Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   2   3   4   5   6   7   8   9   ...   44

Bu kriteriyaları verilmiş kriteriyanı təklif edən alimin soyadının ilk iki hərfinin
latınca ifadəsi kimi şərtləndirmək qəbul olunmuşdur. Məsələn, bütün hidravlik və istilik
hesabatlarında istifadə olunan Reynolds kriteriyası aşağıdakı kimi ifadə edilir:






d
Re
                                (1)
burada: ω – məhsulun hərəkət sürəti, m/san;
d – aparatın diametri, m;
ρ – məhsulun sıxlığı, kq/m
3
;
μ – məhsulun dinamik özlülüyü, N san/m
2
.
“Oxşarlıq”   anlayışı   həndəsədən   götürülmüş,   proseslərin   və   aparatların   fiziki
təzahürlərinə tətbiq edilmişdir. Məsələn, iki sistemin mexaniki oxşarlığı, maye və qaz
axınlarının   oxşarlığı,   iki   istilik   axınının   oxşarlığı   və   s.   kimi   oxşarlıq   məfhumları
haqqında anlayışlar mövcuddur.
Oxşarlıq nəzəriyyəsinin əsası rus alimi V.L. Kirpiçev tərəfindən irəli sürülmüş və
sonralar bu ideya N. Hüsselt, M. A. Mixiyev, A.A. Quhman və s. alimlərin işlərində öz
əksini tapmışdır. 
Oxşarlıq nəzəriyyəsi yalnız eyni qrupa daxil olan proseslərə, fiziki mahiyyətcə
eyni və vahid formada analitik bərabərliklərlə ifadə olunan proseslərə tətbiq edilir. Bu
nəzəriyyə, prosesləri istehsalat üçün lazımı dəqiqliklə çox da böyük olmayan və ucuz
başa gələn modellərdə öyrənməyə imkan verir. 
Şəkil 1.
Oxşarlıq nəzəriyyəsinin mahiyyətini aşağıdakı misalda nəzərdən keçirək:
2


Məlumdur ki, oxşar üçbucaqlarda, uyğun tərəflərinin xətti ölçülərinin nisbəti sabit
kəmiyyətdir,   yəni   dəyişməzdir.   Eyni   qayda   ilə,   oxşar   fiziki   proseslərdə,   mühitin
həmcins fiziki kəmiyyətləri nisbəti, model və aparatların uyğun nöqtələrində sabitdir.
Şəkil   1   –   də   göstərilən   d
1
  və   d
2
  diametrli   borularda   əgər   mayelərin   sürəti
oxşardırsa, onda W
1
 və W
2
 sürətlərinin nisbəti uyğun 1 və 2 nöqtələrindəki W
1
΄
 və W
W
2
΄
sürətlərinin nisbətinə bərabər olacaqdır, yəni 



2
1
2
1
W
W
W
W
                                (2)
Bu nisbət sabitdir və hər iki borudakı uyğun nöqtələr üçün dəyişməz olaraq qalır.
Bununla əlaqədar, qanuni və əks olan vəziyyət aşağıdakı kimi səslənir: Əgər nöqtələr
üçün sürətlər nisbəti sabitdirsə, onda mayelərin hər iki axındakı sürətləri oxşardır. 
Bundan əlavə, göstərilən borulardakı mayelərin hərəkət sürətlərinin oxşar olması
üçün, oxşarlıq nəzəriyyəsinə görə, uyğun nöqtələrdəki oxşarlıq kriteriyalarının bərabər
olması vacibdir, yəni öyrənilən prosesi xarakterizə edən ölçüsüz fiziki kəmiyyətlərin
nisbəti bərabər olmalıdır.
Oxşarlıq nəzəriyyəsi və onun öyrənilən proseslərə tətbiqi, aşağıda göstərilən üç
vacib nəticəyə əsaslanır:
[1]   –   Oxşar   proseslər   eyni   oxşarlıq   kriteriyalarına   malikdirsə,   onda
eksperiment   qoyulan   zaman   tədqiq   olunan   prosesin   oxşarlıq   kriteriyalarının
ifadəsinə daxil olan bütün kəmiyyətləri ölçmək lazımdır. 
[2]   –   Prosesi   xarakterizə   edən   kəmiyyətlər   arasındakı   asılılıq,   oxşarlıq
kriteriyaları   arasındakı   asılılıq   şəklində   və   ya   ümumiləşdirilmiş   kriterial   tənliklər
şəklində   təsəvvür   edilə   bilər.   Deməli,   eksperimental   nəticələri,   oxşarlıq
kriteriyalarının funksiyası şəklində təsəvvür etmək lazımdır. 
Məsələn, istilik mübadiləsi prosesi 


Gr
f
Nu
Pr,
Re,

                                (3)
asılılığı şəklində ifadə oluna bilər. 
burada: Re – Reynolds kriteriyası,
3


Pr – Prandtl kriteriyası, 
Gr – Qraxhof kriteriyası.
Prosesin   konkret   şəraitinə   müvafiq   olaraq,   bu   asılılıq   sadələşir,   belə   ki,   bu
kriteriyalardan bəziləri tədqiq edilən prosesi xarakterizə etmir. Prosesi xarakterizə edən
kriteriyaları,   məsələn,   Re   –   Reynolds   və   Pr   –   Prandtl   kriteriyalarını   hesablamaqla,
verilmiş kriterial tənlikdən Nu – Nusselt kriteriyasının qiymətini tapır, sonra isə bu
kəmiyyətdən α – istilikvermə əmsalı təyin olunur.
[3]   –   təcrübələrin   nəticələrini   ümumiləşdirmək   və   miqyaslarından   asılı
olmayaraq bütün oxşar proseslərə şamil etmək üçün yeni prosesin və ya aparatın
yaradılması,   mütləq   modelləşdirmə   prinsiplərinə   müvafiq   olaraq   həyata
keçirilməlidir.   Bu   o   deməkdir   ki,   model   aparata   və   aparatda   baş   verən   bütün
proseslərə həndəsi oxşar olmalıdır. 
Modelləşdirmə  –   modellərdən   yüksək   məhsuldarlığa   malik,   sənaye   miqyaslı
aparatlar   hazırlanarkən,   mühüm   əhəmiyyətə   malikdir.   Təcrübə   göstərir   ki,   aparatın
diametrinin artması ilə, adətən modelin  effektivliyi ilə müqayisədə  onun effektivliyi
azalır. Bu da əsasən, sənaye aparatının kəsiyində axınların qeyri – bərabər paylanması
ilə əlaqədardır. 
Ona   görə   də   mürəkkəb   proseslərdə,   sənaye   miqyaslı   aparatlar   yaradılarkən
həndəsi miqyas və hidrodinamiki oxşarlıq nəzərə alınmalıdır. 
Həndəsi miqyas  –  M – modelin xətti ölçülərinin aparatın xətti ölçülərinə olan
nisbəti şərtindən təyin edilir, yəni 
M
D
D
M

                                (4)
burada: D, D
M
 – uyğun olaraq aparatın və modelin diametrləridir. 
Hidrodinamik   oxşarlıq  –  aparat   və   modeldə   eyni   fiziki   xassələrə   malik
maddələrdən istifadə edildikdə, Re – Reynolds kriteriyaları tənliyi ifadəsində aşağıdakı
şəkildə yazılır:
4


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə