P a ris nüsxəsi azərbaycan respubükast prezidentiNİN



Yüklə 25,06 Kb.
Pdf görüntüsü
səhifə12/56
tarix30.12.2017
ölçüsü25,06 Kb.
#18406
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

Ə rəb  Reyhan  İbrahim ə  dedi:
-   Öz  malını  götürüb  aparıb  da.
M ir İbrahim   dedi:
-  Ay evi  yıxılm ış,  Koroğlu m ənə  qoyun  satmaq bohanəsi  ilə  gəlib 
Eyvazı  apardı.
Ərəb Reyhan ürəyində dedi:  “Anasını...  Koroğlu axır ki, yağlı əlini 
m ənim   də  başım a  çəkdi,  m ənim   oylağım dan  da  ov apardı” .
Ə rəb  Reyhan  üzünü  atlılarına tutub  dedi:
-  Qoçaqlarım ,  m ən getdim,  siz  də  dalım ca gəlin.
Ə rəb  Reyhan  atı  yel kimi  çapırdı.  O nun  atı  madyan  idi,  adm a A ğ - 
caquzu  deyirdilər.  Qırat  m adyan  iyini  bir  ağaclıqdan  alıb  qulaqlarını 
eşşək  qulağı  kim i  aşağı  salladı.  Koroğlu  gördü  ki,  Q ırat  qulaqlarını 
aşağı  salıb.  K oroğlu  Ərəb  Reyhanın,  A ğcaquzunun  tərifıni  çox  eşit- 
mişdi.  Ö z-özünə  dedi:
“Y əqin  Qırat  A ğcaquzunun  iyini  alıb.  Y əqin  Ərəb  Reyhan  əh v a - 
latdan hali  olub m ənim  arxamca  gəlib.  Y oxsa, başqa  adam m ənim   d a- 
lımca  golm əyə  cü rət  etm əz” .  Koroğlu  göydo  uçan  durnalara  baxıb 
dedi  ki,  bu  dum aların  başçısım   nişan  alacam ,  oxum   boşa  çıxdısa, 
demoli,  Eyvaz  m ən ə  qism ət  olm ayacaq.  N iyyət  eləyib,  oxu  yaya 
qoyub  atdı.  Atm ağı  ilə  başçı  durnanın Koroğlunun ayaqları  altına düş- 
məyi  bir  oldu.  K oroğlu  dum anın  başındakı  çıqqanı  yolub,  Eyvazın 
araqçm ına  sancdı.
E yvaz dedi:
-   Ey  Cəlalı  Koroğlu,  daha  əm im   qızı  yoxdu  ki,  m ən ə  araqçın 
tiksin.  Niyo  çıqqa  ilə  m ənim   araqçınım ı  deşdin?
K oroğlu  dedi:
-   Q urban  olduğum ,  qoym aram  son  başına  belo  araqçın  qoyasan.
K oroğlu  gördü  Eyvaz  çox  sıxılır,  bir türkü  oxudu:
B aşına  döndüyüm ,  qurban  olduğum ,
Səri  dum a  tellim ,  Eyvaz,  ağlam a.
G öydə  axtardığım ,  yerdə  bulduğum ,
S əri  durna  tellim ,  Eyvaz,  ağlam a.
Q üdrətin  qoləm in  çəkim   qaşuva,
Y enico  yetübsən  on  dörd yaşuva,
A ltun  araqçınlar  qoyum   başuva,
Sori  dum a tellim ,  Eyvaz,  ağlam a.
V arıb  gedib  Ç ardaxlıda'  duralım,
G ələnün,  g edənün  halın  bulalım ,
H ə r kim   m üxənnətdiı,  boynun  vuralım ,
S əri  durna  tellim ,  Eyvaz,  ağlama.
Eyvaz dedi:
-   Ey  Koroğlu,  eşitm işəm   sən  çox  m ərd  adamsan,  bilm irəm   m ənə 
m ərdlik edəcəksən,  yoxsa,  nam ərdlik?
Koroğlu cavabında  dedi:
S əni  gördüm ,  ü rə k  tapdı  təsəlli,
S ən  oğul,  m ə n   ata,  bilsün təkəli.
A dım   qoç  K oroğlu,  U rum da bəlli,
Səri  dum a  tellim ,  Eyvaz,  ağlama.
K oroğlu ilə  Eyvaz burada qalm aqda olsun,  indi eşit Ərəb  R eyhan- 
nan.  Ə rəb  Reyhan  bu  yerlori  ovcunun  içi  kimi  tanıyırdı,  yollara  yaxşı 
bəlod  idi.  A m m a  Koroğlu  bir  d əfə  də  olsun,  bu  yanlara  gəlm əm işdi, 
yollara  bələdçiliyi  yox  idi.  Koroğlunun  qarşısında  bir  dəro,  dəronin 
başında bir körpü var idi.  K oroğlu  bu  körpüdən keçməliydi.  Başqa  yol 
yox  idi.  Ərəb  Reyhan  bunu  yaxşı  bilirdi.  Buna  görə  də  öz  atlıları  ilo 
gəlib  körpünün  ağzını  kəsdi.  K oroğlu  körpüyə çatanda  gördü ki,  Ə rəb 
R eyhan  körpünün  ağzını  kəsib.  Koroğlu  baxdt  ki,  keçm ok  m üm kün 
deyil.  Qıratı  qam çıladı.  Qırat  sıçrayıb  dağın başına  qalxdı.  Qıratın  d ır- 
naqları  ahu dım ağı  kimi  idi.  Q ıratdan  başqa  heç  bir  at bu  dağın  başına 
qalxa bilməzdi.  D ağm  aşağısında on  iki  arşın cni,  yüz  arşın  uzunu olan 
bir  d ərə  var  idi.  K oroğlu  Eyvaz  ilo  dağtn  başında  qaldı.  Ərəb  Reyhan 
ath lan n a dedi:
-   Cavanlar,  burada  gözləyin.  K oroğlunun  başqa  yolu  yoxdu,  ya 
orada ölm əlidi,  ya da  enib  bura  gəlm əlidi.
Koroğlu  üç  gün  dağın  başında  qaldı.  Qırat  xəstoləndi.  Koroğlu 
üzünü  qibləyo  tutub  dedi:
-  İlahi,  m ənim   əcəlim  çatıbsa,  canımı  al,  öm rümü  Q ırata bağışla.
Bu  sözdən  sonra  K oroğlu  gördü  ki,  Qırat  otlayır.  Dəroni  bir  do
gözdən keçirtdi.  Fikirləşdi ki,  d ərənin eni on iki arşındı, Qırat bu on  iki 
arşını atlana bilsə, Eyvazı da götürüb qaça biləcok, yox ogor atlana bil-
1 Çəmlibelə “Çardaxlı  Çəmlibel”  də  deyilir (İ.A.)
O ' O  
4 5  
P
O


m əsə,  özü  də,  Eyvaz  da,  Qırat  da  d ərənin  dibinə  düşüb  tik ə -tik ə  
olacaq.  K oroğlu  Q ırata minib,  Eyvazı  da m öhkəm  tərkinə  sarıyıb belə 
bir türkü  oxudu:
A tadan  bədöydü,  anadan köhlən,
Q ırat  m əni  Ç əm libelə  yetir,  hey!
Yad  yanında  boz  dum anda qoym a gəl,
Q ırat  m əni  Ç əm libelə  yetir,  hey!
Ə rəb  Reyhan  Koroğlunun  türkü oxum asını eşidib  atlılanna dedi:
-   Cavanlar,  Koroğlunun  yaxşı  çağıdı,  türkü  oxuyur.  İndi  düşüb  öz 
ayağı  ilə  bura gələcək.
K oroğlu  Qıratı  öym əyə  başladı:
İlahi, görm üyüm   sənin  dağuvı,
M əx m ərd ən  çulluyum  soli-sağuvı,
G üm üşdən  nallayım   əl-ayağuvı,
Q ırat,  m əni  Ç əm libelə  yetir,  hey!
Q arqudan ç ə k ilə n   onun  boyudu,
M üxənnət  olanun  gözün  oyudu,
Ə sli  köhlən,  yoxsa  D üldül  soyudu,
Qırat,  m əni  Ç əm lib elə  yetir,  hey!
D alısına  m ə x m ər çullar biçdiyim ,
Seylab  kim i  al  şərabü  içdiyim ,
K oroğlu der beş  yüz atdan  seçdiyim,
Q ırat,  m əni  Ç əm lib elə  yetir,  hey!
K oroğlu  sözünü  tam am   edib,  Qıratın  cilovunu  döndərdi.  Ə rəb 
Reyham n  gözü  Koroğludaydı.  G ördü  ki,  K oroğlu Qıratı  dərənin  o biri 
üzünə  atlandırm aq  istəyir.  Ə rəb  R eyhan  atlılarm a dedi:
-  Cavanlar, K oroğlu dərənin o  tayına keçm ək istəyir.  Ə gər o Qıratı 
o taya atlandıra bildi,  bir uşağdan ötrü belə pəhləvan  igidlə  düşm ənçi- 
lik  etm əyib,  Eyvazı  özüm  ona  bağışlayacam ,  götürsün  aparsın,  yox 
əgər Qıratı  dərənin o biri tərəfınə atlandıra bilm əsə,  özü də,  Eyvaz da, 
Qırat  da  dərənin  dibinə  düşüb  p arça-parça  olacaqlar.  B elə  olsa,  onda 
davalığ bir  iş  qalmır.
O
O
 
4 6  
r > o
Qıratın ağzı köpüklənm işdi.  Koroğlu Qırata elə bir qamçı vurdu ki, 
at əl-ayağını yığıb,  dərənin  o  tayına  sıçradı.  Qırat  elə  tullandı  ki,  hələ 
iki  arşın da o  yana  düşdü.
Ə rəb Reyhan dedi:
-   Halal  olsun!  Allah  səni  doğan  anaya,  səni  boya-başa  çatdıran 
ataya yar olsun.
Ə rəb  Reyhan  atlılarına üz tutdu:
-   Cavanlar,  canavar  dişini  batırdığı  yerə  şim ikər.  Koroğlu  bu  gün 
Eyvazı  belə rahat götürüb gedirsə,  sabah gəlib m ənim  arvadımı  da y a- 
tağından  götürüb  aparar.  İndi  m ən  onunkunu  ona göstərərəm .
Ə rəb  Reyhan  arxadan  K oroğlunu  səsləyib  dedi:
-  A y anasını...  Ç əm libelə  də  getsən,  arxanca gələcəyəm .
K oroğlu  gördü  ki,  Ə rəb  Reyhan  ondan  əl  çəkm əyəcək.  Eyvazı
yerə  qoyub  Qıratın  y əh ər-yarağını  bərkitdi,  Ə rəb  R eyhanın  qabağına 
gəlib  dedi:
-  Anasını...  m ənim   yaxam dan  əl çəkəcəksən,  ya  yox?!
Ə rəb  Reyhan dedi:
-  A xır yağlı  əlini  m ənim   də  başım a  çəkdin?
K oroğlu dedi:
-  A y nam ərd,  m ənnən  arvad kim i  vuruşacaqsan,  yoxsa kişi  kim i?
Ə rəb  Reyhan  dedi:
-  A rvad  savaşı  necə  olur,  kişi  savaşı  necə?
K oroğlu dedi:
-  Q əfıldən  işarə  edib atlılarını  m ənim  üstüm ə töksən,  bu arvad sa- 
vaşıdı.  T ək m eydana girsən,  bu,  kişi  döyüşüdü.
Ə rəb  Reyhan cavab  verdi:
-  Kişi  kimi  döyüşəcəyəm !
K oroğlu  Ə rəb  R eyhana dedi:
-   Y əqin  m ənim   adım ı-sanım ı  eşidibsən.  M ən  döyüşə  girəndə 
türkü  deyirəm.
Ə rəb  Reyhan  dedi:
-   Türkünü  de!
K oroğlu  baxıb  gördü  ki,  Ə rəb  Reyhanın  atlıları  sıra  ilə  onun  arxa- 
smda dayanıblar.  Ü rəyində  dedi ki,  Ərəb  R eyhan kişi  kim i  vuruşm ağa 
söz  versə  də,  onun  sözünə  çox  da  etibar etm ək olm az,  əvvəlcə  atlıları 
sıradan  çıxarm aq  lazım dı.  K oroğlu  Ərəb  R eyhana dedi:
o
n
 
47  r x j


Yüklə 25,06 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə