Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

Fərz edək ki, hərəkət etməyən maye mühitdə bərk hissəcik çökür. Bu hissəciyə
şaquli olaraq aşağı yönəlmiş P – ağırlıq qüvvəsi, əks istiqamətə yönəlmiş mayenin R –
müqavimət qüvvəsi təsir edir. R – müqavimət qüvvəsi, S
1
  – sürtünmə qüvvəsi ilə S
2
Arximed qüvvəsinin cəminə bərabərdir, yəni 
2
1
S
S
R


                                     (1)
 
Şəkil
1
Məlumdur ki, əgər P < R şərti ödənilirsə, onda bərk hissəcik mayenin səthində
üzərək, çökməyəcəkdir. Əgər P > R şərti ödənilirsə, onda bərk hissəcik böyük təcillə
aşağıya doğru hərəkətdə olacaqdır, belə ki, Nyuton qanununa görə 
a
G
R
P



                                          (2)
burada: G – hissəciyin kütləsi;
a – P – R qüvvələrinin fərqi hesabına hissəciyin hərəkət təcili.
Beləliklə, bərk hissəcik P > R şərti daxilində maye mühitdə bərabərtəcilli hərəkət
edir və onun sürəti hər hansı bir vaxt anında 
5


2
2
0
t
a





                                          (3)  
 
kəmiyyətinə bərabər olacaqdır. Çökmənin başlandığı andan bir qədər sonra, P və R
qüvvələrinin   ədədi   qiymətləri   bərabərləşir,   onda  
0

a
  və  
2
2
t
a

  olur.   Bu   andan
başlayaraq, hissəcik sabit ω
0
 sürəti ilə hərəkət edir ki, bu sürət    ç ö k m ə   s ü r ə t i
adlanır. 
Ç ö k d ü r ü c ü     a p a r a t l a r.   Şəkər, nişasta – patkə və süd istehsalı
sahələrində,   suspenziyalar,   emulsiyalar   və   tozları   çökdürmək   üçün   çökdürücü
aparatlardan istifadə edilir. Ən sadə quruluşlu çökdürücünün prinsipial sxemi aşağıdakı
2 – ci şəkildə təsvir edilir. 
Şəkil 2. Emulsiyaları durultmaq üçün istifadə edilən çökdürücü.
1 – konik diblik; 2 – baxış şüşəsi; 3 – buxar köynəyi; 4 – çıxış kranı; 5, 6 – kranlar.
6


Bu çökdürücüdən emulsiyaları durultmaq üçün istifadə olunur. Çökdürücü əsasən
süd sənayesində, kəsmik istehsalı zamanı istifadə edilir. Tələb edilən temperaturu təmin
etmək üçün çökdürücü buxar köynəyi ilə örtülmüşdür.
Az sıxlığa malik olan kəsmik süd zərdabının üzərinə qalxır. Beləliklə, ayrılmış
südlü emulsiya 4 – kranından buraxılır. ρ
2
  sıxlığına malik məhsul axıb qurtardıqdan
sonra, 6 – kranı bağlanır, 5 – kranı açılıb ρ
1
 – sıxlığına malik kəsmik boşaldılır. 
7


MÖVZU 10. MƏRKƏZDƏNQAÇMA  QÜVVƏLƏRİNİN 
TƏSİRİ  ALTINDA  ÇÖKMƏ – 2 SAAT.
Çökmə   prosesini   öyrənərkən   gördük   ki,   ağırlıq   qüvvəsinin   təsiri   altında
emulsiyalar,   suspenziyalar   və   tozların   ayrılması,   həm   böyük   vaxt   intervalı,   həm   də
çökdürücüləri yerləşdirmək üçün çox geniş sahə tələb edir. Suspenziyalarda ölçüləri 5
mkm   –   dən   kiçik   və   ya   sıxlığı   mühitin   sıxlığına   yaxın   olan   asılı   hissəciklərin
çökdürülməsində belə aparatların effektivliyi çox az olur. 
Mərkəzdənqaçma   qüvvələrinin   tətbiqi   ilə   suspenziyaların   ayrılması   prosesin
effektivliyini xeyli artırmağa imkan verir. Mərkəzdənqaçma qüvvələrinin təsir sahəsi,
ayrılacaq   maye   axınının   dairəvi   hərəkəti   ilə   yaradılır.   Bu   zaman,   asılı   hissəciklər
mayedən ayrılaraq kənarlaşmağa cəhd edəcəklər. Bu üsulla çökdürmə prosesində xüsusi
çəkiləri biri digərindən azacıq da olsa fərqlənən məhsulları belə ayırmaq mümkündür.
Suspenziyaların   mərkəzdənqaçma   qurğularında   çevrəvi   hərəkəti   zamanı,
hissəciklərə mərkəzdənqaçma qüvvəsi təsir edir, yəni
R
m
G
M
2


,          N                    (1)
burada:  m – hissəciyin kütləsi, kq;
ω – hissəciyin fırlanmada bucaq sürəti, s
-1
;
R – hissəciyin fırlanma radiusudur.
Hissəciyin öz ağırlıq qüvvəsi isə aşağıdakı kəmiyyətə bərabərdir:
g
m
G
a


                                                  (2)
(2) və (1) ifadələrinin müqayisəsindən alırıq:
g
R
G
G
a
M



2

                                      (3)


(3)   ifadəsindən   görünür   ki,   mərkəzdənqaçma   qüvvəsi,   ağırlıq   qüvvəsindən
g
R
2

 qədər çoxdur. 
g
R
F
2


 – kəmiyyəti   a y r ı l m a    f a k t o r u   adlanır. Bu
faktor nə qədər böyük olarsa, qurğuların ayırıcılıq qabiliyyəti bir o qədər yüksək olar. 
Durulducu sentrifuqa və separatorlar
Suspenziyalar   durulducu   sentrifuqalarda   çökdürülür,   emulsiyalar   isə
separatorlarda   ayrılırlar.   Durulducu   sentrifuqalar   iş   prinsiplərinə   (fasiləsiz,   fasiləli),
çöküntünün   boşaldılması   üsuluna   (mexanikləşdirilmiş,   əl   ilə)   və   barabanın   valının
yerləşməsi   vəziyyətinə   (üfüqi,   şaquli,   meylli)   görə   fərqlənirlər.   Aşağıdakı   şəkildə
çöküntüsü əl ilə boşaldılan, fasilə ilə işləyən durulducu sentrifuqanın sxemi verilmişdir. 
2


Şəkil 1. Fasiləli işləyən, çöküntüsü əl ilə boşaldılan durulducu sentrifuqa
Fasilə ilə işləyən sentrifuqa 1 – şaquli valında fırlanan 2 – barabanına malikdir. 
Suspenziya daxilə 6 – borusu vasitəsilə verilir. Suspenziyanın bərk hissəcikləri
barabanın divarlarında çökür, şəffaflaşmış maye isə onun kənarlarından qabığın daxilinə
axıdılır və oradan da 4 – borusu vasitəsilə kənarlaşdırılır. Çöküntü sentrifuqadan əl ilə
boşaldılır.   Belə   sentrifuqalar   bir   sıra   çatışmazlıqlara   malikdirlər   və   hazırda   onları
fasiləsiz işləyən aparatlarla əvəz edirlər. 
Məsələn,   nişasta   istehsalında   fasiləsiz   işləyən,   çöküntüsü   şneklə   boşaldılan
durulducu sentrifuqalar tətbiq edilir. 
Belə sentrifuqaların prinsipial sxemi 2 – ci şəkildə təsvir edilir: 
Şəkil 2. Fasiləsiz işləyən durulducu sentrifuqa
1 – konik baraban; 2 – silindrik baraban; 3, 9 – dəliklər; 4 – daxiledici boru; 5,
6 – çıxış borusu; 7 – şnek; 8 – örtük; 10 – dəlik.
 
3


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə