Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək


Kredit burulğanından necə çıxmaq olar?



Yüklə 402,37 Kb.
səhifə16/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
1   ...   9   10   11   12   13   14   15   16   17

Kredit burulğanından necə çıxmaq olar?


10.07.2015

samir aliyev2Banka borclu şəxslərin çıxılmaza düşüb intihar etdiyi hallar da olur. Bu məsələyə diqqət çəkən iqtisadçı Samir Əliyev deyir ki, Azərbaycanda bank sektoru insanların ən çox şikayət etdiyi sahələrdən biridir: “Banklar kredit şərtlərini istədikləri kimi müəyyənləşdirir. Müqavilələrdə daha çox öz hüquqlarını qabardır, müştərilərinsə öhdəliklərinə geniş yer ayırırlar. Gecikdirilən kreditlərə ağlasığmaz cərimələr hesablanır. Məsələ məhkəməyə çatanda da haqsız çıxan vətəndaş olur.

Milyonlarla əmanətçinin və kredit müştərisinin taleyi havadan asılı vəziyyətdə qalıb. Əhalinin maliyyə bilgisinin azlığından istifadə edib onu aldadırlar. Bu halda vətəndaş kimə müraciət edəcəyini, hüquqlarının hansı qurumda qorunacağını bilmir. Düzdür, Mərkəzi Bankın göstərişi ilə bankların nəzdində istehlakçıların şikayətini araşdıran şöbələr yaradılır. Ancaq şikayətləri araşdıran müstəqil qurumun olmasına ehtiyac var. Hökumət bu barədə ciddi düşünməlidir. Getdikcə kredit qurbanları arta bilər. Bunun qarşısı alınmalıdır”.

Transparency.az-a açıqlamasında ekspert deyib ki, hökumət yaxın dövrlərdə təcili addımlar atmalıdır: “Maliyyə ombudsmanın yaradılması vacibdir. Bu gün ölkədə maliyyə xidmətlərdən istifadə edən müştərilərin hüquqlarını qoruyan mexanizm və müstəqil institut yoxdur. Belə halların qarşısının alınması üçün bir çox ölkədə olduğu kimi Azərbaycanda da maliyyə ombudsmanının (müvəkkilinin) yaradılmasına ehtiyac var. Ombudsman institutunun yaradılmasında məqsəd ortaya çıxmış problemləri məhkəməsiz həll etməkdir. Ən əsası bu institut müştərilərə pulsuz xidmət göstərir. Ombudsman yaranmış mübahisələri ilkin mərhələdə həll edə bilir.

Vətəndaşların maliyyə hüquqlarını müdafiə edən ilk maliyyə müvəkkili 1992-ci ildə Almaniyada yaradılıb. Hazırda Fransa, Böyük Britaniya, Danimarka, İsveç, İrlandiya, Pakistan, CAR və başqa ölkələrdə fəaliyyət göstərir. MDB ölkələrində bu institut geniş yayılmayıb. Belə institut Rusiya və Ermənistanda fəaliyyət göstərir. Qazaxıstanda 2011-ci ildə bank ombudsmanı institutu yaradılıb. Gürcüstanda isə sığorta ombudsmanı institutu yaradılması planlaşdırılır”.

Ekspert “İstehlak kreditləri haqqında” qanunun qəbulunu da təklif edir: “Azərbaycanda mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur. Müştərilərin hüquqları isə qanunlardan kənarda qalıb. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbləri bank müştərilərinə şamil edilmir.

İnkişaf etmiş ölkələrdə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir. ABŞ-da bu həm federal, həm də ştatlar səviyyəsində baş verir. Avropa Birliyinə üzv ölkələr üçün istehlak krediti sahəsində direktiv qüvvədədir. Böyük Britaniyada istehlak kreditləri 1974-cü ildən tənzimlənir. MDB ölkələrində də istehlak kreditləri haqqında qanunlar var. Rusiya, Ukrayna və Özbəkistanda istehlak kreditləri ayrıca qanunla tənzimlənir.

Bu təklifləri uzun illərdir səsləndiririk. Görünür, yenə davam etməliyik. Təbii ki, ən vacibi kredit faizlərinin və şərtlərinin yüngülləşdirilməsidir. Ancaq kredit faizlərinin və şərtlərinin yüngülləşdirilməsi təkcə bank sektorundan asılı deyil. Makroiqtisadi durum, sahibkarlıq mühitində rəqabət səviyyəsi kredit faizlərinə təsir edir. Banklar da öz növbəsində ucuz maliyyə resursu cəlb etmək, xərclərini optimallaşdırmaq üzərində düşünməlidir. Onların sayının azaldılması bu istiqamətdə töhfə verə bilər. Dollar kreditlərində azalma müşahidə edilir. Uyğun enişin manat kreditlərində də baş verməsi lazımdır”.

Sahibkarı necə qorumalı?


16.07.2015

bekir-nerimanoglu
       Bəkir Nərimanoğlu

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunan iclasında sahibkarlara təzyiqlər məsələsinə toxunub: “Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Sahibkarlar dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa heç kimə 1 manat verməməlidirlər.

Dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır.

Mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatında deyilir ki, bütün səviyyələrdə korrupsiya kiçik və orta biznesə hərtərəfli dağıdıcı təsir göstərir: “Mənfi təsirlər bütün sferalarda öz təsirini göstərir: kölgə iqtisadiyyatı güclənir, bazarın real rəqabət mexanizmi pozulur, bazar iştirakçılarının hakimiyyətin düzgün bazar qaydaları müəyyən etmək qabiliyyətinə inamı itir”.

Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin 1000 sahibkar arasında apardığı sorğu nəticəsində məlum olub ki, dövlət orqanları içində sahibkarları il ərzində ən çox yoxlayan orqan Vergilər Nazirliyi, ən az yoxlama aparanlar isə MTN və rayon icra hakimiyyətləridir. Sahibkarları tez-tez yoxlayan orqanlar içərisində polis də ilk yerlərdən birini tutur.

İqtisadçı ekspert Natiq Cəfərlinin rəyinə görə, Azərbaycanda iş adamları, biznes çevrələri üçün illərdir xroniki hal alan problemlər korrupsiya və inhisarçılıqla bağlıdır: “Bundan başqa, nəzarətedici funksiyalara malik çoxlu sayda dövlət və hökumət orqanı biznesin işinə yersiz müdaxilələr edir. Son illər daha bir problem mülkiyyət toxunulmazlığının pozulması və məhkəmələrin ədalətli qərar verməməsidir. Bütün bu hallar iş adamlarının fəaliyyətinə ciddi mənfi təsirlər göstərir”.

İqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, təzyiqlərin qarşısını almaq üçün sahibkarların müdafiəsi istiqamətində yeni institutlar yaradılmalı və mövcud institutların fəaliyyətində dəyişiklik olmalıdır: “İlk növbədə sahibkarlar təşkilatlanmalı, onlar sektorlar üzrə dərnəklərdə birləşməli və təzyiqlərə qarşı birgə mübarizə aparmalıdır. Bununla yanaşı Sahibkarlar Konfederasiyasının rolu artırılmalıdır, onlar azad sahibkarlar vasitəsilə hökumətlə dialoq qurmalıdır.

İkincisi, sahibkarların müdafiəsi ilə məşğul olan ombudsman institutu yaradılmalıdır.

Üçüncüsü, məhkəmələrdə rüşvətxorluğun qarşısı alınmalı və onun müstəqilliyi artırılmalıdır .

Nəhayət, ən vacibi bazar iqtisadiyyatına keçid və liberallaşdırılma istiqamətində islahatlar aparılmalıdır. Tənzimlənən qiymətlərdən imtina edilməli, iri dövlət müəssisələrinin özəlləşdirilməsi prosesi sürətləndirilməlidir”.

Prezident İlham Əliyev iclasda təzyiqlə üzləşən sahibkara çıxış yolu da göstərdi: “Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar”.



Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə