Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək


Hesablama Palatası yoxladı, Avropa Şurasındakı səfirliyin işi Baş Prokurorluğa getdi



Yüklə 402,37 Kb.
səhifə12/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
1   ...   9   10   11   12   13   14   15   16   17

Hesablama Palatası yoxladı, Avropa Şurasındakı səfirliyin işi Baş Prokurorluğa getdi


16.07.2015

hesablamapalatasi 1Hesablama Palatası Kollegiyasının iclası barədə rəsmi məlumat yayılıb. Qeyd olunur ki, kollegiya iclasında dövlət büdcəsindən və büdcədənkənar daxilolmalardan  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə; dövlət büdcəsindən Azərbaycanın Niderlanddakı səfirliyinin saxlanmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına; dövlət büdcəsindən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin (Strasburq) saxlanmasına ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Xarici İşlər Nazirliyinə və Azərbaycanın Niderlanddakı səfirliyinə göndərilməsi qərara alınıb.

Dövlət büdcəsindən 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin saxlanmasına ayrılan vəsaitlərin istifadəsi zamanı büdcə vəsaitlərindən qanunsuz istifadə, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, dövlət sirrinin qorunmaması, hesabatlılığın təmin edilməməsi halları və bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq müvafiq yoxlama materiallarının Baş Prokurorluğa göndərilməsi qərarı verilib.

Transparency.az-ın məlumatına görə, 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olmuş Arif Məmmədov “Azadlıq” qəzetinə açıqlamasında Hesablama Palatasının qərarını Prezident Administrasiyasının sifarişi kimi dəyərləndirib: “Mən səfirlikdə işlədiyim bütün müddət ərzində dəfələrlə tələb etmişəm ki, maliyyə yoxlaması göndərilsin. Səfirliyi təhvil götürəndə də, təhvil verəndə də. Aydındır ki, orada hər hansı israfçılıq, yeyinti-filan olsaydı, mən bunu etməzdim”.

Bu il mayında Arif Məmmədov “Facebook” səhifəsində Bakıda qırğınla nəticələnən bina yanğınına görə məmurları ittiham edib. Həmin vaxt İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı səfiri vəzifəsində çalışan Arif Məmmədovun tənqidi qeydləri hakim dairələrdə etiraz doğurub, mediada qarşılıqlı ittihamlar başlayıb. Az sonra Arif Məmmədov İslam Əməkdaşlıq Təşkilatının səfiri vəzifəsi ilə vidalaşaraq Azərbaycan hakimiyyətinə qarşı müxalifətə keçdiyini bəyan edib.

Yeni reklam qanunu qüvvəyə mindi


16.07.2015

“Reklam haqqında” 2015-ci il 15 may tarixli yeni qanun qüvvəyə minib. Prezident İlham Əliyevin iyulun 15-də dərc olunan fərmanında Nazirlər Kabinetinə qanunun tətbiqi ilə bağlı tapşırıqlar verilib. Nazirlər Kabineti beş ay müddətində reklam qurğularına texniki tələbləri, reklamı qadağan olunan əmtəələrin siyahısını, yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən hansı məsafədən yaxın yerləşdirilməsinə yol verilmədiyini, qaçan sətirlə yayımlanan reklamın təqdimolunma qaydasını, nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi normalarını müəyyən etməlidir.

Transparency.az xəbər verir ki, Nazirlər Kabineti həmçinin reklama dair texniki şərtlər pasportunun formasını, reklam yayımına icazə (razılıq) verilməsi qaydalarını təsdiq etməli, reklamın yayımına görə ödənilən haqqın məbləğini hesablama qaydasını, reklam qurğularının yol kənarında yerləşdirilməsi standartlarını müəyyənləşdirməlidir.

Reklam qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsi də beş ay müddətində hazırlanıb prezidentə təqdim olunmalıdır.



Reklam haqqında qanun

Ermənistanda idarə üsulu dəyişir


16.07.2015

Ermənistanda konstitusiya islahatı layihəsinin əsas müddəaları rəsmən dərc olunub. Transparency.az xəbər verir ki, layihə ölkədə parlament respublikası idarə üsuluna keçidi nəzərdə tutur (Ermənistanda indiki idarə üsulu prezident-parlament respublikasıdır).

Layihəyə görə, dövlət başçısını – Ermənistan prezidentini Seçicilər Kollegiyası seçəcək, özü də 7 il müddətinə. Seçicilər Kollegiyası parlament deputatlarından və yerli özünüidarəetmə orqanlarının təmsilçilərindən ibarət olacaq. Layihəyə görə, dövlət başçısı partiya üzvü ola bilməz və eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər (Hazırda Ermənistanda prezident ümumxalq seçkisində maksimim iki dəfə dalbadal olmaqla 5 il müddətinə seçilir. Prezident partiya üzvü ola bilər).

Konstitusiya islahatı layihəsinə əsasən, Ermənistanda icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Silahlı Qüvvələr hökumətə tabe olacaq (hazırda prezidentə tabedir), müharibə vaxtı ali baş komandan vəzifəsinin icrası da baş nazirə keçəcək. Baş nazir postuna prezident parlament seçkisində qalib gəlmiş partiyanın nümayəndəsini təyin edəcək. Hökuməti qurmaq mümkün olmadıqda parlament buraxıla bilər.

Layihəyə görə, 101 yerlik parlament proporsional sistemlə formalaşacaq (Hazırda Ermənistanda 131 yerlik parlament qarışıq sistemlə (proporsional və majoritar sistemlə) 5 il müddətinə seçilir).

Konstitusiya islahatı layihəsinin əsas müddəaları Ermənistanın Ədliyyə Nazirliyinin saytında dərc olunub və xalqın müzakirəsinə verilib.


6 ayda tikinti kompleksinə 7,9 milyard manat vəsait yönəldilib


16.07.2015

Dövlət Statistika Komitəsi tikintidə göstəricilər haqqında hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda deyilir ki, 2015-ci ilin yanvar-iyun aylarında tikinti kompleksinə 7,9 milyard manat vəsait yönəldilib, onun 59,4 faizi daxili mənbələr hesabına təmin edilib.

Sərf edilmiş sərmayələrin 64,3 faizi məhsul istehsalı, 35,7 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Qeyri-dövlət mülkiyyətli müəssisələrdən yönəldilmiş vəsait ümumi sərmayənin 70,7 faizini təşkil edib.


Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə