsində yol 

verilən çox üslubluluğu necə qiymətləndirmək lazımdır?  Məsələn,  Lermontov 

poeziyasının  Azərbaycan dilinə  tərcüməsindən 17 mütərcimin iştirakı, yaxud 

Nekrasovun “Seçilmiş əsərləri”nin  13 – şair tərəfindən tərcümə edilməsi yaradıcılıq 

incəlikləri  və üslubu vəhdət  baxımından  təqdirəlayiqdirmi? Xüsusən poeziya  

əsərlərinin tərcüməsində kollektivçilik  elə bir  arzuedilməz  əlvanlığa  gətirib çıxarır 

ki, ən təcrübəli redaktor  belə onun öhdəsindən gəlməyə qadir deyil. Əlbəttə, biz bir 

şairin  rus qələm yoldaşlarının  əsərlərindən , yaxud klassik poeziyasından istədiyi 

vaxt  hər hansı bir əsəri tərcümə və çap etdirməsini  ancaq alqışlayırıq. Lakin söhbət  

nəşriyyatın irəlicədən planlaşdırdığı tərcümə kitabından gedirsə,  bunu vaxtındaca  öz 

yazı üslubu,  psixoloji aləmi,  maraq dairəsi  və s.  etibarilə müəllifə  daha yaxın olan, 

onun  əsərlərinin tərcüməsi sahəsində artıq müəyyən nailiyyətlər  qazanmış bir 

Azərbaycan şairindən xahiş etmək daha məqsədə uyğun olmazmı? Bu deyilənlərdən 

heç də o nəticə çıxarılmasın ki,  biz bir klassiki ömürlük bir mütərcimin  adına yazılıb,  

onun başqaları  tərəfindən  tərcüməsini rədd edirik. Əsla yox? Hər zamanın bədii 

tərcümə qarşısında  irəli sürdüyü  müasir tələbləri var və həmin tələblərə əsasən də 

rus poeziyasının  görkəmli nümayəndələrinin yaradıcılığını Azərbaycanda da gələcək 

nəsillər dönə - dönə qayıdacaqlar.  Bu baxımdan  istedadlı  şair  İsa  İsmayılzadənin  

Mayakovski yaradıcılığından  tərcümələr etmək təşəbbüsü  bizi sevindirir. O, şairin 

indiyədək dilimizdə səslənməmiş “Qulaq asın” və “Möcüzə” şerlərinin tərcümə edib 

oxuculara  çatdırmışdır. (“Ədəbiyyat və incəsənət” qəzeti, 30 iyun 1973).  Yenə 

əvvəlki sözümüzün üstünə qayıdırıq. Bir kitabın  17 şair tərəfindən tərcüməsi işin 

sürətini və  həmin kitabın yubileyə, yaxud bir mədəniyyət bayramınadək çıxmasını 

təmin edir. Lakin unutmaq lazım deyil ki, yubileylər keçir, kitab isə  bəzi qüsurların  

da içində olmaq şərtilə  həmişə qalır.  

 Planlaşdırma ilə  əlaqədar  olaraq bunu da qeyd etmək vacibdir ki, biz də    bir 

qisim tərcümə  əsərləri dönə - dönə çap olunduğu halda, müasir sovet ədəbiyyatının 

bəzi çox görkəmli simalarının ittifaq və dünya miqyasında tanınan  əsərlərini  

oxucularımız hələ də ana dilində  mütaliə edə bilmirlər.  

 

25



 

Zəmanəmizin gözəl  şairi,  ədəbiyyatımızın ağsaqqalı  Nikolay Tixonovun 

Azərbaycan dilində bu vaxtadək bir dənə  də olsun  poeziya kitabı yoxdur. Böyük 

Vətən müharibəsi cəbhələrində sovet adamlarının qəhrəmanlığını geniş  bədii 

lövhələrdə sənətin orijinal vasitələri ilə əks etdirən  K. Simonovun romanlarının heç 

biri Azərbaycan dilində kitab kimi buraxılmamışdır. Eyni sözləri Bakıxanovun, 

Bondarevin və başqalarının da  həmin mövzuda yazılmış qiymətli əsərləri haqqında 

demək olar. Azərbaycan ədəbiyyat sevərlərinin bu əsərlərə böyük mənəvi ehtiyacı var.  

 Rus 

nəzəri tənqidinin dünyada tanınmış nümayəndələri Belinski, Dobrolyubov 



və Çernışevskinin  Azərbaycan dilində  kitabları  artıq çoxdan az tapılan  biblioqrafik 

nadir nüsxələrə çevrilmişdir. Sovet ədəbiyyatşünaslığının və estetik fikrinin qiymətli 

nümunələri  olan B. Suçkovun  “Realizmin taleyi”  kitabının, Q. İ. Lomidzenin, M.İ. 

Qrafçenkonun, V. H. Şerbinanın müasr ədəbi problemlərə  dair  monoqrafiyalarının  

tərcüməsini də  biz bu sahədə  vacib vəzifələrdən hesab edirik.  

 Azərbaycanda bədii tərcümənin tarixinə, nəzəriyyəsinə  və  təcrübəsinə    M. 

Arifin, Cümşüd  Əzimovun, Samir Qurbanovun, Əsgər Ağayevin, Bayram 

Tahirbəyovun, Məmmədağa Sultanovun, Həbib Babayevin, Cəlal Məmmədovun, 

Fəridə  Vəlixanovanın və başqalarının  məqalə  və kitabları    həsr olunmuşdur.  Son 

illərdə    Gültəkin Sultanova, Oktay Babayev və  Vəkil Hacıyevin bu sahədə maraqlı 

çıxışları müşahidə edilməkdədir. Lakin tərcümə  məhsulunun həcminə nisbətən  

tərcümə haqqında dövrü mətbuatda  yazılar xeyli azdır. Bəzi resenziyalar haylı – 

küylü təriflərdən ibarət olur.  Bu cür təriflər  şit təsir bağışladığı kimi, mütərcim 

zəhmətini yerə vuran inkar ruhlu  tənqid  də heç kəsə lazım deyil. Mütərcimin nəyə 

müvafiq olduğunu, yaxud uğursuzluqlara  düçar olduğunu konkret faktlar  əsasında 

göstərmək lazımdır.  Bədii tərcümə ilə    məşğul olan  yoldaşların böyük dəstəsinin 

əməyini vaxtaşırı  ümumiləşdirən  icmal məqalələrini barmaqla saymaq olar.  

 

Onu da qeyd edək ki, tərcümə sahəsində  ədəbi həyatımızın  çox mühüm faktları 



bəzən tənqidin və  nəzəri fikrin  diqqətindən yayılır.  Şoloxov  əsərlərinin 8, Qorki 

əsərlərinin  15 – cilddə Azərbaycan dilinə çap olunması  respublikamızda bədii 

tərcümə sahəsində  öz miqyası  və mahiyyəti etibarilə misilsiz ədəbi – mədəni 

hadisələr idi. Bu  çoxcildliklərin müsbət təcrübəsinin ümumiləşdirməyə, yol verilmiş  

bəzi qüsuralrını tənqid etməyə, nəticələr çıxarmağa bu gün də ehtiyac vardır. Təəssüf 

ki, məlumat xarakterli yazıları    və  tək – tük kiçik məqalələri çıxmaq  şərtilə  həmin 

hadisələr  biz də geniş müzakirənin predmetinə çevrilmədi. Bu işlər bilavasitə məşğul 

olan tərcümə bölməmiz  nəşriyyatla  əlaqə saxlayıb ciddiliklə  həmin tərcümələrin  

müzakirəsini keçirməyin qayğısına qalmadı.  

 Biz 


də son illərdə    o  qədər çox tərcümə materialı  toplanmışdır ki, onu  

ümumiləşdirməyə, qazanılmış  təcrübə  əsasında  elmi – nəzəri  və  əməli nəticələr 

çıxarmağa,  tövsiyyələr hazırlamağa böyük ehtiyac duyulur. “Ədəbiyyat və incəsənət” 

qəzetinin  tərcümə  məsələlərinə dair 1974 – cü  ilin sonlarında  keçirdiyi “Dəyirmi 

stol” müşavirəsi, həmin qəzetin “Kommunist” qəzetinin,  “Azərbaycan” jurnalının 

dərc etdikləri  bəzi məqalələr  bu sahədəki  ehtiyacı ödəmək üçün hələ azdır.  

 

26



 Rus 

dilindən tərcümələrin bir qismindən, həm də  əsasən onların ümumi 

məsələlərindən  bəhs etdik.  SSRİ xalqları, Avropa və dünya ədəbiyyatlarından ana 

dilimizə    tərcümələrin, kinossenariərin, radio və televiziya verilişlərində    istifadə 

olunan  ədəbi mətnlərin tərcüməsi, bədii tərcümənin  sənətkarlıq məsələləri  ətraflı 

təhlilə möhtacdır.  

 Lenin 

mükafatı laureatı  M. S. Şaginyanın məqalələrinin birində deyilir: “ Şərq 



dilləri ailəsində Azərbaycan dili ən çox imkanlara  və geniş yayılma perspektivlərinə 

malik olan dillərdən biridir.  Ecazkar dərəcədə  aydın, asan və lakonik olan bu dil 

Şərq nitq mədəniyyətinin bütün gözəlliklərini özündə toplamışdır. Onu öyrənmək 

asandır, həmin dili  biləni isə  bütün Şərqdə başa düşürlər”. Lermontovun Azərbaycan 

dili haqqında yazdıqlarından təqribən 135 – il sonra, sovet ədəbiyyatının  ağbirçəyi, 

doğma erməni dilindən, əsas əsərlərinin  yazdığı rus dilindən savayı,  bir neçə xarici 

dili də mükəmməl bilən  sənətkar tərəfindən deyilmiş bu fikir, dilimizin gəlib çatdığı  

müasir yüksək səviyyənin, onun geniş miqyasda inkişaf üçün böyük imkanlara malik 

olduğunu  bir  daha təsdiq edir.  

Biz  inanırıq ki, rus,  sovet və dünya klassikasının görkəmli əsərlərini bu dildə 

yenidən canlandırmaq, beləliklə  də xalqlar arasında dostluq, qardaşlıq tellərini 

getdikcə qüvvətləndirmək, mədəniyyətlərin və    ədəbiyyatların  qarşılıqlı  əlaqə  və 

təsirini inkişaf etdirmək üçün Azərbaycan yazıçıları, mütərcimləri bundan sonra  daha 

fəal yaradıclıq əzmi ilə çalışacaqlar. 

  

 

 



 

 

  



  

 

   



 

 

 

 

 

   

 

 

 



 

 

        



 

27

Document Outline

  • Akademik

Yüklə 225,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə