Практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др под ред. С. М. Гребенюка


MÖVZU 6.   MEXANİKİ PROSESLƏR – 4 SAAT



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/44
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5626
növüПрактикум
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

MÖVZU 6.   MEXANİKİ PROSESLƏR – 4 SAAT.
Qida məhsulları istehsalı proseslərinin təsnifatını öyrənərkən qeyd etmişdik ki,
proseslər 5 əsas qrupa – mexaniki; hidromexaniki; istilik mübadiləsi; kütlə mübadiləsi;
kimyəvi və biokimyəvi proseslərə bölünür. Onu da qeyd etmişdik ki,     m e x a n i k i
p r o s e s l ə r      bərk materialların emalı ilə sıx əlaqədar olub, xırdalanma, sortlara
ayırma,   dozalaşdırma,   dənəvər   materialların   qarışdırılması   və   preslənməsi   və   başqa
prosesləri özündə birləşdirir. İndi də mexaniki proseslərin təsnifatına, bu proseslərin
oxşar və fərqli cəhətlərinə nəzər yetirək. 
XIRDALANMA PROSESİ
Xırdalanma  – dedikdə bərk materialların mexaniki  təsir nəticəsində  hissələrə
parçalanması   prosesi   başa   düşülür.   Bu   proses,   təsirə   məruz   qoyulan   maddələrin
kütlələrinin kiçilməsi və səthlərinin böyüməsi ilə müşayiət olunur. İki xırdalanma növü
bir – birindən fərqləndirilir.
1). P a r ç a l a n m a;
2). K ə s m ə   v ə   y a   d o ğ r a m a.
Birinci növ xırdalanmada, xırdalanmış hissələr xüsusi forma və ölçülərə malik
olmurlar. İkinci xırdalanma növü zamanı isə, xırdalanmış hissələr xüsusi formaya və
ölçülərə malik olurlar. 
Bərk halda olan qida məhsulları istehsalı xammallarını xırdalamaq üçün onlara
mütləq   mexaniki   təsir   göstərməli,   bu   təsirin   nəticəsi   olaraq   molekullar   bir   –   birini
cəzbetmə qüvvələrindən azad edilməlidirlər ki, bu qüvvələr də V a n – D e r – V a l s
qüvvələri   adlanır.   Qida   xammallarının   böyük   tikələrinin   xırdalanması   prosesini
parçalanma,  kiçik   tikələrinin   xırdalanması   prosesini   isə  üyütmə  kimi   adlandırmaq
qəbul olunmuşdur.
Məhsulların   xırdalanması,   qida   sənayesinin   müxtəlif   sahələrində   çox   geniş
istifadə olunur. Taxıl məhsullarının emalı zamanı, qurudulmuş itburnu meyvəsindən C –
vitamininin istehsalı zamanı, həmçinin meyvə və tərəvəzlərdən qida konsentratlarının
hazırlanmasında   xırdalanma   prosesi   tətbiq   edilir.   Xırdalanma   prosesindən   şəkər


istehsalında   (şəkər   çuğundurlarının   kəsilməsi),   qənnadı   sənayesində   (şəkər   ununun
hazırlanması), nişasta, duz, balıq unu və hətta bitki yağı istehsalında da (toxumların
xırdalanması) geniş istifadə olunur.
Xırdalanmanın növləri və üsulları
Dərəcəsindən asılı olaraq, xırdalanma 5 qrupa bölünür:
1. İ r i   x ı r d a l a n m a;
2. O r t a   x ı r d a l a n m a;
3. K i ç i k    x ı r d a l a n m a;
4. N a r ı n   x ı r d a l a n m a;
5. K o l l o i d     x ı r d a l a n m a.
X ı r d a l a n m a     d ə r ə c ə s i    dedikdə, xırdalanmaya məruz qoyulmuş
hissəciklərin orta ölçülərinin xırdalanmadan alınmış hissəciklərin orta ölçülərinə olan
nisbəti başa düşülür, yəni 
d
D
i

 
burada: i – xammalın xırdalanma dərəcəsi;
D – xırdalanmaya məruz qoyulan xammalın ölçüləri;
d – xırdalanmadan alınan məhsulun orta ölçüləri.
Aşağıdakı cədvəldə müxtəlif xırdalanma növlərinin xarakteristikası verilir:
Cədvəl 1
Sıra

Xırdalanma növü
D, mm
d, mm
i
1
İri
1500 . . . 150
250 . . . 25
3 . . . 6
2
Orta
150 . . . 25
25 . . . 5
4 . . . 10
3
Kiçik
25 . . . 5
5 . . . 1
5 . . . 25
4
Narın
5 . . . 1
1 . . . 0,05
100 – ə qədər
5
Kolloid
0,2 . . . 0,1
10
-4
 – ə qədər
1000 – ə qədər
İstehsalatda   kiçik,   narın   və   kolloid   xırdalanma   bəzən   su   mühitində   həyata
keçirilir. İri və orta xırdalanma, adətən su əlavə edilmədən həyata keçirilir.
2


İstiqamətindən,   tətbiq   nöqtəsindən   və   xarici   təsirin   müddətindən   asılı   olaraq,
xırdalanmanın aşağıdakı üsulları fərqləndirilir: əzmə, döymə, zərbə, sürtmə.
Xırdalanma   üsulunun   seçilməsi,   xammalların   xüsusiyyətlərindən   –
möhkəmliklərindən, özlülüklərindən, bərklilərindən və başqa göstəricilərindən asılıdır. 
Xırdalanma nəzəriyyəsi
Aydındır ki, xırdalanma prosesi həyata keçirilərkən müəyyən qədər iş görülür.
Görülən iş enerji sərfi ilə müşayiət olunur ki, bu enerji də xırdalanmaya məruz qoyulan
materialın   molekullararası   cəzbetmə   qüvvəsinin   (Van   –   Der   –   Vals   qüvvələri)   dəf
edilməsinə sərf olunur.
Xırdalanma nəzəriyyəsinə müvafiq olaraq, xammalın xırdalanmasına sərf edilən
faydalı işin miqdarını hesablamaq mümkündür. Belə hesabatın mümkünlüyü, məhsulun
xırdalanmasına sərf edilən ümumi enerji sərfini təyin etməyə imkan verir ki, bundan da
istifadə etməklə, proses yerinə yetiriləcək maşın və aparatların gücü təyin edilir. 
Aydındır   ki,   xırdalanma   prosesində   meydana   çıxan   hissələrin   səthi   böyük
olduqca,   prosesə   sərf   edilən   işin   miqdarı   da   çox   olmalıdır.   Buradan   materialın
xırdalanmasından yeni hissəciklərin yaranmasına sərf edilən işin mütənasibliyini əks
etdirən aşağıdakı riyazi asılılığı yazmaq olar:
F
K
A



1
1
burada: A
1
 – xırdalanmanın faydalı işi;
∆F – materialın xırdalanmasından yaranan yeni hissələrin səthi;
K
1
 – mütənasiblik əmsalıdır.
Xırdalanma prosesi zamanı, görülən faydalı iş, həmçinin xırdalanacaq materialın
həcminin kiçilməsi ilə də xarakterizə olunur.
Bu prosesi aydınlaşdırmaq üçün aşağıdakı misalı nəzərdən keçirək:
Fərz edək ki, istənilən bir materialın müəyyən tikəsi xırdalanmadan əvvəl hər
hansı V
1
  – həcminə malikdir. Xırdalayıcı P qüvvəsinin tətbiq edildiyi anda, material
dağılmaqdan   əvvəl   təsir   edən   qüvvəyə   müqavimət   göstərəcəkdir.   Bu   vaxt   o,   P
3


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə