Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək



Yüklə 402,37 Kb.
səhifə15/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
1   ...   9   10   11   12   13   14   15   16   17

Hökm dəyişmədi


21.07.2015

intiqam4 01(1)Bakı Apellyasiya Məhkəməsi iyulun 21-də Hüquq Maarifçiliyi Cəmiyyətinin məhbus sədri İntiqam Əliyevin şikayəti əsasında aparılan prosesi başa çatdırıb. Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanıb.

İntiqam Əliyev ötən il avqustun 8-dən həbsdədir, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

52 yaşlı İntiqam Əliyev hüquqçu fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. Vəkillik fəaliyyəti ilə məşğul olan İntiqam Əliyev əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.

Hüquq müdafiəçisinin şikayətinə baxılır


21.07.2015

resul ceferovİyulun 21-i Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun şikayəti əsasında ilkin baxış iclası keçirilib. Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, 21 iyul prosesində məhkəmənin baxış iclası iyulun 31-nə təyin edilib.

Transparency.az bildirir ki, İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov ötən il avqustun 2-də həbs edilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb. Bu il aprelin 16-da hüquq müdafiəçisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, mənimsəmədə təqsirli bilinib.


Büdcə kəsirinin necə örtüldüyü açıqlandı


21.07.2015

maliyye nazirliyinin binasi (2)Maliyyə Nazirliyi 2015-ci ilin 6 ayı üzrə dövlət büdcəsinin icrasına dair məlumat yayıb. Transparency.az xəbər verir ki, hesabatda 2015-ci ilin altı ayında dövlət büdcəsinin mədaxilinin 7807,2 milyon manat, xərclərinin 8577,9 milyon manat olduğu, 700,7 milyon manat məbləğində büdcə kəsiri (defisit) yarandığı qeyd edilir.

Rəsmi məlumata əsasən, 2015-cü ilin altı ayında dövlət büdcəsinin mədaxili 7717 milyon manat proqnoza qarşı 7807,2 milyon manat və yaxud 1,2 faiz çox olub.


Vergilər Nazirliyindən mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 3328,8 milyon manat vəsait təmin edilib.

2015-ci ilin altı ayında Dövlət Gömrük Komitəsi proqnoza 100,3 faiz əməl edərək büdcəyə 765,3 milyon manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 3561,6 milyon manat vəsait transfert edilib.

Məlumata görə, 2015-cü ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 85 faiz və yaxud 8577,9 milyon manat icra olunub, qarşıya qoyulmuş bütün əsas öhdəliklər yerinə yetirilib.

Cari ilin altı ayında dövlət büdcəsində 770,7 milyon manat kəsir olub. Kəsir 2015-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini: “Bəzən işçi əlavə işlədilməyə göz yumur”


21.07.2015

meherrem meherov 1Əmək Məcəlləsinə görə, Azərbaycanda gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola, həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Bu normaya əməl olunurmu?

Transparency.az-ın sualını cavablandıran Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov deyib ki, iş saatına riayət olunmasına əsasən fərdi şikayətlər əsasında baxırlar: “Bu istiqamətdə müraciətlər azalıb. Bəzən də işçi əlavə işlədilməyə göz yumur, heç nə demir, işdən çıxanda şikayət edir. Belə vəziyyətdə işə məhkəmə baxır”.

Məhərrəm Məhərov əlavə edib ki, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı ödənilməlidir: “Əməyin işəmuzd ödənilmə sistemində isə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün vaxtamuzd işçinin saatlıq tarif maaşından aşağı olmamaqla əlavə haqq verilməlidir. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər”.

Qanuna əsasən, altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.

Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərti ilə qısaldılmış iş vaxtı müəyyən edilir.

Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:

a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;

b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;

c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zərurəti olduqda;

ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;

d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

Təhlil


Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə